Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə8/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

 
28 
- Sən tələbə babasan, odun yığmaq, ocaq qalamaq, kabab 
şişləmək əlindən gəlməz. Sən çay işinə baxsan bəsimizdir. 
İlqarın sözlərində bir az da kinayə olduğunu Ziyad anladı. 
Ancaq  dinmədi,  çaydanı  götürdü,  iki  daşın  üstünə  qoyub, 
daşların arasına yığdığı çırpılara od vurdu. 
Artıq  süfrə  də  hazırlanmışdı.  Hər  kəs  ona  tapşırılan  işi 
yerinə  yetirir,  sonra  gəlib  süfrənin  ətrafında  otururdu.  Təkcə 
kabab  bişirənlər  işlərini  qurtarmamışdılar.  Hələ  tam  hazır 
olmayan  kababın  ətri  ətrafa  yayılır,  adamda  doyumsuz  iştah 
hissi yaradırdı. 
Ziyadın  dəmlədiyi  çayı  yaman  bəyənmişdilər.  Elə  hey 
süzüb  içir,  kabab  bişirənlərə  göndərir,  Ziyadı  tərif  yağışına 
tuturdular. 
-  Ziyad,  sən  mənim  canım,  belə  çay  dəmləməyi  kimdən 
öyrənmisən? 
- Atamdan… Bilirsiz, uzaq Göydaşlı kəndində atamın bir 
dostu  vardı,  tez-tez  onlara  gedərdi,  ara-sıra  bizi  də  aparardı. 
Çox  gözəl  kənd  idi;  təbiəti  əsrarəngiz,  adamları  da  ki,  mərd. 
Bir-iki  il  əvvəl  rəhmətə  getdi  o  kişi.  Bax,  o  kişi  öyrətmişdi 
atama  çay  dəmləməyi.  Hələ  mən  nə  bacarıram  ki?!  Atamın 
dəmlədiyi çayın ətrindən doymaq olmur. 
Kabab bişirənlər hazır kabab şişləri əllərində gəldilər. İsti 
kababları  lavaş  çörəklərlə  çəkib  qazana  tökdülər.  Və 
paylaşdırıb iştahla yeməyə başladılar. 
Yaxşı  tut  arağı,  xarici  konyak  da  gətirmişdilər.  Hamısı 
içirdi.  Bircə  Ziyaddan  başqa.  Bilirdilər  ki,  Ziyad  içən  deyil, 
ancaq yenə də sataşmaqlarından qalmırdılar. 
- Ziyad, birdən molla olarsan. 
-  Yox  əşi,  kəndə  gələndə  içmir.  Özünü  qızlara  göstərir. 
Şəhərdə bəlkə də, küpündə yatır. 
- Hə, içəndə görən olub. 
Ziyad  ağzındakı  kababı  tələsik  udub,  hələ  indiyə  qədər 
dilinə spirtli içki dəymədiyini sübut eləməyə çalışdı. 


 
29 
-  Mən  içsəm  şəhərin  tinlərində  yataram.  Bəs  mənim 
əvəzimə  kim  oxuyar?  Orada  oxumaq  elə  bilirsiniz  halva 
yeməkdir?..  Ümumiyyətlə,  içkiyə  rəğbətim  yoxdur.  İçmək 
könüllü dəlilikdir. 
-  Deməli,  biz  hamımız  dəliyik  də?!  Dəli  yığıncağında 
oturmusan ki. 
- Yox, mən elə deməzdim. Amma, düşünürəm, o adamlar 
həddindən  artıq  içki  qəbul  edirlər  ki,  onlar  Tanrının  küskün 
bəndələridir. 
- Biz nədən küsəcəyik, ə, bir tikə yeməyimiz, içməyimiz, 
şokolad kimi də oğlanlarıq. 
- Bakıda sənin başına soyuq dəyib deyəsən, Ziyad. 
Mübahisənin qızışmaması üçün Əjdər söhbəti dəyişdi. O, 
uşaqlıqda  başlarına  gələn  oyunlardan  danışır,  yeniyetmə 
çağlarında uzunqulaqlara olan «məhəbbətlərindən» söhbət salır, 
içkili yoldaşlarını qəhqəhələrə qərq edirdi. 
- İlqar, yadına gəlir, sənin Nəbi əminin bir uzunqulağı var 
idi. Gözləri elə qəşəng idi ki, baxmaqdan doymazdıq. 
-  Sataşmağa  adam  tapmadın?  Sənin  dayının  da 
uzunqulağı heç pis deyildi.  
Ziyad  qulaq  asır,  xırda-xırda  gülür,  ancaq,  daxilən 
ziddiyyətli  hisslər  keçirirdi.  Bilirdi  ki,  yumşaq  başlayan  bu 
söhbətin  sonu  yaxşı  qurtarmaya  bilər.  Həmkəndlilərini  yaxşı 
tanıyırdı  axı;  xırda  bir  söhbətin  ucundan  tutub  ucuzluğuna 
aparmaq Qaradaşlıların köhnədənqalma dədə-baba adəti idi. Bir 
azdan  tayfa  söhbəti  də  ortaya  gələ  bilərdi.  Bu  onun,  o  bunun 
tayfasının pisindən deyəcəkdi, nöqsanlarından danışacaqdı. Biri 
iki  yüz  il  bundan  qabaq  o  birisinin  babasının  bunun  babasına 
daş atdığını, bağına-bostanına kəc baxdığını, biri o birisinin əkə 
babasının bunun əkə əmisinə yerli-yersiz sataşdığını yada salıb 
meydanı qızışdıracaqdı... 
- Cavad, sənin ana tərəfin erməni olub, bunu bilirsən? 
- Erməni niyə oluruq, biz Seyid nəsliyik. 


 
30 
- Seyidin erməni arvadı ola bilməz? 
- Qismət, sən özündən danış. Otuz yeddinci ildə babaların 
kənddə neçə adamı kulak göndəriblər. 
Ziyad vəziyyətin gərginləşdiyini görüb araya girdi. 
- Uşaqlar, ayıbdır. Siz, axı, məni dağa qonaq gətirmisiniz. 
Belə də qonaqlıq olar?! 
Ziyadın  sözləri  səs-küyün  içində  itib  batdı.  Artıq  ağız 
deyəni qulaq eşitmirdi. Hamısı bir-birinin tayfasında nöqsanlar 
axtarır, təhqiramiz sözləri bir-birinin üzünə çırpırdılar. 
- Silvanı kənddə müdafiə edən, saxlayan sizsiniz… 
- Armudluqda Kərimi öldürən… 
- Səmədin qızını qaçırıb… 
- Dəyirmandan taxıl oğurlayan… 
- Gecələr qız-gəlinlər sizin qorxunuzdan… 
İndi  ayağa  qalxmışdılar.  Bir-birinə  yumruq  atır,  kəllə 
vurmaqdan  belə  çəkinmirdilər.  Üz-gözləri  qana  bulaşmışdı. 
Ziyad  ortada  tək  qalmışdı,  heç  nə  edə  bilmirdi.  Arada  boş-
boşuna  yumruqlar  yeyirdi.  İşi  belə  görüb  onlardan  aralandı. 
Qırağa çəkilib bir az davaya baxdı. Dava salanlardan öz təhqir 
və  söyüş  payını  almamaq  üçün  əllərini  yanına  saldı,  yolu 
qabağına qatıb kəndə üz tutdu. 
Evlərinə  çatanda  günəş  hələ  qüruba  əyilməmişdi.  Anası 
bağçada,  ağacların  altında  paltar  yuyurdu.  Oğlunu  görəndə 
təəccübləndi. 
- Nə tez gəldiniz, Ziyad? 
- Nə bilim? 
- Yaxşı keçdi qonaqlığınız? 
- Çox gözəl, mehribançılıq şəraitində. 
Anası  Ziyadın  kinayəsini,  deyəsən,  hiss  elədi.  Əlindəki 
paltarları sıxıb, qəribə nəzərlərlə oğluna baxdı. 
-  Heç  inanmıram,  inanmıram  ki,  beş-on  Qaradaşlı  bir 
yerdə otura, orada dava düşməyə. 


 
31 
-  Yox,  ana,  bu  dəfə  yaxşı  qurtardıq…  Ölüb-eləyən 
olmadı. 
Anası gülə-gülə teştin çirkli suyunu arxa tökdü. 
-  Hə,  bala,  biz  hələ  toya  getməliyik.  Deyir,  o  biri 
kəndlərdə  bir  ovuc  torpaqdan  ötəri  bir-birini  qanına  qəltan 
edirlər. Eyvaz müəllim deyirdi ki, Çamırlıda… 
- Ana, Qərib dayının qızı neçədə oxuyur? 
- Qərib dayı kimdi, ay bala? 
- Qərib də... bığlı Qərib demirlər? 
-  Nə  bilim,  vallah,  iki  qızı  var,  biri  ondadır,  deyəsən,  o 
birisi doqquzda. Onları neynirsən? 
- Heç, elə-belə… 
- Sən mənim canım. 
-  Ana,  bilirsən,  Nazənindən  xoşum  gəlir.  Çox  tərbiyəli 
qıza oxşayır. 
- Yox, ay bala, bizimki onlarla tutmaz! 
- Nəyə görə? 
-  Tutmaz  də.  Həm  də  deyəsən,  o  qızların  ikisinin  də 
deyiklisi var. 
Ziyad day bir söz demədi. Həyətdəki gur suyun altında əl-
üzünü  yuyub,  aynabəndə  çıxdı.  Oradan  da  yan  otağa  girib, 
xalçanın üstünə uzandı. Qız heç yadından çıxmırdı. Xəyalında 
onunla  evlənir,  qatara  mindirib,  Bakıda  aldığı  təzə  evinə 
aparırdı.  Uşaqları  olurdu.  Bir  oğan,  bir  qız.  Çoxuşaqlı 
ailələrdən  heç  xoşu  gəlmirdi.  Düşünürdü  ki,  indiki  zəmanədə 
iki  keyfiyyətli  uşaq  tərbiyə  edib  cəmiyyətə  təqdim  etmək,  çox 
sayda  keyfiyyətsiz  uşaqlar  böyüdüb  cəmiyyətin  canına 
sırımaqdan  qat-qat  yaxşıdır.  Biri  elə  qonşuları  İdris,  on 
uşağından  biri  də  cəmiyyətə  faydalı  şəxs  ola  bilməyiblər. 
Ziyanverici  həşəratlar  kimi  hər  yanı  zəhərləyib,  insanları  bu 
işıqlı dünyada yaşamaqdan bezdiriblər. 
Görəsən, anam niyə belə dedi? Bəlkə onun anasıyla arası 
yoxdu?  Bəlkə  yaxşı  ailə  deyillər?  Axı,  uşaqlar  da  onun 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə