Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə5/192
tarix21.10.2017
ölçüsü4,35 Mb.
#6191
1   2   3   4   5   6   7   8   9   ...   192

Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

15 



67. Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: "Allah sizə bir inək kəsmənizi əmr 

edir!" - dedi. Onlar isə: "Bizi məsxərəyəmi qoyursan?" - dedilər". (Musa da: ) Allah Özü 

məni cahil olmaqdan saxlasın!" - dedi.  

68. Onlar dedilər: "Bizdən ötrü Rəbbini çağırıb (Rəbbinə dua edib) soruş ki, o (inək) nə 

cür olmalıdır?" (Musa: ) "Allah o inəyin nə çox qoca, nə də çox cavan deyil, bunların 

ikisinin arasında (düyə) olduğunu buyurur. Sizə əmr olunan şeyi yerinə yetirin!" -dedi.  

69. Onlar dedilər: "Bizdən ötrü Rəbbini çağırıb soruş, qoy onun rəngini də bizə 

bildirsin". O da cavabında: "(Allah) onun tünd sarı rəngli və görənlərə xoş gələn (bir 

inək) olduğunu buyurur", dedi.  

70. Onlar (yenə) söylədilər: "Bizim üçün Rəbbinə dua et ki, onun əsl sifətini bizə 

bildirsin, çünki biz (ümumiyyətlə) inəkləri bir-birinə bənzədirik. Əgər Allah istəsə (biz 

kəsilməsi əmr edilən o inəyi tapar və bu məsələ barəsində), əlbəttə, düz yolda olarıq".  

71. (Musa) dedi: "(Rəbbiniz) buyurur ki, o (heç kəsə) ram olmayıb boyunduruq 

götürməyən, tarla sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz (sapsarı) bir 

inəkdir". (Bu zaman) onlar: "İndi işi həqiqətə gətirib çıxartdın", -dedilər və onu (inəyi 

tapıb) kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər.  

72. Yadınıza salın ki, siz o zaman bir nəfəri öldürüb (özünüzü təmizə çıxarmaq 

məqsədilə), onun (qatili) barəsində mübahisə edirdiniz. Halbuki Allah gizlətdiyinizi 

zahirə çıxarandır!  

73. Belə olduqda Biz: "(Kəsilmiş inəyin) bir parçasını ona (qatili bilinməyən ölüyə) 

vurun!" - dedik. (Onlar da vurdular və ölü dirildi). Allah (bütün) ölüləri bu qaydada 

dirildər və sizə Öz mö’cüzələrini göstərər ki, ağla gəlib (bunu) dərk edəsiniz.  

74. Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da 

qatı oldu. Həqiqətən, bə’zi daşların içərisindən nəhrlər axar, bə’zisi yarılıb içindən su 

fışqırar və bə’zisi də Allahın qorxusundan (uca yerlərdən, dağdan) yuvarlanıb düşər. 

Allah sizin etdiklərinizdən, əlbəttə, qafil deyildir!  

75. (Ey mö’minlər!) İndi onların (yəhudilərin) sizə inanacaqlarına ümidmi edirsiniz? 

Halbuki (Musa dövründə) onların içərisində elələri vardır ki, Allahın kəlamını (Tövratı) 

dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər.  

76. (Bu münafiqlər) iman gətirənlərlə görüşdükləri zaman: "İman gətirdik",- deyirlər. 

Xəlvətdə olduqları vaxtda isə biri digərinə: "Allahın (Tövratda) sizə bildirdiyi şeyi 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

16 



(müsəlmanlara) xəbər verirsiniz ki, Rəbbinizin yanında onları sizə qarşı dəlil 

gətirsinlər? (Bunu) dərk etmirsinizmi ?" - söyləyirlər.  

77. Məgər onlar bilmirlərmi ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini 

bilir?!  

78. Onların (yəhudilərdən) bə’ziləri də avamdırlar (bisavatdırlar), kitabı (Tövratı) 

bilməzlər. Uyduqları yalnız (bir sıra) boş arzulardır (xam xəyallardır). Onlar ancaq 

zənnə qapılırlar.  

79. Vay o kəslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab (Tövrat) yazıb, sonra 

(onun müqabilində) bir az pul almaqdan ötrü: "Bu, Allah tərəfindəndir!" - deyirlər. Öz 

əlləri ilə (təhrif olunmuş kitab) yazdıqlarına görə vay onların halına! Qazandıqları şey 

üçün vay onların halına!  

80. Onlar (yəhudilər): "Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz" -

deyərlər. (Ya Rəsulum!) Onlara söylə: "Siz Allahdan belə bir və’d almısınızmı? (Əgər 

belədirsə) Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi 

söyləyirsiniz?"  

81. Bəli, günah qazanan və qazandığı günahlara əhatə olunan şəxslər cəhənnəmlikdirlər 

və orada həmişəlik qalacaqlar.  

82. İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar.  

83. Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: "Allahdan qeyrisinə ibadət 

etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, 

kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!" - deyə əhd-peyman 

aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail 

övladı haqdan) üz döndərənsiniz.  

84. Xatırlayın ki, yenə bir zaman sizinlə: "Bir-birinizin qanını tökməyin, bir-birinizi 

yurdunuzdan çıxarmayın!" - deyə razılığa gəldik. Sonra siz (həmin əhd-peymana) şahid 

olub (onu) təsdiq etdiniz.  

85. (Ey yəhudilər!) Siz elə adamlarsınız ki, (bu əhddən) sonra yenə bir-birinizi öldürür, 

özünüzdən olan bir dəstəya (tayfaya) zülm və düşmənçilik etmək üçün köməkləşib, 

onları öz yurdlarından kənar edirsiniz. Onlar (özünüzdən olanlar başqalarına) əsir 

düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) 

çıxartmaq sizə haram edilmişdi. Aya, siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər 

qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay 




Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

17 



olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç 

birindən qafil deyildir.  

86. Onlar (yəhudilər) axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların nə 

əzabı yüngülləşər, nə də onlara kömək olunar.  

87. (Ey İsrail övladı!) Biz Musaya kitab (Tövrat) verdik, ondan sonra da bir-birinin 

ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aşkar mö’cüzələr (dəlillər) bəxş 

etdik və onu müqəddəs ruhla (Cəbraillə və ya ismi-ə’zəmlə) qüvvətləndirdik. Hər dəfə 

sizə ürəyinizə yatmayan bir şey (əmr, buyuruq) gətirən peyğəmbərə təkəbbür 

göstərmirdinizmi? Məhz buna görə də onların bir qismini təkzib etdiniz, bir qismini isə 

öldürdünüz (Zəkəriyya və ya Yəhya kimi).  

88. (Yəhudilər Qur’anı anlamaq və qəbul etmək barəsində) dedilər: "Bizim qəlblərimiz 

örtülüdür (pərdəlidir)". (Lakin bu heç də belə deyildir). Əksinə, Allah onlara küfrlərinə 

görə lə’nət eləmişdir. Buna görə də onların ancaq az bir hissəsi (İbn Səlam və yoldaşları 

kimi) iman gətirər.  

89. Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab (Qur’an) 

göndərildiyi zaman (onu qəbul etmədilər). Halbuki əvvəlcə (Muhəmməddən qabaq) 

kafirlərə (ərəb müşriklərinə) qələbə çalmaq üçün ("Tövratda adı çəkilən axirüzzəman 

peyğəmbər gəlib bizə yardım edəydi!" - deyə Allaha) yalvarırdılar. Bildikləri 

(peyğəmbər) gəldikdə isə, (paxıllıq edib) ona inanmadılar. Allah kafirlərə lə’nət eləsin!  

90. Allahın Öz qullarından istədiyi şəxsə lütf etməsinə (peyğəmbərlik verməsinə) həsəd 

aparmaq, Onun göndərdiyini (Qur’anı) inkar etməklə (yəhudilərin) vicdanlarını 

satmaları nə qədər də pisdir! Bununla onlar (özlərinə qarşı) Allahın qəzəbi üstünə bir 

qəzəb də artırdılar. Kafirləri zəliledici əzab gözləyir!  

91. Onlara: "Allahın nazil etdiklərinə (İncilə və Qur’ana) inanın!" - deyildikdə, onlar: 

"Biz özümüzə göndərilənə (Tövrata) inanırıq", -deyərək, ondan başqasını (sonrakını) 

inkar edirlər. Halbuki o (sonra göndərilən Qur’an) onların əllərində olanı (Tövratı) 

təsdiq edən bir həqiqətdir. (Ya Rəsulum!) Onlara söylə: "Əgər siz inanan kəslərsinizsə, 

bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?"  

92. Musa sizə açıq-aydın dəlillər (mö’cüzələr) gətirmişdi. Siz isə onun ardınca (Musa 

Tur dağına getdikdən sonra) buzova sitayiş edərək (özünüzə) zülm etdiniz.  

93. Yadınıza salın o vaxtı ki, Biz sizdən əhd alıb, Tur dağını başınızın üstünə qaldırmış 

və: "Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, (oradakı hökmləri) eşidin!" 

(demişdik). Onlar (sizin ata-babalarınız) isə: "Eşitdik və (o hökmlərə) qarşı çıxdıq (əməl 



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə