Рассказы (На азербайджанском языке) Redaktoru İlyas Tapdıq Bədii redaktoru Y. Ağayev Nexniki redaktoru B. X. Qurbanova



Yüklə 480,31 Kb.
Pdf görüntüsü
səhifə6/18
tarix06.05.2018
ölçüsü480,31 Kb.
#42118
növüРассказ
1   2   3   4   5   6   7   8   9   ...   18

22 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



abidəsi»ndən  götürmüşəm.  Romanda  baş  qəhrəman  heykəltəraş  Fərhad  öz  anasının 

abidəsini Vətənimizin gözəllik və sərvətini işləyib yaradır. İndi gördünüzmü necədir? 

Bəlkə  biri  durub  desin  ki,  bu  adları  yaraşdırıb  qoymaq  nə  çətin  peşədi?  Yox,  çox 

çətin  peşədir!  Biz  ailədə  nəinki  saatlarla,  bəlkə  günlərlə  adların  üstündə  mübahisə 

etmişik, hər bir adı yüz bir adın içindən birtəhər ki, seçmişik. Deyim ki, mənim qız 

nəvələrim  öz  adlarının  yöndəmsizliyindən  şikayətlənmirlər. Daha  demirlər  ki, bu nə 

addır?! Gördünüzmü qız nəvələrimin hamısı məndən ötrü əzizdir, hər birisinin adını 

da özüm yaraşdırmışam.  

Bir  gün  iş  otağımda  əyləşib  yazı  masamda  yazı  yazırdım.  Birdən  uzun 

dəhlizimizə  baxan  qapımız  bərkdən  açıldı,  qız  nəvələrim  birdən  içəriyə  doluşdu. 

Qələmi  dayandırıb  soruşdum:  a  qızlar,  bu  nə  oyundu  siz  çıxarırsınız?..  Baba  əlində 

yazı yazır, siz də şuluqluq salırsınız? 

«Ağbirçək» nəvəm Gülsabah qabağa durdu: 

—Nə yazısı yazırdın, baba? 

—Həcər nənənin dastanını! 

Şəlalə hirslənib cırnadı: 

—Yenə də Həcər! Yenə də Həcər kitabı! 

Balaca  Həcər  köşək  gözlərini  gəzdirib  dinmədi.  «Ağbirçək»  Gülsabah  qolumdan 

tutub ərkyana üzümdən öpdü:  

—Baba, Həcər nənənin dastanından bir az danış da! 

Mən  də  əlimdə  yazdığımdan  danışmağa  başladım.  Danışdım  ki,  Həcər  hələ  özünün 

balaca  qız  vaxtında,  indiki  Qubadlı  rayonunun  qıjıltılı  Həkəri  çayının  yaxalarında 

atası  Xanəlinin  qırmızıquyruq  quzularını  otararmış.  Yazda  qaratikan  kollarının 

dibindən  yaşıl  yarpaq,  turşəng  və  zoğ-zoğ  qırmızı  baldır  mərəvcə  yığarmış. 

Yığdıqlarını dəstə-dəstə düzəldərmiş, axşamüstü evə gətirib anasına verərmiş. Sonra 

mən Həcərin qoçaqlığından danışmağa başladım.  

— Hə, Həcər həmin qız çağında yaz çıxıb yay girən zamanında bir də görür ki, bəs 

budur,  qaratikan  kolunun  içindən  boz  bir  ilan  başını  çıxarıb  istəyir  ki,  qızın  üstünə 

atılıb  onu  vursun,  Həcər  özünü  itirmir,  tezcə  daşdan  götürüb atır,  ilanın belini  qırır 



23 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



başını da xınc-mınc əzib öldürür. Axşamçağı quzuları obaya qaytaranda, öldürdüyü 

ilanı  da  sürütmə  üstünə  qoyub  kəndə  gətirir.  Mollu  obası  tamaşaya  çıxır,  Həcərin 

atası  Xanəli  qızının  alnından  öpüb  —  qoçaq  qızım  deyib,  ilanı  götürür,  qıraqda  əl-

ayaq dəyməyən yerdə qaratikandan asır ki, ilan ulduz görsün, tamam ölsün.  

—Bəs  Həcər  nənənin  daha  qoçaqlığı?  —  deyə  yavaş-yavaş  yumşalan  Şəlalə  də 

soruşdu. Mən dönüb Həcər nənənin adını qoyduğum nəvəm Həcərin köşək gözlərinə 

baxdım.  Gördüm  ki,  onun  da  gözləri  nağıllarda  eşitdiyim  sayaqda,  Həcər  nənənin 

gözləri  kimi  qaynayır.  Nağılıma  dönüb  dedim.  —  Bəs  hələ  Həcər  səkkiz-doqquz 

yaşında ikən balaca-balaca çobanlarla çomaqlaşar, oğlanları əliyalın qoyarmış... 

Həcər  bir  az  da  yekələndən  sonra  dəliqanlı  oğlanlara  qarışıb  xam,  çılpaq  atı 

qəfil  yallayıb  minməkdə,  yazının  böyük  düzənində  çapmaqda,  hamını  vurub 

keçməkdə  də  birinci  imiş.  Nəbiyə  qoşulub  qaçan  Həcərin  başqa-başqa  hünərindən, 

onun  mərdliyindən,  igidliyindən  nəvələrimə  söhbət  açıb  söylədim  ki,  Həcər  at 

üstündə  necə  aynalı  tüfəngini  oynadar,  necə  atın  dolu  yüyürəyində  öz  gümüş 

kəmərinə  sancdığı  ipək  dəsmalını  çəkib  qabağa  atar,  gülləni  dəsmalın  ortasından 

keçirərmiş.  Həcər  Qaçaq  Nəbi  ilə  birlikdə  Nikolay  qoşununu  qırmaqda,  divan 

adamını  pərən-pərən  salıb  naçanniyin,  bəyin,  xanın,  ağanın,  zülmkarın  bağrını 

yarmaqda Nəbidən geri qalmaz imiş. Buna görə də nə qədər ki, Nəbi haqqında el-oba 

hava qoşub, oxuyubdur, o qədər də Həcər haqqında hava qoşub, oxuyubdur.  

—Baba,  sən  də  bu  havalardan  bizim  üçün  oxu!  —  deyə  qız  nəvələrimin  dördü  də 

məni dövrələdilər. Mən də onların sözünü yerə salmayıb oxudum: 

«Gün çıxıbdı günortanın yerinə, 

Həcər  xanım qalxıb atın belinə, 

   Əşrəfi mirvarı düzüb telinə, 

    Qoy sənə desinlər, ay Qaçaq Nəbi! 

Həcəri özündən ay qoçaq Nəbi». 

—Tayda-tayda, baba! Tayda, oxu!

2

 



                                           

2

 Tayda- yəni : yenə də 




24 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elektron Kitabları 



Mən  bu  dəfə,  yazı  masamın  üstündə  dayanan  «Qaçaq  Nəbi»  dastanını  əlimə  aldım. 

Vərəqləyə-vərəqləyə  nəvələrimə  danışdım.  Axırda  Qaçaq  Həcərin  necə  qazaxlarla 

vuruşan zaman mühasirədə qaldığını, Gorus qazamatına düşdüyünü dedim. 

—Bu zaman el-obada yaranan, oxunan havalardan da bir qoşmasını gətirdim: 

    «Yorğanım adyaldı, döşəyim həsir, 

Naçannik gələndə ürəyim əsir, 

Silistçi dindirir, prokuror kəsir, 

       Mənim bu günümdə gələsən, Nəbi! 

Qazamat dalını dələsən, Nəbi». 

Mən,  burada  dayanıb  fikrə  getdim.  Ötən  zamanın  zülmət,  qaranlıq  günlərini  göz 

qabağına gətirib duruxdum. Daha da artıq maraqlanan nəvələrim əl götürmədilər: 

—Baba, tayda, tayda! 

Onların xətrini sındırmayıb davam etdim: 

«Tellərim tökülüb, üzüm laladır, 

 Qaşlarım qaradır, gözüm aladır, 

           Yan-yörəm düşməndir, yerim qaladır, 

        Mənim bu günümdə gələsən, Nəbi, 

    Düşmənin əlindən alasan, Nəbi». 

—Tayda, tayda-tayda! 

—Bu da olsun «tayda!» deyib oxudum: 

«Döşəyim kərpicdir, yastığım saman, 

Yorğanım həsirdir, üşüdüm aman! 

Hər tərəf hasardır, hər tərəf duman

Mənim bu günümdə gələsən, Nəbi, 

                                   Zalımlar əlindən alasan, Nəbi». 

—Baba,  oxu  tayda,  oxu,  —  deyə  Şəlalə  sallaşdı,  Gülsabah  «ağbirçəklik»  elədi:—

Qalanı gələn dəfə! Daha babanı yormayın! 

Axırda  nəvələrim  məndən xahiş  elədilər ki,  Həcər  nənə  barəsində  onlar üçün 

bir nağıl yazım. Söz verdim. 



Yüklə 480,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə