Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə40/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   36   37   38   39   40   41   42   43   ...   46

 
125 
əlaqələrin  yaradılmaması,  onların  bu  və  ya  digər  formada 
Azərbaycan  elminə  cəlb  edilməməsi  yerli  elmi  təĢkilatların  və 
ictimaiyyətin günahıdır. 
Yüksək göstəriciləri olan mütəxəssislərin ali təhsil aldıqları 
universitetlər  arasında  Bakı  Dövlət  Universiteti  (16),  Azər-
baycan  Dövlət  Neft  Akademiyası  (1)  və  Azərbaycan  Dövlət 
Tibb Universiteti (1) yer alır. Alimlərimizin bir qismi Moskva 
və Leninqrad Dövlət Universitetləri (6), Moskva Dövlət Fizika-
Texnika Ġnstitutu (2) kimi aparıcı ali məktəblərin məzunlarıdır. 
Siyahıdakı bütün mütəxəssislər, bit nəfər istisna olmaqla, elmi 
dərəcələrini  SSRĠ  və  MDB-də  əldə  edib.  Bu  kimi  faktlar  ma-
raqlı  nəticələrə  gəlməyə  imkan  verir.  Görünür  ki,  Azərbaycan 
universitetləri yaxın keçmiĢədək yüksək səviyyəli elmi kadrlar 
yetiĢdirmək iqtidarında olub. Bundan baĢqa, uzaq xaricdə elmi 
dərəcə  almıĢ  mütəxəssislər  hələlik  elitar  səviyyəyə 
qalxmayıblar. Universitetlərimizin  müstəqillik  dövründə hazır-
ladığı,  ölkə  daxilində  və  ya  xaricdə  elmi  dərəcə  almıĢ  gənc 
mütəxəssislərin  həqiqi  qiyməti  5-10  ildən  sonra  analoji 
siyahılar əsasında veriləcək.  
Siyahıda    diqqəti  çəkən  baĢqa  məqamlar  da  var.  Məsələn, 
burada yüksək elmi dərəcəli alimlər zəif təmsil olunub. Belə ki, 
28 alim arasında AMEA-nın yalnız iki müxbir üzvü, xarici EA-
ların isə bir həqiqi və bir müxbir üzvü var. Bunun əsas səbəbi 
yaĢlı  nəsl  nümayəndələrinin  yaradıcılıq  zirvəsinin  keçən  əsrin 
80-90-cı  illərinə  təsadüf  etməsidir.  Belə  alimlər  üçün  yeni, 
müasir  texnologiyaların  mənimsənilməsini  tələb  edən  Ģəraitə 
uyğunlaĢmaq kifayət qədər ağrılı və çətin bir prosesdir. Xarici 
ölkə  universitetlərində  alimin  yaĢ  həddinə  qoyulan  məhdu-
diyyət də nəzərə alınmalıdır: onlar iĢə, bir qayda olaraq gənc və 
istedadlı  mütəxəssisləri  dəvət  edirlər.  Eyni  zamanda,  reytinq 
siyahısındakı  yüksək  səviyyəli,  beynəlxalq  aləmdə  tanınan 
alimlərin  indiyədək  elmlər  namizədi  və  doktoru  olaraq  qal-
maları  da  anlaĢılan  deyil.  ġübhəsiz,  elmlər  namizədi,  doktoru 
özlüyündə  yüksək  elmi  dərəcələrdir,  lakin  nailiyyətlərinə  görə 


 
126 
yüzlərlə  mütəxəssis  arasında  fərqlənənlər  daha  yüksək  elmi 
adlara layiqdir. 
Xaricdəki 
mütəxəssislər 
Azərbaycanın 
institut 
və 
universitetlərində  iĢləyən  zaman  da  elmi  nailiyyətləri  ilə  se-
çiliblər.  Onların  yüksək  nəticələrinin  digər  səbəbi  isə  hazırda 
iĢlədikləri  universitet  və  mərkəzlərdə  tədqiqatçılar  üçün 
yaradılmıĢ Ģəraitlə bağlıdır. Yüksək əmək haqqı alan və normal 
sosial müdafiə ilə əhatə edilmiĢ, ən müasir avadanlıqlarla təchiz 
olunmuĢ  laboratoriyalarda  güclü  kollektiv  içində  çalıĢan, 
beynəlxalq konfranslarda iĢtirak edən, elmi jurnallardan, inter-
net  resurslarından  faydalanan  alimin  əməyi  də  məhsuldar  və 
keyfiyyətli olur. Məsələn, professor N. Həsənlinin ISI Web of  
Knowledge bazasında qeyd edilmiĢ 191 məqaləsinin 146-sı, və 
ya  bütün  iĢlərinin  76  faizi  Türkiyədə  görülüb.  BaĢqa  sözlə, 
xarici universitetlər və elmi-tədqiqat institutları istedadlı alimə 
lazımı Ģərait yaradırlar, çünki bir təĢkilat kimi onların özlərinin 
maddi  durumu  və  nüfuzu  məhz  belə  alimlərin  əməyinin 
nəticəsindən asılıdır.    
Milli  Strategiya  görkəmli  alimlərin  rəhbərliyi  altında  pers-
pektivli  istiqamətlər  üzrə  tədqiqatların  aparılmasını  və  kadr 
hazırlığını vacib hesab edir. Müvafiq müddəa “ali məktəblərdə 
elmi-tədqiqat fəaliyyətinin səmərəli təĢkili məqsədi ilə AMEA-
nın  görkəmli  alimlərinin  rəhbərliyi  altında  xüsusi  problemlərə 
aid  elmi  laboratoriyaların  yaradılması”nı  təklif  edir.  Görkəmli 
alim dedikdə, sənəddə beynəlxalq meyarların tələblərinə cavab 
verən  mütəxəssislərin  nəzərdə  tutulduğuna  Ģübhə  etmirik. 
Xarici  ölkələrdəki  alimlərimiz  də  Strategiyanın  həyata  keçi-
rilməsinə cəlb edilməli və təkcə ali məktəblərdə deyil, AMEA-
da,  yeni  elmi  qurumlarda  dünya  səviyyəli  tədqiqatların  apa-
rılmasına öz tövhələrini verməlidir.  
Elmi  potensialımızın  gücləndirilməsi  məqsədilə  yaxın  və 
uzaq xaricdə yaĢayıb-yaradan görkəmli alimlərin yenidən Azər-
baycan  elminə  qaytarılmasının  təĢkilatı  formaları  tapılmalıdır. 
Bu formalar maddi cəhətdən cəlbedici, elmi tədqiqatların təĢkili 


 
127 
baxımından  səmərəli  olmalıdır.  Elitar  mütəxəssislərin  yerli 
institut  və  universitetlərdə  yerləĢdirilməsini  məqsədəuyğun 
hesab  etmirik.  Mövcud  elmi  qurumlar  hələ  də  ənənəvi  sovet 
qaydaları ilə idarə edildiyindən qərb təĢkilatlarının demokratik 
atmosferinə  adət  etmiĢ  insanların  belə  Ģəraitə  adaptasiyası 
qeyri-mümkündür.  Bundan  baĢqa,  islahatların  ilkin  mərhələ-
sində hər bir mütəxəssisin çalıĢdığı laboratoriya və ya kafedranı 
ən müasir avadanlıqla təchiz etmək də çətin olacaq. Fikrimizcə, 
elmi  qüvvələrin  vahid  struktur  daxilində  cəmlənməsi,  orada 
tələb olunan Ģəraitin yaradılması daha böyük səmərə verə bilər. 
Yaradılacaq 
təĢkilatı, 
məsələn 
“Yüksək 
Tədqiqatlar 
Ġnstitutu”nu dövlətin ən yüksək idarəetmə qurumlarının birbaĢa 
tabe-çiliyinə vermək lazımdır.  
Təklif  etdiyimiz  yanaĢma  tərzi  bir  çox  ölkələrdə  müvəf-
fəqiyyətlə sınaqdan keçirilib.  Bu sahədə toplanmıĢ beynəlxalq 
praktikaya  müraciət  edək.  1978-ci  ildə  təsis  edilmiĢ  və  Ġtali-
yanın  Triyest    Ģəhərindəki  “Beynəlxalq  Yüksək  Tədqiqatlar 
Ġnstitutu”  -  SISSA  bu  baxımdan  maraqlı  təcrübəyə  malikdir. 
SISSA  elmin  müxtəlif  istiqamətləri  üzrə  ixtisaslaĢmıĢ  səkkiz 
laboratoriyadan  ibarətdir.  Bu  laboratoriyalarda  kondensə  olun-
muĢ  maddə  fizikası,  elementar  zərrəciklər  fizikası,  astrofizika, 
riyazi fizika, statistik və biologi fizika, funksional analiz, ney-
robiologiya,  neyro-elmlər  istiqamətlərində  nəzəri  və  eksperi-
mental  tədqiqatlar  aparılır.  Elmi  araĢdırmaların  ənənəvi  təĢkili 
baxımından  SISSA  qeyri-adi  struktura  malikdir.  Lakin  bu  heç 
də təsadüfən edilməyib: fizika, riyaziyyat, tibb və biologiyanın  
prioritet  istiqamətlərində  çalıĢan  alimlərin  bir  mərkəzdə 
toplamaqda məqsəd sahələrarası tədqiqatları təĢviq etmək, fizi-
ki  və  riyazi  metodlarının  tibdə,  biologiyada  tətbiqinə  nail 
olmaqdır. SISSA-nın daimi əməkdaĢlarının sayı  çox deyil: hər 
laboratoriyada  7-14  olmaqla  institutda  cəmi  84  yüksəkixtisaslı 
alim  iĢləyir.  Birgə  tədqiqatlar  aparmaq,  mühazirələr  oxumaq 
məqsədilə  institut  dünyanın  aparıcı  alimlərini  dəvət  etmək, 
istedadlı gəncləri doktoranturaya götürmək imkanlarına malik-


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə