Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə3/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   2   3   4   5   6   7   8   9   ...   53

 

- Olar, niyə olmur, ancaq bu dəfə bir az tez gəlmisən. Heç 
gözləmirdim… Evə getməmisən? 
- Yox. 
- Niyə? 
- Gedəcəm. 
- Nə vaxt?  
- Qoy bir səni görüm. 
Ayağa  qalxıb  arvada  tərəf  gəldi,  qarnının  yan 
tərəflərindən qıdıqlayıb, arvadı əsəbiləşdirdi. 
- Yaxşı, yaxşı, rədd ol, heyvanlıq eləmə. 
Ziyad  pəncərənin  qarşısına  gəldi,  açıb  həyətə  baxdı. 
Külək  elə  vıyıldayırdı  ki…  Şeytanın  taxta  çıxdığı  gün  idi  elə 
bil. 
- Ziyad, sən Allah, evindən niyə belə soyumusan? 
- Soyumamışam. 
- De, sən öl. 
- İblis ölsün. 
Ziyad  pəncərəni  bağlayıb  yerinə  qayıtdı.  Təzə  siqaret 
alışdırdı. Qızının sözləri təkrar-təkrar yadına düşdü. Tuqay hara 
getmiş  olar?  Bəlkə  yolunu  azıb?  Bəlkə  pis  uşaqlara  qoşulub? 
Bəlkə... O, elə uşaq deyildi axı. Həmişə məktəbdə ata-anaların 
toplantısı  olanda  müəllimlər  onu  tərifləyirdilər.  Deyirdilər, 
sakit  oğlandır.  Heç  dəcəl,  cüvəllağı  uşaqlara  qoşulmaqla  arası 
yox  idi.  Bütün  bunları  ona  Nazənin  danışırdı.  Çünki  özünün 
belə  toplantılara  getməyə  həvəsi  çatmırdı.  Və  bunun  üstündə 
tez-tez  arvadı  ilə  sözləşirdilər.  Deyirdi,  bir  sən  də  get  belə 
iclaslara,  qoy  camaat  görsün  ki,  Tuqayın  da  atası  var.  Elə  bil 
uşaq  yetimdir.  «Yaxşı-yaxşı,  bayquş  ağzını  açma,  gələn  dəfə 
özüm gedəcəyəm» - deyir, ancaq yenə toplantının vaxtı çatanda 
bir bəhanə ilə aradan çıxıb, yenə Nazənini göndərirdi. Məktəbə 
getmək,  valideynlərlə  bir  sırada  dayanmaq,  nəyi,  nələrisə 
müzakirə mövzusuna çevirmək, birini tənqid, birini tərif atəşinə 
tutmaq  heç  ləzzət  eləmirdi  ona.  Təsadüfi  hallarda  belə 


 
10 
vəziyyətə düşəndə sıxılırdı, elə bil, köynəyi əyninə dar gəlirdi, 
nəfəsi  darıxırdı.  Niyə  beləyidi,  orada  dayanan  ataların  nəyi 
ondan  üstün  idi,  kəsdirə  bilmirdi.  Bəlkə  də  qəlbinin  lap  gizli 
dolaylarında  bunun  səbəbini  tapmışdı.  Ancaq  bu  səbəbi  dilinə 
gətirmir,  o  fikirləri  qorxulu  yuxu  kimi  ürəyindən  qovmağa 
çalışırdı. Bunu bacarırdımı, buna  gücü çatırdımı? Onun özünə 
də burası aydın deyildi. Bir orası aydın idi ki, bulanıq, kölgəli 
hisslər  qəlbinə  hakim  kəsilmişdi  və  onu  dünyanın  elə  qərib 
adamlarından  birinə  döndərmişdi  ki.  Hərdən  hissə  qapılırdı, 
özünü  tənha,  yazıq,  köməksiz  hesab  edir,  baş  götürüb 
haralarasa getmək istəyirdi. 
Amma  o  zamanlar  belə  düşünmürdü.  Ağ  xalatlı  tibb 
bacısı ona yaxınlaşıb, oğlunun dünyaya gəldiyini xəbər verəndə 
elə sevinib, qürurlanmışdı ki, hisslərinə hakim kəsilə bilməyib, 
hətta, tibb bacısını qucaqlamış, üzündən öpmüşdü. 
Adını  da  özü  qoymuşdu.  Tuqay  adından  yaman  xoşu 
gəlirdi.  Elə  bilirdi  ki,  bu  adda  olan  oğlanlar  böyüyüb  kişi 
olanda adlarına naxələf  çıxa bilməzlər, ölənəcən  bu adı mərdi-
mərdanə  daşıyarlar.  Daha  doğrusu,  bu  ad  özü  onu  götürüb 
uzaqlara,  lap  uzaqlara,  yüksəkliklərə,  natəmizlik  olmayan 
yerlərə aparar. 
Tuqay  ağappaq,  toppuş  bir  uşaq  idi.  Gözləri  elə  maviydi 
ki,  lap  dənizə  oxşayırdı. Bir  dəniz  coşqunluğu, dəniz  şəffaflığı 
vardı  o  gözlərdə.  Onu  qucağına  götürüb  gəzdirdikcə, 
yaşıllıqlar,  gül-çiçəklər  arasına  aldıqca  dənizin  qoxusunu 
duyurdu. Sanki dəniz gəlib Tuqay olmuşdu, ya da Tuqay dənizə 
dönmüşdü. İlk sözlərini deyəndə, ata kəlməsini dilinə gətirəndə 
Ziyad özünü bəxtəvər, xoşbəxt sanırdı. 
Bir  müddət  ikinci  uşaqları  olmadı.  Hara  getdilər,  hansı 
həkimi  dindirdilər,  müsbət  cavab  eşitmədilər.  Beş-altı  ildən 
sonra… 
Ziyad işdən yenicə qayıtmışdı. Tuqay evdə yox idi, xalası 
götürüb harasa aparmışdı. Salamlaşıb hal-əhval tutandan sonra, 


 
11 
Nazənin  qəribə-qəribə  ona  baxdı,  sonra  gülümsədi,  Ziyadın 
əlini  götürüb  paltarının  altından  göbəyinin  üstünə  qoydu. 
Nazlanıb gözlərini süzdürdü. 
- Orda nə var? 
Ziyad başını buladı. 
- Bir şey hiss eləmirsən? 
Ziyad key-key arvadının üzünə baxdı. 
- Döyüntünü duymursan? 
Ziyad gözləri ilə «yox» dedi. 
- Uşağımız olacaq. 
-  Doğrudan?  –  Ziyad  bu  gözlənilməz  xəbəri  çox  soyuq 
qarşıladı. 
- Eşidirsən, Ziyad, uşağımız olacaq? 
- Nə yaxşı, təbrik edirəm. 
Ziyad könülsüz əyilib Nazəninin dodaqlarından öpdü. 
Nazənin pərt olsa da, daha üzə vurmadı. Ayağa qalxıb əri 
üçün yemək tədarükünə başladı. 
Dərya  qız  olsa  da,  Tuqay  kimi  yaraşıqlı  deyildi.  Tərsinə 
dünyaya  gəlmişdilər  elə  bil;  Tuqay  göyçək  və  sakit,  Dərya 
çirkin və şıltaq. 
Yaşının üstünə yaş gəldikcə Dərya da gözəlləşirdi. Körpə 
vaxtı ilə indini heç müqayisə etmək olmazdı. Qızlar bulağından 
su  içməyə  başlayanda  isə  yoldaşları,  tay-tuşları  arasında  bəlkə 
heç onun qədər gözəgəlimlisi yox idi. 
Bunlar  qəribə  deyildi.  Heç  gözlənilməz  də  demək 
olmazdı. Ən qəribəsi və ən gözlənilməzi o idi ki, Ziyad qızını 
başqa  atalar  qızlarını  sevdiyi  qədər  sevə  bilmirdi.  İşdən  gələn 
kimi  onun  çiyinlərinə  atılır,  belinə  minir,  qarnının  üstündə 
oturur,  hoppanıb  düşürdü.  Ata  bütün  bunlardan  zövq  alırdı, 
əylənirdi,  gülürdü.  Ancaq…  Ata  kimi  qızına  qarşı 
məhəbbətində nəsə çatışmırdı. Bütün bunları Nazənin duyurdu. 
Amma heç  üzə  vurmurdu.  Tez-tez Tuqayın  özünə, Dəryanınsa 


 
12 
atasına  oxşadığını  deyir,  ciddi-ciddi  bunu  sübut  etməyə 
çalışırdı. 
- Bir bax, burnu sənin burnun, ağzı sənin ağzın, gözləridə 
ki… 
Ziyad artırmaya keçir, siqaretini odlayırdı… 
Ziyad  xəyaldan  ayrılıb,  arvadın  oturduğu  yerə  baxanda 
onu  görmədi.  Mətbəxə  baxdı,  orada  da  yox  idi.  Xarab  olacaq 
şeyləri  stolun  üstündən  götürüb  soyuducuya  qoydu.  İşıqları 
söndürüb yataq otağına gəldi. Arvad yarıçılpaq vəziyyətdə qoşa 
çarpayının bir tərəfində uzanıb yatmışdı. Sərxoş olduğuna görə 
yaman  da  xoruldayırdı.  Ziyad  köhnə  və  çirkli  adyalı  onun 
üstünə  atıb  soyundu.  Üzü  arvada  sarı  uzanıb,  onun  qırış-qırış  
olmuş  üz-gözünə  baxdı.  O  qırışlar  ömür  yolunun  cığırları  idi. 
Ki,  o  cığırlardan  keçib  bu  günə  çatmışdı.  Ziyad  onun  həyat 
yolunu  tam  bilmirdi;  haradan  gəlmişdi,  haralardan  keçmişdi, 
haraya  gedirdi,  necə  yaşamışdı,  nəşəli  günləri  kədərli 
günlərindən  azmı  olmuşdu,  çoxmu  olmuşdu,  oralarını  yaxşı 
bilmirdi.  Hərdən  keflənəndə  keçmiş  həyatından  bəzi  anonslar 
verirdi,  bir  az  ağlayırdı,  bir  az  gülürdü,  kişi  söyüşləri  ilə 
kimlərisə  söyürdü,  vəssalam.  Ziyada  qəribə  gəlirdi,  bu  qəribə 
arvadın taleyi haqqında bilgilər almaq istəyirdi. Ona görə bəzi 
vaxtlar  arvadı  daha  çox  içirirdi.  Lakin arvad danışmırdı. Yəni, 
onun  istədiklərini  demirdi.  Bu  da  Ziyadın  marağını  daha  da 
artırır,  bir  gün  onu  dinləmək,  kitab  kimi  oxumaq  həvəsiylə 
alışıb-yanırdı. 
Arvad  yerində  qurcalandı.  Adyalı  yana  atdı,  başını  lap 
Ziyadın başına yaxınlaşdırıb, yenə xoruldadı. 
Sərxoş  olsa  da,  ilk  vaxtlar  tanış  olduğu  bu  qadına  qarşı 
etdiyi hərəkətə görə indi də utandı… 
…Beləcə  yan-yana  uzanmışdılar.  Onda  da  sərxoş  idilər. 
Ancaq  arvad  yatmamışdı.  Gözlərini  tavana  zilləyib,  dərin 
xəyallara  dalmışdı.  Ziyad  ona  bir  xeyli  baxdı,  baxdı,  birdən 
qanı  qaynadı.  Əlini  astaca  aparıb  arvadın  döşünün  üstünə 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə