Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə5/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   2   3   4   5   6   7   8   9   ...   53

 
17 
qaça  bilməzlər,  sən  də  doyunca  onların  bəhrəsini  dadarsan… 
Əlbəttə, qadir Allahın mərhəməti və rəhmi sayəsində. 
Falçı yenə gözlərini yumdu və camı qarışdırmağa davam 
elədi. 
- O qara çərçivə nədir, bilmirəm. 
- Xanım, bəlkə həyatım qara çərçivənin içindədir? 
-  Yaxşı,  yaxşı,  dayan  görüm,  -  falçı  hirslənib  səsini 
qaldırdı,  -  mənim  üçün  çoxbilmişlik  eləmə.  Elə  bilənsinizsə, 
mənim yanıma nəyə gəlirsiniz? İkincisinə qalanda belə bir şey 
olsa,  o  çərçivəni  sındırıb  qaranlığı  götürmək  də  bizim 
əlimizdədir. 
- Onu bilirəm. 
- Hardan bilirsən? 
- Belə deyirlər. Bayaq məndən qabaq çıxan qadın deyirdi 
ki,  min  beş  yüz  manat  verdim,  razı  olmadı.  Bilirəm  ki,  çarəsi 
sizdə olmayan dərdlərə görə pul almırsınız. 
Bu  sözlərdən  məmnun  qalan  falçı  qadın  yumşalıb  muma 
döndü.  Bir  neçə  dəqiqə  söhbət  elədilər.  Nazəninin  din  yoluna 
düşdüyünü  biləndə  daha  da  sevindi.  Təzə  dəmlənmiş  çaydan 
birini  özünə,  birini  də  Nazəninə  gətirtdirib  sirr  açırmış  kimi 
pıçıldadı: 
-  Səni  bir  molla  bacının  yanına  göndərəcəyəm.  O  sənə 
haqqın yolunu göstərəcək, bütün müşküllərini həll edəcək. 
Falçı qadın yanındakı siyirtmədən dəftər, qələm  götürdü. 
Nəsə yazdı. Varağın yazılan hissəsini cırıb qatladı və Nazəninə 
verdi. 
- Bu molla bacının ünvanıdır, gedib onu taparsan. İşi çox 
olur,  ancaq  tapşıracam  sənə  vaxt  ayıra  bilsin.  Hiss  edirəm  ki, 
nümunəvi qadınsan. Həm də ki, dindar… Çayını iç, dur get, on 
beş gündən bir mənə dəyərsən. 
 
* ** 
 


 
18 
Həyətdəki  meyvə  ağacları  yaxşı  bar  gətirmişdi.  Bəzi 
kövrək  budaqlar  meyvələrin  ağırlığına  dözə  bilməyib 
sınmışdılar.  Sınmış  və  yarpaqları  solan  budaqlarda  meyvələr 
yetim görünürdülər. Bu meyvələri niyə yığıb aparmırdılar, belə 
üzüntülü, yazıq, zavallı hallarından niyə azad eləmirdilər, orası 
çox  qəribə  idi.  Ağaclar  da  yaralı  qollarından  azad  olar,  bir  az 
rahat nəfəs alar, ölən budaqlarının dərdinə ağlaya-ağlaya qalan 
budaqlarının halına yanardılar. 
Dəmir  qapının  yuxarı  tərəfində  böyük  su  çəni 
qoymuşdular.  Çən  bəlkə  də  on  on-beş  ton  su  tutardı.  Həyət-
bağçanı, yəqin, bu çənin suyu ilə sulayırdılar. Ev gül kollarının 
arasında  itib-batmışdı.  Qapı  haraydı,  pəncərə  hara,  bilinmirdi. 
Evdən  heç  səs-səmir  də  gəlmirdi.  Nazənin  yalqız  dəmir 
oturacaqda  oturmuşdu.  Ona demişdilər,  gözlə, o  da gözləyirdi. 
Bəlkə bir saat çəkdi, iki saat  çəkdi,  bilmədi. Ancaq bu zaman 
kəsiyi  ona  çox  uzun  göründü.  Bir  istədi  ayağa  qalxsın,  heç 
kimə heç nə demədən qapıya sarı gəlsin, dəmir qapını aralayıb 
buradan  uzaqlaşsın.  Elə  o  anda  falçı  qadının  sözləri  yadına 
düşdü.  Və  yerindən  tərpənmədi,  gözlədi,  gözlədi  görsün  kim 
evdən çıxacaq, kim gəlib molla bacının yanına aparacaq. Elə bu 
anda  gül-çiçəyin  içində  itmiş  qapı  cırıltı  ilə  aralandı,  ortayaşlı, 
kök, yaraşıqlı qadın həyətə çıxıb onu yanına çağırdı. Qolundan 
tutub danışa-danışa içəri apardı. 
-  Bax,  burada  gördüklərin  haqda  bir  kimsəyə  heç  nə 
deməyəsən. Yoxsa, arzuların puç olar. 
Elə  bil,  başqa  aləmə  düşdülər.  Heç  həyatında  belə  yer 
görməmişdi. Bağça-bağın ucu-bucağı görünmürdü. Yaşıllıqdan 
göz  qamaşırdı.  Xırda  dağ  kimi  düzəldilmiş  şəlalələrdən  su 
axırdı. Hər ağacın dibində bir-iki nəfər oturmuşdu. Kimsə dua 
oxuyur, kimsə astadan ağı deyib ağlayır, bir neçəsi isə elə-belə, 
key-key  gözlərini  döyərək  gəlib-gedənə  baxırdılar.  Bir  qadını 
zəncirlə ağaca bağlamışdılar. O da halından məmnun-məmnun 
gülümsəyir, çiyinlərini, sinəsini qaşıya-qaşıya danışırdı. 


 
19 
Nazənin  özünü  itirdi.  İstədi  qadının  əlindən  qurtulub 
qaçsın,  bir  də  buralara  gəlməsin.  Amma  gec  idi,  artıq  kök, 
yaraşıqlı  qadın  onu  çəkib  aynabəndə  salmışdı.  Aynabəndin 
içərisində  bir  neçə  zərlə  işlənmiş  qapı  vardı.  Hamısı  da  bir-
birinə  oxşayırdı.  Aynabəndin  divarlarına  da  qəribə  şəkillər 
vurmuşdular. Bu şəkilləri Nazənin şərq kinolarında görmüşdü. 
Kök,  yaraşıqlı  qadın  o  qapılardan  birini  açıb  onu  içəri 
ötürdü.  Nazənin  tamamilə  özünü  itirmişdi.  Utanmasaydı, 
qışqırıb  bayıra  qaçardı.  Gözü  evin  işığına  öyrənəndə  yuxarı 
başda,  döşəkcənin  üstündə  oturmuş  qadını  gördü.  Qadın  yaşlı 
olsa  da,  çox  gözəgəlimli  idi.  Əllərini  sinəsində  çarpazlayıb, 
qarşısına  qoyulmuş  Qurana  baxırdı.  Özünü  məşğul  kimi 
göstərsə də, hiss olunurdu ki, oxumur, elə-belə baxır, bəlkə də 
ilk dəfə söhbət edəcəyi adamla danışığının cizgilərini cızır. 
Əliylə  Nazəninə  yer  göstərdi.  Nazənin  oturandan  sonra 
başdan-ayağa onu süzdü. 
- Kimsən? 
- Molla bacı, məni falçı xanım göndərib. 
-  Əvvəla,  molla  bacı  yox,  hacı  xanım…  Altı  dəfə  Həcc 
ziyarətində  olmuşam.  Üç  dəfə  Kərbəlaya,  iyirmi  altı  dəfə 
Məşhədə, qurbanı olduğum İmam Rzanın ziyarətinə getmişəm.  
- Bağışlayın… 
-  İkincisi, bura ocaqdır, mən də ocağın sahibi. Əgər şəkk 
gətirəcəksənsə,  üzüsulu  dur  get  buradan.  Məni  də  günaha 
batırarsan, özünü də yandırarsan… Adın nə oldu? 
- Nazənin. 
- Hə, Gövhər xanım deyib sənin haqqında. 
Molla  xanım  ayağa  qalxıb  bir  az  aralı  qalmış  pəncərəni 
örtdü.  Qıpqırmızıya  boyanmış  saçlarına  tumar  çəkib,  əvvəlki 
yerinə qayıtdı, qollarını  yenə sinəsində çarpazlayıb danışmağa 
başladı: 
-  Bu  dünya  sirli-sehrli  dünyadır.  Hələ  heç  kəs  dünyanın 
sirlərindən  baş  açmayıb.  Yüz  alim  gələ,  min  filosof  doğula, 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə