Qustav Lebon xalqlarin və KÜTLƏNİn psixologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/81
tarix30.09.2017
ölçüsü5,01 Kb.
#2471
1   2   3   4   5   6   7   8   9   ...   81

son halqaları təşkil edirlər. Vətəni bizlər üçün ikinci ana edən yalnız hislər deyil, həm
də fiziologiya və irsiyyətdir”.
Fərdlərin düçar olduqları və onları idarə edən təsirləri mexaniki dilə çevirsək,
demək mümkündür ki, onlar üç tərzdə olurlar. Birincisi və ən əhəmiyyətlisi –
əcdadların təsiri; ikincisi – bilavasitə valideynlərin təsiri; üçüncüsü, adətən ən güclü
və eyni zamanda ən zəif hesab olunanı – mühitin təsiri. Sonuncu – müxtəlif fiziki və
əxlaqi təsir kimi başa düşülür və insan həyatı boyu onun təsirlərinə məruz qalır –
əlbəttə ki, öz tərbiyəsini davam etdirdikcə, yalnız çox zəif dəyişikliklərə gətirib çıxarır.
Mühit yalnız o vaxt real təsirini göstərməyə başlayır ki, irsiyyət uzun zaman ərzində
onları eyni istiqamətdə yığa bilir.
İnsanın hər nə etməsindən asılı olmayaraq, o, həmişə, hər şeydən əvvəl öz
irqinin nümayəndəsidir. İdeyalar və hislər ehtiyatı, – eyni irqin bütün fərdləri
doğularkən onları özləri ilə birlikdə dünyaya gətirirlər, – irqin ruhunu təşkil edir.
Mahiyyətcə gözlə görünməyən bu ruh, zahirən özünü kəskin təzahür etdirə bilir. Belə
ki, əsl həqiqətdə o, xalqın bütün təkamülünü idarə edir.
İrqi canlı orqanizmi təşkil edən hüceyrələrin birləşməsi ilə müqayisə etmək olar.
Bu, milyardlarla hüceyrələrin ömrü qısa olsa da, onların birlikdə təşkil etdikləri
canlının ömrü kifayət qədər uzundur; hüceyrələr nəticə etibarilə, eyni zamanda həm
şəxsi, həm də kollektiv həyata malikdilər, orqanizmin həyatı üçün onlar maddə kimi
xidmət göstərirlər. Eləcə də istənilən irqə məxsus hər bir individ fərdi həyat üçün çox
qısa, kollektiv həyat üçün isə uzun sürən ömrə malik olurlar. Sonuncu, elə irqin
ömrüdür, orada dünyaya göz açıb, irqin davam etməsinə o, kömək edir və elə özü də
həmişə həmin irqdən asılı olur.
Elə buna görə də irq zamana tabe deyil, ona əbədiyaşar orqanizm kimi baxmaq
lazımdır.
Bu, əbədiyaşar orqanizm indiki an üçün yalnız ömür sürən fərdlərdən təşkil
olunmayıblar, eləcə də onlar əcdadları olan uzun bir ölülər sırasından təşkil
olunublar. İrqin həqiqi əhəmiyyətini başa düşmək üçün onu eyni vaxtda həm keçmiş,
həm də gələcəklə birlikdə izləmək lazımdır. Onlar qeyri-iradiliyin ölçülə bilməyən ağıl
və xarakterin bütün təzahürlərini öz təsiri altında saxlayır, sahəsini idarə edirlər.
Xalqın taleyini dirilərdən daha çox ölülər idarə edirlər. İrqin əsası da yalnız onlar
tərəfindən qoyulub. Yüz illər ərzində onlar, ideyalar və hislər, nəticə etibarilə, bizim
davranışlarımızı müəyyən edən vadaredici səbəbləri yaradıblar. Ölən nəsil bizə təkcə
fiziki təşkilatları vermirlər; onlar bizə həm də öz fikir və düşüncələrini təlqin edirlər.
Ölülər cənab dirilərin yeganə danılmaz mahiyyətidir. Bizlər onların səhvlərinin
ağırlığını çəkirik, eyni zamanda ləyaqətlərinin mükafatlarını da alırıq.
Xalqın psixoloji tərzi heyvan növlərinin əmələ gəlməsində olduğu təki geoloji
mərhələləri, hesablamamıza sığmayan nəhəng dövrü tələb etmir. Lakin bunun üçün
xeyli zamana da ehtiyac duyulur. Xalq kimi toplumda, hətta az dərəcədə onun ruhunu
təşkil edən hislər birliyini yaratmaq üçün bizə onlarla əsr vaxt lazım gələrdi.
Həmin dövr, salnamələrimiz üçün uzunmüddətli görünsə də, əsl həqiqətdə çox
qısadır. Əgər bu cür məhdud zaman müddəti məlum xüsusiyyətlərin möhkəmlənməsi
üçün kifayət edirsə, fəaliyyətini davam etdirən məlum zamanın bir istiqamətdə
hərəkəti nəticəsində hər hansı bir səbəbin tezliklə böyük nəticələr verə biləcəyini
downloaded from KitabYurdu.org


təsdiq edir. Riyaziyyatçılar sübut ediblər ki, həmin səbəb eyni nəticələri istehsal
etdikcə, onda səbəblər riyazi silsilə şəklində artır (1, 2, 3, 4, 5...), nəticə isə – həndəsi
silsilə şəklində (2, 4, 8, 16, 32...).
Loqarifmin mahiyyətinin səbəbləri nəticədir. Buğda dənələrinin şahmat
taxtasında xanaların nömrəsinə uyğun iki mislində artımı ilə bağlı məşhur məsələni
də elə loqarifm sayına misal çəkmək olar. Eləcə də kapitalın mürəkkəb faizlər şərti ilə
kredit kimi verilməsində də böyümə qanunu belədir, illərin sayı artan kapitalın
loqarifmini təşkil edir. Elə sosial hadisələrin əksəriyyətinin çox sürətlə həndəsi
əyriliklə artması da bununla, həmin mülahizə ilə izah oluna bilər.
Digər bir əməyimdə mən onların parabola və ya hiperbola analitik tənliyi kimi
özünü göstərə biləcəyini sübut etməli olmuşam.
Bəlkə də, fransız inqilabının ən əhəmiyyətli işi, onun kiçik millətləri – pikardilər,
flamandlar, burqundlar, qaskonlar, bretonlar, provansallar və sair – məhv etməsi
sayıla bilər, Fransa onlar arasında demək olar ki, param-parça edilmişdi. Bununla
belə, birlik tam olmalıdır, fransızlar isə olduqca müxtəlif irqlərdən təşkil olunmuşlar
və müxtəlif ideya və hislərə malik idilər və məhz bu, nəticə etibarilə onları
çəkişmələrin qurbanı etmişdi, həmcins xalqlar, məsələn, ingilislər arasında belə
ixtilaflar baş vermir. Sonuncular, anqlosaks, normand və qədim bretanlar, lap sonda
bir-birinə qarışaraq olduqca bircinsli tipi təşkil etdilər, buna görə də onların fəaliyyət
obrazı da bənzər oldu. Bu qovuşma nəticəsində onlar, nəhayət, xalq ruhunun üç
başlıca möhkəm təməlini əldə etdilər: ümumi hislər, ümumi maraqlar, ümumi etiqad.
Hər hansı bir millət bu birliyə çatdıqdan sonra, üzvlər arasında bütün böyük
məsələlər üzrə instinktiv razılıq əldə olunur və onların arasında bir daha ciddi fikir
ayrılığı baş qaldırmır. Tədricən, irsən toplanaraq əmələ gələn hislər, ideyalar, etiqad
və maraqlar birliyi xalqın psixoloji tərzinə eyniyyət və möhkəmlik verir, bu isə öz
növbəsində onu böyük güc, qüvvə ilə təmin edir. Bu güc qədimdə Roma imperiyasını
yaratmışdı, müasir dönəmdə isə ingilislərə üstünlük vermişdir. Həmin birlik, güc
aradan qalxan kimi, xalqlar da parçalanır. Həmin birlik və gücün aradan qalxması,
Romanın da sonunu gətirib çıxardı.
Həmişə, çox və ya az dərəcədə, bütün əsrlərdə istənilən insan birliyinin ruhunu
təşkil edən bu irsi hislərə, ideya, ənənə və etiqada bütün xalqlar malik olmuşlar, lakin
onun artan şəkildə genişlənməsi olduqca zəif getmişdir. Başlanğıcda bu məhdud birlik
özünü ailədə göstərib və sonra tədricən kəndə, şəhərə, əyalətə yayılmağa başlayıb,
kollektiv ruh bütün ölkənin əhalisini o qədər də qədim keçmişdə əhatə eləməyib, bu,
yaxın zamanlarda baş verib. Yalnız o vaxt, indiki kimi başa düşdüyümüz vətən anlayışı
həmin anlamda qəbul olunub. Bu yalnız o vaxt – milli ruh təşəkkül tapanda mümkün
olur.
Yunanlar heç vaxt şəhər anlayışından yuxarı yüksələ bilməyiblər və onların
şəhərləri həmişə bir-birinə qarşı vuruşublar, çünki onlar həmişə bir-birlərinə yad
olublar.
Hindistan 2000 min il ərzində kənd birliyindən başqa bir birləşmə növü
tanımayıb, ona görə də iki min il ərzində daim yad hökmdarların hakimiyyəti altında
yaşayıblar, efemer (tez dağılan) monarxiyalar, asanlıqla yarandıqları kimi, elə
asanlıqla da dağılıb-gedirlər.
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə