R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə18/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   14   15   16   17   18   19   20   21   ...   131

Bu  faizlər  hiiquq-miihafizo  orqanlarının  cinayətkarlıqla  mübarizə  fəa­
liyyətinin,  o cümlədən profilaktiki  işlərinin  səmərəliliyi haqqında şəhadət 
verir.  Cəmiyyətdə ərazilər üzrə kriminogen şəraitin statistik cəhətdən qiy­
mətləndirilməsinin  böyük  əhəmiyyəti  vardır.  Bu,  yerlərdəki  işlərin  və­
ziyyətini  müqayisə  etməyə  və  ən  yüksək  kriminogenli  ərazinin,  eləcə  də 
ən  aşağı  kriminogenli  rayonun  aşkar  olunmasına  imkan  yaradır.  Belə 
müqayisə eyni  zamanda  kriminogcnliyin güclənməsinin  lokal  səbəblərini 
təhlil etməyə imkan verir.
Ölkənin,  cəmiyyətin  müəyyən  ərazisinin  kriminogcnliyinin  əsas 
göstəricisi  cinayətkarlığın  əmsalıdır.  Cinayətkarlığın  əmsalı  cinayətlərin 
sayı  ilə hesablanır.  Ümumiyyətlə isə kriminologiya özünəməxsus statistik 
metodlara  malikdir.  Kriminologiya  ədəbiyyatında  qeyd  olunur  ki,  krimi- 
noloji  tədqiqat  obyektlərində  tipik  xarakterik  xüsusiyyətlər  böyük  sayda 
götürülən  amillərin  kütləvi  müşahidəsi  və  ümumiləşdirilməsi  yolu  ilə  -  
statistik  qanunauyğunluq  formasında  meydana  çıxır.  Belə  ki,  cinayət­
karlığın  quruluşu  və  dinamikasının  qanunauyğunluğu  nisbətən  böyük 
zaman  intervahnda və böyük sayda götürülən  konkret cinayətlərin kütləvi 
müşahidəsi  və  ümumiloşdirilməsilə  müəyyən  edilir.  Statistik  metodların 
köməyi  ilə  cinayətkarlığı,  onun  səbəb  və  şəraitini,  habelə  cinayətkarın 
şəxsiyyətini  kəmiyyətcə  xarakterizə  edən  informasiyalar  toplanıb  ümu­
miləşdirilir.  Nəticədə  həm  cinayətkarlığın  qarşısını  almağa  yönələn  təd­
birlər  işləyib  hazırlamaq,  həm  də  cinayətkarlıqla  mübarizə  tədbirlərinin 
mövcud  sisteminin  nə  dərəcədə  səmərəli  olmasını  müəyyən  etmək  üçün 
ilkin zəruri məlumatlar almaq imkanı yaranır.1
Statistik  metodların  tətbiqi  ilə  aparılan  kriminoloji  tədqiqatlar  üç 
mərhələyə ayrılır.  Birinci  mərhələdə sosial  hadisə kimi cinayətkarlıq haq­
qında  zəruri  kütləvi  informasiyalar  toplanır.  Belə  informasiyalar  cinayət 
statistikasını  aparan  orqanların  məlumatlarından,  cinayətkarlığa  təsir 
göstərən bəzi  sosial  amillərin  ümumsosial  statistik göstəricilərindən  (mə­
sələn,  əhali  axınının,  əhalinin  demoqrafik  quruluşunun,  iqtisadi-mədəni 
amillərin  və  s.  dəyişməsini  xarakterizə  edən  statistik  göstəricilər)  seçmə 
müşahidə  üsulu  ilə  əldə  edilən  və  rəsmi  statistikada  qeydə  alınmayan 
göstəricilərdən, habelə anket, müşahidə, bilavasitə müşahidə,  eksperiment 
və s. üsullarla aparılan məlumatlardan götürülür.2
1  Səmondorov F.Y.  Kriminologiya.  Ümumi  hissə:  Dors  vosaiti.  Bakı,  “Hüquq  ədəbiyyatı”, 
2003,  s.35.
2 Y en ə orada,  s.35.
66
Cinayətkarlığın  statistik  kriminoloji  tədqiqatının  ikinci  mərhələsində  ilk 
uçot sənədlərində qeydə alnımış  məlumatlar yekunlaşdırılır və qruplaşdırılır. 
Təcrübədə bu, cinayətlərin, onların səbəblərinin, profilaktik tədbirlərin, cina­
yətkarların  şəxsiyyətinin  xüsusiyyətlərinə  görə  qruplaşdırılmasından  ibarət 
hesabat  formalarının  tərtib  edilməsində  ifadə  oluna  bilər.  Məsələn,  ölkədə 
baş  vermiş  konkret  cinayətlər  haqqında  nəticələr  çıxarmaq  olmaz.  Ölkədə 
cinayətkarlığı  bu  məlumatlara  əsasən  xarakterizə  etmək  üçün  həmin  məlu­
matlar bir sıra əlamətlər üzrə  sistemə salınmalıdır.  Bu  yolla yekun məlumat 
alınır  və  ölkədə  cinayətkarlıq  haqqında  aydın  təsəvvür  yaranır.  Yckun- 
iaşdırmanın tərkib elementi olan konkret cinayət, habelə cinayətkar haqqında 
məlumatı  nəzərdə  tutan  kartoçkalar  uyğun  əlamətlər  üzrə  qruplara  ayrılır, 
məcmunu,  yaxud  onun qruplarını  xarakterizə  edən  göstəricilər tərtib  edilir, 
statistik sıralar, cədvəllər və s. yaradılır.1
Beləliklə,  kriminologiyada  statistik  yekunlaşdırma  -   bu,  cinayətkar­
lığın,  onun  səbəblərinin,  cinayət  törədənlərin  şəxsiyyətinin,  habelə  cina­
yətkarlıqla  mübarizədə  tətbiq  edilən  tədbirlərin  tipik  xüsusiyyətlərini  və 
qanunauyğunluqlarını  aşkar  etmək  üçün  ilkin  uçot  sənədlərindən  götürü­
lən məlumatların sistemə salınıb  işlənməsidir.7
Müasir  kriminologiya  elmində  təkcə,  köməyilə  məlumatların  əldə 
edildiyi  metodikanın  deyil,  belə  məlumatların  ümumiləşdirilməsi  və qiy­
mətləndirilməsi  metodikasının  da  mühüm  əhəmiyyəti  vardır.  Ümumiləş­
dirmə,  hüquq  ədəbiyyatında  qeyd  edildiyi  kimi,  bir  qayda  olaraq  aşa­
ğıdakı  sxem tizrə həyata keçirilir:
1)  statistik məlumatların və ya sorğunun  öyrənilməsi nəticəsində əldə 
edilən informasiyalar tədqiq edilir;
2)  əldə  edilmiş  məlumatlar  əsasında  empirik  faktın  ayrı-ayrı  üzvlərə 
bölgüsü aparılır.3
Empirik  faktdan  sonra  nəzəri  fakt  gəlir.  Empirik  faktların  təhlili 
nəticəsində müəyyən  şəraitdə cinayətkarlığın qanunauyğunluqları haqqın­
da nəzəri  nəticələr çıxarılır.  Qeyd  etmək  lazımdır  ki,  kriminologiya  cina­
yətkarlığın  dinamikasında  baş  verən  dəyişikliklərin  qiymətləndirilməsinə 
dair öz ümumiləşdirmolərin müntəzəm olaraq dərc etdirir.
5. 
Müqayisəli  metod.  Sənədlərin  təhlil  edilməsi  metodunun  tətbiqi 
haqqında  danışılarkən  ilk  növbədə  hüquqi  biliklərimizin  ən  geniş  mən-
1  Səmotıdorov F.Y.  Göst.kitabı,  s.36.
2  Yeno  orada.
3  Криминология (П од.общ .ред.  АИ.  Долговой).  Учебник.  М .,  НОРМА,  2007,  с .54.
67


bəyindən  ibarət  olan  hüquqi  mətnlərin  tədqiqi  barəsində  söhbət  gedir. 
Lakin  hüquq  sosiologiyasının  qarşısında  duran  vəzifə  təkcə  mənbələrin 
öyrənilməsindən  ibarət  deyildir.  Hüquq  sosiologiyasının  başlıca  məqsəd­
lərindən biri hüquq  institutlarım, yəni  son  həddə pozitiv və neqativ ayin­
lərin  məcmusunu  tədqiq  etməkdən  ibarətdir.  Belə  pozitiv  və  ya  neqativ 
ayinlər  insanların  davranış  modellərini  (davranış  tərzini)  əhatə  edir. 
Cəmiyyət  üzvləri  məhz  belə  ayinlər  vasitəsilə  bu  və  ya  digər  nəticələrin 
əldə  edilməsinə  nail  olurlar.  Hüquqşünas-sosioloq  məhz  bu  səviyyədə, 
hər şeydən əvvəl, müqayisə metodundan istilada etməlidir.
Müqayisə  metodunda  elmin  bir  çox  sahələrində  istifadə  edilmiş  və 
əksər  hallarda  istənilən  nəticələrə  nail  olunmuşdur.  Belə  ki,  bu  metod 
dəqiq  və  humanitar  elmlər  sahəsində  həmişə  uğurla  tətbiq  edilmişdir. 
Müqayisə  metolundan,  o  cümlədən  linqvistikada  və  mifologiyada  daim 
istifadə olunmuşdur.  Lakin bəzi müşahidələrə əsasən belə qənaətə gəlmək 
olar  ki,  bu  metoddan  nə  yurisprudensiya,  nə  də  hüquq  sosiologiyası 
sahəsində istənilən səviyyədə inamla istifadə edilmir.
Bəzi  müəlliflərin  fikrincə,  müqayisəni  iki  planda  aparmaq  olar  və 
onu  aparmaq  lazımdır.  Bunlardan  biri  model  metaforasından  istifadə 
etməklə müvəqqəti və ya tarixi, məkan və ya coğrafi,  ikincisi  isə üfıiqi  və 
şaquli  planda  aparıla  bilər.1  Qeyd  etmək  lazımdır  ki,  hüquq  sisteminin 
öyrənilməsilə  bağlı  element qismində müqayisəli  metoddan müasir hüquq 
sistemlərinin heç də hamısı  istifadə etmir.
Müəyyən  primitiv  bir  cəmiyyətdə  fəaliyyətdə  olan  hər  hansı  institu­
tun  daha  yüksək  mədəni  səviyyəyə  malik  institutla  müqayisə  edilməsi 
həmişə  böyük  maraq  doğurmuşdur.  Primitiv  cəmiyyətlərin  bəzi  institut­
ları  müasir  institutun  ayrı-ayrı  cəhətlərini  izah  edə  bilər.  Müasir  təcrübə 
bu  cəmiyyətlərin  bir  sıra  hüquqi  xüsusiyyətlərini  dərk  etməyə  imkan 
verir.  Primitiv cəmiyyətlərin  institutları  ilə müasir  institutlar arasında  heç 
bir  uçurum  mövcud  deyildir.  Əksinə,  onların  arasında  varislik  vardır. 
Cəmiyyətlərin  keçmiş  institutları  ilə  müasir  institutları  arasında  birləşdi­
rici həlqə qismində entologiya çıxış edə bilər.
Sosiologiyanın mövqeyinə uyğun olaraq  primitiv xalqların cəmiyyəti 
bizim  indiki  cəmiyyətimizin  canlı  keçmişidir.  Bu  isə  o  deməkdir  ki,  pri­
mitiv xalqlar cəmiyyətinin  institutlarının müasir cəmiyyətin  institutları ilə 
müqayisə  edilməsi  faydalı  ola  bilər.  Uzaq  olmayan  keçmişdə  mövcud
1  Касьянов  В.В., Нечипуренко  В.Н.  Göst.  kitab,  s.36.
68
olmuş  və  şübhəsiz  ki,  bizə  yaxın  olan  cəmiyyətlərə  münasibətdə  eyni 
müqayisələrin  aparılması  da  ədalətli  hesab  olunmalıdır.  Deməli,  həm 
tarixi planda müqayisə (şaquli  xətt üzrə müqayisə), həm də coğrafi planda 
müqayisə (üfüqi xətt üzrə müqayisə) özünü tamamilə doğrultmuşdur.
Hüquq  sahəsində  müqayisə  böyük  çətinliklərlə  bağlı  olduğuna  görə, 
onun  aparılmasında  maksimum  dərəcədə  ehtiyatlı  və  diqqətli  olmaq  tələb 
olunur.  Artıq  bir  faktdır  ki,  hansısa  institut  bu  və  ya  digər prosedur  qay­
danın  köməyilə  müəyyən  funksiyanı  yerinə  yetirir,  bu  prosedurun  rü- 
şeymləri  haqqında  belə  bir  sual  doğur:  həmin  prosedur  öz  mühitindəmi 
yaradılmışdır,  yaxud o,  hər hansı  başqa bir hüquqi  sistemdən  oxzmi  edil­
mişdir? Belə sualın cavabını  prosedurların müqayisəli təhlilində axtarmaq 
daha məqsədəuyğun olardı.
Çətinliklərin  ciddi  mənbələrindən  biri  terminologiyadır.  Bir-birinə 
qohum  olan  dillərdə  (məsələn,  Azərbaycan  və  türk,  Azərbaycan  və  qa­
qauz dili  və s.) eyni söz bəzən  nəinki  tamamilə müxtəlif məna verir,  hətta 
eyni  bir  dil  çərçivəsində  zaman  keçdikcə  müxtəlif  institutların  adlaııdı- 
rılmasında  istifadə olunur.  Məsələn,  Azərbaycan dilində:  filankəs öz. kən­
dinə qayıtdı; türk dilində:  filankəs kəndinə gəldi, yəni  özünə gəldi və s.
Beləliklə,  müqayisəli  metod  müxtəlif  institutlar  deyil,  real  funk­
siyalar  əsasında  aparılmalıdır.  Onun  aparılmasında  istifadə  olunan  ter­
minlərin  mənalarına  da  əsaslanmaq  məqsədəmüvafiq  deyildir.  Söhbətin 
sinonim  sözlər  və  ya  terminlər  barəsində  getdiyi  halda,  müqayisə  meto­
dunun  tətbiqi  daha böyük çətinliklərlə qarşılaşa bilər.
6. 
Eksperiment.  Fksperiment  elmi  idrakın  ən  geniş  yayılmış  me­
todlarından  biridir.  C),  empirik  tədqiqat metodu  olub,  öyrənilən  hadisə və 
ya prosesə fəal, praktiki  təsir imkanını  təmin  edir.  Hksperimentator şüurlu 
və  məqsədyönlü  şəkildə  eksperimentin  təbii  gedişinə  müdaxilə  edir. 
Tədqiq  edilən  obyektdən  və elmi  fənnin  xarakterindən  asılı  olaraq  fiziki, 
kimyəvi, bioloji, psixoloji və sosial  eksperimentlər fərqləndirilir.
Hazırda  eksperimentin  təbiəti  əsaslı  şəkildə  dəyişilmişdir.  Onun  texniki 
imkanlan  ilə  modelləşdirmənin  də  imkanları  artmışdır.  Yəni  eksperiment 
prosesində modellərdən  daha geniş  istifadə edilir.  Modellər tədqiqat obyektini 
əvəz  edir  (xüsusilə  insanın  sağlamlığı  ilə  əlaqədar  məsələlərdə  və  obyektin 
uzaq  məsafələrdə  yerləşməsi  ilə  əlaqədar  olaraq  modellərdən  geniş  istifadə 
olunur). Bu zaman riyazi hesablamalar daha çox tətbiq edilir.1
1  Şükürov  Л.М.  Kolsofo:  Dərslik.  Bakı,  «Çıraq»,  2008,  s.350.
69


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə