Рассказы (На азербайджанском языке) Redaktoru İlyas Tapdıq Bədii redaktoru Y. Ağayev Nexniki redaktoru B. X. Qurbanova



Yüklə 480,31 Kb.
Pdf görüntüsü
səhifə2/18
tarix06.05.2018
ölçüsü480,31 Kb.
#42118
növüРассказ
1   2   3   4   5   6   7   8   9   ...   18

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



nəvələrimə zəng etdim. Onları bizə çağırdım. Hamısı da tökülüb bizə gəldi. Uşaqların 

səsi bir-birinə qarışdı. 

Mən  onları  dadlı  meyvələr,  əlvan  rəngli  konfetlər  düzülən  stolun  ətrafına 

topladım. Özüm də çəkilib yuxarı başda  əyləşdim. Kiçik nəvəm Şəlaləni də dizimin 

üstünə  aldım.  Dönüb  uşaqlara  hələ  balaca-balaca,  şirin-şirin  nağıl  da  danışdım... 

Səhərdən 

küsən,  tökülüb  gələn  balacalara  qarışmayan,  konfet,  meyvə 

süfrəsinəyaxınlaşmayan,  özünü  çəkib  bir  qıraqda  duran  Gülsabah  o  yan  bu  yana 

getdi,  arabir  biz  tərəfə  də  boylandı.  Birdən  ayrılığa  tablamayan  qız  başı  aşağı  gəlib 

yavaşcadan mənim o biri dizimin üstündə qərar tutdu. Özünü günahkar bilib o üz-bu 

üzümdən öpdü... 

Bu əhvalatdan sonra hər dəfə Gülsabah azacıq küsüb şıltaqlıq edəndə mən yenə 

də  telefon  dəstəyini  əlimə  götürüb  nəvələrimə  zəng  edir,  onları  evimizə  toplayıb, 

ətrafıma  yığırdım.  Bütün  bunlardan  sonra  Gülsabah  yavaş-yavaş  küsməkdən  əl 

çəkməyə, deyilən sözlərə qulaq asmağa başladı. 

İndi Gülsabah öz küsəyənliyini yerə qoyubdur. O, həmişə olduğundan artıq öz 

babasını çox istəyir. Bir də axı Gülsabah bir boyda qalmır, böyüyür. Daha o böyük 

qızdır. Üzümüzə gələn payız o, əlinə kitab-dəftər dolu çanta götürüb məktəbə  

gedəcəkdir;  orada  uşaqlarla  birlikdə  oxuyacaq, dərs  fasilələrində  onlarla  oynayacaq, 

öz təzə-təzə yoldaşlarına qarışacaqdır!..  

 

 

 



 

 

 



 

 

 



 


 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



 

GÜNÜMÜZÜN NA



Ğ

ILI  


 

Bir  gün  Xəzər  sahilində 

şırhaşırla  göyə  qalxan  ağ 

fəvvarənin  qırağında,  yaşıl 

qol-budağını 

ağ 


köpüklü 

hovuza 


sallayan 

salxım 


söyüdün  altında,  əlvan  rəngli 

skamyada  tək-tənha  əyləşib 

fikrə 

getmişdim...  Birdən 



gördüm budur bir ağ göyərçin 

qanad 


çala-çala 

gəlib 


qarşımda  əyilən,  salxımlarını 

suya 


sallayan 

söyüdün 


qanadına qondu. Mən fikrimdən qopub zəndlə göyərçinə baxınca, göyərçin də oynaq 

gözlərini gəzdirə-gəzdirə mənə baxdı: 

— Səhv etmirəmsə gərək ki, siz yazıçı Salman babasınız? 

—Bəli,  —  deyə  mən  uşaqlıqdan  aludə  olub  sevdiyim,  bir  zaman  yedirib-içirib 

bəslədiyim, göyərçini süzüb cavab verdim. — Mən yazıçı Salman babayam! 

—Onda yazıçı Salman baba söyləsin görüm, neçə-neçə ildən bəriyə mənim adımı öz 

qanadlarında gəzdirən «göyərçin»in baş qəhrəmanı kim, ya kimlərdir? 

—Əlbəttə, birinci sırada baba-nəvə! 

—Sübut!.. Siz nə ilə sübut edə bilərsiniz? 

—Əgər siz adınızı iftixarla öz qanadlarında daşıyan «Göyərçin»in bütün nüsxələrini 

ta  əzəl  günündən  bu  günəcən  oxuya-oxuya  vərəqləsəniz,  onda  görərsiniz  əsasən, 

«göyərçin»in baş qəhrəmanları ağsaçlı baba ilə günəş gözlü nəvədir! 




 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



—Niyə?.. Bəyəmləri ağsaçlı baba ilə günəş gözlü nəvə göydən-zaddan gəliblər? Daha 

dünya üzündə baba-nəvədən savayı «Göyərçin» üçün baş qəhrəman yoxdur?  

—Niyə yoxdur, — mən səbrlə cavab verdim. —- «Göyərçin»in səhifələrində «Nəvə 

və  nənə»,  «Ana  və  bala»,  «Ata  və  oğul»  xırda-xırda  uşaqlar  üçün  nə  qədər  desən 

başqa-başqa nağıl və əfsanə, şeir, nəğmə və sairə-sairə tapmaq mümkündür! 

Mənimlə  danışığa  girişən,  ara-sıra  ətrafa  göz  gəzdirib  salxım  söyüdün  yaşıl 

budağında  öz  yerini  daha  da  bərkidən  ağ  göyərçin  davam  etdi.  —  Bəs  belə  olan 

surətdə niyə də gərək «Göyərçin»in baş qəhrəmanları baba-nəvə olsun? 

—Çünki,  «Göyərçin»  məcmuəsinin  gözəl,  yaraşıqlı,  şəkilli  səhifələrində  fəxri  yer 

tutmaqda baba və nəvənin haqqı, əsası vardır!  

—Necə haqqı,  əsası?  —  Ağ göyərçin  ağ  tüklərini  qabardıb  ciddiləşdi.  —  Bəlkə siz 

özünüz yazıçı baba olduğunuza görə tərəfgirlik edib baba-nəvə tayında durursunuz?  

Mən  sağ  əlimi  ağ  bığımın  bu  qanad  -  o  qanadında  gəzdirə-gəzdirə 

gülümsündüm: 

—Bəlkə  də  belədir,  göyçək  göyərçin?  Axı  məcmuə  öz  qanadlarında  sizin  adınızı 

daşıyır? Necə deyərsiz ixtiyar sahibisiniz! 

—Mən tərif yox, izahat istəyirəm! 

—Demək sizin tərif deyilən bəzək-düzəkli söz-söhbətdən xoşunuz gəlmir?! 

—Gəlir,  niyə  gəlmir.  —  deyə  Göyərçin  kefinin  kökəldiyini  gizlədə  bilmədi.  — 

Mənim özümü nəinki bu gün, lap tarix boyu qədimdən bəriyə şairdən ədibə qədər az 

tərifləməyiblər.  Nə  qədər  desən  şənimə  nəğmə  yazıb  musiqi  qoşublar.  Nağıllarda, 

dastanlarda məni dara düşənlərin dadına çatan xilaskar göstəriblər. Bir sözlə olanı da, 

olmayanı da mənim adıma yazıblar. 

—Ancaq siz indiyə qədər heç bir tərifnaməni üzü üstə geriyə qaytarmamısınız! 

—Düzü... belə əhvalat... Yadıma, düşmür! 

—Onda məni «Baba-nəvə» tərəfkeşliyində qınamayın! 

Göyərçin mətləb üstünə gəldi: 

—Sübut  edin  görüm,  niyə  də  gərək  «baba-nəvə»  «Göyərçin»  üçün  baş  qəhrəman 

olsun?! 



 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



—Mən ancaq öz mülahizəmi bildirdim, yoldaş göyərçin!.. 

—Siz ki, söhbətinizdə səbir göstərirdiniz! 

—Onda mənim sizə bir neçə sualım vardır, yoldaş göyərçin! 

—Buyurun, baba! 

—Deyin  görək  baba-nəvənin  ömründə  savaşan  atlarını  düz  yerdən  çıxarıb  daşlığa-

qayalığa sürən görmüsünüzmü?  

—Görməmişəm!  

—Mən  bilən  bu  dünya  üzündə  bu  qəhrəmanların  arasında  dostluqdan  savayı  ixtilaf 

olmasın, gərək! 

—Sizcə hikmət nədədir? 

Göyərçinin  inad  etdiyini  görüncə  işin  içindən  çıxmaq  üçün  yenə  də  gülümsəyə-

gülümsəyə cavab verdim. — Məncə getdikcə baba uşaqlaşır! 

—Bəs nəvə? 

—Nəvə boy atıb kişiləşir!  

Söhbətimizin  bu  yerində  anasını  da  götürüb  Xəzər  sahilinə  məni  axtarmağa  gələn, 

artıq  bərkiyib  on  yaşına  yetişən  məktəbli  nəvəm  Elxan  məni  görər-görməz  yüyürə-

yüyürə gəldi. «Göyərçin»in son nömrəsinin əlindən sürüşüb köpüklü suya düşdüyünə 

də fikir vermədi. O, qolunun artan qüvvətini sınayırmış kimi məni hop götürmək, öz 

gələcəyinin  aşıb-daşan  qüdrəti  ilə  çağlayan  fəvvarə  qırağındakı  salxım  söyüdün 

başından da yuxarı atıb-tutmaq istədi. Bu zaman biz baba-nəvənin günlər deyil, illər 

həsrəti  kimi  mehribanlıqla  görüşdüyünü  görən  ağ  Göyərçin  qanad  çala-çala  bizi 

alqışladı.  Dalğalar  da  qanad  açan  «Göyərçin»  məcmuəsini  dimdiyinə  götürüb, 

«Göyərçin»dən bixəbər olan, uşaq dastanını varaqlamayan başqa baba-nəvə üçün 

uça - uça sovqat apardı... 

 

12 iyun, 1966. 



 

 

 




Yüklə 480,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə