285
Söz-söhbətin uzandığını görən Arif Əliyusifə bildirdi ki,
növbəti elçiliyə getməklə bağlı qıza xəbər versin. Müxbir
isə sevincək halda cəld eyvana çıxıb, rəssam qızın
nömrəsini yığdı.
- Gülya, sənə şad xəbərim var. Bizimkilər buradan çıxıb
sizə gəlməyi planlaşdırırlar. Təcili olaraq evdəkilərə xəbər
ver. Yaxın 72 saat ərzində sizdə olcayıq.
- Əliyusif, nə yaxşı ki, sən ananı razı sala bildin. Onu da
bil ki, evimizin qapısı həmişə sizin üzünüzə açıqdır.
- Elə sən də qapınıza gələn elçilərə arxa çevirməklə,
cəsarətli addım atmısan və bu inadkarlığa görə anan sənin
başını sığallamayacaq. Birdən bu günkü qalmaqala görə
anan bizi içəri buraxmadı və yaxud da “yox” cavabı ilə bizi
yola saldı, onda necə olacaq?
- Narahat olma, əminəm ki, anam mənim fikrimi və istə-
yimi nəzərə alıb, sizi əliboş yola salmayacaq. Amma əvvəl-
cədən mənə imkan ver anamla söhbət edim, ondan sonra
cavab verim. İnanıram ki, anamın cavabı müsbət olacaq.
- Elədirsə, gəlişimizi gözləyin. Allah bizi iztirabda çox
saxlamasın. İşıqlı dünyanı bizə bəxş edən Yaradanımız, bu
gün hər ikimizi sevindirdi.
Müxbir fikrini sona çatdırmışdı ki, Arif ona yola düşmək
xəbərdarlığını verdi. Qənirə tərəfindən verilən təklifdən
286
sevincini gizlədə bilməyən Əliyusif, tərəddüd etmədən
gəldiyi adamlarla mənzili tərk etdi.
XXV fəsil. Hamının arzusu üst-üstə düşür
Həmişə ağır görünən Əliyusif sevincindən alışıb
yandığından, hamı ilə uşaq kimi davranmağa başladı. Arif
ilə daim ciddi mövzularla bağlı diskussiyalar apardığı
halda, son vaxtlar o, yalnız səadət, xoşbəxtlik, ülvi hisslər,
xüsusən də, dahi Nizami Gəncəvinin, Məhəmməd Füzuli-
nin, Səməd Vurğunun, Nüsrət Kəsəmənlinin məhəbbət
dastalarında baş verən bir çox məqamları müzakirə etməyi
xoşlayırdı. Müxbirin yaxın dostu şair İslam da sevgi,
məhəbbət, eşq ilə bağlı xeyli sayda şeirlər ərsəyə gətirdiyi
üçün o, həmin hisslərin dərinliyinə, daha doğrusu onun
sirrlərinə bələd olmağa çalışırdı.
Həri günü təyin olunan kimi Əliyusif bu haqda İslama
xəbər verdi. Dostunun belə bir xoş günündə şair də iştirak
etməliydi. İslam evli idi və cavan olmasına baxmayaraq o,
belə bir tədbirlərdə dəfələrlə iştirak etdiyindən, müxbir on-
dan mənəvi dəstək almaq üçün şairi dəvət etməli olmuşdu.
287
Şair şeir yazmaqdan əlavə, məharətli dil qabiliyyətinə ma-
lik olduğundan, toylara da aparıcı qismində dəvət edilirdi.
Gülnarənin xeyir iş zamanı razılıq verməsinə şübhə
etməyən Əliyusif ehtiyat edirdi ki, qızın anası öz etirazını
bildirərək, bütün işləri korlaya bilər. Ona görə ki, bir neçə
gün bundan əvvəl Gülnarə kəskin etirazını bildirərək,
anasının sözünü yerə salmışdı. Məhz bu səbəbdən müxbir
həmin xeyir işə şair dostunu dəvət etmişdi. İslam üçün belə
bir məclislərdə iştirak edərək, ev sahibini razı salmaq
müşkül iş sayılmırdı.
Paralel olaraq Gülnarə öz anası ilə danışıqlar apararaq,
elçilərin gəlişi üçün razılıq ala bilir və dərhal bu haqda
sevgilisinə xəbər verir. Vaxt vədə çatan kimi ayırdan
onların hamısı Novxanıdan şəhərə yola düşdülər. Bu dəfə
elçilərin arasında artım vardı, o da ki, şair İslam idi.
Arif səbəbkar ilə bir maşında idi və ondan hansı ünvana
gedəcəyini soruşdu.
- Arif müəllim, açığını desəm, mən onun hansı ünvanda
yaşadığını ad ilə bilmirəm. Amma yerini dəqiq göstərərəm.
- Yaxşı, qız şəhərin hansı hissəsində yaşayır?
- “Neftçilər” metrosunun yanında.
Qənirənin evi 8-ci km. qəsəbəsində “Neftçilər” metrosu-
nun üstündə, Rüstəmov küçəsində yerləşirdi. Hazırda isə
onlar “20 yanvar” metrosunun arxasında yerləşən yaşayış
288
kompleksində idilər. Artıq saat 6-ya işləyirdi. Naviqator
rolunu oynayan Nurlan maşını Azadlıq prospektinə çıxaran
zaman Əliyusifin telefonuna mesaj gəldi. Orada belə bir
ifadə vardı: “Gəlişinizi səbirsizliklə gözləyirik, amma anam
deyir ki, gələnlər arasında kimin üzündə və ya hərəkət-
lərində narazılıq ifadələri görsə, o, razılığını verməyəcək.
Məlum hadisələrə görə çalış anan bizimkiləri acılamasın”.
Müxbir elə başa düşdü ki, Gülnarəgildə vəziyyət o qədər də
ürəkaçan deyil və qızın anası elçiləri əliboş yola salmaq
üçün psixoloji gərginlik yaratmaq fikrindədir.
Oğlunun itaətsiz hərəkətlərindən Xədicənin qəlbi qırıl-
mışdı. O, bu dəfəki elçiliyə ürəksiz yanaşırdı. Əsas funksi-
yanı Arif ilə Ofeliya yerinə yetirirdilər. Onlar Əliyusifin
xeyir yüksək səviyyədə keçməsi üçün Xədicəni dilə
gətirirdilər.
Arada olan narazılığa baxmayaraq, hamı nəzərdə tutulan
ünvana çatdılar. Xədicə o qədər fikirli idi ki, onlar binanın
girişinin astanasına çatandan sonra hara gəldiyindən agah
oldu. Təəccübünü gizlətməyən Mədinə anasına hansı ünva-
na yaxınlaşdığını izah etdi. Arif ilə Ofeliya ana ilə balanın
danışıqları ilə hərəkətlərindən hiss etdilər ki, sanki onlar
burada bir neçə dəfə olubdular. Ondan sonra həmişə ağır
görünən Xədicə heç kimə heç nə izah etmədən öz-özünə
gülməyə başladı. Elçiliyə gələn digər adamlar nə baş verdi-
289
yini anlaya bilmirdilər. Elmlər xadiminin belə bir qeyri-adi
hərəkəti o birilərini pis vəziyyətdə qoyurdu. Çünki kənar-
dan onun hərəkətini binanın bir neçə sakini də izləyirdi.
Məsələyə aydınlıq gətirmək istəyən ana oğlunu bir qədər
kənara çəkib, müəmmalı tərzə soruşdu:
- Əli, de görüm qızın adı nədir?
- Gülnarə! – deyə heç nə anlamayan müxbir ətrafdakı
adamlara qəribə nəzər sala-sala tərəddüdlə cavab verdi.
Qadın sanki şoka düşdü və həmin an özünü ələ alıb
başını təəssüf hissi ilə tərpətdi. Xədicə daxilində nəyisə
götür-qoy edib ciddi halda soruşdu:
- Bəs, anasının adı nədir?
- Bilmirəm! – deyə çiyinlərini çəkən müxbir yenə də
tərəddüdlə dilləndi.
- Sən müxbir kimi fəaliyyət göstərirsən, amma özünü
avam insanlar kimi aparırsan. – deyə təəssüf hissi ilə başını
yellədən Xədicə narazı halda dilləndi. – Başa düşürsən ki,
sən bizim hamımızda heç nədən psixoloji gərginlik
yaratmısan? Yaxşı, sən həmin Gülnarəni nə vaxtdan
tanıyırsan? Amma düzünü de.
- Düzünü desəm, “Relax”da istirahət edən zaman onunla
tanış olmuşam. – deyə bir qədər tərəddüd edən müxbir
çəkinə-çəkinə dilləndi.
290
- Mən elə də zənn etdim. – deyə vəcdə gələn ziyalı qadın
oğluna sarı kinayə ilə nəzər saldı. – Sən başdan-ayağa
sərgüzəştsən. Sənin səriştəsizliyin bizim hamımızı çaş-baş
qoyubdur.
- Ana, sənə nə olub axı, mənimlə elə hey atmacalarla
danışırsan?
- Əli, mən atmacalarla danışmıram, indi gedəcəyin
mənzildə səni böyük bir sürpriz gözləyir.
Kənardan seyr edən Arifgil dəqiq anlaya bilmirdilər, ana
oğlundan nə tələb edir. Onlar elə zənn edirdilər ki, necə
Əliyusif anasının sözünü yerə saldı, eləcə də Xədicə bu
izdivacın baş tutmasına imkan vermək istəmir. Lakin arada
baş verən müəmma xarakterli narazılıqlara baxmayaraq,
onlar lazım olan mərtəbəyə qalxıb, ünvanda göstərilən
qapını döydülər.
Xədicənin dediyi kimi əsl sürpriz hələ burada baş verdi.
Qapı açılanda hamı bir-birinə mat-məəttəl ilə nəzər salaraq,
yerlərində donub qaldılar. Qapını açan Qənirənin qızı
Gülarə idi. Təəccübdən hamını çaşqınlıq bürüsə də,
Əliyusifin ağzında qurudu. Bu dəfə də onun qarşısına
Gülarə çıxmışdı. Oğlan sanki yuxu görürdü. Necə ola bilər,
daim bu qız “Relax”da onun qabağına çıxırdı, iki fərqli evə
elçi gedirlər, yenə də bu qız onların qarşısında peyda olur.
Bu qarabasmaları özündən rədd etməyə çalışan müxbir
291
məsələni ayırd etmək üçün mobil telefonu ilə Gülnarəyə
zəng etdi. Qız telefonu götürməmiş Xədicə gülə-gülə
“konturlarına qənaət et” deyərək, oğlunun qolundan tutdu
və özü ilə birlikdə içəri daxil oldu.
Hələ bir neçə gün bundan əvvəl düşdükləri vəziyyətdən
bikef görünən elçilərin könlü şad olmuşdu. Hamı daxillə-
rində yaranan sevinc hissilə içəri doluşub, bunu Allahın
möcüzəsi adlandırmağa başdılar. Qonaq otağında elçiləri
gözləyən Qənirənin təəccübdən əl-qolları yanına düşmüşdü.
O, dəqiq anlaya bilmirdi, bütün vizual görüntü həqiqətdir,
yoxsa ilğım? Necə ola bilər ki, eyni adamlar həm Məkanə-
gildə olublar, həm də indi buradadırlar. Məkanənin özü də
burada idi və o, həmin adamları burada görəndə yerindəcə
donub qaldı. Xədicə rəfiqəsi Qənirənin qulağına nəsə
pıçıldayandan sonra o, dərindən nəfəs alaraq rahatlaşdı.
Əliyusif beyni dumanlı kimi qonaq otağında anası ilə
yanyanaşı əyləşdi. Üzbəüz divarda müxbirə tanış gələn –
“Relax”da çəkilən rəsm əsəri asılmışdı. O, hələ də zənn
edirdi ki, bu rəsm əsərinin müəllifi Gülarədir. Müxbir hələ
də Qənirə ilə Gülarənin burada nə etdiklərini anlaya
bilmirdi. Yalnız Xədicə ilə Qənirə vəziyyətdən hali idilər.
Müəmma qarşısında qalanlar isə bir-birilərinə sualedici
nəzər salaraq, keyimiş halda əyləşmişdilər.
292
Həmişə təmkinli və alicənab görünən şair İslam,
dostunun şok vəziyyətinə düşdüyünü görüb, yerindəcə çaş-
baş qaldı. O, da Əliyusif kimi burada nə baş verdiyindən
baş çıxara bilmədi.
Elə bu an Xədicə ayağa qalxıb təbəssüm hissilə dedi:
- Bugünkü hadisə ondan xəbər verir ki, hər şey Yeri və
Göyü yaradan Allah-təalanın əlindədir. Hər bir bəndənin
qisməti nədirsə, o da qabağına çıxır. Ona görə də məsəl var
deyirlər ki: “Qismətdən artıq yemək olmaz”. Nəhayət ki,
Əliyusif bizi bu qapıya gətirməklə, öz istədiyinə nail ola
bildi.
- Ana, nə danışırsan? – deyə Qənirənin yanında xəcalət
hissi keçirən müxbir özündən asılı olmadan yerindən dik
atıldı. – Sən...
- Xahiş edirəm, - deyə üzünə ciddi ifadə verən elmi
xadim iradə ilə dilləndi. - mənim sözümü kəsmə, əks
təqdirdə mən sənin arzunu ürəyində qoyacam. Hər halda
biz buraya sənin verdiyin ünvanla gəlmişik. Təəssüflər
olsun ki, sən bizim dediklərimizlə razılaşmadın. Yoxsa, sən
öz istəyinə bir neçə gün bundan əvvəl çata bilərdin.
Sən çox yaxşı bilirsən ki, Qənirə mənim ən yaxın
rəfiqəmdir və demək olar ki, o, mənim üçün bacıdan da
artıqdır. Biz elə etmək istəyirdik ki, bu izdivac hər ikimizin
və səbəbkarların ürəyindən olsun. Lakin sən inadkarlıq
293
göstərərək öz səadətindən uzaq düşmək istədin. – bu
sözlərdən sonra ziyalı qadın üzünü rəfiqəsinə tərəf tutaraq
istehza ilə sözünə davam etdi. – İndi hər şey Qənirə
xanımdan asılıdır. O, Əliyusifin inadkarlığını görüb, istəsə
bizi əliboş evimizə qaytara bilər. Bundan sonra hadisələrin
necə cərəyan edəcəyi, bizim hamımız üçün qaranlıq
görünəcək.
- İnsanı bu dərəcədə intizarda saxlamaq olmaz. – deyə
müxbirin rənginin dəyişdiyini görən Ofeliya nəvazişlə
dilləndi. – Biz qız almaq üçün, yaxın üç gündə iki dəfə
Qənirə xanımın hüzuruna çıxmışıq. Əminəm ki, bu dəfə
səadət quşu Əliyusifin əlindən çıxmayacaq. Çünki artıq o,
öz qismətini tapıbdır və Allah özü elə bir şərait yaradır ki,
onlar bir-biriləri ilə ailə qursunlar. Mənə elə gəlir,
cavanların xeyir-duası verilməlidir. Allah mübarək eləsin!
Əliyusifin ağır xəyallar içərisində olduğunu görən ana
təsəlli vermək üçün oğlunun yanında əyləşdi və ümid dolu
nəzərlərini rəfiqəsinə tərəf yönəltdi. Qənirə hamıya bəyan
etdi ki, bu izdivaca onun etirazı yoxdur, lakin bu barədə
qızının da razılığı olmalıdır. Elə bir az keçmişdi ki, şirin
çay gətirilməsinin mərasimi başlandı.
Hər iki bacı əllərində podnes içəri daxil olanda
Əliyusifin ürəyi çırpındı, başı gicəlləndi, hisslər alovlandı.
Bir anın içərisində Gülnarənin bənizindən saçan gözəllik
294
onun gözlərinə tor saldı. Həqiqətən də hər iki bacı biri-
birindən gözəl-göyçək idi və onlarda olan gözəlliyə tamaşa
edən qonaqlar öz heyranlıqlarını gizlədə bilmədilər.
Bu otağa yığılaşanların hamısı bir nəfər kimi hələ də
belə bir ağlasığmaz dərəcədə yaranan anlaşılmamazlığın
necə baş verdiyini dərk etməyə çalışırdılar. Əliyusif hələ
“Relax”da olanda Gülnarəni tamamilə başqa bir ailəyə
mənsub olan bir qız zənn etmişdi. O, elə başa düşmüşdü ki,
Gülya kimi ona təqdim olunan qız Gülarədir. Ona görə ki,
hər iki bacını qısaldılmış şəkildə Gülya deyərək
çağırırdılar. Məkanənin qızını isə Qənirənin ikinci övladı
zənn etmişdi. Xədicə oğlunu talvarın yanına qız ilə görüşə
göndərəndə Əliyusif orada məhz Gülarə ilə rastlaşmış və
elə o andan əmin olmuşdu ki, ona təqdim edilən qız
Gülarənin özüdür. Həm də müxbirə deyilmişdi ki, Gülarə
də bacısı kimi rəssamdır. Halbuki o, Gülnarə kimi peşəkar
rəssam deyildi. Əliyusif isə talvarda olan zaman Gülarəni
bacısının çəkdiyi tablo qarşısında görmüşdü.
Gülnarə Xədicə ilə bir kottecdə qalmasına baxmayaraq,
ağlına belə gətirə bilməzdi ki, Əliyusif elmi xadimin oğlu-
dur. Ona görə ki, onu kottecdə, bir çox qəzet
redaksiyalarında müxbir kimi çalışan Əli adı ilə təqdim
edirdilər. Qız isə onu İçərişəhərdə ekskursovod kimi çalışan
Əliyusif adı ilə tanımışdı.
295
Sanki arada yaranan anlaşılmamazlıq süni şəkildə
meydana gəlirdi. Çünki hər iki məhəbbət aşiqi bir-
birilərindən utanaraq, ailə mənsubiyyətini öyrənməmiş və
valideynlərinin adlarını soruşmağa, bir dəfə də olsun cəhd
göstərməmişdilər.
Sadəcə elementar şeylərin araşdırılmaması ucbatından
bu qədər səhlənkarlığa yol verilmişdi. Halbuki valideynlər
inadkarlıq göstərsəydilər, onların arasındakı izdivac iflasa
uğraya bilərdi. Son məqamda damarlarında ziyalı qanı axan
valideynlər səbrlərini nümayiş etdirərək, cavanlara seçim
imkanı yaratdılar və nəticədə ümumi razılıq əldə olunmaq-
la, hamının arzusu hasil oldu.
296
Mündəricat
I fəsil. Yeni sifariş…………………………….. 6-17
II fəsil. Jurnalist səmimi söhbətlər içərisində. 18-30
III fəsil. Təkidlə verilən məsləhətə etiraz…… 31-39
IV fəsil. Əliyusif arzuladığı məkana qədəm
qoyur……………………………………………… 40-49
V fəsil. Asudə vaxtdan səmərəli istirahət etmək
istəyən turist……………………………………… 49-61
VI fəsil. Yorulmaq bilməyən müdir………… 61-70
VII fəsil. Böyük küləfirənginin yerləşdiyi
ekzotik yer………………………………………... 71-81
VIII fəsil. Qeyri-adi mənzərə………………... 82-95
IX fəsil. Emosional hərəkətlərin ram
edilməsi…………………………………………… 96-107
X fəsil. Ananın xahişini yerinə yetirən oğul.. 107-118
XI fəsil. Əliyusif istədiyi qız ilə ünsiyyət
qurmağa nail olur……………………………….. 119-131
XII fəsil. Yalan vədlərə aldanmayan qız və
mədəni istirahət edən turistlər…………………. 131-142
XIII fəsil. Gözəl kompaniya əhatəsində
məstedici çay dəstgahından sonra diskotekada
yaşanan biabırçılıq……………………………… 143-157
XIV fəsil. Müxbirə verilən gözlənilməz
297
təklif……………………………………………… 157-167
XV fəsil. Əqidəsinə görə verilən təklifdən
imtina edən müxbir…………………………….. 167-177
XVI fəsil. Naqis insanların məkrli niyyət-
ləri……………………………………………….. 177-186
XVII fəsil. Ambisioz oğlan düşmənini
şərləyərək ondan qisas alır……………………... 186-199
XVIII fəsil. Şərə düşən müxbirin aqibəti….. 199-210
XIX fəsil. Özünü mədəni göstərməyə çalışan
Natiqin iç üzünün açılması……………………... 210-224
XX fəsil. Tük ürpərdici həqiqət……………. 224-233
XXI fəsil. Rəssam qız şərə saldığı oğlana
üzrxahlıq bildirir………………………………... 233-247
XXII fəsil. Valideynlərin sözlərini yerə salan
Övladlar………………………………………….. 247-259
XXIII fəsil. Övladlarının seçimi ilə razılaş-
mayan valideynlər sürprizlə üzləşirlər………… 259-271
XXIV fəsil. Elçilik vaxtı qeyri-adi hadisənin
baş verməsi……………………………………… 272-286
XXV fəsil. Hamının arzusu üst-üstə düşür.. 286-295
Dostları ilə paylaş: |