R b a y c a n X z r d n z g m



Yüklə 337,66 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix01.02.2018
ölçüsü337,66 Kb.
#23177
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


30 iyun 2016-cы il   № 37-40 (9043)

4

Azərbaycan  xəzər  Dəniz  Gəmiçiliyi 

xəzər  hövzəsində  Sosial  korporativ 

Məsuliyyəti  üzrə  fəaliyyətinə  dair   

Davamlı  inkişaf  haqqında  hesabatını 

açıqlayan  ilk  gəmiçilik  şirkətidir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Davamlı İnki-

şaf haqqında Hesabatı “Ernst & Young” şirkəti tərəfindən 

müstəqil auditdən keçərək, müsbət rəy alınmışdır. Gəmiçili-

yin 2014-2015-ci illərdə iqtisadi, sosial və ekoloji sahələrdə 

fəaliyyətinin nəticələrini tam şəffaf açıqlayan Hesabatda 

keyfiyyət, sağlamlıq, ətraf mühitin qorunması, əməyin mü-

hafizəsi, kadrların idarə edilməsi və digər sosial sahələrdə 

yerinə yetirilmiş işlər və əldə olunmuş nailiyyətlər öz əksini 

tapmışdır. AXDG-nin Davamlı İnkişaf haqqında Hesabatı 

Beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün GRI Sis-

teminin logistika və nəqliyyat xidmətlərinə dair mövcud 

tələbləri nəzərə alınaraq hazırlanmışdır. Bu proses 2015-ci 

ilin noyabrından başlanmış və sənəd 2016-cı ilin əvvəlində 

dünyanın ən nüfuzlu beynəlxalq audit şirkətlərindən olan 

“Ernst & Young”a təqdim edilmişdir.

Davamlı  İnkişaf  haqqında  Hesabatda  yer  almış  hər  bir 

məsələ daim Gəmiçilik rəhbərliyinin diqqət mərkəzindədir. Bu 

barədə geniş izah və şərhlər müvafiq bölmələrdə öz əksini tap-

mışdır.

Beynəlxalq  iqtisadiyyatda  müşahidə  edilən  qlobal  çətin-



liklər, onların iqtisadi fəaliyyətə təsiri fonunda davamlı inki-

şafın təmin olunması, iqtisadi, sosial və ekoloji sahələrdə qar-

şıya qoyulmuş vəzifələrin reallaşdırılması AXDG üçün uğurlu 

fəaliyyətin başlıca meyarıdır. Bu istiqamətdə Davamlı İnkişaf 

haqqında  Hesabatın  hazırlanması,  onun  müstəqil  beynəlxalq 

auditinin keçirilərək dərc edilməsi müstəsna əhəmiyyətə ma-

likdir və bundan sonra da Gəmiçiliyin fəaliyyətində şəffaflığın 

təmin edilməsinə xidmət edəcəkdir.

Qeyd edək ki, bu, AXDG-nin Davamlı İnkişaf sahəsində 

ilk  hesabatıdır.  Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi  Xəzər 

hövzəsində  Sosial  Korporativ  Məsuliyyəti  üzrə  fəaliyyətinə 

dair Davamlı İnkişaf haqqında Hesabatını açıqlayan ilk gəmi-

çilik şirkətidir. 

qəzetimizin siqnalı ilə

“PARİS QOMMUNASI” zavodu ağac yo-

nucular sex firqə özəyində olan intizamsızlıqlar 

haqqında  “Qaspi  bolşeviki”  qəzetində  23  no-

yabrda yazılan məqalə bu sex özəyində böyük 

dönüş əmələ gətirmişdir. Ağac yonucular sexi-

nin firqə özəyi siyasi dərs dərnəyində “Qaspi 

bolşeviki”nin  siqnalı  müzakirə  olunmuşdur. 

Həmin məqalə özəkdə firqə qanunlarına və in-

tizama tabe olmayan Rışkov, Nikitin, Roqovun 

barəsində yazılmış faktlar təhlil olunmuşdur.

Qəzetin  bu  faktları  üzərində  firqə  üzvləri 

çıxışda bulunaraq, firqə intizamına qarşı özlə-

rini doğrulda bilmədiklərini qeyd etmişlər.

Rışkov  sex  tərəfindən  Lökbatana  göndə-

rilərkən  oraya  getməkdən  boyun  qaçırması 

firqə  bürosuna  verilmişdir.  Nikitin  və  Roqov 

3  ay  üzvlük  haqlarını  verməmələri  barəsində 

məsələlər  dərnəkdə  həll  edildikdə  səhvləri-

ni boyunlarına almışlar və o gündən etibarən 

bunlar özlərinə qəti olaraq bolşevikcəsinə söz 

vermişlər ki, bir ay belə olsun üzvlük haqlarını 

saxlamayacaqlar, eyni zamanda siyasi dərslər-

də müntəzəm iştirak edəcəklər və bitərəf işçi 

kütləsinin firqə siyasi dərs dərnəyinə cəlb olun-

ması yolunda ciddi çalışacaqlar.



“Qaspi bolşeviki” qəzeti,

8 dekabr 1932-ci il, № 155

qajuqov və Dunini məsuliyyətə

Bizim  “Qristyanin”  gəmisində  mexanik 

Qajuqov və onun 1-ci müavini Duninin səhlən-

karlığı nəticəsində prostoy saatları artır. Beləki, 

motorist hərəkətedici sağ silindir podşivnikinin 

qızdığını mexanik müavini Duninə xəbər ve-

rir,  Dunin  isə  silindirin  hərəkətini  azaltmaqla 

kifayətlənir.

Bu  növ  ilə  gəmi  2  reys  hərəkət  etdikdən 

sonra 3-cü reysdə (sentyabrın 19-da) silindirin 

hərəkət etməməsindən 3 saat 15 dəqiqə dayanır 

və bunun səbəblərini araşdırır.

Yenə sentyabrın 20-də 2-ci dəfə hərəkəte-

dici sol silindirin podşivniki yanır. Bunun da 

səbəbini öyrənmək üçün gəmi 3 saat dayanır. 

3-cü dəfə val bərk bağlanmadığından gəmi da-

yanır  və  bunun  bağlanması  üçün  3  nəfər  işçi 

artıq saatlar işləməyə məcbur olurlar.

Bütün bunlar onu göstərir ki, gəmi neft dol-

durmasına  dayandıqda  mexanik  Qajuqov  və 

onun müavini Dunin mexanizmləri yağlamır-

lar.  Nəticədə  bu  kimi  prostoy  saatlarının  art-

masına səbəb olurlar. Prostoy saatların artması 

gəmi  daşınma  planının  kəsirlə  ödənilməsinə 

səbəb olur.

“Qaspi bolşeviki” qəzeti, 

3 oktyabr 1933-cü il, № 103

Zərbəçi teploxodun  

ehtiyacı zəif ödənilir

“Ağamalı oğlu” teploxodu ilə yarışan “Qo-

mintern” teploxodu neft daşınma planının ye-

rinə yetirilməsində heç də geridə qalmayır. Bu 

teploxod  sentyabr  ayında  9  reislik  planı  100 

faiz yerinə yetirmişdir. Oktyabr ayında dəxi 9 

reisdən 6 reisini edərək, orta hesabla planı 105 

faiz  yerinə  yetirmişdir.  Bütün  qomanda  plan 

uğrunda  mübarizədə  səfərbərliyə  alınmaqla 

sosyarış və zərbəçiliyə əhatə edilmişlərdir.

Aşağı  qomanda  makinaya  yaxşı  baxması 

və yanacağa qənaət uğrunda namuslu çalışma-

sı nəticəsində sentyabr ayının hər günündə sərf 

edilən yanacağın 10 % - nə qənaət edilmiş və 

buna görə də neft donanması tərəfindən 1500 

manatla mükafatlandırılmışdır.

Teploxod  hər  reisi  83  saata  getməli  ikən, 

qapitanın  idarə  etməsi  nəticəsində  axırıncı 

reisə  75  saat  getmişdir.  Oktyabrın  25-də  39 

nəfərlik ekipaja 8 cüt çəkmə və 6 cüt pencək 

verilmişdir.

Lakin bütün bu müvəffəqiyyətlərə baxma-

yaraq, bir sıra nöqsanlar da yox deyildir. Belə-

ki,  soyuqlar  başlandığı  halda  neft  donanması 

teploxodun yuxarı qomandasını hələ də isti pal-

tarlarla təmin etməmişdir. Ərzaqların verilməsi 

dəxi  qooperativ  tərəfindən  bəzən  gecikdirilir. 

Teploxodun  mədəni  ehtiyaclarının  ödənilmə-

si  yaxşı  qurulmamaqla  buraya  vaxtı-vaxtın-

da mədəni baza tərəfindən qəzetələr verilmir. 

Radionun aqqumlyatoru xarab olduğundan və 

mandalina,  balalayka  qarmon  və  sair  musiqi 

alətləri təmir olunmadığından, istifadəsiz qal-

dığı  halda  bu  xüsusda  Qaspi  hövzə  qomitəsi 

mədəni  yaşayış  sektoruna  məlumat  verilmiş-

dirsə də, heç bir tədbir görülməmişdir.

Teploxodun  bəzən  yanacaqla  yaxşı  təmin 

edilməməsi nəticəsində prostoy saatları əmələ 

gəlir. Məsələn, oktyabrın 18-də 32-ci körpüdə 

Azneft tetorq tərəfindən teploxoda sulu yana-

caq  verildiyindən  dənizdə  maşın  dayanaraq 

2  saat  prostoy  olmuş,  bu  xüsusda  akt  tərtib 

edilərək əlaqədar təşkilatlara xəbər verilmişsə 

də, heç bir nəticə çıxmamışdır.

Neft donanma müdiriyyəti, teploxodun bü-

tün ehtiyaclarını təmin edərək bir saat da olsun 

prostoya yol verməməklə, YIQ (b) F ZÖQ və 

AQ  (b)  F  BQ-nin  neft  daşınması  haqqındakı 

qərarlarını danışıqsız yerinə yetirməlidir.

L. Quliyev.

“Qaspi bolşeviki” № 123 (161)

27 oktyabr 1933-cü il

Siyasi naryad uğrunda

“Paris Qommunası” zavodunun qazançıları 

sex firqə özəyi öz işlərini yeni əsaslar üzərində 

qurmaqdadır. Bu özəkdə 6 nəfər firqə təşkilat-

çısı olmaqla bir nəfər aşağı vəsilə özəyi katibi 

vardır.


Firqə  özəyi  tərəfindən  bu  yoldaşlara  ok-

tyabrın  17-dən  21-nə  qədər  nə  iş  görmələri 

haqqında siyasi naryad verilmişdir ki, bu yol-

daşlar, 1-ci siyasi naryadı müvəffəqiyyətlə hə-

yata keçirmişlərdir. Ayın 20-də çağırılan aşağı 

firqə  təşkilatlarının  iclaslarına  yaxşı  hazırlıq 

aparılması nəticəsində bu iclaslarda artıq dərə-

cədə aktiv bitərəf işçilər iştirak etmişdir.

Bu siyasi naryadın həyata keçirilməsi işin-

də firqə özək katibi həm də sexin firqə təşki-

latçısı olan TARVERDİYEV ƏLİ yoldaş daha 

aktiv çalışmışdır.

Belə  ki,  o  öz  vəzifəsi  üzərində  olan  firqə 

üzv namizədlərini və həm də sexdə olan aktiv 

bitərəf  işçiləri  iclasa  toplamış  və  onları  firqə 

dərnəklərinə 100 faiz cəlb etmişdir.

Bundan əlavə qazançılar sexi alətçilər qru-

punun  firqə  təşkilatçısı  VOROBYOV  yoldaş 

dəxi aldığı siyasi naryadı lazımı qədər həyata 

keçirməklə, başqa firqə təşkilatçısı PETUXO-

VA belə siyasi naryadın müvəffəqiyyətlə həya-

ta keçirilməsində yardım etmişdir.

Firqə təşkilatçılarına oktyabrın 21-dən 23-

nə qədər nə iş görmələri haqqında 2-ci bir si-

yasi  naryad  dəxi  verilmişdir  ki,  bu  naryadın 

birinci maddəsi oktaybrın 22-də çağrılan firqə 

iclaslarında  həyata  keçirərək,  2-ci  maddəsini 

isə  oktaybrın  23-də  firqə  üzv,  namizədlərinin 

və  aktiv  bitərəf  işçilərinin  iştirakı  ilə  ödənil-

mişdir.


ƏLİ KƏBİRİ

“Qaspi bolşeviki” № 123 (161)

27 oktyabr 1933-cü il

Siyasi naryadın tətbiqinə daha 

artıq diqqət

“ZAQFEDERASİYA” gəmi təmirat zavo-

dunun firqə qomitəsi aşağı həlqələrdə rəhbərli-

yi canlandırmaq və onları gündəlik firqə qərar-

ları ilə yaxından tanış etmək üçün siyasi naryad 

işlərinin canlanmasına və genişlənməsinə artıq 

fikir  verməkdədir.  Firqə  qomitəsi  tərəfindən 

verilən  keyfiyyəti  olduqca  yaxşıdır.  Nümunə 

üçün qomitə tərəfindən verilən 2 siyasi naryadı 

götürəlim!

Oktyabrın 20-də çilingər ŞEVİN İVANIN 

qrupuna  verilən  naryadda  firqə  üzvülük  haq-

larını yığmaq haqqında “BAKINİSKİ RABO-

Çİ” qəzetəsinin 16 oktaybr tarixli nömrəsində  

YIQ (b) F qərarını təhlil etmək, oktyabr inqila-

bının 16-cı ildönümünün əhəmiyyətini aydın-

laşdırmaq,  kütləvi  izahat  işlərini  genişləndir-

məklə bütün işçi və qommunistləri cəlb etmək 

kibi məsələlər qeyd edilmişdir.

ŞEVİN İVAN verilən naryadı tamamilə və 

vaxtından  əvvəl  öz  qruppasında  təhlil  etmiş 

və  üzvülük  haqlarını  yubadanlardan  üzvülük 

haqlarını toplamışdır. Alətçilər sexi qrup təşki-

latçısı BARSUVA verilən siyasi naryadda isə 

firqə  təmizliyi  haqqında  başa  salmaq  ki,  neft 

donanması gəmilərini təmir edən turba qazan-

çılara  alətlərin  vaxtında  verilməməsi,  onların 

işini pozacaqdır.

Tapşırılan  naryadlar  alətçilər  qruppasında 

dəxi vaxtından əvvəl təhlil edilmişdir.

“ZAQFEDERASİYA” gəmi təmirat zavo-

du firqə qomitəsi siyasi naryad işlərinin daha 

da genişlənməsinə çalışmalı və bütün qrupları 

siyasi naryadla təmin etməlidir.



“Qaspi bolşeviki” № 127 (165)

1 noyabr 1933-cü il

Çağırışa qoşuluruq

YİQ (b) F ZÖQ katibi Berya yoldaşın pa-

yız-qış  siyasi  təhsili  haqqındakı  məktubuna 

əməli  cavab  olaraq,  biz  -  “Qaspi  bolşeviki” 

qəzeti  redaksiyasi  “Stalinçi”  qəzetinin  çağırı-

şına  səs  verir,  təmirat  zərbəçiləri  və  ayrı-ayrı 

gəmi işçiləri arasında siyasi təhsilin daha yük-

sək mərhələyə qaldırılması, bütün kommunist 

və namizədlərin dərnəklərə 100 faiz cəlb edil-

məsi, eləcə də payız-qış firqə təhsilinin müvəf-

fəqiyyətlə yerinə yetirilməsi uğrunda daha cid-

diyyətlə çarpışacağımıza və işdə “Bir nəfər də 

kommunist firqə təhsili dərnəklərindən kənar-

da qalmamalıdır” şüarını bolşevikcəsinə tətbiq 

edəcəyimizə söz veririk.

Biz bu məqsədlə “Neft zərbəçisi” (Lökba-

tan),  “Kirov  neftçisi”  və  “Dokçu”  qəzetlərini 

sosializm yarışına çağırırıq.

 

“Qaspi bolşeviki” qəzeti, 

14 noyabr 1933-cü il № 135

200 tələbə qəbul edilmişdir

QASPAR  məktəbinin  yenidən  qurulma-

sı  ilə  əlaqədar  mart  ayında  200-ə  qədər  yeni 

tələbə  məktəbə  qəbul  olunmuşdur.  Tələbələ-

rin əksəriyyəti Azərbaycanın rayonlarındandır. 

Tələbələrin ümumi yatacaq evi ilə təmin edil-

məsi üçün əvvəlcədən yaxşı hazırlıq aparılmış-

dır. Rayondan gətirilən tələbələrin təchizatına 

yaxşı  diqqət  verildiyi  kimi,  mədəni-məişət 

sahəsindəki ehtiyacları dəxi vaxtında ödənilir. 

Tələbələr  kollektiv  surətdə  kino  və  teatrolara 

göndərilirlər.

Ümumi yatacaq evlərinin təmizliyinə daha 

artıq diqqət verilmişdir. Ümumi yatacaq evləri 

yaxşı yatacaq uğrunda elan edilmiş ümumitti-

faq müsabiqəsinə qoşulmuşdur. Məktəbdə qız-

lar üçün xüsusi yatacaq evi düzəldilmişdir ki, 

buranın  təmizliyi  başqa  yatacaq  evlərinə  nü-

munə  ola  bilər. Tələbələrin  sağlamlığına  xid-

mət etmək üçün ümumi yatacaq evləri yanında 

yeni doktor kabinəsi təşkil edilmişdir ki, bura-

da gecə növbələri dəxi olur.

“Arxangelsk” gəmisində olan ümumi yata-

caq evləri yeni binaya keçirilmişdir. Tələbələ-

rin dərs hazırlaması üçün şərait yaradılmışdır. 

Belə ki, məktəbdə yeni dəftərxana və kitabxa-

na təşkil edilmişdir.

“Qaspi bolşeviki” qəzeti,

6 may 1934-cü il, № 23

O illərdə “Dəniz” nədən yazırdı

“Türk axını” layihəsi üzrə 

Türkiyə ilə danışıqların 

yenidən başlanması üçün 

dialoqa hazırıq”

Rusiyanın enerji 

nəhəngi “Gazprom” 

şirkəti “Türk axını” 

qaz boru kəməri 

(Turkish Stream) 

layihəsi üzrə Türkiyə 

tərəfi ilə danışıqların 

yenidən başlanması 

üçün dialoqa hazır-

dır.

AZƏRTAC  TASS 

informasiya  agentli-

yinə  istinadla  xəbər 

verir ki, bu barədə “Gazprom”un rəsmi nümayəndəsi Sergey 

Kupriyanov deyib. O bildirib ki, “Gazprom” “Türk axını” la-

yihəsi üzrə dialoqa hər zaman açıq olub.

Qeyd edək ki, iyunun 27-də Türkiyə Prezidenti Rəcəb Tay-

yib  Ərdoğan  rusiyalı  həmkarı  Vladimir  Putinə  məktub  gön-

dərib. Məktubda Türkiyə ilə Rusiya arasında ənənəvi dostluq 

əlaqələrinin  bərpa  olunması,  regiondakı  böhranların  həlli  ilə 

bağlı əməkdaşlıq və terrorçuluqla birgə mübarizə aparılmasının 

vacibliyinə dair vacib məqamlar əks olunub.

Xatırladaq ki, ötən ilin noyabrında Rusiyaya məxsus “Su-

24” tipli döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından 

sonra “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller “Türk 

axını” layihəsi ilə bağlı Türkiyə ilə danışıqların dayandırıldı-

ğını demişdi. “Gazprom” “Türk axını” kəmərinin ötürücülük 

qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kub-

metr təbii qazın nəql olunmasına da qərar vermişdi.

“Türk  axını”  ilə  Rusiya  qazının  Türkiyədən  keçməklə  

Avropaya çatdırılması nəzərdə tutulurdu. Kəmərlə 16 milyard 

kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxi-

li tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı. 

Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulurdu.

“DƏniZ”



Yüklə 337,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə