R b a y c a n X z r d n z g m



Yüklə 337,66 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix01.02.2018
ölçüsü337,66 Kb.
#23177
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


30 iyun 2016-cы il   № 37-40 (9043)

7

1,7 kiloMeTRlik 

GöYDƏlƏn

Yaponiyalı mühəndislər dünyanın ən 

hündür göydələnini inşa etməyə hazırla-

şırlar. Tikintisinin 2045-ci ildə tamamlan-

ması planlaşdırılan layihə çərçivəsində 

inşa ediləcək 1,7 kilometr hündürlüyündə 

olacaq göydələn hələ ki, dünyanın ən 

yüksək binası sayılan Dubaydakı məşhur 

“Bürc-Xəlifə”dən iki dəfə böyük olacaq.

  “independent.co.uk”  saytı  xəbər  verir 

ki,  2045-ci  ildə  tamamlanması  nəzərdə  tu-

tulan  meqalayihə  çərçivəsində  1,7  kilometr 

hündürlüyü  olacaq  göydələn  isə  “Sky  Mile 

Tower” adlandırılacaq.



YARIZARAfAT, 

YARIGeRÇƏk

qəribədir, “Malış”la böyüyənlərin də 

ağzından çox vaxt süd iyi gəlir.

vallah, heç nə bilməsəm də, onu yax-

şı bilirəm ki, ağıl olanda ancaq və ancaq 

başda olur.

Yalansız  məqsəd  olsa  da,  məqsədsiz 

yalan olmur.

Başqalarının da uğuruna sevin ki, ən 

azı sevincin həmişə  bol olsun.

Güc ... biclikdədir?

eh,  qarın,  qarın...  Təkcə  qardaşdan 

irəli deyilmişsən.

Çörəyimizin  duzu  var  e...  Sadəcə, 

çörəyimizi yeyənlərin adamlığı yoxdur.

Çox adamın çörəyinin daşdan çıxması 

o demək deyil ki, daşda yaxşı pul var.

Gəmidə  oturmayanlar  da  gəmiçilərlə 

niyə dalaşsınlar?

ermənilər  hara  desən,  gələ  bilərlər. 

Amma ağıla çətin ki, gəlsinlər.

Badalağın  birini  ən  ucuz  neçəyə  vu-

rurlar?

hər yalanın öz diapazonu var.

Torpaq  baha  olduğu  üçün  çox  adam 

əməllərinə görə utanıb yerə girmir?

keçdi o günlər. Adamı göydə oxuyur-

dular.

Dilinin  bəlasına  düşən  bəladan  dilə 

düşənlərdən çoxdur.

“halal”  kolbasası  halalla  haramın 

fərqini bilməyənlər üçündür?

fəxrlə ... əslini dananlar var.

Yaxşı adam olduğumu mən də bilirəm. 

Amma  ayı  hardan  bilsin?  xüsusən  ac 

olanda...

Maraqlıdır,  öz  adlarını  düzgün  yaza 

bilməyənlər  o  boyda  yalanları  necə  qu-

raşdırırlar?

Yüz  fikir  bir  borcu  ödəmirsə,  bu,  o 

demək deyil ki, borcunu qaytarmaq barə-

də düşünməyəsən.

Görəsən  indiki  “məsləhətli    donlar” 

niyə bu qədər dar olur?

Yəqin  ət  ucuz  olmadığı  üçün  yaxşı 

adamlara daha quzu kəsmirlər.

Sudan  quru  çıxa  bilməyənin  quruda 

da işi həmişə yaş olur.

ilk baxışdan sevgi yoxdur? Pula əksə-

riyyət ilk baxışdan vurulur ki?!

hirs,  başı  olmayan  adamların  hara-

sından vurur?

Dostun nə qədər çox olsa, düşmənin o 

qədər az sevinəcək.

həqiqətdən  sənin,  yalandan  mənim 

xoşum gəlmirsə ortaq məxrəcə necə gələ 

bilərik?

Bütün  müharibələr  qarın  davasının 

böyümüş formasıdır.

Gücün  sözü  sözün  gücündən  güclü 

olan yerdə dil ölür.

Göyçəklərin içində ən pis ağzıgöyçək-

lərdir.

qapını örtməyənlər nə vaxtsa quyru-

ğu qapı dalında qalanlardır?

Baxmağa bir şey olmadığı üçün ada-

ma dəvə nalbəndə baxan kimi baxırlar?

keçəlliyin xeyri də var. Tüklərin hey-

rətdən heç vaxt biz-biz durmur.

Arabir “qurd ürəyi” də yemək lazım-

dır.

Ən çox ... adamlıqdan uzaq adamlar-

dan uzaq ol.

Səbri çox olanın səhvi az olar.

Düzü  olmayanın  həmişə  qalın  üzü 

olur.

Yalan  orucu  batil  edir?!  elə  isə  çox 

adamın oruc tutmasına nə ehtiyac?!

“hırnan-zırı” qanmayana nə işarə?

hamı  özünü  haqlı  sayanda  saymağa 

bir şey olmaz.

Duzlu olan şeylərdən ancaq və ancaq 

duzlu söhbətin xeyri var.

Ən yaxşı xəmir nə qədər su aparır?

Deyəsən həyat ən çox aktyor yetişdirir.

kor olmayanlar niyə mərifət sarıdan 

korluq çəkirlər?

Yaxşı ki, ömür əbədi deyil. Yoxsa pis 

adamlara həmişə dözmək olar?

Rasif  TAHİROV

İran İslam Respublikası zəngin tarixi keçmişi 

ilə xarici turistləri cəlb edən ölkələrdən biridir. 

Buradakı tarixi abidələr avropalı turistlər üçün 

olduqca maraqlıdır.

Belə tarixi abidələrdən biri də İsfahan şəhərinin 

mərkəzindən axan Zayəndə çayı üzərindəki tarixi 

Si  o  se  pol  körpüsüdür  (“pol”  sözü  fars  dilindən 

tərcümədə körpü deməkdir. Si o se pol isə 33 arkası 

olan körpü kimi tərcümə edilir).

Bu  körpü  Səfəvi  dövlətinin  şahənşahı  II  Şah 

Abbas  tərəfindən  tikdirilib.  Körpünün  tikintisinə 

1599-cu ildə başlanılıb və 1602-ci ildə başa çatdı-

rılıb. Uzunluğu 300 metr, eni 14 metr olan körpü-

nün tikintisini II Şah Abbas Gürcüstan əsilli vəziri 

Allahverdi xana tapşırmışdır. Vəzir İranda, Azər-

baycanda və Gürcüstanda fəaliyyət göstərən tanın-

mış memarları dəvət edərək körpünü xüsusi zövqlə 

tikdirib. Belə ki, 33 arkadan ibarət olan körpü yal-

nız çayı keçmək üçün deyil, həm də istirahət üçün 

nəzərdə tutulub. Körpünün üstündə bir neçə otaq 

inşa edilib ki, bunların birindən çayın suyunun ar-

tıb azalmasını müşahidə etmək üçün istifadə edilib. 

Otaqlardan biri xüsusi olaraq şahənşahın, digərləri 

isə saray əyanlarının gəzinti zamanı istirahəti üçün 

tikilib. Otaqların şəhərə və çaya baxan pəncərələri 

var.

Müasir dövrdə bu körpü turistlərlə yanaşı, yerli 



əhalinin də gəzinti və istirahət yeridir. Gecələr kör-

pünün işıqlandırılması olduqca maraqlıdır və bura 

İsfahan gənclərinin sevdiyi məkanlardandır.

Rabil Kətanov

R

amazanda oruc məhz Allahın buyru-

ğunu yerinə yetirib Onun rizasını qa-

zanmaq üçün tutulur. Oruc tutmaq hər 

bir müsəlman üçün vacibdir, çünki oruc islamın 

beş fərzindən biridir. Ramazana əbəs yerə on bir 

ayın sultanı demirlər. Bütün müqəddəs kitablar

o cümlədən Qurani-şərif bu ayda nazil olmuşdur. 

Allahın sonuncu elçisi Məhəmməd salavatullaha 

peyğəmbərlik bu ayda verilmişdir. Müsəlmanlar 

Məkkəni bu ayda fəth etmişlər. Savab cəhətdən 

min aydan daha xeyirli olan Qədr gecəsi bu aya 

təsadüf edir.

İnsanlar islamdan əvvəl də oruc tutmuşlar, yəni 

Oruc islamın zühuru ilə başlamamışdır. Qurani-kə-

rimdə  deyilir:  “Ey  iman  gətirənlər!  Oruc  tutmaq 

sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə 

də  vacib  edildi  ki,  (bunun  vasitəsilə)  pis  əməllər-

dən  çəkinəsiniz!..  (Oruc  tutmaq)  sayı  müəyyən 

olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə 

və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa 

günlərdə  oruc  tutmalıdırlar.  Oruc  tutmağa  taqə-

ti olmayanlar isə (hər günün əvəzində) bir yoxsu-

lu  doyduracaq  qədər  fidyə  verməlidirlər.  Hər  kəs 

könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də 

fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bil-

səniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”. 

(Bəqərə,183-184).

Uca  Yaradan  möminlərə  oruc  tutmağı  buyur-

maqla onları pis əməllərdən çəkindirir. Oruc insan-

da,  hər  şeydən  əvvəl,  nəfsə  hakim  olmaq  vərdişi 

aşılayır, eləcə də səbir, iradə və təmkin tərbiyə edir. 

Ramazan ayında oruc tutmağı buyuran Tanrı insanı 

sınağa çəkir: varlı kasıbın sosial vəziyyətini anlayır, 

ona münasibətdə xeyirxah olmağın vacibliyini yadı-

na salır. Eyni zamanda orucun böyük əxlaqi-mənə-

vi, sosial əhəmiyyəti var. Hədisi-şərifdə deyilir ki, 

“oruc sipərdir”, yəni müsəlmanı pis əməllərdən qo-

ruyan gizli silahdır. 

Orucluq  ayında  möminlər  düşmənçiliyə, 

umu-küsüyə  son  qoymalı,  bir-birinə  münasibətdə 

mərhəmətli olmağı, bir-birini bağışlamağı bacarma-

lıdırlar. Allah-təala oruc tutmağı buyurmaqla bütün 

insanların  mehriban şəraitdə yaşamasının zərurili-

yini xatırladır. İlin bir ayı ərzində müsəlmanlar eyni 

cür  qidalanır,  eyni  cür  həyat  tərzi  keçirir,  nəfsini, 

şəhvətini  cilovlamaq  məcburiyyətində  qalırlar  ki, 

bu da hər bir insan, bütövlükdə cəmiyyət üçün ol-

duqca vacibdir.

Allah-təala  bəndəsinə  faydalı  olmayan  heç 

nəyi  əmr  etməz!  Orucda  böyük  ilahi  hikmət  var. 

Peyğəmbərimiz  Məhəmməd  salavatullah  buyur-

muşdur:  “Oruc  tutun  ki,  sağlam  olasınız!”  Qədim 

zamanlardan  oruc  insan  sağlamlığını  möhkəmlət-

mək, müxtəlif xəstəlikləri müalicə etmək üçün təbii 

vasitə kimi nəzərdən keçirilir. Hələ islamdan çox-

çox  əvvəl  böyük  mütəfəkkirlər  müəyyən  müddət 

ac qalmağı, yəni oruc tutmağı tövsiyə etmişlər. Elə 

müasir dövrdə də oruc vasitəsilə bir çox xəstəliklərə 

əlac  tapmaq  mümkün  olur.  Bu  gün  həkimlər  təs-

diqləyirlər ki, oruc tutmaq hamı üçün, hətta sağlam 

adamlar  üçün  həyati  zərurətdir.  İnsan  qida  qəbul 

edərkən, nəfəs alarkən həm də külli miqdarda toksin 

maddə  qəbul  edir.  Bu  zərərli  maddələri  bədəndən 

oruc  tutmaqla  kənarlaşdırmaq  mümkündür.  İnsan 

oruc tutarkən mədə, bağırsaqlar, qaraciyər və həzm 

prosesində iştirak edən digər orqanlar istirahət edir. 

Bu isə həzm sisteminin yaxşılaşmasına gətirib çıxa-

rır. Qan təmizlənir, beyin daha yaxşı işləyir. İnsanın 

cismində zəif, xəstə, yaxud zədələnmiş hüceyrələr 

yeniləri ilə əvəzlənir. Ümumiyyətlə, insan orqaniz-

minin elə bir üzvü yoxdur ki, orucun müsbət təsi-

rinə məruz qalmasın.

Qeyri-müsəlman  ölkələrində  aparılmış  və  on 

minlərlə xəstəni əhatə etmiş araşdırmalar sübut et-

mişdir ki, oruc bir çox digər xəstəliklərin, o cümlə-

dən yüksək qan təzyiqinin, qaraciyər, dəri xəstəlik-

lərinin, xüsusilə allergiya və xroniki ekzemanın və 

s. müalicəsinə kömək edir. Bundan başqa, oruc bir 

çox insanların əziyyət çəkdiyi köklükdən və onun 

doğurduğu  xəstəliklərdən  qurtulmaq  üçün  təsirli 

vasitədir.  Eyni  zamanda  oruc  pis  vərdişləri  (siqa-

retə, narkotik maddələrə bağlılıq və s.) tərgitməyə 

kömək edir.

Beləliklə, insan oruc tutmaqla həm ruhunu, həm 

də bədənini tərbiyə edir. Axı sağlam ruh yalnız sağ-

lam bədəndə olur!

Orucluq  ayı  başa  çatanda  isə  bütün  müsəlman 

dünyası  Ramazan  bayramını  qeyd  edir.  Hər  bir 

müsəlman  üçün  bir  ay  oruc  tutmaq  fərz  olduğu 

kimi, Ramazan bayramında fitrə zəkatı vermək də 

vacibdir. Hədisi-şərifdə deyilir ki, Allah bəndəsin-

dən  tələb  olunan  fitrə  verilməyənədək  Ramazan 

ayında tutulmuş oruc Yerlə göy arasında asılı qalır.

Müsəlman  fitrə  zəkatını  bəxş  etdiyi  nemətlərə 

görə Uca Yaradana şükür etmək, bayram günü ka-

sıbları sevindirmək, oruc vaxtı buraxılmış səhvlər-

dən təmizlənmək üçün verir. Fitrəni yalnız imkanlı 

müsəlmanlar çıxarmalıdırlar. Ailə sahibi ailənin hər 

bir üzvünün adından fitrə verməlidir.

Vaxtilə fitrə buğda, arpa, xurma, düyü, kişmiş 

və s. ərzaq məhsullarından adambaşına təxminən 3 

kiloqram həcmində ödənilirdi. Zaman keçdikcə ka-

sıblara və ehtiyacı olanlara münasibətdə göstərilən 

bu  xeyirxahlıq  başqa  formalar  da  almışdır.  İndi 

fitrəni  pul  şəklində  də  verirlər.  Əslində,  bu,  daha 

münasibdir.  Belə  ki,  fitrəni  pul  kimi  qəbul  edən 

şəxs onu öz ehtiyaclarına uyğun şəkildə xərcləmək 

imkanı əldə edir. Özü də fitrə yalnız halal maldan 

verilməlidir.

Fitrə bayram namazı başlayanadək çıxarılmalı-

dır. Əks təqdirdə, bu, fitrə hesab olunmur, adi sə-

dəqə sayılır. Fitrəni bayramdan bir-iki gün əvvəl də 

çıxarmaq olar.

Çıxarılan fitrə ilk növbədə ehtiyacı olan qohum-

lara,  qonşulara,  tanışlara,  eləcə  də  digər  insanlara 

verilir. Fitrə bir kasıbın azı birgünlük qida ehtiyacı-

nı ödəməlidir. İmkanlı müsəlmanlar daha çox fitrə 

çıxarıb savab qazanırlar. Özü də bir şəxsin fitrəsi bir 

kasıba da verilə bilər, bir neçə kasıb arasında da bö-

lünə bilər.

Ramazan bayramının fəzilətləri təkcə fitrə çıxar-

maqla  məhdudlaşmır.  Bayram  günlərində  müsəl-

man ailələrində şənlik əhval-ruhiyyəsi hökm sürür. 

Uşaqlara hədiyyələr verilir, qonşular, dostlar bir-bi-

rinə qonaq gedir, bayram sovqatları aparırlar. Qo-

hum-əqrəba bir yerə toplaşır, bayramı birlikdə qeyd 

edirlər. İncikliklər aradan qaldırılır, küsülülər barı-

şırlar.

Ramazan bayramı həm də müsəlmanların həm-



rəyliyini, birliyini, onların arasında qarşılıqlı anlaş-

manı  möhkəmlədən  mühüm  hadisədir.  Bayramın 

davam  etdiyi  günlərdə  insanlar  bir-birinə  qəlbən 

daha yaxın olur, bayram sevincini bölüşürlər.

Bütün  müsəlman  dünyasında  olduğu  kimi, 

etiqad azadlığı təmin edilən ölkəmizdə də Ramazan 

bayramı yüksək səviyyədə qeyd edilir. Bayram mü-

nasibətilə iki gün qeyri-iş günü elan edilir. 

Prezident  İlham  Əliyevin  qeyd  etdiyi  kimi, 

“Azərbaycan  müasir  dövlətdir,  dünyəvi  dövlətdir.  

Eyni  zamanda,  öz  milli  və  dini  ənənələrinə  sadiq 

olan dövlətdir. İslam dəyərləri bizim milli-mənəvi 

dəyərlərimizin  tərkib  hissəsidir  və  müqəddəs  Ra-

mazan  ayı  bütün  dövrlərdə  Azərbaycan  xalqının 

qəlbində  yaşamışdır.  Sadəcə  olaraq,  müstəqillik 

əldə etdikdən sonra bu bayram rəsmi bayram kimi 

qeyd edilir”.

Mübarək Ramazan ayında Tanrıya edilən dualar 

daha tez qəbul olunandır. Gəlin, işğal altında olan 

torpaqlarımızın düşmən tapdağından azad edilməsi, 

Azərbaycanımızın tərəqqisi, daha da qüdrətlənməsi 

üçün dua edək! Allah orucunuzu və müqəddəs ayda 

edəcəyiniz duaları qəbul eləsin! Amin!

Tahir DADAŞOV

33 ARkADAn iBARƏT olAn köRPü 

YAlnIZ ÇAYI keÇMƏk üÇün DeYil, hƏM 

DƏ iSTiRAhƏT üÇün nƏZƏRDƏ TUTUlUB

on BiR AYIn SUlTAnI



Yüklə 337,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə