Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə44/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   38   39   40   41   42   43   44   45   46

 
137 
aparılmaqla  istifadə olunmalıdır. 
Qeyd  edilmiĢ  bütün  çatıĢmazlıqlara  baxmayaraq  ümumi 
dəyərlənmədə jurnalların A, B və C kateqoriyalarına bölünmüĢ 
siyahılarından səmərəli Ģəkildə yararlanmaq mümkündür.  Milli 
EA-nın  əməkdaĢlarının,  universitetlərin  professor-müəllim 
heyətinin  və  elmi  iĢçilərinin  attestasiyasında,  elmi  və  disser-
tasiya Ģuralarının fəaliyyətində, institut və universitetlərin elmi 
strukturlarının  fəaliyyətinin  qiymətləndirilməsində  belə  siyahı-
lardan müvəffəqiyyətlə istifadə etmək olar. 
Apardığımız analizdən aydın görünür ki, dünya əhəmiyyətli 
nəĢrlərin qiymətləndirilməsi çoxdan və yüksək səviyyədə təĢkil 
edilib.  Bu  sözləri  Respublika  daxilində  Milli  Elmlər  Akade-
miyası və onun institutları, universitetlər, ictimai qurumlar tərə-
findən  nəĢr  edilən  elmi  jurnallara  aid  etmək  olmaz.  Onların 
bəziləri çoxillik tarixə malik, digərləri isə müstəqillik dövründə 
iĢıq  üzü  görmüĢ  jurnallardır.  Bu  nəĢrlərin  bir  qismi  AAK 
tərəfindən tanınsa da, onların çap edilən materialların aktuallığı 
və doğruluğu baxımından təsnifata ehtiyacı var.  
Hər  Ģeydən  əvvəl  vurğulayaq  ki,  Respublikadakı  ciddi 
jurnallar  ISI  siyahısına  daxil  edilməni,  impakt  faktor  alaraq 
beynəlxalq status qazanmanı özlərinin əsas məqsədi kimi qədul 
etməlidirlər.  Bunun  həm  elmi  nailiyyətlərimizin,  həm  də  döv-
lətçiliyimizin  təbliği  baxımından  çox  böyük  əhəmiyyəti  var. 
Təəssüflə  qeyd  edək  ki,  bizdə  nəĢr  olunan  jurnallardan  heç 
birinin  impakt  faktoru  yoxdur.  Yalnız  Rabitə  və  Ġnformasiya 
Texnologiyaları  nazirliyi,  BDU-nin  “Tətbiqi  Riyaziyyat”  ETĠ 
və  Milli  EA  tərəfindən  birgə  nəĢr  edilən  beynəlxalq  “Applied 
and  Computational  Mathematics”  jurnalı  2008-ci  ildə  ge-
niĢlənmiĢ  ISI  siyahısına  qəbul  edilib  və  impakt  faktor  almaq 
üçün iki illik monitorinq keçir. 
Məqaləmizin  əvvəlində  ISI  sihasına  düĢmənin    çətin 
olduğunu  və  bunun  üçün  redaksiya  heyəti,    rəyçilərə  yönəlik 
tələblər  haqqında  yazmıĢıq.  Kifayət  qədər  iddialı  və  məsu-
liyyətli nəĢrlərin redaksiya heyətlərilə baĢqa mülahizələrimizlə 


 
138 
də bölüĢməyi özümüzə borc bilirik. Yüksək səviyyəli nəĢrlərin 
ödəməli  olduqları əlavə tələblər sırasında birincisi  məqalələrin 
ciddi,  müstəqil,  imkan  daxilində  beynəlxalq  ekspertlər  tərə-
findən  rəydən  keçirilməsidir.  Əksər  jurnallar  seriyalarla  nəĢr 
edildiyi  üçün  seriyalar  müvafiq  hərflərlə  fərqləndirilməlidir. 
Belə praktikaya belnəlxalq miqyasda tez-tez rast gəlinir. Misal 
üçün, “Phys. Rev. A”, “Phys. Rev. B” və s. kimi jurnallar bütün 
fiziklərə  məlumdur.  Əks  halda  məqalələrə  baĢqa  jurnallarda 
istinad  verilməsi  və  bu  istinadın  avtomatik  compüter  sistemi 
tərəfindən  düzgün  oxunması  xeyli  çətinləĢir,  səhvlərə  yol 
verilir.  Bundan baĢqa, jurnalın bir illik buraxılıĢlarının eyni cil-
din  nömrələri  kimi  nəĢr  olunmasını  məsləhət  görürük.  Hər  bir 
cild  daxilində  nömrələr  ardıcıl  və  kəsilməz  Ģəkildə 
səhifələnməlidir.  Məqalələrin  kompüterdə  yığılmasında  üstün-
lük  MS  Word-də  yox,  Latex  redaktoruna  verilməlidir.  Jurnalı 
xarici  oxucuya  çatdırmaq  məqsədilə  onun  ilkin  variantının 
beynəlxalq  nəĢriyyatlar  tərəfindən,  məsələn,  bu  iĢdə  böyük 
təcrübəyə malik Springer və  ya Elsevier vasitəsilə tam Ģəkildə 
tərcümə və  yayımlanmasına nail olmaq məqsədəuyğundur.  Bu 
təklifin  yerinə  yetirilməsi  çətin  olduğundan    jurnalda  məqalə-
lərin ingilis dilində çapına üstünlük verilməli və tədricən onun 
tam  Ģəkildə  ingilis  dilində  nəĢrinə  keçilməlidir.  Diqqəti  cəlb 
etmək, maraq oyatmaq məqsədilə sahə üzrə tanınmıĢ xarici ölkə 
mütəxəssislərinin  tədqiqat  və  icmal  xarakterli  iĢlərinin  çapını 
məqsədəuyğun sayırıq. Jurnalların ümumi  formatında da dəyi-
Ģikliklər  yerinə  düĢərdi:  A4  formatında,  iki  sütunlu  mətnlər 
məcburi olmasa da, hər halda arzu ediləndir.  
Hələlik isə jurnallarımızın təsnifatı özümüz tərəfindən, mü-
əyyən prinsiplər  əsasında aparılmalıdır. Təsnifatın  ISI-dəki  ki-
mi,  ölkədaxili  impakt  faktor  əsasında  aparılması  problematik 
olduğundan, daha sadə tələblərin iĢlənib hazırlanmasına ehtiyac 
var. Təxminən bizim vəziyyətdə olan MDB ölkələrinin təcrübə-
sindən  də  faydalanmaq  olar.  Bu  baxımdan  ukraynalı  həmkar-
larımız  tərəfindən  təklif  olunmuĢ  sxemi  maraqlı  hesab  edirik. 


 
139 
Təərrüatlara  keçməzdən  öncə  Ukraynada  elmi  jurnal  nəĢrinin 
mövcud  vəziyyətinə  qısa  nəzər  salaq.  Ölkədə  nəĢr  olunan  125 
fizika  və  riyaziyyat  jurnalının  yalniz  5-i  dünya  standartlarına 
tam  cavab  verən  impakt  faktorlu  nəĢrlərdir.  Daha  3  jurnal  ge-
niĢlənmiĢ  ISI  siyahısına  daxil  edilib,  10  jurnal  isə  xarici  nəĢ-
riyyatlar tərəfindən tərcümə olunaraq çap edilmələrinə baxma-
yaraq  ISI  siyahısında  yer  almır.  Sonuncu  məlumat  həmin  jur-
nallarla  əməkdaĢlıq  edən  alimlərimiz  üçün  də  əhəmiyyətlidir, 
çünki bir çoxları bütün ingilisdilli nəĢrlərin yüksək səviyyəli ol-
duğunu güman edir. Bu heç də həmiĢə doğru deyil. 
Bizdə olduğu kimi Ukraynada da yerli jurnalların çoxluğu, 
bütün  nəĢrləri  təmin  edə  biləcək  müəllif  və  ekspert  qıtlığı 
müĢahidə  olunur.  Belə  bir  vəziyyətdə  Ukraynada  yerli  jurnal-
ların  siniflərə bölünməsinin 100 ballıq  sxemi təklif edilmiĢdir. 
Əsas  göstərici  kimi  nəĢrin  ISI-nin  məlumat  bazasinda  olması 
faktı qəbul  edilir və buna  görə jurnala 50 bal  verilir. Jurnaliın 
nömrələrinin  redaksiya  tərəfindən  elan  olunmuĢ dövrülüklə  və 
vaxtında  nəĢri  15  balla  qiymətləndirilir.  Çap  edilmiĢ  məqalə-
lərin  ingilis  dilində  xülasələri  olan  internet  səhifə  10,  məqa-
lələrin ukrayna və  ya rus dillərində tam mətnlərinin  yerləĢdiyi 
internet  saytı  əlavə  10  balla  mükafatlandırılır.  Jurnalın  məqa-
lələrinin internetdə ingilis  dilində tam mətnləri  üçün 5 bal  nə-
zərdə tutulur.  Daha 10 bal isə çox da əhəmiyyətli olmayan pa-
rametrlərə görə verilir. Topladığı balların miqdarından asılı ola-
raq yerli jurnallar 7 sinfə bölünürlər və bu təsnifatdan AAK-nın 
elmi nəĢrlərin qeydiyyatında istifadəsi tövsiyə edilir. Ukraynalı 
həmkarlarımızın  fikrincə  yalnız  50  və  daha  çox  bal  toplamıĢ 
nəĢrlər peĢəkarlıq baxımından mötəbər hesab edilə bilər. 
Hesab edirik ki, əsaslı düzəliĢlərdən sonra yuxarıda verilmiĢ 
təsnifat  variantı  bizdə  də  tətbiq  oluna  bilər.  Fikrimizcə,  ISI 
tərəfindən impakt faktor almıĢ jurnal 100 balla 1-ci sinfə daxil 
edilməlidir.  Jurnalın  impakt  faktor  alması  onun  beynəlxalq 
tələblərə  tam  cavab  verməsi  deməkdir  və  belə  jurnallara  aĢa-
ğıdakı  digər  parametrlərə  görə  əlavə  bal  verilmir.  Məsləhət 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə