Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə6/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   2   3   4   5   6   7   8   9   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

18 



etmədik)!" - dedilər. Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini 

bürümüşdü. (Ya Rəsulum!) Onlara de: "Əgər iman gətirmisinizsə, imanınızın sizə belə 

əmr etməsi necə də pisdir!"  

94. (Ya Rəsulum!) Sən onlara (yəhudilərə) de. "Əgər (sizin iddianıza görə) Allah 

yanında axirət evi (Cənnət) başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz 

(bunu) doğru deyirsinizsə, onda (Allahdan) ölüm istəyin!" (Çünki Cənnətin yalnız 

özünə aid olduğunu iddia edən kimsə ona qovuşmaga səbəb olan ölümü mütləq 

arzulayar).  

95. (Əlbəttə) onlar öz əməllərini bildiklərinə görə ölümü əsla istəməzlər. Allah zalımları 

tanıyandır!  

96. Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq 

yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, min il yaşasın, halbuki (uzun ömür 

etmək) onların heç birini axirət əzabından uzaqlaşdırmaz. Allah onların nə etdiklərini 

görəndir!  

97. (Ya Rəsulum!) Cəbrailə düşmən olan kimsəyə de ki, onu (Qur’anı) özündən 

əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, mö’minlər üçün isə hidayət və müjdəçi olaraq 

Allahın izni ilə sənin qəlbinə o nazil etmişdir.  

98. Hər kim Allaha, onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə 

düşməndirsə, şübhəsiz, Allah da (belə) kafirlərə düşməndir.  

99. (Ya Rəsulum!) Biz sənə (ehkamı bildirən, halal və haramı ayıran) açıq-aydın dəlillər 

göndərdik, onları yalnız fasiqlər inkar edərlər.  

100. (Yəhudilər) hər dəfə əhd bağladıqları zaman onların bir qismi onu pozmadımı?! 

Onların, bəlkə də, çoxu (Tövrata) inanmır.  

101. Allah tərəfindən onlara əllərindəkini (Tövratı) təsdiq edən bir peyğəmbər gəldikdə 

kitab verilənlərdən (yəhudilərdən) bir qismi (Tövratda Muhəmməd əleyhissəlamın 

həqiqi peyğəmbər olduğu barədə deyilənləri) guya bilmirmiş kimi, Allahın kitabına 

arxa çevirdi.  

102. (Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr 

kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar 

(bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa 

öyrədərək kafir oldular. Halbuki (o iki mələk): "Biz (Allah tətəfindən göndərilmiş) 

imtahanıq (sınağıq), sən gəl kafir olma!" - deməmiş heç kəsə sehr öyrətmirdilər. 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

19 



(Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan 

öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə 

bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri 

öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını 

şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, 

onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!  

103. Əgər onlar (Qur’ana və Peyğəmbərə) iman gətirib pis əməllərdən (sehrə 

uymaqdan) çəkinsəydilər, Allah tərəfindən əldə etdikləri savab daha xeyirli olardı. Kaş 

ki, bunu dərk edəydilər.  

104. Ey iman gətirənlər! "Raina" deməyin (bu söz ərəb dilində "bizi qoru", "bizdə gozün 

olsun", "bizə bax", "bizi gözlə", "bizə qayğı və ehtiram göstər", mə’nalarında işləndiyi 

halda, ibrani dilində yuxarıdakı mə’nalarla yanaşı, "bizə çobanlıq et", "bizim 

çobanımız"; "ay səfeh" mə’nalarında da işlədilir. Yəhudilər həmin sözdən Peyğəmbərə 

qarşı bir istehza vasitəsi kimi istifadə edirdilər), "unzurna" söyləyin! (Allahın hökmünü) 

eşidin! Kafirləri şiddətli əzab gözləyir.  

105. (Ey mö’minlər!) Nə əhli-kitabdan olan kafirlər, nə də müşriklər sizə Rəbbiniz 

tərəfindən heç bir xeyir göndərilməsini istəməzlər. Halbuki Allah Öz mərhəmətini 

istədiyi kimsəyə məxsus (bəxş) edər. Allah böyük mərhəmət (ne’mət) sahibidir!  

106. Biz (zaman, məkan və şəraitin tələbinə görə) hər hansı bir ayəni (ayənin hökmünü) 

ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini 

gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!  

107. Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti (hökmranlığı) ancaq Allaha 

məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?!  

108. (Ey Məkkə əhli!) Yoxsa siz də bundan əvvəl Musa sorğu-suala çəkildiyi kimi 

Peygəmbərinizi (Muhəmmədi) sorğu-suala çəkmək istəyirsiniz? İmanı küfrə dəyişən 

kəs, həqiqətən, doğru yoldan azmışdır.  

109. (Ey mö’minlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, 

təbiətlərindəki həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən 

küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər (hələlik) həmin şəxsləri əfv edin 

və onları qınamayın (onlardan üz çevirməyin). Şübhəsiz ki, Allah hər şeyə qadirdir!  

110. Namaz qılın, zəkat verin! Özünüzdən ötrü (əvvəlcə) etdiyiniz xeyri (yaxşı 

əməllərin əvəzini) Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir!  




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

20 



111. (Yəhudilər və xaçpərəstlər) dedilər: "Cənnətə yəhudilərdən və xaçpərəstlərdən 

başqası girməyəcək!" Bu, ancaq onların xülyalarıdır. (Ya Rəsulum!) Onlara söylə: "Əgər 

(bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!"  

112. (Xeyr, onların dediyi kimi deyil) əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim 

edənlərin Rəbbi yanında mükafatı (əvəzi) vardır. Onların (axirətdə) heç bir qorxusu 

yoxdur və onlar qəm-qüssə görməzlər.  

113. Yəhudilər dedilər: "Xaçpərəstlər (dində düzgün və mö’təbər) bir şeyə istinad 

etmirlər". Xaçpərəstlər də: "Yəhudilər (dində düzgün və mö’təbər) bir şeyə istinad 

etmirlər ", -söylədilər. Halbuki onların hər ikisi kitab (Tövrat və İncil) oxuyur. (Kitab 

əhli olmayan və yazıb-oxumaq) bilməyənlər də onlar kimi danışdılar. Allah onların 

aralarındakı bu ixtilafın hökmünü qiyamət günü verəcəkdir!  

114. Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən 

və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? 

Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada 

rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!  

115. Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. 

Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!  

116. (Yəhudilər, xaçpərəstlər və müşriklər) dedilər: "Allah (Özü üçün) övlad 

götürmüşdür". Allah pak və müqəddəsdir (bu sözlərin Ona heç bir aidiyyəti yoxdur. O, 

bütün eyib və nöqsanlardan xalidir). Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona 

məxsusdur, hamısı Onun itaətindədir!  

117. Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi 

zaman, ona (o işə) yalnız: "Ol !" -deyər, o da (fövrən) olar.  

118. (Müşriklərdən olan) cahillər dedilər: "Nə olaydı ki, Allah bizimlə də danışaydı, bizə 

də bir ayə gələydi!" Onlardan əvvəl gələnlər (yəhudilər və xaçpərəstlər) də buna bənzər 

sözlər demişdilər. Onların qəlbləri biri-birinə bənzəyir. Biz tam yəqinliklə iman 

gətirənlərə ayələrimizi (dəlillərimizi) açıqcasına göstərdik.  

119. (Ya Rəsulum!) Biz səni (mö’minlərə) haqq ilə (Qur’anla) müjdə verməyə və 

(kafirləri) qorxutmağa gondərdik. Cəhənnəm əhli barəsində isə sən sorğu-suala 

tutulmayacaqsan.  

120. (Ya Rəsulum!) Sən yəhudi və xaçpərəstlərin millətlərinə (dinlərinə) tabe olmayınca 

onlar səndən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: "Düzgün yol yalnız Allahın 




Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə