R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə23/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   19   20   21   22   23   24   25   26   ...   131

iqtisadi  şəraitdir.  İstehsalın  bu  vo  ya  digər  şəraiti  və  maddi  nemətlərin 
bölgüsü  insanları  siniflərdə  birləşdirən  vo  bu  sinifləri  ayıran  sosial-sinfi 
mənafelərin  işlənib hazırlanmasının  əsas səbəbidir.
Dördüncüsü,  sosial  həyatın  müxtəlif  ictimai  institutlara  təsir  dərə­
cəsini  nəzərə  almaqla  idrakın  metodologiyasında  əhəmiyyətli  korrektiv- 
ləri  aydınlaşdırmaq  zəruridir.  Sosial-tarixi  tədqiqatların  başlıca  metod­
larından  biri  empirik  metod  olmalıdır.  Məhz  bu  metod  sayəsində  sosial- 
taıixi  hadisələrin  izahından  müşahidə  edilməyən  faktlardan  irəli  gələn  və 
müstəsna  dərəcədə  mücərrəd  ehtimallara əsaslanan  hər şey çıxarılmalıdır. 
Bununla  əlaqədar  olaraq  filosofların,  sosioloqların  vo  digər  humanitar 
elm  nümayəndələrinin  leksikonundan  «xalq  ruhu»,  «dünya  ruhu»  kimi 
anlayışlar çıxarılmalıdır.  İ.S.Koninin  fikrincə,  humanitar elmlər bu sözün 
elmi  mənasında pozitiv  olmalı,  yəni  tətbiqi,  pozitiv  (konkret)  vəzifələrin 
həllinə yönəldilməlidir ki, sosiologiya da məhz buna çağırır.1
Sosiologiyanın  və  onun  adının  yaranması  tarixindən.  Sosiologiya öz 
adma  görə  fransız  filosofu  Öqyüst  Konta  borclu  olsa  da,2  lakin  o,  faktiki 
olaraq  çox  erkən  yaranmışdır.  Sosiologiyanın  tənqidçiləri  bunu  unudur  vo 
sosiologiyanı  Kontun  konkret  təlimi  ilə  eyniləşdirirlər.  Sosiologiyanın  rü- 
şcymlərini qədim yunan siyasi təlimlərində axtaımaq lazımdır.
«Siyasət»  termini  Aristotel  tərəfindən  bu  təlimi  göstərmək  üçün  e.o. 
IV  yüzillikdə  işlədilmişdir.  Aristotelə  qədər  isə  artıq  onun  müəllimi  Pla­
ton  siyasi  dünyagörüşün  bəzi  nəzəri,  bəzi  praktiki  cəhətlərini  tədqiq 
etmişdi.  Siyasətin  bəzi  nəzəri  və  praktiki  cəhətləri  Rlatonun  «Dövlət» 
traktatı  vo «Qanunlar»  əsərində ifadə edilmişdir.
Bir  çox  yüzilliklər  keçdikdən  sonra  fransız  mütəfəkkiri  Sen-Simon 
(1760-1825)  yeni  «siyasət»  yaratmağa  səy  göstərmişdir.  Bu  «siyasət» 
fizika  metoduna və riyazi  metodlardan istifadə etməklə təbiəti öyrənən di­
gər  pozitiv  dəqiq  elmlərin  metoduna  uyğun  olmalı  idi.3  Səciyyəvi  haldır 
ki, o öz elmi  fəaliyyətini  fiziki-siyasi  fəaliyyət adlandırmışdır.  Biz isə onu 
müasir ənənəyə arxalanmaqla empirik sosiologiya adlandıra bilərik.
Sen-Simonun  sosiologiya  üçün  əhəmiyyət  kəsb  edən  ideyaları 
aşağıdakılardan  ibarət idi:
1)  siyasət -  bu,  fizika  kimi  pozitiv elmdir;
1 Колн  И.С.  Позитивизм в  социологии. ЛГУ,  J 964,  с.207.
2 Трошина IT.l t.  Социалистическая  концепция  Огюста К о т а . МГУ,  1984, с.72
’  Арон  Р.  Этапы  развития  социалистической  мысли.  М .,  «Прогресс»  и  «Универе», 
1993,  с.607.
86
2)  müasir siyasətin  predmetini  təkcə  yalnız  dövlət  quruculuğu  deyil, 
bütövlükdə cəmiyyətin  vəziyyəti  təşkil  edir;
3)  insan  ruhunun  inkişafı  gedişində  fəlsəfi  metafizika  vasitəsilə 
ilahiyyatdan pozitiv elmə hərəkət  prosesi  həyata keçirilir;
4)  cəmiyyətin  əqli  inkişafının  hər  bir pilləsi  və  hər bir  fəlsəfi  sistem, 
əsasında  mülkiyyətin  və  istehsalın  müəyyən  qaydası  dayanan  siyasi  sis­
temlərlə bağlıdır.  Cəmiyyətin  sinfi  təşkilatı  isə bunun  nəticəsidir.
Əgər  Sen-Simon  siyasətin  ancaq  A.Smitiıı  siyasi  iqtisadı  ruhunda 
sosial  fəlsəfənin  analoqu  və  ya  sosiologiyanın  proobrazı  kimi  pozitiv  elm 
olmasım  arzu  edirdisə,  Konl  artıq  onun  elmlər  sistemindəki  yerini  qəti 
olaraq  müəyyənləşdirir,  bununla  yanaşı,  onun  əsas  anlayışlarının  və  me­
todlarının  tərifini  verirdi  1830-1842-ci  illərdə  Kontun  «Pozitiv  fəlsəfə 
kursu»  altı  cildliyinin  dərc  edilməsi  ilə  sosiologiya  özünün  xüsusi  adını 
və  sistemini  əldə  etdi.  Kont  sosiologiyaya  sosial  qayda  (struktur)  və 
sosial  tərəqqi  (dinamika)  haqqında  iimıımiləşdirici  elm  kimi  tərif  ve­
rirdi.
XIX  yüzilliyin  sonuna  doğru  sosiologiyanın  inkişafına  layiqli  töhfəni 
ingilis mühəndisi,  publisist  və  Filosof Herbert  Spenser (1820-1903)  verdi. 
O özünün  Kont təlimindən asılı olmadığını  iddia edirdi.
Kont  «sosiologiya»  termininin  təsdiqi  qənaətinə  dərhal  gəlməmişdi. 
Yeni  elm  üçün  başlanğıcda  o,  artıq  elmi  dairələrdə  mövcud  olan  «sosial 
fizika»  ifadəsindən  istifadə etmişdi.
Kontun  fikrincə,  sosiologiyanın  qlobal  məqsədi  bütün  insanları  əhatə 
edən  və  birləşdirən  gələcək  cəmiyyətin  elmi  təsvirindən  ibarətdir.  Bu 
xeyirxah  məqsədə  nail  olmaq  üçün  mövcud  olınıış  və  mövcud  olan 
ictimai  orqanizmlərin  tədqiqilə  məşğul  olmaq  zəruridir.  Bu  mənada 
sosiologiya  və  biologiya  yeganə  ümumi  başlıca  cəhətə  malikdir.  Məhz 
sosiologiya  və  biologiya  idrak  prosesində  tamdan  onun  hissələrinə  doğru 
hərəkət  edirlər.  Tamdan  onun  hissələrinə  doğru  hərəkət  sosiologiyanın 
əsas metodunun seçilməsini  qabaqcadan  müəyyən edir. Təhlil, yəni  tamın 
analitik  hissələrə  bölgüsü  belə  olmalıdır.  Kont  hesab  edirdi  ki,  bu  metod 
hissələrdən  tama,  sadədən  mürəkkəbə,  qcyri-miikəmməllikdən  mükəm­
məlliyə  doğru  ictimai  tərəqqi  qanununu  elmi  cəhətdən  ciddi  surətdə 
əsaslandırmağa imkan verir.
XVII  yüzilliyin  sosial  fizikasının  ardınca  təbiətşünaslığın  tərəqqi­
sindən  ruhlanan  bir  çox  sosioloqlar  digər  elmi  fənnlərin  terminologi­
yasını,  prinsip və qanunlarını  təqlid  edərək  sosiologiyanı  təbiətşünaslığın
87


spesifik  sahəsi  kimi  inkişaf etdirməyə  cəhd  göstərirdilər.  Sosiologiyada 
mexanistik  məktəb  belə  təşəkkül  tapmışdır.  Bu  məktəbin nümayəndələri 
xüsusi  sosial  mexanika  (sosial  fizikanın  analogiyası  üzrə)  yaratmaq  və 
ya  sosio-modoniyyot  hadisələrini  o  dövrün  energetika  və  mexanika  ter­
minlərində  interpretasiya  etməyə  çalışırdılar.  Topoloji  cəbr  ideyasından 
ruhlanan  elə  alimlər  də  var  idi  ki,  onlar  «topoloji»  sosiologiya  və psixo­
logiyanın  quruluşunu  verməyə  başlamışdılar.  Bu  səylərin  əksəriyyəti 
uğursuz  alındı.  Lakin  bəzi  alimlər  «müvazinət»,  «struktur»,  «təşkilat», 
«sistem» kimi  anlayışlar ətrafında yeni düşüncələrini ortaya qoya bildilər.
Kont  sosiologiyasının  yaranmasınadək  cəmiyyətin  pozitiv  inkişafını 
axtaran heç bir qanun, ən başlıcası  sosial reallıqlar haqqında müstəqil elm 
mövcud  olmamışdır.  Tarixçilər əsasən  ictimai  həyat və  onun  təkamül  qa­
nunlarım  axtarmır,  ancaq  hadisələri  təsvir etməklə  kifayətlənirdilər.  Filo­
soflar  isə  ən  yaxşı  aləmquruculuq  haqqında  təsəvvürlərini  irəli  sürür, 
bəzən  empirik  tədqiqatları ön plana çəkirdilər.
Akademik alimlərin  gənc  sosiologiya elminə  qcyri-liitfkar münasibə­
tinə  baxmayaraq,  o,  məktəblər  və  istiqamətlər  üzrə  ixtisaslaşaraq  uğurla 
inkişaf edirdi.  Sosiologiyada mərkəzi  məktəblərdən  biri  üzvi  sosiologiya 
olmuşdur.  Bu  məktəbin  nümayəndələri  Kontun görüşlərinə  tərəfdar çıxır­
dılar.  Kont  göstərirdi  ki,  sosiologiya  bilavasitə  biologiya  ilə  birləşərək, 
onunla  «üzvi  bədən  fizikasını»  təşkil  edir  və  cəmiyyətə özünəməxsus  or­
qanizm,  daha  yüksək  qayda  kimi  baxır.  Bu  məktəbin  əsas  nümayəndəsi 
Spenser  olub.  O,  psixologiyanı  biologiya  ilə  sosiologiya  arasında  bağ­
layıcı  həlqə hesab edirdi.
İbn  Həldun  Ərəb  Şərqində  sosiologiyanın  banisidir.  Ərəb  Şər­
qinin  siyasi-hüquqi  fikrində  dövlətin  idarəçilik  formasının  müsəlman 
doktrinasının  formalaşması  Tunisdən  olan  görkəmli  filosof,  sosioloq  İbn 
Holdunun (1332-1406) adı ilə bağlıdır.
İbn  Holdunun  dövlət  və  siyasət  haqqında  ləlimi  onun  məşhur  «Mü­
qəddimə»  əsərində  ifadə olunmuşdur.  Cəmiyyəti  və dövləti qarşılıqlı əla­
qədə  təhlil  edən  bu  konsepsiya  öz  dövrünün  orijinal  təlimlərindən  biri 
olmuşdur.  Həmin  təlim  öz  qarşısına,  hər  şeydən  əvvəl,  dövlətin  təkamü­
lünün  (insan  cəmiyyətinin  yaranmasının),  inkişafının  və  süqutunun  təbii 
qanunauyğunluqlarını  aşkar  etmək  məqsədini  qoymuşdu.  İbn  Həldun  bu 
problemləri  «sivilizasiyanın»  meydana  gəlməsinin  forma  və  kateqoriya­
larının göstəriciləri qismində nəzərdən keçirmişdir.
İbn  Holdunun  təliminə  görə,  insanlar  ilk  əvvəllər  vəhşi  (təvəhhüş)
88
vəziyyətində, yaxud öz mənşəyi) yaratmış, nəhayət, onlar insan birliyində 
(ictimada)  birləşmiş  insanlara  çevrilmişlər.  Bu  birlik  öz  inkişafında 
aşağıdakı iki mərhələdən keçmişdir.
1) primitivlik (bədəvi 1 ik) mərhələsi;
2) sivilizasiya (hidaro) mərhələsi.
Bu  mərhələlər bir-birindən  yaşayış  vasitələrinin  eldə  edilməsinin  xa­
rakterindən  asılı  olaraq  fərqlənirdi.  Primitivlik  mərhələsində  yaşayış 
vasitələri  əkinçilik,  maldarlıq  və  yığım  vasitəsilə  əldə  olunurdu.  Siviliza­
siyada  isə  əldə  olunan  yaşayış  vasitələrinə  sənətkarlıq  və  ticarət  də  əlavə 
olunmuşdur.  Həmin  mərhələlər  istehlak  xarakterinə  görə  do  fərqlənirdi. 
İnsanlar  primitiv  vəziyyətdə  ancaq  zəruri  olan  şeyləri,  sivilizasiyada  isə 
«fayda gətirən» və «zərurətdən  məhrum olan» şeyləri  istehlak edirdilər.
İbn  Holdunun  təliminə  görə,  primitivlik  və  sivilizasiya  insan  cəmiy­
yətinin  keyfiyyətcə  iki  fərqli  mərhələsidir.  Onlar eyni  və ya bir-birinə ya­
xın  olan  ərazi  (məkan)  çərçivəsində  məskunlaşmış  müxtəlif insan  birlik­
lərindən  ibarətdir.  Mütəfəkkirin  fikrincə,  primitiv  birlikdən  sivilizasiyaya 
keçid  cəmiyyətin  daxili  inkişafının deyil,  digər birlikdə yaranmış  və artıq 
yaşayış  vasitələrinin  ələ  keçirilməsinin  (zəbt  edilməsinin)  nəticəsidir.  O, 
belə  keçidi  eyni  zamanda  da  bərabərlikdən  və  ibtidai  (primitiv) demokra­
tiyadan  hökmranlıq  etmək, qeyri-bərabərlik,  əzmək  və  tabelik  münasibət­
lərinə keçidlə əlaqələndirirdi.  Bu nöqteyi-nəzərdən  İbn  Holdunun  konsep­
siyasının  bəzi  məqamları  mülkün,  yəni  mülkiyyətin  (əmlak  münasibə­
tinin)  meydana  gəlməsini  aşkar  edir.  Müxtəlif  insan  qrupları  arasında 
qeyri-bərabərliyin,  o  cümlədən  sivilizasiyaya  keçidin  zəmini  qismində 
xüsusi  mülkiyyət münasibətləri,  bu  münasibətlərin  təşəkkül  tapması  çıxış 
edir.
Beləliklə,  İbn  Həlduna  görə,  insanların  qruplaşması  münasibətləri 
son  həddə  mülkün,  yəni  müəyyən  qrupun  həm  öz  daxilində,  həm  do  hə­
min qrupla digər qruplar arasında  hökmranlıq və tabelik  münasibətlərinin 
əmələ  gəlməsinə gətirib çıxarmışdır.  Mülk-hakimiyyət  «dünyəvi  nemət­
lər»  üzərində mülk-sahibliyi»nin bərqərar olmasına səbəb olmuşdur.  İbn 
Həldun  burada  «dünyəvi  nemətlər»  dedikdə,  əvvəllər  tabe  edilmiş  qrup­
laşmalara  məxsus olmuş  nemətləri  nəzərdə  tuturdu.  Onun  fikrincə,  haki­
miyyət-sahiblikdən  ibarət  olan  mülk  nəinki  izafi  məhsulun,  həm  də  in­
sanların  hakimiyyətə  və  «dünyəvi  ncmotlor»ə  sahib  olmaq  səylərinin 
mənbəyi kimi çıxış etmişdir.
Deməli,  İbn  Iloldunuı  təsəvvüründə  mülk  aşağıdakılarda  təzahür 
edirdi:
89


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə