RəBİYYƏt aslanova qloballaşma və



Yüklə 396,29 Kb.
Pdf görüntüsü
səhifə13/64
tarix30.09.2017
ölçüsü396,29 Kb.
#2482
1   ...   9   10   11   12   13   14   15   16   ...   64

50
Q LO B A LLA ŞM A  VƏ  M Ə D Ə N İ M Ü X T Ə L İFL İK
Qloballaşma  və  mədəni  müxtəliflik  mövzusunda  bizi 
narahat edən də bu məsələdir.
Şərqdə dünya dinlərinin təşəkkül tapması, xüsusilə də 
vəhdətə  inanan  insanlar  arasında  heç  bir  fərq  qoymayan 
islam  dini  vahid  mənəvi  təlim  yaradaraq  sabit  ünsiyyət 
sisteminin  təməlini  qoydu.  Uzun  əsrlər  boyu  xalqlar  bir- 
birini  hər  şeydən  əvvəl  hansısa  inamın  daşıyıcıları,  başqa 
məbədin  inşaçıları  kimi  tanımışlar.  Bu  prosesdə  dinlərin 
fövqəladə  nüfuzu  bəzən  başqa  əqidə  daşıyıcılarının 
“düşmən”  surətində  “tanınmasının”  davamı  kimi  də  təsir 
etmişdir.
Milli-mədəni  identiklik  və  müxtəliflik:  problemin 
tarixinə ekskurs.
Tarixdə  müxtəlifliyin  və  çoxçalarlığın  meyarının 
dinin  özünün  də  təməl  struktur  kimi  daxil  olduğu  milli- 
etnik-mədəni  müxtəliflik  kimi  başa  düşülməsi,  təhlili 
istiqamətində araşdırmaların yaşı çox qədimdir.
İnsanları  bir-birindən  dini  əlamətlərə  görə  fərqlən­
dirməklə yanaşı, milli-etnik differensiasiya və  identikliyin 
də xüsusiyyətləri  ictimai elmin predmeti olmuşdur.
Bundan  əlavə  XVI-XIX  əsrlər  boyu  xalqların  “sivil” 
və  “barbar”  kimi  bölgülərə  əsaslanan  (xüsusilə  də  böyük 
coğrafi  kəşflər  və  Avropa  kolonializmi  dövründə) 
“maarifçilik”  nəzəri  yanaşma  ilə  fərqləndirilməsi  də 
mövcud  olmuşdur.  Lakin  bunlar  get-gedə  öz  yerini 
mədəniyyətin  tədqiqinə  müqayisəli  anlaşmaya,  hər  bir 
mədəni-milli  birliyin,  “bəşəri-universal  dəyərləri  özünə­
məxsus  şəkildə  təcəssüm  və  ifadə  edən  müstəqil  mədəni 
vahid  kimi  qəbul  edən  mövqelərə  doğru  güzəştə 
getmişdir.
Milli-mədəni  müxtəlifliyin təməl  elmi prinsip,  fakt və 
yanaşma  metodu  kimi  əsaslandırılmasını  dahi  alman 
mütəfəkkiri  İ.Herderin  adı  ilə  başlayır.  O,  özünün, 
“Bəşəriyyətin  tarix  fəlsəfəsinə  dair  ideyalar”1  (1784-
1 И.Г.Гердер.  Идеи к философии истории  человечества.  М,  1991.
Fəsil I. Qloballaşma. Mədəniyyət fenomeni qloballaşma kontekstində  51
1791)  əsərində  o,  bəşər  cəmiyyətinin  formalaşmasında 
mədəniyyəti  ən  mühüm  faktor  kimi  vurğulamışdır. 
İ.Herderin  fikrincə  məhz  dində,  dildə,  sənətdə,  elmdə 
təcəssümünü  tapan  mədəniyyət  hər  bir  cəmiyyətin 
bənzərsizliyini, identikliyini şərtləndirir.
XX  əsrdə  “tərəqqi”  və  “avrosentrizm”  konsepsiyası 
tərəfdarlarının  söylədiyi  proqnozların  əksinə  olaraq  ən 
müxtəlif  -   böyük  və  ya  kiçik  mədəniyyətlərin 
özünəməxsusluğunun  tənəzzülü  və 
sönməsini  deyil, 
əksinə  “sönmüş  vulkanlar  kimi”,  zamanın  çağırışına 
uyğun olaraq intensiv dirçəlməsi, bərpası, yüksəlişi, bütün 
hallarda  identikliyin  mühafizə  edilməsi  istiqamətində 
inkişafının şahidi oldu.
Müasir  dünyada  mədəniyyət  müxtəlif lokal  və  milli- 
etnik 
mədəniyyətlərin 
qarşılıqlı 
təsiri 
nəticəsində 
formalaşan mədəni məkan və müstəvidə mövcud olmaqla 
üslub,  mentalitet,  dəyər  oriyentasiyaları  və identikliklərin 
mürəkkəb-çoxçalarlı  naxışıdır.
Dünyadakı  mədəniyyət,  din  və  sivilizasiyaların  elmi 
öyrənilməsi  Qərbdə  uzun  müddətli  tarixə  və  sabit 
ənənəyə  malikdir.  Əsrlər  boyu  Avropa  başqa  mədə­
niyyətlərin nailiyyətlərini öyrənmiş, mənimsəmiş, özündə 
olmayan dəyər və sərvətləri burada aşkar etmişdir.
XIX-XX  əsrlərdə  müxtəlif 
“qeyri-Qərb”  mədəni 
istiqamətlərini  öyrənən  intensiv  elmi  tədqiqatlar  dövrü 
olmuşdur.  Bu  zaman  ümumi  və  regional  şərqşünaslıq 
araşdırmaları məktəbləri fonnalaşır.
Müqayisəli  tarixi  tədqiq  metodu  ilə  müqəddəs 
mətnlər  və  s.  tarixi  mənbələr  öyrənilir.  Fəlsəfə,  din, 
siyasi  mədəniyyət,  etika,  estetika, bədii  mədəniyyət  və  s. 
sahəsində çoxlu sayda tədqiqatlar əldə edilmiş, kulturoloji 
komparativistika 
əsasən 
avrosentrizm 
-  
avropa 
mədəniyyətinin bütün  başqa  mədəniyyətlərdən üstünlüyü 
mövqeyindən  aparılırdı.  Qalan  mədəniyyətlər  lokal 
çərçivədə qapanıb qalmış, potensialı tükənmiş, “qızıl əsri” 
arxada qalmış qismində təqdim edilirdi.


52
Q LO BA LLA ŞM A   VƏ  M Ə D Ə N İ  M Ü X T Ə L İF L İK
Əksər  tədqiqatçılar  G.Hegel,  M.Veber  başda  olmaqla 
belə  bir  fikirdə  idilər  ki,  Şərq  cəmiyyətləri,  onların 
müstəqilliyini,  yeniləşmə  və  inkişafını  təmin  edə  biləcək 
daxili dinamikaya malik deyillər.
Lakin,  vəziyyət  tədricən  dəyişdi.  Modernləşmə 
dalğasında  baş  verən  proseslər  göstərdi  ki,  kulturoloji 
tədqiqatlarda  mövcud  yanaşmalar  bir  sıra  məsələlərin 
təhlilində uğursuzdur.  Məsələn:
-  hər  bir  mədəniyyətə  çoxçalarlılıq  -   polimorfizm 
xasdır.  Artıq  etnik  səviyyədə  mədəniyyətin  xarici 
təsirlərə  reaksiya  nümayiş  etdirmək,  yaxud  da  daxili 
inkişaf 
qanunlarını 
müəyyənləşdirmək 
baxımından 
kifayət  qədər  müstəqilliyə,  müxtəlifliyə  malikdir.  Bu 
müxtəliflik  milli və  ümumbəşəri  səviyyələrə yüksəldikcə 
daha sabit, dayanıqlı və möhkəm olur.
-  mədəniyyətin  strukturundakı  hər  bir  komponent  - 
mifologiya,  elm,  din,  ədəbiyyat  və  s.  -   bu  sistemin 
həlqələrini,  eləcə  də  etnik-milli-ümumbəşəri  səviyyə- 
müstəvilərini təşkil edir.
-  mədəni 
determinizm, 
avrosentrizm 
metodları 
mədəniyyətin  mahiyyət  fenomenlərinin  çevikliyini,  inno- 
vasiyalara reaksiyasını,  inkişafa qabil cəhətlərini görməyə 
mane olur.
Bütün  bunlar  lokal  mədəniyyətlərin  yalnız  öz 
identikliyini  mühafizə  edib  saxlamasında  deyil,  həm  də 
müasir  Qərbin  industrial  texnologiya  və  “mədəni 
hegemoniya”smın  təzyiqinə  baxmayaraq  öz  həyatiliyini 
sübut etməsində özünü biruzə vermişdir.
Bu zamandan  etibarən  Qərbin üstünlüyünə  şübhə yal­
nız  siyasi  sahədə  deyil,  mədəni  müstəvidə  də  müşahidə 
edilməyə  başladı.  Qərb  siyasi  hökmranlığının  tənəzzülü, 
Qərb  mədəniyyətinin  universallığı  və  mütərəqqiliyi 
ideyalarının  laxlaması  ilə  müşayiət  edilməyə  başladı. 
“Mədəni  determinizm”  -  mədəniyyətin  birxətli  sadədən 
mürəkkəbə,  mifdən  loqosa,  keçmişdən  müasirliyə  və  s. 
inkişaf xətti  çoxfaktorlu və  plyüralişt səciyyə  ilə,  “yeganə
Fəsil I. Qloballaşma. Mədaniyyot fenomeni qloballaşma kontekstində  53
mədəniyyət”  kimi  mövcud  olmayan  ən  müxtəlif səviyyə 
və  variantların  da  olduğu  inkişaf  qanunauyğunluğu  ilə 
zənginləşdi, tamamlandı.
Mədəniyyət  -  cəmiyyətdə  sosial  nizamlama  siste­
minin  ən  mühüm  amillərindəndir.  Məhz  buna  görə  də 
mədəni  müxtəliflik probleminin məna, məzmun və dəyər 
aspektlərinin  təhlili  kəskin aktuallıq  kəsb  edir.  Bir ictimai 
quruluş  növündən  digərinə  keçid,  çoxlu  amillərin 
qarşılıqlı  çulğaşması  şəraitində  baş  verir.  Burada  həlledici 
qərarı,  yeniliyi  qəbul  edən  yaxud  ona  maneə  yaradan, 
yaxud da ətalət nümayiş etdirən və s.  mədəniyyət verir ki, 
bunsuz  nə  iqtisadiyyatda,  nə  də  siyasətdə  dolğun  inkişaf 
qeyri-mümkündür.
Mədəniyyətşünaslığa  dair  dünya  ictimai  elmində 
aparılmış  tədqiqatlarda,  xüsusilə  XX  əsrdə  əldə  olunmuş 
mühüm  nəticələrdən  biri  də  belə  idi.  “Mədəniyyəti 
yalnız  öyrənmək  deyil,  həm  də  qəbul  etmək  başqa 
mədəniyyətin  mövcud  olması  kimi  təbii-tarixi  faktı 
kimi qəbul etmək lazımdır.”1
Mədəniyyətin humanitar-fıloloji, antropoloji, sosioloji 
istiqamətlərinin  fərqli,  müsbət  və  ya  mənfi  cəhətləri 
mədəniyyətin  fəlsəfəsində  daha  aydın  sezilir.  Bunları 
mədəniyyətin  mahiyyətinə  müxtəlif  yanaşmalar  -   ma­
arifçi,  təkamül,  struktur-funksional,  formasion,  siviliza- 
sion,  diffiızionizm,  determinizm  və  s.  prizmasında  qısa 
yada salaq.
Maarifçi  yanaşma  mövqeyindən  çıxış  edənlər, 
mədəniyyətin  əsas  daşıyıcısı  kimi  mədəni  elitanı  götürür, 
mədəniyyəti  yayan,  tədricən  geniş  xalq  kütlələrini  də 
“mədəniləşdirən”  bu  təbəqənin  roluna  böyük  əhəmiyyət 
verirdilər.  Mədəniyyətin meyarı  kimi  əsasən  maarif, bilik 
və  ağlın  əsas  hesab  edilməsi,  aparıcı  mədəniyyət  kimi 
Qərb  mədəniyyətinin  dəyərləndirilməsi  maarifçi  yanaş­
manın qüsurlarından idi.
1 М.С.Каган.  Философия  культуры. СПб,  1996, с.74.


Yüklə 396,29 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə