Liqaullah haləti, qiyamətdə hamıya müəssər olar.
Çünki qiyamət səhnəsində Allah-təalanın qüdrəti, hətta kor
qəlbləri dirildəcək qədər aşkarlanar.
Sual 14:
Donuz əti nə üçün haramdır?
Cavab:
«Bəqərə» surəsinin 173-cü ayəsində belə
buyurulur: «
Allah sizə ölmüş heyvanı, qanı, donuz ətini
və Allahdan başqasının adı ilə kəsilənləri yeməyi qəti
haram etmişdir
».
Artıq sübut edilmişdir ki, insanın qəbul etdiyi qidalar,
onun ruhiyyə və əxlaqında təsirlər qoyur. Bir hədisdə belə
buyurulur: «
Qan içən insanların qəlbi o qədər daşlaşır
ki, öz ata-analarını, övladlarını qətlə yetirməkdən belə
çəkinmirlər
»
1
.
Donuz ətindən ən çox istifadə edən avropalılar arasında
donuz, qeyrətsizlik simvoludur. Əgər heyvanat aləminin
cinsi həyatını diqqətlə izləyə bilsək, donuzun cinsi
həyatında heç bir hədd-hüduda təsadüf etmərik. Donuz
ətindən istifadə edən insanlar, adətən, ailədə namus
məsələlərinə biganə olur.
Donuz ətini Həzrəti Musa (ə) da haram bildirmişdir.
İncildə günahkarlar donuza oxşadılır və məhz bu heyvan,
şeytanın təcəssümü hesab edilir.
Bu heyvan çox vaxt öz ifrazatı ilə qidalandığından,
insan sağlamlığı üçün çox qorxulu olan iki növ parazit
daşıyıcısıdır. Bir ayda on beş min yumurta qoyan bu
qurdlar insan orqanizminə düşdükdə, qan çatışmamazlığı,
dizenteriya, revmatizm və bir çox digər xəstəliklərə səbəb
olur. 1 kq donuz ətində həmin qurdlar 400 milyon yumurta
qoya bilir. Bir çox ölkələrdə, o cümlədən Rusiyada uyğun
1
«Vəsailuş-şiə», 16-cı cild, səh. 310.
13
xəstəliklər səbəbindən qısa müddətli də olsa, dəfələrlə
donuz ətinin istifadəsi qadağan edilmişdir.
Sual 15:
Bəni-İsrailin inək macərasında nədən danışılır?
Cavab:
Qurani-kərimin
«Bəqərə»
surəsində
rastlaşdığımız bu əhvalat öz riyakarlığı ilə Musa
peyğəmbərə (ə) olmazın əziyyətlərini verən yəhudilərin iç
üzünü açır, onların iman dərəcəsini göstərir.
Macəra belə baş verir: Bəni-İsraildə bir nəfər qətlə
yetirilir. Qəbilələr arasında qatilin kimliyi ilə əlaqədar güclü
qarşıdurma yaranır. Tayfalar bu işdə bir-birlərini ittiham
edirlər. Nəhayət, qərara gəlirlər ki, bu mübahisədə
hakimliyi Musaya həvalə etsinlər. Musa öz qövmünə deyir:
«Allah sizə bir inək kəsmənizi əmr edir». Onlar Musaya
itaət etmək əvəzində «bizi məsxərəyəmi qoyursan», «o inək
nə cür olmalıdır», «onun rəngini bizə bildir» və başqa bu
kimi yersiz suallarla söhbəti uzadırdılar. Nəhayət, inək
kəsilir və Allahın əmri ilə onun ətindən bir parçası ölüyə
toxundurulur. Qətlə yetirilmiş şəxs dirilir. Uyğun surənin
72-ci ayəsində buyurulur: «
Yadınıza salın ki, siz o zaman
bir nəfəri öldürüb, onun qatili barəsində mübahisə
edirdiniz. Allah gizlətdiyinizi aşkara çıxarandır
».
Sual 16:
Münafiq kimdir və onu necə tanımalı?
Cavab:
Qurani-kərimdə insanların üç qismə - mömin,
münafiq və kafir təbəqələrinə bölündüyünü bilirik. O da
məlumdur ki, Allaha həqiqi iman gətirənlər mömin, Allahın
varlığını inkar edənlər isə, kafir adlanır. Bəs münafiq
kimdir? «Münafiq» sözü riyakar, ikiüzlü mənalarını verir.
Quran ayələrində bu təbəqə haqqında belə buyurulur:
«
Allah münafiqlərin xalis yalançı olduqlarına şəhadət
14
verir
», «
Onlar dildə iman gətirdilər, qəlblərində isə
kafir oldular
».
Bütün dövr və cəmiyyətlərdə münafiqlər olmuşdur.
Onlar həmişə insanlar arasında nifaq salmış, öz gizli
düşmənçilikləri ilə İslam dininə kafirlərin vura
bilməyəcəkləri zərbələri vurmuşlar.
Bəs onları necə tanımalı? Ayə və hədislərə əsaslanaraq,
münafiqlərə məxsus beş sifəti qeyd etmək olar:
1. Böyük iddialarda olar, çox danışıb, az əməl edərlər
2. Bir mühitə düşdükdə o mühitin rəngini alar, həmin
cəmiyyətin xoşladığı sözləri danışar, möminlərə «biz iman
gətirdik», müxaliflərə «biz sizinləyik» deyərlər
3. Özlərini xalqdan ayırar, gizli məclis və cəmiyyətlər
təşkil edərlər
4. Hiyləgərlik edər, yalan danışar, yağlı dilini işə salar,
xəyanət edərlər;
5. Özünü elmli, xalqı cahil, özünü ağıllı, xalqı isə,
axmaq hesab edər.
Sual 17:
Nə üçün duamız qəbul olmur?
Cavab:
Bütün çətinliklər qarşısında duadan yetərincə
güc almağın mümkünlüyünə kifayət qədər dəlillər vardır.
Bəs nə üçün bəzən dualarımız qəbul olmur? Həzrəti Əli (ə)
duanın qəbul olmasının səbəblərini belə bəyan edir:
«
Dualarınız ona görə qəbul olmur ki, qəlbiniz səkkiz
halda xəyanət etmişdir: Allah-təalanı tanıdınız, amma
onun haqqını yerinə yetirmədiniz; Göndərdiyi
Peyğəmbərə (s) iman gətirdiniz, sonra onun
buyurduqlarına müxalif oldunuz; Quran oxudunuz,
amma ona əməl etmədiniz; Dediniz Allahın əzabından
qorxuruq, amma əzaba düçar edəcək işlər gördünüz;
Dediniz Allahın mükafatına çatmaq istəyirik, amma
15
əməlləriniz sizi bu mükafatlardan uzaq saldı; Allahın
nemətlərindən yeyir, amma şükr etmirsiniz; Əmr
olundu ki, şeytanla düşmən olun. Dildə «düşmənik»
dediniz, amma əməldə onunla müxalif olmadınız;
Başqalarında eyib axtarıb, öz eyiblərinizə göz
yumdunuz
»
1
.
Sual 18:
Salman Farsi İslama necə gəldi?
Cavab:
Həzrəti Məhəmməd (s) «Salman bizdəndir»
buyurmaqla, Onun hansı iman mərtəbəsində olduğunu ən
sadə şəkildə ifadə etmişdir. Bəs İranda doğulub boya-başa
çatmış Səlman necə oldu ki, Peyğəmbərin (s) ən yaxın
adamlarından birinə çevrildi?
Hələ gənc ikən, Salman yaşadığı şəhərin hakiminin
oğlu ilə dostluq edirdi. Bir gün öz dostu ilə səhraya ova
çıxan Salman, İncil oxuyan rahiblə rastlaşdı. Rahib gənclərə
İncil haqqında danışıb, Allaha itaətə, günahdan uzaqlığa
çağıran təsirli kəlamlar oxudu. Rahib onlara dedi ki, doğru
dində olmayanların kəsdikləri heyvanların əti haramdır.
Nəhayət, onlar sağollaşıb ayrıldılar. Amma gənclər tez-tez
səhraya gedib, rahibin söylədiyi ilahi kəlamlardan feyz
aparardılar.
Bir gün hakimin oğlu süfrəyə oturmaqdan imtina edib,
süfrədəki yeməklərin haram olduğunu bildirdi. Hakim
vəziyyətin nə yerdə olduğunu öyrənib, rahibi öz
əyalətindən çıxardı. Salmanla hakimin oğlu rahiblə getmək
qərarına gəlsələr də, dostunun yubandığını görən Salman,
yola düşdü.
İlk əvvəl rahiblə birgə Mosulda məskunlaşan Salman,
bir müddət sonra öz müəllimi ilə birlikdə Beytül-
müqəddəsə yola düşdü.
1
«Səfinətül-bəhar», 1-ci cild, səh. 448.
16
Dostları ilə paylaş: |