RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə15/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   11   12   13   14   15   16   17   18   ...   64

58
Q LO B A LLA ŞM A  VƏ M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
əhatə  edir.'  Yəni  burada  mədəniyyət  dedikdə  bütövlükdə 
cəmiyyət nəzərdə tutulur.
Sonradan  mədəni  və  sosial  antropologiya  üzrə 
mütəxəssislər arasında gedən uzun  mübahisələr gedişində 
“cəmiyyət” anlayışının məzmunu müəyyənləşdirildi.
“Cəmiyyət”  dedikdə  aralarında  müəyyən  müna­
sibətlər  sisteminin  olduğu  insanların  birgə  həyat  və 
fəaliyyəti,  “mədəniyyət” dedikdə  isə  həm  maddi, həm  də 
mədəni 
fəaliyyət  formaları, 
yaşam 
tərzinin 
başa 
düşülməsi  fikri  qəbul  olundu.  Göründüyü  kimi  bu  iki 
aspekt  arasında  dəqiq  sərhədin  qeyri-müəyyən  olması 
şəraitində,  mədəni  və  sosial  antropologiya  arasındakı 
fərqlərin  də  şərtiliyi,  nisbiliyi  məlum  oldu.  Adətən  etnik 
problematika  və  qrupları  tədqiq  edən  amerika  tədqi­
qatçıları  öz  əsərlərini  “mədəni  antropologiyaya”,  brita­
niyalı  alimlər isə “sosial antropologiyaya” aid edirlər.
Bir  məsələni  qeyd  etmək  vacibdir  ki,  hər  iki 
istiqamətdə gedən  araşdırmalarda, “mədəniyyət” ayrı-ayn 
etnik  qrup  və  cəmiyyətlərin,  primitiv  səviyyədə  yaşa­
dıqları  hesab  edilən  insanların  “ekzotik”  üslub  və  yaşam 
tərzlərinin  ifadəsi  kimi  məzmun  daşıyır.  Yəqin  ki,  bu 
xalqlar  onların  mədəniyyətinə  belə  “xüsusi”  münasibətin 
olduğuna  təəccüb  edər,  dünya  mədəniyyətinin  mozaik 
naxışlarından  biri  kimi  deyil,  qeyri-adi,  “primitiv” 
səviyyənin  daşıyıcıları  kimi  qəbul  edildiklərinə  etiraz 
edərdilər.
Mədəni  və  sosial  antropologiyanın  belə  yanaşma 
metodu  hələ  də  özündə  “hökmran,  meyar  mədəniyyət”in 
izlərini  daşıyan  avrosentrizmdən  ola  bilsin  ki,  tamamilə 
qurtula bilməmişdir.
Mədəniyyətin  etnik,  milli'  və  bəşəri  səviyyələrinin 
formalaşmasında 
mədəni 
xüsusiyyət 
və 
amillərin 
oxşarlığı  çox  mühüm  rol  oynayır.  Bu  səviyyələrin 
fərqləndirilməsi  “mədəni  müxtəliflik”  anlayışı  məzmunu
1  Краткий  словарь  культурологических  понятий  и  терминов.  М, 
2000
.
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  59
başa düşməyə kömək edir.
Etnik  mədəniyyət  müstəvisi  məlum  olduğu  kimi 
etnosun  formalaşmasında  yalnız  mədəni  deyil,  coğrafi 
(təbii  mühit),  sosial  (sosial  strukturların  bənzərliyi), 
biososial  (antropoloji  tip  kimi)  və  təsərrüfat  faktorlarının 
da rolu böyükdür. Təbii mühit və başqa amillərin təsiri ilə 
insanların  fəal  münasibəti  nəticəsində  bəzi  dil,  adət, 
ənənə,  məişət  və  psixoloji  cəhətlərin  ümumiliyi  for­
malaşa  bilir.  Lakin  istənilən  insan  birliyi,  etnik  özünü 
dərketmə  şüuru,  bu  etnosa  mənsubluq  hissi  formalaşdıra 
bilmirsə  onda  bu  birliyin  parametrləri,  mahiyyəti  qeyri- 
müəyyən və dumanlı qalır.
“Etnik  qrup”  və  ya  “etnos”  sözləri  bəzi  konseptual 
anlaşılmazlığı  özündə  əks  etdirsə  də  müasir  elmdə 
“Özünün,  məxsusi,  özəl  tarixinin  kollektiv,  (ictimai  şüur 
səviyyəsində)  anlamı,  dərki  nəticəsində,  dil,  din,  irq  və 
milli  identikliyə  malik  sosial  qrupdur.  Etnos  bir  neçə 
kollektiv  identiklik  formalarının  daşıyıcısıdır.  Bunlar 
mədəni,  dini,  milli  identiklik formalarıdır.  Etnik spesifika 
və əlamətlər anlayışı mövcuddur.”1
Buraya  əsasən  dil,  mədəni  adət,  ənənə,  norma  və 
qaydalar, din, ərazi, tarix kimi amillər də daxildir.
Son  illər  mədəni  özəllik  və  müxtəlifliyin  etnik 
spesifika  və  əlamət  kimi  həlledici,  mühüm  amil  olması, 
ümumi  mədəni  dəyərlərin  əhəmiyyəti  birmənalı  şəkildə 
elmi ictimaiyyətin daha çox rəğbət bəslədiyi mövqedir.
Elmi  ədəbiyyatda  “etnos”  və  “irq”  anlayışlarının 
mənasına  dair  mübahisələr  mövcud  olmuşdur.  Bəzi 
müəlliflərə  görə  bu  əlamətləri  irq  də  daşıya  bilər. 
Məsələn:  İngiltərə  mədəni  antropologiya  məktəbi  “etnik 
azlıq”  və  “milli  azlıq”  anlayışlarının  sərhədini  müəyyən­
ləşdirməyə çətinlik çəkir.1
 2
Hər  halda  “etnik  qrup”  və  “irqi  qrup”  anlayışları
1  Бах.:  Большой  толковый  социологический  словарь.  В  2-х  т. 
Том 2. Перевод с англиской. 2000, с.495,498.
2 Yenə orada,  s.494.


60
Q LO B A LLA ŞM A  VƏ  M Ə D Ə N İ  M Ü X T Ə L İFL İK
sinonim  anlayışlar  deyildir.. “İrq”  -   elmi  aləmdə  özünün 
daşıdığı  siyasi-ideoloji  məna  və  yükə  görə  bir  qədər 
nüfuzdan  düşmüş  bir  anlayışdır.  Əvvəllər  bir-birindən 
bioloji  əlamətlərinə  görə  fərqlənən,  dəyişməz  hesab 
olunan  insan  qruplarına  münasibətdə  istifadə  olunurdu. 
Təxminən  XVI  əsrdən  bu  tennin  elmi  dövriyyəyə 
gətirilmişdir.
Lakin  son  yüz  ildə  dediyimiz  kimi,  onun  əhəmiyyəti 
“təbii  və  mədəni  müxtəlifliyin”  mahiyyətinə  yanaşmanın 
dəyişdiyi  üçün,  milli-irqi  müstəsnalıq  ideologiyasını 
doğrultduğuna görə şübhə altına alınmışdır.
Hətta  bəzən  tədqiqatçılar  terminin  daşıdığı  tarixi, 
bioloji,  siyasi  çalarlardan  ehtiyat etdikləri  üçün  onu dırnaq 
arasına  alaraq  göstərirlər.  Bütün  hallarda  irq  sözünə 
nisbətən  etnos  və  etnik  qrup  anlayışlarından  danışmağm 
daha  məqsədəuyğun  olması  fikri  qəbul  edilmişdir.  Lakin 
anlayışın  nüfuzdan  düşməsinə,  yaxud  ona  biganəlikdən 
danışmaq  qeyri-ciddi  və  hələlik  vaxtından  tez  deyilmiş 
fikir  olardı.  Çünki  onun  ictimai  şüur,  dil  və  ideologiyada 
güclü  təsiri  hazırda  da  hiss  olunmaqdadır.  Başqa  irqə 
müxtəlif  mədəniyyətə  mənsub  olan  xalqların  “təmiz­
lənməsi”,  irqi  müstəsnalığa  malik  olduğunu  düşünən 
insanlar  qaldıqca  (bədnam  qonşularımız  kimi),  rasizmin 
onların  əsas  məqsədi,  irqi  ayrıseçkiliyin  isə  düşüncə 
tərzləri olduqlarını unutmaq olmaz.
Rasizmin  ideoloji  dəstəklənməsini  iki  cəhətdən: 
anadangəlmə  bioloji  təməl  xüsusiyyətlərin  mövcudluğu 
faktı  və  insanların  mədəniyyətlərindəki  prinsipial  fərq­
lərin  mövcudluğu  ilə  doğrultmağa  çalışırlar.  Bunun 
nəticəsi  kimi  “ali  irq”,  “müstəsna  millət”  və  s.  kimi 
sərsəm  ideologiyalar  intişar  tapır,  etnik  təmizləmə  təklif 
olunur.
İctimai  şüur  səviyyəsində  kollektiv  identiklik,  müəy­
yən  insan  birliyinə  mənsubluğu  dərk  edən  etnosa  daimi 
sosial-mədəni  antiteza:  “biz-onlar”, “özümüz-yadlar  və s. 
sxemlər xasdır.  Buna  görə  də  etnos  elə  insanların mədəni
Fəsil I. Qloballaşma. Modaııiyyət fenomeni qloballaşma kontekstindo  61
birliyidir  ki,  özünü  başqa,  analoji  insan  birliklərindən 
fərqləndirir,  özünəməxsusluğunu  dərk  edir.  Özünüdərk 
həm real mövcud olan ümumi birliyin ifadəsi kimi və həm 
də  (ən  vacibi)  özünün  başqa  birliklərdən  fərqli  olduğunu 
anlamağın  ifadəsi  kimi  mövcud  olur.  Həmçinin  tarixi 
mənşə  və  talenin  ümumiliyi,  tarixi  hadisələrdə  iştirakın 
xarakteri  kimi  məsələlər  özünüdərkin  dayaqlandığı 
amillərdir.
Etnik  mənsubiyyətin  məcburi,  sərəncamla  dəyiş­
dirilməsi  cəhdləri  tarixdə  çox  böyük  müqavimətlərlə 
üzlənmişdir.  Çünki  insanın  öz  xalqına  mənsubluğu  hissi 
onun identikliyinin kökü, özəyi, özünü şəxsiyyət kimi hiss 
etməsinin  əsasıdır.  Etnosun  mədəniyyəti  onun  bir  sistem 
kimi  sabitliyini  və  inteqrasiyasını  təmin  edir.  “Bu 
mədəniyyət’’in  elementləri  ikinci  funksiyanı  da,  “biz”  və 
“onlar” 
simvollarının 
fərqləndirilməsini 
də  yerinə 
yetirirlər.
Mədəniyyətin  differensiasiyası  gedişində  dil,  din, 
sənət,  siyasi-mədəni  təsisatlar  və  s.  kimi  identiklik 
nümunələrindən  biri, sistem  yaradıcı  faktor  qismində^ 
konkret  etnik  birliyi  başqasına  münasibətdə  təşki­
latlandıran  qüvvə  rolunda çıxış edir.
Bu və ya digər amilin rolu və əhəmiyyəti əsasən nisbi 
xarakter  daşıyır. 
Etnik  mədəniyyətin  hansısa  bir 
xüsusiyyəti,  başqa  mədəniyyətdə  bunun  olmamasına 
rəğmən müxtəliflik və  fərqliliyin əsas göstəricisi  olur.  Bu 
fərqli  xüsusiyyət tarix  boyu yalnız mədəniyyətlərin təbii- 
mahiyyət  əlaməti  kimi  deyil,  onları  ayıran  ziddiyyət, 
qarşıdurma, özgəlik kimi başa düşülmüşdür.
“Özgə”lərə  münasibətdə  həmrəy  olmaq,  daxili 
kollektiv  identikliyin əsas mexanizmi kimi özünü göstərir. 
Kütləvi  şüurda  həmişə  əksini  tapan  ən  müxtəlif  növ 
etnosentrizm təzahürlərinin səbəblərindən biri budur.
Başqa  mədəniyyətə  münasibət  ən  müxtəlif daxili  və 
xarici  amillərin  təsirindən  asılı  olaraq  dəyişkən  xarakterə 
malikdir.  Bu  münasibət  məsələn,  yalnız  maraq,  fayda


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə