Rasim GƏNZƏLİ qiyamət qopanda…



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə14/53
tarix29.05.2018
ölçüsü3,86 Mb.
#46659
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

 
49 
-  Gedək,  Məmmədbəy,  gedək.  Gecələr  də  qorxumdan 
yata  bilmirəm.  Adamlar  da  belə  bir  təhərdilər  ey,  vəhşilərə 
oxşayırlar. 
-  Qorxma,  əzizim,  sənnən,  mənnən  kimin  nə  işi  var  ki?! 
Onların davası özləriynəndi. 
Şəfəqnurun  əl  çəkmədiyini  görəndə  Məmmədbəy  onu 
sinəsinə sıxdı, şümal saçlarına sığal çəkdi. 
-  Darıxma,  yaxın  günlərdə  mənim  yerimi  dəyişəcəklər. 
Ola bilsin Bakıya göndərdilər. Onda olarsan şəhərli balası, heç 
kimdən də qorxun, hürkün olmaz. 
- Bakıda adamlar bir-birlərini döymürlər? 
- Yəqin ki,  yox. Axı orda heç kim bir-birini tanımır. Bir-
birini döyənlər doğma adamlardır. 
Şəfəqnur day bir söz demədi. 
Günlər  bir-birini  əvəz  edir,  Məmmədbəy  hər  gün  çıxıb 
gedəcəklərini  deyir,  Şəfəqnur  darıxa-darıxa  o  anın  çatacağı 
vaxtı  gözləyirdi.  Gözləyə-gözləyə,  darıxa-darıxa  hələ  imkan 
tapıb bu qəliz kənddə özünə dostlar da tapmışdı; Çimnaz xala, 
Bəsti bacı, Nabat, Sürəyya. Təklikdən üzüləndə həyətə çıxırdı, 
onlardan  birini  tapırdı.  Söhbətləşir,  dərdləşir,  həyatlarındakı 
maraqlı  məqamlardan  xatirələr  danışırdılar.  Xatirələr 
köhnəlmir,  axı.  İnsanı  ömrü  boyu  izləyir,  yaxşı  aura  yaradır, 
insanın hər zaman yaddaş məqamında olur. 
Məmmədbəy  kənddə  hər  gün  hörmətinin  üstünə  hörmət 
gətirirdi.  Xatirini  çox  istəyirdilər,  məsləhət  üçün  yanına 
gəlirdilər.  Bəzən  yaşlı  adamlar  belə  onunla  görüşüb,  bəzi 
məsələlərə aydınlıq gətirməyi özlərinə rəva bilirdilər. 
Bəlkə  belə  deyildi,  ancaq  Şəfəqnura  elə  gəlirdi  ki,  bu 
dörd-beş  ayda  kəndin  adamları  da  dəyişmişdilər.  Daha  heç 
nəyin  üstündə  əvvəlki  kimi  dava  salmır,  bir-birinin  etdiklərini 
çətinliklə də olsa həzm etməyə çalışırdılar. 


 
50 
Bunu  Məmmədbəyə  deyəndə  Məmmədbəy  güldü. 
Zarafata  salıb  «bəlkə  Tanrı  bizi  buraya  barışıq  mələyi 
göndərib?» - dedi.  
Şəfəqnur  bu  zarafatın  içində  böyük  həqiqətin  olduğuna 
inanmağı gəlirdi. 
Və Məmmədbəy dərsdən qayıdıb onun işini başqa kəndə 
dəyişdiklərini xəbər verdi. 
Şəfəqnur  Çimnaz  xalayla,  Bəsti  bacıyla,  Nabatla, 
Sürəyyayla vidalaşdı, görüşüb, öpüşüb ayrıldı. 
Bu  kənd  gəldikləri  kənddən  çox  uzaq  idi.  At  arabası  ilə 
bir  günə  yaxın  yol  gəlmişdilər.  Elə  bil,  iqlim  də  başqaydı, 
adamlar da. Bu kənd o kənddən çox böyük idi. Kəndi dağ çayı 
iki hissəyə ayırırdı. Yazda sellər-sular aşıb-daşanda, deyirdilər, 
kəndin bu hissəsindən o hissəsinə keçmək mümkün olmurdu. 
Məmmədbəyi  rayon  maarif  şöbəsinə  çağırıb  bu  kənd 
məktəbinə  direktor  təyin  etdiklərini  dedilər.  Maarif  şöbəsinin 
ağsaqqal  müdiri  çal  saçlarını  əlləri  ilə  darayıb,  sınayıcı 
nəzərlərlə Məmmədbəyə baxdı. 
-  Hə,  cavan  oğlan,  mənə  de  görüm,  Sarıqaya  məktəbinin 
direktoru işləyə bilərsənmi? 
Məmmədbəy çiyinlərini çəkib, bir söz demədi. 
-  Deməli,  işləyə  bilərsən…  Get,  sənə  uğurlar  olsun… 
Ancaq, yadında saxla, bu kənd sən gördüyün kəndlərdən deyil. 
Çox  mürəkkəb  kənddir.  Bir  az  özünü  yava  apardın,  adamı 
divara dırmaşdırarlar. 
Maarif  müdirinin  sözlərini  Şəfəqnura  deyəndə,  gəlin 
dərindən  ah  çəkdi.  Sonra  qəmgin-qəmgin  xəyala  daldı.  Heç 
bilmədi nəyə görəydi, gəldikləri kəndi elə arzuladı ki... 
Bir  həftə  məktəbdə,  gözətçinin  otağında  yaşadılar.  Sonra 
məktəbin yanında üçgözlü otaqda yerləşdirdilər. 
Bura  Nargilə  xalanın  eviydi.  Əri  müharibədə  həlak 
olmuşdu.  Bir  qızı  vardı,  o  da  başqa  kəndə  ərə  getmişdi.  Bir-
birlərini  çox  az-az  görürdülər.  Kürəkəninin  xasiyyəti  ağır 


 
51 
olduğundan qızı anasının yanına gətirmirdi. Ana da hərdənbir, 
lap  ürəyi  darıxanda  qızıgilə  gedir,  qızını,  nəvələrini  görüb,  tez 
də geri qayıdırdı. 
Çox  xanım-xatun,  işini-gücünü  bilən,  adam  yeri  tanıyan 
bir  qadın  idi  Nargilə  xala.  Elə  ilk  günlərdən  Şəfəqnur  ona 
öyrəşdi, mehrini, məhəbbətini bu qadına saldı. Qadın öz taleyi 
haqqında məlumat verəndən sonra kəndə keçdi. Dedi, kəndimiz 
yaxşı  kənddi,  amma…  Bu  ammalar  kəndin  mənzərəsini, 
adamların xarakterini az-çox Şəfəqnura anlatdı. 
Bu  dağ  kəndinin  dağ  kimi  sərt  qanunları  vardı.  İki  yerə 
parçalanmış  kəndin  hər  tayında  özünəməxsus  adət-ənənələr 
hökm  sürürdü.  Bu  adət-ənənələrdəki  bəzi  uyğunsuzluqlar 
adamların bir-birinə olan mehr-məhəbbətinə qaranlıq bir kölgə 
salırdı.  Yaşlı  adamların  dediyinə  görə,  bu  kəndin  hər  tayına 
başqa-başqa  yerlərin  adamları  köçmüşdülər.  Əvvəllər  bu  kənd 
bir  bəyin  örüş  yeri  olubmuş.  Bəy  öləndən  sonra  örüş  yeri 
dağılmış,  adamlar  bu  yerlərə  köçərək,  özlərinə  məskən 
salmışdılar. 
Bu kənddən bir az aşağıda Çobanoba adında bir kənd var 
imiş.  Və  bu  kəndin  adamları  ilə  Çobanoba  kəndinin  adamları 
bir-biriylə 
düz  gəlmirmişlər.  Gündə  davalar,  şavalar, 
qırğınlar…  Polis  də  buraları  öz  cilovunda  saxlaya  bilmirmiş. 
Bunların davasını ayırmaq üçün gələn polislərə də hücum çəkir, 
bəzən polislərə silah da  qaldırırdılar. Axırıncı davada  üç polis 
nəfərini  vurub  öldürmüşdülər.  İşin  qəlizliyini  görən  yuxarı 
dairələr  Çobanoba  kəndini  bularalardan  köçürmüş,  adamların 
başqa yerdə yurd yeri salmalarına məcbur olmuşdular. 
Çobanobanın  yerində  ruslar  hərbi  hissə  yerləşdirdilər. 
Burada  olan  silah-sursat  anbarını  mühafizə  etmək  üçün  xeyli 
əsgər  gətirmişdilər.  Əsgərlər  silah-sursatı  qoruyurdular,  vaxt 
tapanda  isə  başqa  işlərə  girişirdilər.  Ətraf  kəndlərdən  qoyun-
quzu,  toyuq-cücə,  hətta,  at  oğurlayır,  cavan  qızlara,  gəlinlərə 
sataşırdılar.  Üç-dörd  qızı  gecəynən  oğurlayıb  aparmışdılar, 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə