Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   10   11   12   13   14   15   16   17   ...   38

Sual 57:
 Çətin saatda şəkk-şübhənin çarəsi nədir?
Cavab:
  İnsanın  Allah  dərgahına  yaxınlaşmasından, 
kamilliyə  yetişməsindən  narahat  olan  şeytanın  ən  qorxulu 
silahı,  şəkk-şübhə  yaratmaqdır.  Allah,  həqiqət,  ədalət 
sevgisi  ilə  çırpınan  ürəyi,  yalnız  bu  yolla  məbudundan 
döndərmək olar. 
Bütün  insanlar  seçdikləri  məqsədə  doğru  hərəkət 
zamanı çətinliklərlə üzləşirlər. Uyğun çətinliklər qarşısında 
yalnız qələbəyə inam hissi ilə dayanmaq olar. Şəkk-şübhəyə 
düşüb, haqq yolda olduğuna və bu yoldakı uğura inamını 
itirən  insan,  məhvə  məhkumdur.  Bəs  çarə  nədir?  Təbuk 
döyüşünü yada salaq. 
Təbuk  döyüşündə  üzücü  çətinliklərlə  qarşılaşan 
müsəlmanlardan bir hissəsi geri dönmək qərarına gəldilər. 
Peyğəmbərə (s) yaxın müsəlmanlardan olan Əbu Heysəmə 
də evə qayıdanlardan idi. 
Bu  hadisədən  on  gün  keçmiş  qabağında  sərin  su, 
ətrafında  xoş  rəftarlı  arvadları  bir  kölgədə  istirahət  edən 
Əbu Heysəmə qəfildən dərin fikirə getdi. Düşündü ki, heç 
bir  günahı  olmayan  Peyğəmbər  (s)  isti  qumlar  üstə, 
çiynində  silah  durduğu  halda,  onun  bu  kölgədə  istirahət 
etməsi insafdan deyil. Cəld ayağa qalxıb, dəvəsinə minərək 
yola  düşdü.  Təbuka  yaxınlaşan  süvarini  görən  həzrət 
Peyğəmbər  (s)   «Ey  süvari,  Əbu  Heysəmə  olsan,  nə 
yaxşıdır»,-deyə buyurdu və onun haqqında dua etdi.
Əbu  Heysəmə  münafiq  deyildi.  Sadəcə,  süstlük 
ucbatından  batilə  meyl  etmişdi.  Amma  ruhi  hazırlığına 
görə, Allah-təala onun diqqətini həqiqətə yönəltdi. «Tövbə» 
surəsinin  117-ci  ayəsində  buyurulur: «
Allah  çətin  saatda 
bir  qisminin  ürəyi  dönmək  üzrə  ikən,  Peyğəmbərə  (s) 
onun ardınca gedən mühacirlərə və ənsara tövbə nəsib 
etdi
».
51


Cavab:__Allah-təala_buyurur:_«_...(hər_bir_surə)'>Sual 58:
 Quran riyakar insana necə təsir göstərir?
Cavab:
  Allah-təala  buyurur:   «
...(hər  bir  surə) 
möminlərin  imanını  artırar,  onlar  sevinərlər. 
Qəlblərində mərəz olanların isə, çirkinliyi artar və onlar 
kafir olaraq ölərlər
»
1

Kafirlər  «bu  sizin  hansınızın  imanını  artırır»,-deyə 
Qurana  olan  etinasızlıqlarını  büruzə  verirdilər.  Yuxarıdakı 
iki  ayədən  aydın  olur  ki,  bir  fərdin  və  ya  bir  cəmiyyətin 
islahı üçün təkcə göstərişlər və proqramlar kifayət deyildir. 
Əsas şərtlərdən biri, həmin göstərişlərin təsirli olması üçün 
hazırlıqdır. 
Quran  ayələri  həyatverici  yağış  kimidir.  Bu  yağış, 
münbit torpağı yaşıl örtüyə bürüyür, şoranlığa təsirsiz qalır. 
Həqiqət  aşiqləri  ayələrə  eşqlə  dolu  gözlə  baxdığı  halda, 
qəlbi  çirkaba  batanlar  bu ayələri  qara eynəklə süzür və  öz 
küfrlərini, inadlarını daha da artırırlar.
Ayələrdə  zikr  edilən  xəstə  qəlb,  xəstə  ruh  və  ağıl 
mənasındadır. İnsanın əxlaqındakı nöqsanlar, bu xəstəliyin 
əsasını  təşkil  edir.  Sağlam  psixoloji  durumda  olan  insanın 
çirkin  əxlaqa  malik  olması,  qeyri-mümkündür.  Ruhun 
xəstəliyi,  cismin  xəstəliyi  kimi  insan  təbiətinə  ziddir.  Ona 
görə  də,  əxlaqın  pozulması,  əsl  təbii  yoldan  büdrəmənin 
sübutudur.  İndi aydın  olur ki, nə üçün Quran ayələri  bəzi 
insanlara  müsbət  təsir  göstərmir.  Belələri  üçün  bütöv  bir 
Quran oxunsa belə, zərrəcə faydası yoxdur. Özündə Quran 
ayələrinə  etinasızlıq  görən  insan  Allaha  sığınmalı,  Ondan 
yardım diləməlidir.
Sual 59:
 «Ziya» və «nur» arasında fərq varmı?
1
 «Tövbə» surəsi, ayə 124-125.
52


Cavab:
 Qurani-kərimdə rastlaşdığımız «
günəşi ziyalı, 
ayı  nurlu  ...  edən  məhz  Odur
»
2
  ayəsi  «ziya»  və  «nur» 
kəlmələri arasında fərq qoyulduğuna bir işarədir. Amma bu 
barədə  rəylər  müxtəlifdir.  Bu  iki  kəlmə  arasında  fərq 
olduğunu  qəbul  etməyənlər  olsa  da,  bir  qrup  alim  bu 
fikirdədir  ki,  ziya  nurun  mənbəsidir.  Məsələn,  günəşin 
ziyasından nurlanan ay, yalnız işığı əks etdirir.
Uyğun  ayənin  davamında  «ay  üçün  mənzillər  təyin 
edən  Odur»  buyuruğu,  əslində  həmin  dövr  üçün  elmi  bir 
yenilik idi. O dövrdə elmə məlum deyildi ki, ay hərəkətdə, 
günəş  isə  nisbi  sükunətdədir.  Ay  üçün  mənzillər  təyin 
olunması  artıq  aşkar  bir  şəkildə  ayın  hərəkətdə  olduğunu 
bildirir.
Sual 60:
 Quran nə üçün möcüzə hesab olunur?
Cavab:
  Həzrət  Məhəmmədin  (s)  Şəqqül-qəmər  kimi 
möcüzələri  olduğu  halda,  nə  üçün  o  məhz  Quranı  özünə 
möcüzə hesab etmişdir? Quranın möcüzə olması barədə ayə 
və  hədislərdə  kifayət  qədər  məlumat  verilir.  Maraqlıdır, 
Quranı  başqa  kitablardan  fərqləndirən  onun  hansı 
xüsusiyyətidir?
Musa  peyğəmbərin  (ə)  dövründə  sehrbazlıq,  İsa 
peyğəmbərin  (ə)  dövründə  təbabət  olduqca  güclü  idi.  Bu 
səbəbdən  də,  Allah-təala  Musaya  (ə)  əjdahaya  dönən  əsa, 
İsaya  (ə)  ölülərin  dirildilməsi  kimi  möcüzələr  vermişdi. 
Həzrət  Məhəmmədin  (s)  dövrü  isə  şerin,  söz  sənətinin 
intibah  dövrü  idi.  Belə  bir  dövrdə  həzrət  Peyğəmbərin  (s) 
ərəb  ədəbi  mühitini  öz  ecazı  ilə  heyrətə  gətirən  Quranla 
silahlandırılması  tam  məntiqə  uyğundur.  Quran  bu 
günədək dəyişikliyə məruz qalmamış yeganə ilahi kitabdır. 
2
 «Yunis» surəsi, ayə 5.
53


Quran  öz  ecazı  və  məntiqi  ilə  bütün  həqiqətsevər 
düşüncələri səcdəyə gətirir.
İslamın  on  dörd  əsrlik  tarixi  boyu  mütəmadi  olaraq 
Quranın  ilahi  kitab  olduğunu  təsdiqləyən  faktlar 
aşkarlanmışdır.
 Son 
dövrdə 
dini 
araşdırmalar 
mərkəzlərindən  birində  belə  bir  açıqlama  verilmişdir  ki, 
Quranı  təşkil  edən  6666  ayənin  hər  birinin  nazil  olduğu 
vaxta  uyğun  ölçüsü  vardır.  Başqa  sözlə,  hər  bir  ayə 
özündən  əvvəl  nazil  olmuş  ayədən  uzun,  özündən  sonra 
nazil  olmuş  ayədən  qısadır.  Bu  qanunauyğunluq 
mülahizələri ilə üst-üstə düşür. Məsələn, ən gec nazil olmuş 
böyük surə «Maidə» surəsinin ilk ayələri, əslində ilk illərdə 
nazil  olmuşdur.  Rəvayətə  görə,  həzrət  Peyğəmbərin  (s) 
göstərişi ilə bu ayələr «Maidə» surəsində yerləşdirilmişdir. 
Ayələrin  ölçüləri  uyğun  fikiri  tam  təsdiq  edir.  Qurani-
kərimdə  ayələrinin  belə  bir  ölçü  ilə  nazil  olması,  insan 
düşüncəsinin imkanlarından xaricdir.
Sual 61:
 Ruhi sakitlik necə əldə edilir?
Cavab:
 İnsanın psixoloji durumu onun səadətini təmin 
edən ilkin amillərdəndir. Həyəcan,  qorxu, qəzəb  kimi  ruhi 
təlatümlər xoşbəxtlik yolunda ciddi manielərdir. 
Əsrimizin  insanları  uyğun  ruhi  sarsıntılardan  əziyyət 
çəkir,  çox  vaxt  çıxış  yolu  tapmaqda  aciz  qalırlar.  Hansı  ki, 
öz  bəndələrini  əbədi  səadət  üçün  yaratmış  Allah-təala 
Qurani-kərimdə  səadət  yolunu  belə  göstərir:   «
Bilin  ki, 
qəlblər yalnız Allahı zikr etməklə sakitlik tapar
»
1

Başqa  bir  ayədə  belə  buyurulur: «Bilin  ki,  Allahın 
dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə 
görməzlər
»
2

1
 «Rəd» surəsi, ayə 28.
2
 «Yunis» surəsi, ayə 62.
54


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə