Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə6/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   129

19

Nazir Əhmədli

Sultan bəy Zabux çayından Qaladərəsinə qədər on beşə qə-

dər silahlı dəstədən ibarət pusqular düzəldir və yolu bağlayırlar. 

Bir günlük qanlı döyüşdə Andranikin 30 minlik qoşunu pərən-

pərən  salınır.  Silah  yüklü  arabalar  və  qatırlar  ələ  keçirilir. 

Döyüşlər  zamanı  Andranik,  demək  olar  ki,  bütün  qoşununu 

itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapır. Döyüş gedən 

dərə bundan sonra xalq arasında 



«Qanlı dərə» adlandırılmışdı.

Sultan bəyin igidliyi sayəsində Qaragöl ətrafında toplanan 

çoxsaylı  erməni  silahlıları  məğlub  edilmiş  və  onlardan  600 

nəfəri əsir alınmışdı. İrana keçmək istəyən yüzlərlə erməni si-

lahlısı  Araz  çayı  yaxınlığında  məhv  edilmişdi.  Zəngəzurda 

onlarla kənd erməni silahlılarından təmizlənmişdi. 

Göründüyü  kimi,  qaraçorlulardan 

Bulud  Səhənd  kimi 

görkəmli şairlər də, Sultan bəy və Xosrov bəy kimi sərkərdələr 

də yetişmişdir. Xatırlatmaq istərdim ki, qaraçorluların 

hacısamlı 

tayfasının  bir  hissəsi  də  Dərələyəzin  Qovuşuq,  Herher, 

Ələyəz, Hors, Güneyvənk  kəndlərində yaşamışlar.

Qaraçorlular  haqqındakı  məlumatları  hələlik  saxlayıb 

Gabud  kəndinin  təbiətinə,  təbii  gözəlliklərinə,  əhalisinin 

tərkibinə və tayfaların təsvirinə keçməzdən qabaq 2008-ci ildə 

ona həsr etdiyim bir şeiri hörmətli oxucunun diqqətinə təqdim 

etmək  istəyirəm.  Mən  şairlik  dalınca  getməsəm  də,  doğma 

kəndimlə bağlı poetik duyğular sanki öz-özünə doğdu, hansısa 

ilahi  qüvvə  onu  mənə  pıçıldadı,  mənim  vəzifəm,  onu  sadəcə 

kağıza köçürmək oldu.



20

Gabud və gabudlular

GABUD

Qoynunda göz açdım bu dünyaya mən,

Ey Məkkəm, Mədinəm, Kərbəlam Gabud.

Həsrətin qəlbimi elə dağlayıb,

Dar olub başıma bu aləm, Gabud.

Körpə qəribsəyər anası üçün, 

Göllər qucaq açar sonası üçün.

Musa nələr çəkdi Sinası üçün...

Hazıram önündə əyiləm, Gabud.

Hürşan daş qoyubdur daşının üstə,

Fətəlinin ruhu başının üstə.

Neçə yaş gətirdi yaşının üstə

Səndə ömür sürən sülaləm, Gabud.

Əbədi keşikçin Qırmızı Qaya,

Az qalır baş vursun ulduza, aya.

Sinəndən süzülüb axan Arpaya

Suları səninlə kaş böləm, Gabud.

Daş Bulaq bulaqlar içində inci,

Bol Bulaq sayıldı eldə birinci.

Barın, bərəkətin elin sevinci,

Vəsfini bacarmaz hər qələm, Gabud.



21

Nazir Əhmədli

Gabud kəndi




22

Gabud və gabudlular

Ayaq izlərim var hər qarışında,

Axı yaddaşı var dağın, daşın da.

Dərələr döşündə, bulaq başında 

Hər gül-çiçəyinə min salam, Gabud.

Salam olsun sənə, Salam Təpəsi,

Səndə ucalardı ərlərin səsi.

Torpağına dəydi yağı nəfəsi,

Geyindin əyninə dərd, ələm, Gabud.

Susuz Yurd, Yal Yurdu, Matəm Ağacı,

Alçalı, Sandıqlı onlara bacı.

Keçəldağ, Səfərbəy dağların tacı,

Tarixlərə şahid daş qalam Gabud.

Məğrur qayaların əyməz başını,

Saxlar yaddaşında yurd savaşını.

Xatırla vəfalı, can sirdaşını,

Denən harda qaldı bu balam, Gabud.

Şeirdə  Gabud  kəndinə  aid  toponimlərin-yer  adlarının  bir 

hissəsini xatırlatmışam. Onlardan daha geniş danışmağa dəyər 

və yeri gəldikcə xatırladacağam.

Gabud  kəndindən  bir  qədər  yuxarıda,  kəndin  şərqində 

qədim bir şəhərin xarabalıqları vardı, biz oraya “



Vənk Dərəsi” 

və  ya 


“Kələklər”  deyirdik.  “Vənk”  sözü  ermənilərdə  abidə 

mənasında işlədilir və bu ərazidə də xeyli abidə vardı. “Kələk” 

sözü  isə  bizim  leksikonda 

“hiylə”  mənasından  başqa  həm  də 

“daş yığını”, “daş topası” mənasında işlədilirdi. Qədim şəhərin 



23

Nazir Əhmədli

Gabud kəndi kosmosdan görünüşü




24

Gabud və gabudlular

uçmuş  divarlarından  belə  daş  yığınları  əmələ  gəldiyinə  görə, 

gabudlular  buraya  belə  ad  qoymuşdular.  Hər  iki  ad  verdiyi 

mənaya uyğun idi. 

Bir  qədər  əvvəl  qeyd  etdiyim  kimi,  ötən  əsrin  60-cı  il-

lərindərində  ermənilər  Ermənistan  ərazisindəki  yaşayış  mən-

təqələrinin  adını  kütləvi  şəkildə  dəyişib  erməniləşdirmiş  və 

Gabud kəndinin adını da “



Kapuyt” etmişdilər, amma biz oradan 

köçənə  qədər  də  məktəb  sənədlərində 



“Gabud”  yazırdıq. 

Kapuyt sözü bəlkə də  həmin qədim şəhərin adına uyğun idi, 

ancaq kəndimiz tamamilə onun yerində deyil, bir qədər aşağıda 

yerləşirdi.

Kapuyt  şəhərinin  xarabalıqlarının  şimal  hissəsində,  qa-

yaların  başında 



“Qalaça”  (yəni  kiçik  qala)  adlandırdığımız 

bir  yer  vardı,  rəvayət  edirdilər  ki,  şəhər  müdafiəçiləri  buraya 

sığınıb  müqavimət  göstəriblər. Amma  kiçik  bir  yer  olduğuna 

görə,  sığınacaqdan  daha  çox  keşikçi  qülləsi  rolunu  oynayan 

tikilini xatırladırdı. Oranın Kapuyt şəhərinin zindanı olduğunu 

düşünənlər  də var. Burada qayanın içində təndir kimi dərin iki 

quyu da vardı, deyirdilər oraya su ehtiyatı toplayırmışlar.

Tarixi  mənbələr  xəbər  verir  ki,  890-cı  ildən  Ermənistan 

padşahı  olan 

I  Smbat  ərəb  xilafəti  və  onun  bu  ərazilər  üçün 

canişini  sayılan,  eyni  zamanda  Sacilər  dövlətinin  qüdrətli 

hökm darlarından  biri  olan 

Yusif  ibn­as  Sacla  apardığı  mü-

haribələrdə  məğlub  olduqdan  sonra  sonuncu  ümid  yeri  kimi 

914-cü  ildə  Kapuyt  qalasına  sığınır.  Amma  burada  da  uzun 

müddət davam gətirə bilmir. Müasir erməni tarixçiləri yazır ki, 

Yusif qalanı fəth etmək üçün müsəlman əsgərləri deyil, Smbatın 

əleyhdarı  olan  erməniləri  onun  üzərinə  göndərirmiş  və  guya 

hər iki tərəfdən ölənlərin erməni olduğunu görən Smbat buna 



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə