17
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
BABA VƏ NƏ VƏ
(Sənədli söhbət)
—Baba, bəs indi haralısan?..
—Bəyəm bilmirsən?.. Əyinliyəm!
—Bir də, bilmək istəyirdim, baba!
—Bəs sən, indi haralısan, Elxan?
—Mən daha bakılıyam, baba!
—Axı,
əvvəlcə
deyirdin,
əyinliyəm?..
Müddət
dedin
Qutqaşınlı
1
—
Aydınqışlaqlıyam?.. İndi də deyirsən ki, bakılıyam?!.
1
Qutqaşın- indiki Qəbələ rayonu
18
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
—İndi mən bakılı olmuşam, baba!
—Bəlkə gəzə-gəzə sabahdan başqa bir yanlı da olacaqsan, Elxan?
—Yox, daha biryolluq bakılıyam, baba!
—Nəyə görə belə qərara gəlmisən, Elxan?
—Nədən ki, baba, axı, mən Bakıda doğulmuşam!
—Bəs atan, Oqtay?
—O da sənin kimi Əyinlidir!
—O, nəyə görə?
— Nədən ki, Oqtay Əyin obasında anadan olubdur!
—Bəs Şamo əmin?
—Hamı kitabdan, qəzetdən oxuyub, bilir ki, Şamo əmi, Bakıda anadan olubdur!
—Bəs Arif əmin, necə?
—Arif əmi də Əyində anadan olubdur!
—Bas Şəfiqə bibin?
—Şəfiqə bibim də Bakıda anadan olubdur!..
—Bəs Rəfiqə bibin?
—O da Şəfiqə bibim kimi!
—Aqil əmin neçə?
—Aqil əmi, xalis bakılıdır!
—Bəs qardaşın Hüseyn?
—Hüsü həmişə deyir ki, mən qutqaşınlı-aydınqışlaqlıyam!
—Niyə, nəyə görə, Elxan?
—Ona görə ki, axı, Hüsü Qutqaşının Aydınqışlaq obasında anadan olubdur!
—Bəs xırda bacın Şəlalə, kiçik qardaşın Fərid?
—Onlar da bakılıdır, baba!
—Bəs anan Firəngiz?
—Anam aydınqışlaqlıdır!
—Bəs nənən Zərqələm?
—O da sənin kimi, Əyinlidir, baba!
19
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
—Bəs bibiqızın Gülsabah?
—O da Bakıda anadan olubdur!
—Gülsabahın atası Fazil necə?
—Fazil əmi deyir ki, ata-anam şuşalıdır, özüm də Füzulidən!..
—Nəyə görə?
—Ona görə ki, Fazil əmi qabaqca Qaryagin, indi Füzuli deyilən şəhərdə anadan
olubdur!
—Bəs Arif əminin qızları? — Həcər, Lalə?
—Onlar da bakılıdır, baba!
Bəs Həcərin, Lalənin anası Elmira?
—Elmira da bakılıdır!
—Bəs Həcərin, Lalənin nənəsi Bəyim xanım, babası Məhəmməd müəllim?
—Bilirəm ki, Bəyim nənə şuşalıdır. Məhəmməd baba da sənin kitab yazdığın Mollu
obasından, Qaçaq Nəbinin qohumudur!..
—Bəs sənin nənən Tükəzban, baban Qərib necə?
—Onlar ikisi də qutqaşınlıdır!
—Gərək onların da hərəsi ayrı-ayrı kənddən olalar?
—Elədir... Qərib baba deyir mən aydınqışlaqlıyam...
—Tükəz nənə də deyir ki, mən...
—Bəs Rəfiqə bibinin oğlu, xırdaca Aqşin?
—O, sözsüz bakılıdır!
—Bəs Aqşinin atası Şamxal?
—O maştağalıdır!
—Bəs Elxan, götürəndə biz haralı oluruq?
—Hərəmiz bir yurddan-yuvadan, baba!
—Bəs necə edək ki, biz bir yurdlu-yuvalı olaq, Elxan?
—Baba, elə çoxdandı ki, özün də bilirsən, mən necə çətinə düşmüşəm... Bilmirəm
məktəbimizdə uşaqlara nə deyim, necə cavab verim?
—Məktəbdə uşaqlara deyib, cavab ver ki, biz nə oralıyıq, nə buralı!..
20
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
—Bəs haralıyıq, baba?
—Azərbaycanlıyıq, Elxan, azəriyik!
—Elə məktəbimizdə söhbət düşəndə çox uşaq da mənim kimi çətinə düşüb çaş-baş
qalır!
—Qoy heç bir uşaq çətinə düşüb çaş-baş qalmasın, Elxan!.. Onlara çatdır ki, mənim
babam söyləyir ki, daha heç bir kəs çətinə düşməsin, çaş-baş qalmasın, özünü
əziyyətə salıb haralı olduğunu axtarmasın?! Qoy onların hər birisi biryolluq bilib-
başa düşsün ki, onlar böyük bir ailə sayağında qaynayıb qovuşan azəridir,
azərbaycanlıdır!..
25 may, 1966.
21
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları
NƏ NƏ
İlk əzəldən demək istəyirəm ki, nə qədər ki, oğlan nəvəm var, o qədər də qız nəvəm
var. Düz yarıbayarı! Nə qədər ki, oğlan nəvələrimi çox istəyib, çox sevirəm, o qədər
də qız nəvələrimi çox istəyib, çox sevirəm. Baxanda mənim nəvələrim bir-birindən
göyçəkdir, qəşəngdir. Qız nəvələrim
isə
o
qədər
göyçək, o qədər
qəşəngdirlər ki, hərəsi bir tamaşa, bir
kukla! Kukla nədi? Dünyanın heç bir
bərli-bəzəkli kukla mağazalarında siz
bu göyçəklikdə, bu qəşənglikdə, bu
yaraşıqda, bu tamaşada kukladan tək
bircəciyiıi də tapmazsınız!
Qız nəvələrimin «ağbirçəyi»
dilli-dilavəri,
öz
anamın
adını
qoyduğum
qızılsaç,
alagöz
Gülsabahdır.
Əgər
görsəniz,
deyərsiniz bəs bu qızı dünyanın hansı
rəssamı neçə-neçə rəngdən çəkibdir.
Hələ
bu
Gülsabahın
gülməyi
qiyamətdir, musiqidir, özü də necə bir musiqi!
Gülsabahdan xırda nəvəm şəvəsaçlı, uzun qara kirpikli Şəlalədir. Şəlalə «Ana
abidəsi» romanımın baş qəhrəmanlarından birisidir. Bu adı da mən qoymuşam. Şəlalə
özündən böyük qardaşlarına qarşı duran, özünü ayağa verib dərisini diddirməyəndir!
Şəlalədən xırdası qara qıvrım saçlı, köşək gözlü Həcərdir. Uzun müzakirə,
mübahisədən sonra bu adı da mən qoymuşam. Bu barədə «Həcər» adlı hekayədə
yazıb çap etdirmişəm. Dördüncü balaca qız nəvəm Lalə ki, bir qiyamətdir. Lalənin
saçları qısa-qıvrıcıqdır. Qız elə göyçəkdir ki, deyirsən bəs yazın gözəl bir çağında
ağlı-qırmızılı, qızılgül topasıdır ki, sabahın şehində açılıbdır. Bu adı da mən «Ana
Dostları ilə paylaş: |