RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə17/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   13   14   15   16   17   18   19   20   ...   64

66
QLOBALLAŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə LİFLİK
ləhcələrə  qarşı  kütləvi  təqiblər  həyata  keçirilirdi.  Müasir 
dövrdə  də  (1996)  Fransa  hökuməti  xarici  sözlərin  (əgər 
Fransız  dilində  qarşılıqlı  anlayış  varsa)  həddən  artıq 
istifadəsini qadağan edən qanunlar qəbul etmişdir.
“Yeri  gəlmişkən  hər  bir  xalqın  öz  dilinə  qayğısından 
irəli  gələn  və  dövlət  siyasətində  əksini  tapan  münasibəti 
elmi  ədəbiyyatda  “purizm”  (ingiliscə  “pure”  -  təmizlik, 
saflıq sözündən) adı  ilə səciyyələndirilir və təhlil olunur.
Bu  cür  tələbləri  öz  millətlərinin  birliyinə  nail  olmaq 
istəyən  bir  çox  ölkələrdəki  milli  hərəkatlarda  irəli 
sürürlər.
“Etnik  mədəniyyət”  anlayışının  məzmunundan  bəhs 
edərkən  biz  gördük  ki,  hələ  bu  mərhələdə  mədəniyyət 
binar-ikili  xarakterli  müxtəliflik və  fərqləri  özündə  ehtiva 
etdirə  bilir,  (məs:  biz-onlar,  yaxın-uzaq  və  s.)  Bu  fərqlər 
bir-birinə  münasibətdə  mövcuddur,  şəraitə,  hakimiyyətə 
təsirləri  baxımından  onlar  müəyyən  dəyişikliklərə  məruz 
qala bilərlər.
Milli  mədəniyyətdə  bu  baxımdan  daha  mürəkkəb 
differensiasiya  prosesi  gedərək  ziddiyyətlərə,  rəqabət  və 
mübarizə  həddinə  çatır.  Müxtəlif ənənələr  gərgin  qarşı­
durma  vəziyyətində mövcud ola bilər ki, bu da yalnız ide­
ya  baxımından  birbaşa  qarşıdurmaya  malik  olmaqla 
kifayətlənməyib,  siyasi  və  iqtisadi  sahədə  də  toqquşmaya 
səbəb ola bilər.
İnkişaf  problemi  həmişə,  siyasi,  sosial  və  mədəni 
aspektlərin  çulğaşdığı  alternativlər  müstəvisində  getməli 
olur.  Məs:  şəhər  və  kənd  arasında  mədəni  baxımdan 
mövcud  olan  fərqlər,  müxtəlif  stratalar  arası  və  s.).  Hər 
bir  cəmiyyətdə  etnik  və  subetnik  səviyyələrdə,  yerli 
(köklü) əhali  ilə gəlmə əhali arasında fərqlər də vardır.
Milli  mədəniyyətin  daha  bir  xarakterik  cəhəti  onun 
peşə  və  sosial  əlamətlərə  görə  geniş  differensiasiyaya 
uğramasıdır.  Hər  bir  millət  özündə  müxtəlif peşə,  sosial, 
demoqrafik və etnik komponentləri əks etdirir.
Lakin,  digər  tərəfdən  hər  bir  yetkin  mədəniyyətdə
Fəsil I. Qloballaşma. Mədəniyyot fenomeni qloballaşma kontekstində  67
daimi  ziddiyyət  və  gərginliklərin  həddən  ziyadə  kəs­
kinləşməsini  səngidən  mexanizmlər  də  olmamış  deyil. 
Həm siyasi  (dövlət), həm də  iqtisadi  (bazar) mexanizmlər 
bu qəbildəndir.
Bir  şey  də  məlumdur  ki,  dövlət  yaxud  bazar  bütün 
millətin  deyil,  onun  bir  hissəsinin,  hakim  sinfinin  yaxud 
müəyyən ərazi bölgəsinin əlində silah vasitə kimi də çıxış 
edə  bilər.  Belə  hallarda  həqiqi  mediator  -   barışdırıcı  və 
birləşdirici  amil  kimi  mədəniyyətin  -   həm  dini,  həm  də 
dünyəvi rolu və əhəmiyyəti əvəzsiz olur.
Tarixdə  belə  faktlar  da  olmuşdur  ki,  məhz  mədəniy­
yət  “zəif  həlqə”  qismində  çıxış  etmiş,  başqa,  inteqrativ 
amillərin  zəifliyi  şəraitində  mədəni  əlamətə  görə  “özgə­
ləşmə” cəmiyyəti parçalanmaya gətirib çıxarmışdır.
Dünya  imperiyalarının  parçalanmasında  da belə  hadi­
sələr həlledici rol oynamışdır.
Müxtəlif ərazilərə  bölünmüş  Almaniyada  isə  əksinə, 
mədəniyyət,  mədəni  vəhdət  faktoru  inteqrativ  amil  kimi 
çıxış  etmişdir.  1815-ci  il  Vyana  konqresinin  qərarı  ilə 
parçalanmış  Almaniya  mədəni-milli  birlik  kimi  1866-cı 
ildə  birləşmişdir,  yaxud  İtaliyanın  da  1870-ci  ildə  bir­
ləşməsi  başa  çatmışdır.  П  dünya  müharibəsi  nəticəsində 
parçalanmış  Almaniya  XX əsrin  sonunda yenidən  mədəni 
milli birlik kimi bütövləşmişdir.1
Milli-mədəni  birlik  ideyasının  öz  mədəniyyətinin 
başqa  mədəniyyətlərlə  müqayisədə  “müstəsnalığı”,  ‘‘üs­
tünlüyü”  və  s.  kimi  təsəvvür  edilməsi  faktları  da  tarixdə 
çox  olmuşdur.  İnsanları  müdhiş  müharibə  və  fəlakətlərə 
düçar  edən,  identikliyin  şovinizm  kimi  qavranılması  kimi 
mövqelər  öz  yerini  daha  dialektik,  təbii-tarixi,  elmi 
şəkildə  əsaslandırılan  baxışlara,  mədəni-milli  müxtəliflik 
və çoxçalarlıq kimi başa düşülən məzmuna vermişdir.
Etnosların  millət  hüduduna  daxil  olması,  onların 
bütün  milli  mədəniyyəti  mənimsəmələri  kimi  başa
1 Бах:  Духовная культура и этническое самосознание. М.  1990.


68
QLOBALLAŞM A   VƏ M Ə D Ə N İ  M Ü X T Ə LİFLİK
düşülə  bilməz.  Onlar  milli  mədəniyyəti  qəbul  edir, 
onun  subkulturasını  təşkil edirlər. İyerarxik baxımdan 
ilkin  pillə  -   mərhələni  təşkil  edirlər.  Lakin  qarşılıqlı 
bəhrələnmə prosesinin mürəkkəbliyi ilk baxışdan han­
sı  milli-mədəni  cizgilərin  mənimsənildiyini  söyləməyə 
çətinlik  yaradır.  Yalnız  konkret  təhlil  nəticəsində 
bunu  ayırd  etmək olar.
Bir  millətdaxili  sosial  qrup  və  təbəqələrarası  fərqlər 
mədəni  müstəviyə  aid  edilmir.  Mədəni  ümumilik  dində, 
yazıda,  inam və  əqidədə,  məişət mədəniyyətində,  adət və 
ənənələrdə  və  s.  özünü  biruzə  verir.  Cəmiyyətdaxili 
mədəni  ünsiyyət  və  inteqrasiya  da  mədəni  cizgilərin 
mənimsənilməsində mühüm rol oynayır.
Cəmiyyətin  milli  mədəniyyət çərçivəsində  sosial  yet­
kinliyindən  ictimai-mədəni  nizamlamanın  hüquq  və  əxlaq 
(adət  və  ənənədən  fərqlənən)  ədəbiyyat  və  incəsənət 
(fərdi  yaradıcılığın  müstəqil  sferalarından  başlanğıc  gö­
türərək) və s. kimi  formaları təşəkkül tapır.
Milli  mədəniyyətin  ən  mühüm  göstəricilərindən  biri 
tarixdir.  Burada  tarix  “ümumi  tale  və  yaddaş”  kimi  qəbul 
edilir.  Bu  yaddaşda həm  yaxşı, həm  də  fəlakətli  hadisələr 
öz oksini  tapır.
Uğur  və  süqutun,  tənəzzülün  səbəblərini  dərk  etmək 
milli vəhdətin müqəddəm şərti kimi çıxış edir.
/ .
7

Mədəni müxtəlifliyin statusu: üstqurum, 
ənənə yoxsa özünəməxsusluq
Cəmiyyətdə baş verən dəyişiklikləri  izah edən ictimai 
elmdə  mədəniyyətin  bu  prosesdə  yeri  və  statusu 
məsələsinin  müxtəlif, 
ziddiyyətli 
şərhləri 
mövcud 
olmuşdur.  Buradakı  vəziyyət  mədəniyyət  fenomeninin 
tədqiqi  sahosində  əldə  olunan  nəticələrdən-cavablardan 
çox  ortaya  çıxan  suallarla  şərtlənmişdi.  Bu  sualların 
bəziləri  belə  idi:  nə  üçün  bəzi  mədəni  dəyərlər,  uzaq 
keçmişdə  yaradılmış,  formalaşmışdırsa  da  (istər  maddi,
Fosil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  69
istər  mənəvi  mədəniyyət  baxımından),  min  illər  keçsə 
belə  öz gərəkliyini,  əhəmiyyətini  saxlayır?  Nə  üçün  bəzi 
təfəkkür tərzləri, elmin bütün uğurlarına  baxmayaraq icti­
mai  şüurda  dərin  iz  buraxmış,  həkk  olunmuşdur?  Bəzi 
ictimai-mədəni  təsisatlar  (məs:  ailə,  dini  təşkilatlar və  s.) 
dəyişikliklərə  məruz  qalsa  da,  onlara  zəruri  ehtiyac  du­
yulur.  Yaxud da niyə tərəqqi prosesi zaman-zaman geriyə, 
keçilmiş pillələrə qayıdış təsiri bağışlayır? və s. və i.a.
Bu  sualların  cavablandırılması  da  öz  növbəsində 
mədəniyyətdə  müxtəlifliyin  yeri,  statusu  məsələsinə 
aydınlıq gətirə bilərdi.
Mədəniyyətşünaslıqda  müxtəlif  analiz  və  sintez 
xarakterli  yanaşmaların  tətbiqi  müxtəlifliyin  ənənə, 
mədəni  irs,  mədəni  özünəməxsusluq  və  identiklik  kimi 
mühüm  kateqoriyaların elmi  dövriyyəyə  cəlb  edilməsi  və 
nəzəri ümumiləşdirilməsi prosesinə təkan verdi.
sinənə jtə ınadənLmüxtəliflik.
“Ənənə”  anlayışına  müraciət  edilməsi  yaranmış 
nəzəri böhrandan çıxmağa cəhd edilməsi  ilə bağlı idi.
Tədqiqatlar  gedişində,  mədəniyyətdə  ümumsosial  və 
iqtisadi  faktorlardan  əlavə,  xüsusi  tipli  başlanğıc  kimi 
cəmiyyətdəki dəyişikliklər gedişində  varisliyi təmin edən 
amilin -  ənənələrində mövcudluğu və təsiri olduğu aşkara 
çıxdı.  “Ənənə”  deyəndə  “nəsildən  nəslə  ötürülən, 
cəmiyyətdə  mühafizə  olunub  saxlanılan,  uzun  müddət 
ərzində  insan  birlikləri  və  sosial  qrupların  yaşatdıqları 
sosial və mədəni  irsin elementləri’ ndən söhbət gedirdi”.1
Ənənələrə  belə  məzmunun  verilməsində  müsbət 
cəhət  o  idi  ki,  mədəniyyətin  mühüm  bir  hissəsi  kimi 
“ideal-üstqurum  hadisəsi”  olmaq  kimi  məhdud  mənadan 
azad edildi.
XX  əsrin  50-70-ci  illərində  “bütün  xalqların  qərb 
mədəniyyətini mənimsəməklə inkişaf edə bilməsi’ nə dair 
təsəvvürlər,  “akkulturasiya  konsepsiyası”  -   üstün  yer
1 Философский энциклопедический словарь.  M.,  1993. c.692.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə