Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   2   3   4   5   6   7   8   9   10   ...   38

əksəriyyət  faizlə  pul  götürüb,  faizlə  pul  verirsə,  demək 
sələm pis deyil və sən də sələmçi ola bilərsən və s. Hansı ki, 
çoxluğun  rəyinə  tabe  olub,  həqiqətdən  yan  keçmək 
münafiqlərə məxsus sifətdir.
Kor-koranə  çoxluğa  tabeçilik,  batilə  haqq  donu 
geyindirir 
və 
həqiqət 
unudulur.
 Bəşəriyyətin 
bədbəxtçiliklərinin  əsas  səbəblərindən  biri  də,  məhz  bu 
düşüncə  tərzidir.   «Ənam»  surəsinin  116-cı  ayəsində 
oxuyuruq: «
Əgər sən yer üzündə olanların əksəriyyətinə 
itaət  etsən,  onlar  səni  Allahın  yolundan  azdırarlar. 
Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar
».
Sual  29:  
İnsanları  haqqa  dəvət  edib,  batildən 
çəkindirmək vacibdirmi?
Cavab:  
«Maidə»  surəsinin  105-ci  ayəsində  oxuyuruq: 
«
Ey iman gətirənlər, nəfsinizi qoruyun. Siz doğru yolda 
olsanız, yoldan azanlar sizə heç bir zərər yetirməzlər
». 
İslamda hər bir müsəlmana vacib buyurulmuş on əməl 
sırasında  əmr  be  məruf  (doğru  yola  əmr)  və  nəhy  əz 
münkər  (azğınlıqı  qadağan  etmə)  də  vardır.  Lakin  bəziləri 
yanılaraq,  yuxarıda  zikr  edilmiş  ayədən  belə  nəticə 
çıxarırlar  ki,  hərə  öz  həyat  tərzini  müəyyən  etməli  və 
yolundan azanlara mane olmamalıdır.
Rəvayət  olunur  ki,  həzrət  Peyğəmbərin  (s)  və  onun 
yaxınlarının  iştirak  etdiyi  bir  məclisdə  «əmr  be  məruf»  və 
«nəhy  əz  münkər»  mövzusunda  söhbət  gedirdi.  Gənc 
müsəlmanlardan  biri  söhbətə  qarışaraq,  yuxarıdakı  ayəni 
misal  gətirərək, «doğru  yola  çağırışa  hacət  qalırmı»,-deyə 
sual  verir.  Həzrət  Peyğəmbər  (s)  buyurdu: «
Doğru  yola 
əmr edin və bu yoldan azanların qarşısını alın. Amma 
elə bir zaman gəlsə ki, insanlar dünyanı üstün tutsalar, 
paxıllıq  və  nəfs  onlara  hakim  olsa,  hər  kəs  yalnız  öz 
25


fikirini  bəyənsə,  bu  cahillərdən  uzaqlaşıb,  özünüzlə 
məşğul olun
»
1

Demək, uyğun ayədəki göstəriş, yalnız müəyyən dövrə 
aiddir.  Din,  vətən,  millət  sevgisini  anlayan  insan  bilir  ki, 
ətrafdakı  insanlara  laqeyidlik  cəmiyyəti  uçuruma 
sürükləyir.
Sual 30:
 Müsəmma əcəl nədir?
Cavab:
  «Ənam»  surəsinin  2-ci  ayəsində  buyurulur: 
«
Odur sizi palçıqdan yaradan, sonra isə əcəli müəyyən 
edən.  Allahın  yanında  Müsəmma  ‒  məlum  bir  əcəl  də 
vardır
».
Ayədən  məlum  olur  ki,  insan  üçün  iki  əcəl,  iki  ölüm 
vardır:  müsəmma  ‒  məlum  əcəl  və  sadəcə  əcəl.  Başqa 
ayələrdən,  eləcə  də  Əhli-beyt  (ə)  hədislərindən  faydalanan 
təfsirçilər  bu  qənaətdədirlər  ki,  müsəmma  əcəl  təbii  ölüm, 
əcəl isə qeyri-təbii ölümdür.
Öz  təbii  etibarı  ilə  bir  çox  mövcudlar  uzun  müddət 
yaşaya  biləcəyi  halda,  müəyyən  bir  səbəb  üzündən  qəfil 
ölümlə  rastlaşırlar.  Beləcə,  qəfil  ölüm  təbii  ölümü 
qabaqlayır.  İnsan  da  belədir.  Əgər  ona  verilmiş  ömrü 
qısaldacaq maneələr ortaya çıxmasa, təbii ölümədək yaşaya 
bilər. Məsələn, bir neft lampasının iyirmi saatlıq nefti varsa, 
əgər  bir  maneə  olmasa,  o  bu  iyirmi  saatı  yanmağında 
davam  edəcək.  Onun  iyirmi  saatdan  sonra  sönməsi  təbii 
ölümün  bir  misalıdır.  Amma  qəfil  əsən  bir  külək  bu 
lampanı bircə saatdan sonra da söndürə bilər. 
Qeyri-təbii  ölümün  vaxtını  qohum-əqrabanı  tez-tez 
yoxlamaqla  gecikdirmək  olar.  Amma  təbii  ölümün  vaxtını 
dəyişmək  qeyri-mümkündür.  Qurani-kərimdə  buyurulur: 
1
 «Nurus-səqəleyn», 1-ci cild, səh. 684.
26


«
Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib 
çatdıqda, bircə saat belə nə yubanar, nə də tezləşər
»
2
.
 
Sual 31:
 Peyğəmbərliyə nə üçün mələk seçilmədi?
Cavab:
  Həzrət  Peyğəmbər  (s)  və  onun  gətirdiyi 
ayinlərə  müxalif  olanlar,  öz  çirkin  məqsədlərinə  çatmaq 
üçün min bir bəhanə gətirir, bütün vasitələrə əl atırdılar. Bu 
bəhanələrdən biri də, peyğəmbər olaraq mələk yox, insanın 
seçilməsindən  doğan  narazılıq  idi.  Hansı  ki,  həzrət 
Məhəmmədin  (s)  peyğəmbərliyinə  kifayət  qədər  dəlil  var 
idi.  İkinci  bir  tərəfdən,  belə  bir  etiraz  təkcə  həzrət 
Məhəmmədə  (s)  qarşı  yox,  bütün  peyğəmbərlərə  qarşı 
yönəlmişdi və olduqca yersiz görünürdü.
Bəs  Qurani-kərimdə  bu  barədə  nə  deyilir?   «Ənam» 
surəsinin 8-ci ayəsində Allah-təala buyurur: «
Əgər biz elə 
bir  mələk  göndərsəydik,  iş  bitmiş  olar  və  iman 
gətirməyənlərə bir an belə möhlət verilməzdi
». 
Maraqlıdır,  nə  üçün  möhlət  verilməzdi?  Cavab  çox 
sadədir:  Allah-təala  insanı  əzaba  düçar  etməzdən  əvvəl, 
ona xəbərdarlıq edir. Xəbərdarlıq həm söz, həm də gözlə 
ola  bilər.  Məsələn,  bir  insana  «ovcumda  qızıl  olduğuna 
inanmasan,  səni  cəzalandıracağam»  deyirsən.  Bu  sözlə 
xəbərdarlıqdır.  Gözlə  xəbərdarlıq  odur  ki,  ovcundakı 
qızılın bir tərəfini o şəxsə göstərəsən. Sözlə xəbərdarlığa 
məhəl qoymayan insana düşünmək üçün möhlət vermək 
olar. Amma gözü ilə gördükdən sonra inanmayan şəxsə 
möhlət  vermək  üçün  heç  bir  əsas  yoxdur.  Peyğəmbər 
olaraq mələk göndərilməsi, qeybin aşkarlanması və gözlə 
görünən  son  xəbərdarlıqdır.  Allah-təala  isə,  insanı  əql 
mülkü  ilə  mükafatlandıraraq,  onu  üstün  etmişdir. 
2
 «Əraf» surəsi, ayə 34.
27


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə