Balalar-Az. Com Mirzə Aləkbər Sabir. Uşaqlara hədiyyə. Qarğa və Tülkü



Yüklə 4,76 Kb.
tarix08.01.2018
ölçüsü4,76 Kb.
#19990

Balalar-Az.Com

Mirzə Aləkbər Sabir. Uşaqlara hədiyyə.
Qarğa və Tülkü
Pendir ağzında bir qara qarğa
Uçaraq qondu bir uca budağa.
Tülkü görcək yavaş-yavaş gəldi,
Endirib baş ədəblə, çömbəldi.
Bir zaman həsrət ilə qarğa sarı
Altdan-altdan marıtdı baş yuxarı;
Dedi: "Əhsən sənə, a qarğa ağa!
Nə nəzakətlə qonmusan budağa!
Bəzədin bu gün sən bizim çəməni,
Şad qaldın bu gəlməyinlə məni.
Nə gözəlsən, nə xoşliqasən sən,
Yerni var söyləsəm - hümasən sən.
Tüklərindir ipək kimi parlaq,
Bədnəzərdən vücudun olsun iraq!
Bü yəqindir ki, var sevimli səsin,
Oxu, versin mənə səfa nəfəsin!"
Boylə sözdən fərəhlənib qarğa
Ağzını açdı ta ki, etsin - ğa,
"Ğa" edərkən hənuz bircə kərə
pendiri dimdiyindən endi yerə.
Tülkü fəvrən havada qapdı, yedi,
Qarğaya tə'nə ilə boylə dedi:
"Olmasaydı cəhanda sarsaqlar,
ac qalardı, yəqin ki, yaltaqlar".



Balalar-Az.Com

Yüklə 4,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə