Redaktor: İlyas Şahquliyev Dizayner: Elçin Babayev «Gabud və gabudlular»



Yüklə 3,21 Mb.
Pdf görüntüsü
səhifə3/129
tarix08.07.2018
ölçüsü3,21 Mb.
#54302
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   129

10

Gabud və gabudlular

adlı kəndlər var, amma Ağrıdakı Məlikşah ona görə daha çox 

maraq doğurur ki, Əhməd babamın da, Məhəddin babamın da 

dediklərinə görə, əcdadlarımız 



cəlali üsyanları nəticəsində Ağrı 

tərəfdən Dərələyəzə gəliblər. Buradan belə nəticə çıxarmaq olar 

ki, 1727-ci ilin 

“Naxçıvan sancağının müfəssəl dəftəri”ndəki 

Dərələyəzdəki Məlikşahda yaşayan ailələr, o cümlədən Murad 

və  Əliqulu  qardaşları  buraya  həmin  Məlikşahdan  gəlmiş  və 

Dərələyəzdəki  kəndə  də  əvvəlki  kəndlərinin  adını  vermişlər. 

Bunun tərsi də mümkündür, ola bilsin ki,  ermənilər Dərələyəzə 

gəldikdən sonra Məlikşahdan köçənlər yeni yaşayış yerlərinə bu 

adı vermişlər.

1828-ci ildə Rusiyaya yenicə birləşdirilmiş keçmiş Naxçı-

van  və  İrəvan  xanlıqlarının  ərazisində  1829-1832-ci  illərdə 

böyük tədqiqat aparmış, bu əraziləri bir növ inventarlaşdırmış 

fransız  mənşəli  rus  alimi  İ.Şopen  Dərələyəz  mahalının 

kameral  (adbaad)  siyahısını  tərtib  etmiş,  burada  onların  etnik 

mənsubiyyətini  də  göstərmişdir.  O  vaxt  Dərələyəzdə  yaşayan 

1001  müsəlman  ailəsinin  əksəriyyətini 



qaraçorlular  təşkil 

edirdi,  sayca  ikinci  yerdə 



tatarlar  gəlir,  Rusiyada  o  zaman 

türkləri  tatar  adlandırdılar.  Üçüncü  yerdə  isə 



kəngərlilərdir

Maraqlıdır  ki,  qaraçorluların  və  kən gərlilərin  hansı  tayfaya 

mənsub olduğu da göstərildiyi halda, “tatar” deyilən türklərin 

tayfa mənsubiyyətləri  göstərilməyib.

İ.Şopenin  tərtib  etdiyi  siyahıdan  məlum  olur  ki,  1831-

ci  ildə  Dərələyəzdə  cəmi  58  yerli,  İrandan  köçürülmüş  507, 

Türkiyədən köçürülmüş 8 erməni ailəsi yaşayırdı. İrandan kö-

çürülən ermənilər Salmasdan, Xoydan və Makudan idilər.

Gabud,  Gomur  və  Axtanın  müsəlman      əhalisi  1831-ci 

ildə    tərtib  edilən 



“Dərələyəz  mahalının  kameral  siyahısı” 


11

Nazir Əhmədli

sənədində 



“qaraçorlu” olaraq qeyd edilmişdir. Gabud, Gomur, 

Daşaltı,  Cul,  Söylan  və  bir  sıra  digər  kəndlər  qaraçorluların 



kulakanlı tayfasına, qonşu Axta kəndi isə həsənanlı tayfasına 

mənsub idilər. 

Bu  səbəbdən  də 

“qaraçorlu”  sözünün  mənşəyini,  qara-

çorluların  yaşayış  arealını  və  etnik  mənşəyini  də  araşdırmağa 

ehtiyac yaranır.

Bu  sözün  mənşəyindəki 



“qara”  sözünün  mənası  öz-

özlüyündə  aydın  olduğuna  görə,    açar  kəlmə  olan 



“çor”  sö-

zündən başlayaq.



Vikipediya bu sözün anlamını belə verir.

“Anadoluda cin vurmuş və ya ruhi xəstəliyi olan adamlara 



“çorlu”  ifadəsi  işlədilir  (Türk  Mifolojisi  Ensiklopedik  Söz­

lüyü,  Cəlal  Bəydili,  səh.143).  Xeyirxah  və  şər  cinlər  vardır, 

hər  yerdə  olsalar  da,  gözə  görünmürlər.  Bunlar  qoruyucu  ruh 

deyildir. 

Ağac altı, qaranlıq quyular, xaraba evlər, su quyuları, körpü 

altları kimi sərhəddi olan yerlərdə yaşamaları onların tilsimini 

və qaranlıq qüvvələrə olan maraqlarını ortaya çıxarır. Dəmirdən 

qorxurlar, 

“Bismillah”  kəlməsini  eşidəndə  qaçıb  uzaqlaşırlar.  

Başındakı papaq ələ keçirildikdə həmin cin ölür (



Türk Söyləncə 

Sözlüyü,  Dəniz  Karakurt,  Türkiyə,  2011).  Ölməkdən  qabaq 

da  görünməzliyini  itirir,  çünki  görünməzliyi  həmin  papaqla 

bağlıdır. Ən çox ilan və quş şəklində görünürlər, dondan dona 

girə  bilirlər. 



“Çor  vurması”,  “çor  dəyməsi”  kimi  deyimlər 

cinlərlə  bağlı  xəstəlikləri  ifadə  edir.  Ən  çox  da  ağız  əyilməsi 

və  yüngül iflic bu hadisə ilə əlaqələndirilməkdədir. Çor bəzən 

də  ruhi  xəstəliklər  anlamına  gəlir. 



Biçura  deyilən  məxluqlar 

evlərdə və zirzəmilərdə də yaşayır və qadın cildinə girirlər. 




12

Gabud və gabudlular

“Çor” sozü bəzi türk dillərində 



“çər” kimi də işlənir. 

Ağçora  (Ağçor)  xeyirxah  cinlərə



,  Qaraçor  isə  bədxah 

cinlərə deyirlər”.

«Qaraçorlu»  sözünün  “cin”  sözündən  yaranıb-yaran-

madığını  deyə  bilmərəm,  mənim  üçün  bu  məlumat   



çor/çər 

sözünün, 



“çər  dəymək”,  “çərləmək”  ifadəsinin  mənasını 

öyrən mək baxımından çox maraqlı oldu. (Yeri gəlmişkən, bizdə 

“ilan-çayan” sözü də işlədilirdi, sən demə, 

“çayan”  sözü tatar 

və başqırd dillərində 



“əqrəb” demək imiş).

Araşdırılan digər mənbələrə görə:

1

.“Çorlu”, “qaraçorlu” türk sözüdür. Onlar türk-monqol 

mənşəli 


Kerait tayfalarının törəmələridir.

2.”Çor” sözü yer adı kimi, habelə türk hökmdarlarında



 titul 

kimi  işlənirmiş  (Заур  Гасанов.  Чарские  скифи.  Нью-Йорк. 

2002 г. Стр. 199,220,225,250).

3.”Çor” 


Dərbənd şəhərinin Alban tarixindəki keçmiş adıdır 

(Lev Qumilyov. “Qədim türklər”. Bakı. 1993. S.230).

4. 

“Çor”,  “çur”  qədim  türk  sözüdür,  mənası  “igid”, 

“qəhrəman”  deməkdir.  “Çor”  kəngər­peçeneqlərin  bir 

tayfasının  adıdır,  Ağstafa  çay  vadisinin  yuxarı  hissəsində 

(indiki  Ermənistan  ərazisi)  yaşamışlar.  (“Qədim  türklər  və 

Ermənistan”. Səh.105).

5. XVI əsrdə qızılbaşların zülqədər tayfasının Şəmsəddin li 

tirəsi  Çor mahalında məskunlaşmışdı (“Qədim türklər və Ermə-

nistan”. Səh. 113-114).

6

.”Çor” müəyyən bir elin adıdır və Çorlu toponimlərin­

də  indiyədək  qalmışdır.  Altayda  yaşayan  tayfalardan  biri 

indi də Çor adlanır. Azərbaycanda Çoryurd (Yardımlı rayonu) 

və  Qəbələ  rayonunda  Çorlu  (bu  kəndin  məhəlləsi  məhz  çorlu 

adlanır)...(B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. “Gürcüstanda türk-




Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə