Qulam Sadiq, Saday Quluyev s 15 1937-ci ilin represiya qurbanı



Yüklə 2,57 Mb.
Pdf görüntüsü
səhifə22/53
tarix08.07.2018
ölçüsü2,57 Mb.
#53999
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
72
Bu cavabdan Rahib kişi çox pərişan oldu və üzünü məclisə 
tutub belə söhbət elədi: 
- Mən gənc vaxtımda Nəcəfül-Əşrəfə oxumağa getdim və 
mədrəsəyə daxil oldum. Həmin mədrəsəni bitirməyə az qalmış 
ustadi-müəllimimiz 3 gün dərsə gəlmədi. Biz tələbələr onun nə 
üçun dərsə  gəlmədiyini öyrənmək məqsədi ilə evinə getdik. 
Ustadi-müəllimimizlə söhbətdən sonra bildirdi ki, «Arandan 
Аğа Mirbаğır  аğа adlı çox yüksək mənəviyyata malik olan 
tələbəm var idi. Onun elmi-biliyi hamımızı valeh etmişdi. Bu 
gün 3 gündür ki, o, mədrəsəni bitirib getmişdir və onun 
gedişindən çox pərişan olduğumdan mən 3 gündür evdən 
çıxmıram». Belə insanlar 100 ildən bir dünyaya gəlirlər. Aran 
bölgəsi fəxr etməlidir ki, burada Аğа Mirbаğır  аğа kimi insan 
dünyaya gəlib. Bir də ağsaqqallardan eşitmişəm ki, 1937-ci ildə 
Аğа Mirbаğır аğа onu danışdıran müstəntiqdən soruşub: 
- Sənin əvvəlin kim olub? 
- Heç kim.  
- Bəs sən onda nə olacaqsan? 
- Heç nə.  
Bu cavabları  eşidən  Аğа Mirbаğır  аğа özünəməxsus 
təmkinlə cavab verib: 
- Bir insan ki, əvvəlinin və sonunun nə olduğunu bilməyə, 
onunla danışmağa dəyməz.  
Bəli,  Аğа Mirbаğır  аğа harada olmasından asılı olmayaraq 
öz ləyaqətini uca tutmuş, vüqarlı olmuşdur.  
P.S. Tərki-dünya ömür sürən filosof Diogen.  
Bir dəfə oturub özünü günə verərkən orаdаn keçən İskəndər 
filosofа qəzəblənir. Diogen ondаn soruşur: 
- Sən kimsən? 
- Mən imperаtor İskəndərəm.  
- Sonrа kim olаcаqsаn? 
- Dünyаnın yiyəsi! 
- Sonrа kim olаcаqsаn? 
- Heç kim! 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
73
- Mən elə indi o heç kiməm! Mаne olmа, günəşin 
qаbаğındаn çəkil! 
Ulu babaları Abbasilər sülaləsinin hökmdarı  Mənsurun 
zülmündən baş götürüb Hindistanın Corağa mahalına qaçıblar. 
Nadir şah taxta çıxandan və seyidlərə qarşı təzyiqlər kəsiləndən 
sonra bu nurlu nəslin nümayəndəsi seyid Sadıq ağa Azərbaycana 
köçmək qərarına gəlir.  Seyid Sadıq ağa  həm müqəddəs bir 
seyid övladı, həm də bacarıqlı tacir, iş adamı idi.  
Günlərin bir günü ağa Hindistandan gəlmiş bir tacirlə tanış 
olur. Söhbət zamanı öyrənir ki, Azərbaycanın Aran bölgəsində – 
Salyanda balıqçılıqla məşğul olmaq üçün yaxşı, münbit yerlər 
var. O, Lənkərana, sonra isə Kürün Xəzərə töküldüyü yerə gəlib 
çıxır. İndiki «Xurşud» deyilən yerlər o vaxtlar bom-boş sahələr 
idi. Qarşıda, qiblə  tərəfdə Xarabakənd adında bir oba vardı. 
Həmin  ərazidəki dərin qobunun içi ilə su axırdı. Həmin su 
Qaraquş deyilən bir yerdə, Lopatində  Xəzərə qovuşurdu. Heç 
kəs o yerlərdən istifadə etmirdi.  
Seyid Sadıq ağa həmin yerdə  vətəgə qurur. Artıq bir neçə 
ildən sonra işləri tam qaydaya düşür, çoxlu var-dövlət qazanır. 
Həmin  ərazinin həm də heyvandarlıq,  əkinçilik üçün əlverişli 
olduğunu görüb Marışlı və Quyçu arasında olan boş yerləri satın 
alır və orada məskən qurur.  
Ağanın dostları, tanış-bilişləri tez-tez onun ziyarətinə 
gələrdilər. «Gedək seyid Sadıqgilə» deyə insanlar tez-tez ona 
pənah gətirərdilər. Bu qayda ilə  həmin kənd sonralar Seyid 
Sadıqlı adlanmağa başladı.  İllər keçdikcə  kənd də böyüyür, 
seyid Sadıq ağanın nəsli də artır-çoxalır.  
Azərbaycanda  Şura hökuməti qurulandan sonra böyük var 
dövlət sahibi olan seyidlərimiz kimi seyid Sadıq ağanın 
törəmələri – Mirqulam ağa da təzyiqlərə məruz qalır. Nəhayət, 
1942-ci ildə seyid Mirqulam dəmiryol stansiyasına köçməyə 
məcbur olur. 
Seyid Mirqulam ağa 1965-ci ildə  rəhmətə gedir və Seyid 
Sadıqlıda atasının və 20-ci illərdə rəhmətə getmiş əmisi Məşədi 


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
74
Miryəhyanın yanında dəfn edilir. Bu nurlu ağaların dilindən və 
işindən inciməyən xalq onların qəbri üzərində gümbəz ucaldır 
və həmin müqəddəs məkan camaatın ziyarətgahına çevrilir. 
Seyid Mirqulam ağanın 5 övladı var: Mirməsmə, seyid 
Mirnadir, seyid Mirsədir, Mirvari və seyid Mirhəbib.  
El ağsaqqalı, heç nəyə baxmadan öz sözünü şax üzə deyən, 
el-obanın dərin hörmət bəslədiyi seyid Mirnadir ağa 1933-cü 
ildə Seyid Sadıqlı kəndində anadan olmuş, 1942-ci ildə dəmiryol 
stansiyasına köçmüşdür. Uzun müddət dəmiryol stansiyasında 
sıravi işlərdə çalışıb. Kiçik yaşlarından qocalarla oturub-durur, 
onların hikmətlərini, müdrik kəlamlarını öyrənərdi. Ağa 
həqiqətən böyük hikmət, kəramət sahibidir. Özü də şair təbiətli 
ağalarımızdandır. Hər sözü məntiqli, kəsərlidir: 
Yoxdan xilqət etdin bu kainatı,  
Üstündə yaratdın böyük Adəmi.  
Həvvanı bəxş etdin Adəm babama,  
Məni də gətirdin fani dünyaya.  
Aciz körpə idim, taqətsiz insan,  
Yox idi taqətim qalxam o zaman.  
Həqdən əmr oldu ata-anaya,  
 Övlad məhəbbətilə basdı bağrına.  
 
*** 
 Həyat nemətini mən dadmamışdım,  
 İlk dəfə anamın döşündən daddım.  
 Böyüyüb ərsəyə mən çatan zaman,  
 Qüvvələr alındı ata-anadan.  
 Bilmədim biçarə necə qocaldı,  
 Ata qocalsa da, güc oğulda qaldı.  
 
*** 
 Çalış, ey vücudum, haqqın yolunda,  
 Gördüyün işlərə el rəhmət desin.  
 Eyləmə nadanlıq haqqın yolunda,  


------------- БЮЙЦК ЮVLИYA - АЬА MИRBAЬЫR аьа  ------------
 
 
 
75
 Gördüyün işlərə el lənət desin.  
 
*** 
 Bir gün olar mən də köç eyləyərəm,  
 Qismət olsa el çiynində gedərəm.  
 Qaranlıq məzarda pənci-əladan 
 Köməklik rəmzini ondan dilərəm.  
 Mirnadirəm, başda ikən əqilim,  
 Kor olsun gözlərim, getsə əqilim.  
 
Deyir ki, həyatda üç böyük borcum var: 
Biri canımdır ki, Allaha borcluyam. Nə qədər ömür sürürəm, 
Allaha minnətdaram.  İkinci, ustadıma borcluyam. Elmim, 
əxlaqım, davranışım, həyatda qazandığım uğurlar ustadlarımın 
adı ilə bağlıdır. Həyatda atdığım səhv addımlar isə özümə 
məxsusdur. Deyir ki, Allah-təala yoxdan var yaradandır, biz isə 
varı kəşf edirik.  
Ağa Sovet hakimiyyətinin islam dininə vurduğu ziyanları 
heç cür unuda bilmir. Deyir ki, o quruluş bizə  hər cür nemət 
versə  də, mən onu qəbul etmirdim. Çünki o bizə yalan 
danışmağı öyrətdi. Əli (ə) buyururdu ki, qorx o insanlardan ki, 
xırda yalanları saymazlar. Amma onlar dərk etməzlər ki, yalanın 
böyüyü-kiçiyi olmaz.  
Xeyirxah əməllər sahibi olan seyid Mirnadir ağa 1987-ci ildə 
dədə-baba yurdunda - Seyid Sadıqlıdakı camaatla əl-ələ verib 
köhnə, dağılmış məscidin yerində altıguşəli məscid inşa etdirdi.  
Məscid istifadəyə veriləndən sonra - 1988-ci ildə stansiyanın 
camaatı tez-tez ağanı sorğu-suala tutardılar. Deyərdilər ki, ağa, 
sən Seyid Sadıqlıda cəmisi 9 il yaşamısan. Stansiyada isə 46 
ildir ki, yaşayırsan. Necə olur ki, ömrünün çox az bir hissəsini 
yaşadığın kənddə  məscidi bərqərar etdirirsən, amma uzun illər 
ömür sürdüyün stansiyada məscid inşa etdirmirsən?  


Yüklə 2,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə