Redaktor: Cahangir Məmmədli



Yüklə 2,98 Kb.
Pdf görüntüsü
səhifə22/46
tarix11.04.2018
ölçüsü2,98 Kb.
#37906
1   ...   18   19   20   21   22   23   24   25   ...   46

 
69 
Bu  səbəbdən  məqaləyə  verilmiĢ  istinad  beynəlxalq  prakti-
kada  yüksək  keyfiyyətin  göstəricisi  kimi  qədul  edilir.  Elm 
sahələrinin,  istiqamətlərin  və  alimlərin  reytinq  siyahıları  tərtib 
olunarkən bu göstəriciyə xüsusi diqqət verilir.  
     1996-2007-ci  illərdə  fiziklərimizin  çap  etdirdikləri  məqalə-
lər  1715  istinad  toplamıĢdır  ki,  bunların  da  624-ü  müəlliflərin   
özləri    tərəfindən  verilmiĢdir.  Fizika  sahəsində  hər  məqaləyə  
orta  hesabla  2,41  istinad  düĢür.  Sahə  üzrə  Herşi  indeksi  17 
olmuĢdur. BaĢqa sözlə, baxılan dövrdə azərbaycan fizikləri ən 
azı 17 istinad toplamıĢ 17 məqalə çap etdirmiĢlər. Riyaziyyatda  
bu göstəricilər belədir: bütün istinadların sayı 519, müəlliflərin 
öz  iĢlərinə  verdikləri  istinadlar  182,  bir  məqaləyə  düĢən  orta 
istinad göstəricisi 1.78, sahənin Herşi indeksi 11 olmuĢdur. Bu 
nəticələrin  nə  dərəcədə  qənaətbəxĢ  olduğunu  müəyyən  etmək 
məqsədilə  dünya  və  regionda  fizika  və  riyaziyyat  üzrə  çap 
edilmiĢ  məqalələrin  orta  istinad  göstəricilərinə  müraciət  edək. 
1996-2007  illərdə  dünya  miqyasında  bu  parametr  fizika  üzrə 
8.8,  riyaziyyat  üzrə  4.72,  region  miqyasında  isə  fizika  sahə-
sində 6.32, riyaziyyatda 
3.62
 olmuĢdur. 
ġəkil 5 
 
 
Əlavə  araĢdırmasız  da  aydındır  ki,  ölkədaxili  göstəricilər 
beynəlxalq  səviyyədən xeyli aĢağıdır (bax, Ģəkil 4.). Fizika və 
riyaziyyatdakı  mövcud  vəziyyətin  qlobal  nöqteyi-nəzərdən  
1996
1998
2000
2002
2004
2006
0
10
20
30
40


 
70 
təhlilini verdirdək sonra istiqamətlər üzrə daha ətraflı araĢdırma 
aparmaq olar. 
Beləliklə,  məqsədimiz  hər  bir  elm  sahəsində  kifayət  qədər 
yüksək  sahədaxili  paya  malik  olan  istiqamətləri  müəy-
yənləĢdirməkdir.  SCIMAGO  qrupunun  hesabatında  fizika  və 
astronomiya elmi akustika və ultrasəs fizikası; astronomiya və 
astrofizika;  atom,  molekulyar  fizika  və  optika;  kondensə 
olunmuĢ  maddə  fizikası;  fiziki  eksperiment  vasitələri 
(instrumentation);  nüvə  və  yüksək  enerjilər  fizikası;  radiasiya 
fizikası;  statistik  və  qeyri-xətti  fizika;  səth  fizikası  istiqamət-
lərinə bölünmüĢ, fizikanın bütün baĢqa bölmələri isə “müxtəlif 
istiqamətlər”  adı  altında  toplanmıĢdır.  ġəkil  5-də  ölkəmizdə 
fizikanın  dörd  ən  məhsuldar  sahələrinin  illər  üzrə  göstəriciləri 
verilib (■-“müxtəlif istiqamətlər”, ▲-kondensə olunmuĢ maddə 
fizikası,  ●-nüvə  və  yüksək  enerjilər  fizikası,  ♦-fiziki  ekspe-
riment vasitələri).  
Digər  istiqamətlərdə  aĢağıdakı  nəticələr  əldə  edilmiĢdir: 
1996-2007- ci  illər  ərzində  akustika və  ultrasəs fizikasında 1;  
ġəkil 6 
 
radiasiya fizikası istiqamətində 4; səth fizikası istiqamətində 8; 
astro-nomiya  və  astrofizikada  13;  statistik  və  qeyri-xətti  fizi-
1996
1998
2000
2002
2004
2006
0
5
10
15
20


 
71 
kada  17;  atom,  molekulyar  fizika  və  optika  üzrə  isə  41  elmi 
məqalə çap edilmiĢdir. 
SCIMAGO-nun  hesabatında  riyaziyyat  cəbr  və  ədədlər 
nəzəriyyəsi,  riyazi  analiz,  tətbiqi  və  hesablama  riyaziyyatı, 
optimallaĢdırma  və  idarəetmə  üsulları,  həndəsə  və  topologiya, 
riyazi  fizika,  riyazi  modelləĢdirmə  (modeling  and  simulation), 
ədədi üsullar, riyazi statistika və ehtimal nəzəriyyəsi, kompüter 
elmləri  kimi  istiqamətlərə  bölünür.  Fizikada  olduğu  kimi, 
riyaziyyatda da bütün baĢqa tədqiqatlar “müxtəlif istiqamətlər” 
adı altında cəmlənir. Respublikamızda riyaziyyatın stabil yaxĢı 
nəticələr  göstərən  istiqamətləri  “müxtəlif  istiqamətlər”,  tətbiqi 
və hesablama riyaziyyatı, riyazi  fizika və riyazi  analizdir. 6-ci 
Ģəkildə  riyaziyyatın  məhsuldar  istiqamətlərinin  nəticələri 
göstərilir.  (■-“müxtəlif  istiqamətlər”,  ▲-riyazi  fizika,  ●-riyazi 
analiz,  ♦-  tətbiqi  və  hesablama  riyaziyyatı).  Digər  istiqamət-
lərdə  aĢağıdakı  nəticələr  əldə  olunub:  12  il  ərzində  cəbr  və 
ədədlər nəzəriyyəsində 3, optimallaĢdırma və idarəetmə üsulları 
üzrə  3,  riyazi  statistika  və  ehtimal  nəzəriyyəsində  5,  riyazi 
modelləĢdirmə üzrə 6, ədədi üsullar istiqamətində 9, kompüter 
elmlərində 14 elmi məqalə çap olunmuĢdur. Həndəsə və topo-
logiya  istiqamətində  beynəlxalq  səviyyədə  çap  olunmuĢ  elmi 
məqalə qeydə alınmayıb.  
Yuxarıdakı  göstəricilərinin  analizi  optimistik  nəticələr  çı-
xarmağa  imkan  vermir.  Hər  Ģeydən  əvvəl  alimlərimizin  elmi 
məhsuldarlığının  aĢağı  olması  narahatlıq  hissi  doğurur.  Fizika 
və  riyaziyyat  elmlərində  ölkədaxili  məhsuldarlığı  qiymətlən-
dirmək  çətin  məsələ  deyil.  Milli  Strategiyada  gətirilmiĢ  məlu-
mata istinad etsək, Azərbaycanda fizika-riyaziyyat elmləri dok-
torları  və  namizədlərinin  ümumi  sayı  1289  nəfərdir.  Bu  kadr 
potensialının  böyük  hissəsi  akademik  institutlarda,  universitet 
və  akademiyalarda  çalıĢır.  Fizika  və  riyaziyyat  üzrə  12  ildə 
beynəlxalq elmi jurnallarda çap olunmuĢ toplam məqalə sayını 
isə  asanlıqla  müəyyən  edə  bilərik:  bu  rəqəm  1002-yə  bəra-
bərdir. Apardığımız təhlil orta statistik azərbaycan fiziki və ya 


 
72 
riyaziyyaçısının  15  ildə  cəmi  1  elmi  məqalə  çap  etdirdiyini 
göstərir!  Elmimizdə  fəallığı  ilə  seçilən,  müntəzəm  surətdə 
beynəlxalq  jurnallarda  əsərlər  nəĢr  etdirən  xeyli  sayda  alimin 
olduğunu da nəzərə alsaq, 1289 nəfərin əhəmiyyətli  hissəsinin 
elmi  proseslərdən kənarda qaldığını iddia edə bilərik. Məhsul-
darlığı  bu  səviyyədə  olan  toplumun  böyük  elmi  nailiyyətlər 
əldə edəcəyinə inanmaq  çətindir. Elmi tədqiqatların keyfiyyəti 
də  yüksəkdilməlidir:  məqalələrə  verilən  istinadların  təhlili  bu 
sahədə böyük problemlərin olduğunu təsdiq edir. 
BaĢqa  bir  problem  fizika  və  riyaziyyatın  hətta  məhsuldar 
hesab  etdiyimiz  istiqamətlərində  belə,  nəticələrin  illər  üzrə 
dəyiĢmə dinamikasındakı sıçrayıĢlardır. ġəkillərdən də görünür 
ki,  1998-ci  və  2001-ci  illərdə  müəyyən  istiqamətlər  üzrə  ümu-
miyyətlə  məqalə  çap  edilməyib.  Çap  olunmuĢ  məqalələrin 
mütləq  sayı  da  çox  aĢağıdır.  Bu  isə  o  deməkdir  ki,  reallıqda 
həmin  istiqamətlər  üzrə  yüksək  səviyyədə  yalnız  bir  neçə 
istedadlı alim çalıĢır. Onlardan bəzilərinin fəallığının zəifləməsi 
elmi  istiqamətin  göstəricilərinə  dərhal  təsir  edir.  Təsadüfi 
amillərdən  asılı  olduğu  üçün,  elmi  istiqamətlərdə  gələcəkdə 
yaranacaq  vəziyyəti  proqnozlaĢdırmaq  mürəkkəb  məsələyə 
çevrilir.  
Azərbaycanda  fizika  və  riyaziyyatda  mövcud  olan 
problemlər bütün digər elm sahələrinə də xasdır. Onlar arasında 
ən baĢlıcaları elmin maliyyələĢməsinin tələb olunan səviyyədən 
aĢağı,  elmi  kadrların  orta  yaĢ  həddinin  isə  müvafiq  dünya 
göstəricisindən  yuxarı  olmasıdır.  Gənc  nəsildə  elmə  marağın 
azalması  da  gələcəkdə  böyük  çətinliklərlə  üzləĢəcəyimizdən 
xəbər  verir.  Azərbaycan  elminin  bu  və  digər  problemləri 
“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inki-
Ģafı üzrə Milli Strategiya”-sında ətraflı Ģəkildə araĢdırılıb. Milli 
Strategiyanın  həyata  keçirilməsi  nəticəsində  elmin  maddi-
texniki  və  informasiya  təminatı  yaxĢılaĢmalı,  alimlər  aktual 
elmi  tədqiqatlara  yönəldilməli,  onların  sosial  müdafiəsi  və 
maddi  durumu  əhəmiyyətli  dərəcədə  yaxĢılaĢmalıdır.  Ümiq 


Yüklə 2,98 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə