Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   51   52   53   54   55   56   57   58   ...   62

Sovet dövründə qeyri-leqal formada fəaliyyət göstərən  sahibkarlar bir çox hallarda iri dövlət 
müəssisələri ilə müqayisədə özlərinin çox da böyük olmayan gizli sexlərində daha səmərəli 
təsərrüfat nəticələrinə malik olurdular. Bu mənada dövlətin qoyduğu planı yerinə yetirəndən sonra 
əsasını "qırmızı direktorlar" korpusu təşkil edən qeyri-leqal sahibkarlar özləri və yüksək vəzifəli 
himayəçiləri üçün işləyirdilər. Həyətyanı sahələrin kolxoz və ya sovxoz tarlalarına nisbətən 
dəfələlərlə məhsuldar olması, "gizli sex"lərdə istehsal olunan malların nə qədər yararlı olduğu 
yaxın keçmişimiz yəqin ki, çoxlarının yadındadır. Sosialist dövlət müəssisələrinin aşağı 
məhsuldarlığı və bəzi hallarda lazımsız məhsul istehsal etmələri birinji növbədə həmin 
müəssisələrin bir və ya bir qrup özəl şəxslərə deyil, "hamı"ya və əslində, heç kimə məxsus 
olmaması idi. Belə müəssisələrin sahibi (dövlət) isə nəyi istehsal etməyin daha yararlı  olajağını 
araşdırmaq əvəzinə nəyi "eləmək olmaz" əmrləri ilə iqtisadi təşəbbüsləri boğurdu. Odur ki, bazar 
iqtisadiyyatına keçidin uğurlu və dayanaqlı bir prosesə çevrilməsi üçün dövlət müəssisələrinin 
özəlləşdirilməsi ən önəmli məqamlardan biri hesab oluna bilər.
Respublikada özəlləşdirməyə məsul orqanın 1992-ci ildə yaradılmasına, "Dövlət mülkiyyətinin 
özəlləşdirilməsi haqqında" Qanunun 1993-cü ildə qəbul edilməsinə baxmayaraq, digər postsosialist 
ölkələri ilə müqayisədə Azərbaycanda bu proses xeyli gec - 1996-cı ildə start götürmüşdür.*  
Ölkədə "kiçik özəlləşdirmə" 1996-cı ilin, özəlləşdirmə çeklərinin vətəndaşlara paylanması 1997-ci 
ilin martından başlamış, orta və iri müəssisələrin dövlətsizləşdirilməsi tədbirləri 1997-ci ilin 
mayından sonra həyata keçirilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Milli Elmlər 
Akademiyasının müxbir üzvü, i.e.d., professor T.S. Vəliyev  yazırdı ki,  "özəlləşdirmə probleminin 
həllinə başlanılması üçün əlverişli şərait bir qədər əldən buraxılıb. Əgər bu işə deyək ki, iki il 
bundan əvvəl başlanılsa idi, indiki bir sıra ciddi çətinliklərdən yan keçilərdi".* Fikrimizcə, 
Azərbaycanda bu taleyüklü prosesə gec başlanılması bir tərəfdən oxşar start vəziyyətində
özəlləşdirməyə qədəm qoymuş ayrı-ayrı keçmiş sosialist dövlətlərinin təcrübəsindən çıxan müsbət 
nəticələrin tətbiqi fonunda xeyli əvvəl buraxılmış səhvlərin təkrar olunması ehtimalının 
azaldılmasına şərait yaratmış, digər tərəfdən isə uzunmüddət "sahibsiz" qalmış dövlət əmlakının 
dağıdılmasını səciyyələndirmişdir. 
Məhz ikinci səbəbdən və mövcud qiymətləndirmə metodikasının qeyri-təkmil olması ucbatından 
özəlləşdirilməli dövlət əmlakının dəyəri və miqyasları ilə bağlı müxtəlif mövqelər formalaşmışdır. 
Əsasən Dövlət Əmlak Komitəsi, Prezidentin iqtisadi xidməti və Parlamentin spikeri arasında gedən 
bu müzakirələrin nəticəsində dövlət əmlakının həcmini dəyərləndirmək mümkün olmamış, onun 
hansı həcmdə və kim tərəfindən özəlləşdirilməsi  uzunmüddətli müzakirə mövzusuna çevrilmişdir 
və sonuncu məsələyə münasibətdə fərqli fikirlər ortalığa qoyulmuşdur. Təklif olunan variantlar 
üzrə dövlət mülkiyyətinin 51, 60 və 80 faizinin özəlləşdirilməsi barədə müxtəlif mövqelər arasında 
fikir ayrılığı meydana çıxsa da, son nəticədə Milli Məclis dövlət  əmlakının 75 %-nin 
özəlləşdirilməsinə yekdilliklə qərar vermişdir. Buna münasibətdə professor T.S. Vəliyev qeyd 
edirdi ki, dövlət bölməsi ilə özəlləşdirilmiş xüsusi bölmənin nisbəti yaxın bir neçə il üçün 3/7 
nisbətində götürülməsi barədə mətbuatda məlumat vardır. Əvvəla, hətta yaxın deyilən bir neçə il 
təqribən 5 il götürülsə belə həmin nisbəti məqbul saymaq olmaz. İkincisi, əvvəlki mərhələdə maddi 
istehsal sahələrinin xırda və kiçik müəssisələrinin özəlləşdirilməsini məhdudlaşdırmalı, ticarət və
ictimai iaşə müəssisələrinin hamısının özəlləşdirilməsini nəzərdə tutmaq məlum səbəblərə görə
iqtisadiyyatda proporsiyaları nizamlamaq, tələb və təklifi ahəngə gətirmək, ümumi optimal 
vəziyyət yaratmaq çətin olardı.*
Doğurdan da o dövrdən 5 ildən çox ötməsinə baxmayaraq Azərbaycanda özəlləşdirmə hələ də başa 
çatmamışdır.  1999-cu ilin əvvəlində  birinci dövlət özəlləşdirmə proqramının müddəti başa 


çatdıqdan sonra özəlləşdirmə prosesi faktiki olaraq daha çox subyektiv səbəblərə görə
dayandırılmışdıır. Bu proses özəlləşdirmə paylarının dövriyyə müddətinin başa çatması ərəfəsinə
təsadüf etdiyindən, onun vaxtının uzadılması  barədə ehtimalları xeyli aktuallaşdırmış və bu 
məsələyə münasibətdə hakimiyyətin yüksək  eşelonunda ciddi fikir ayrılığına gətirib çıxarmışdır. 
Çek özəlləşdirməsinin tərəfdarları (Dövlət Əmlakı Nazirliyinin o vaxtki rəhbərliyi )  ilə pul 
özəlləşdirməsi tərəfdarları (Prezidentin iqtisadi xidməti) arasında gedən mənafe mübarizəsi  
birincilərin xeyrinə qurtardı.
Beləliklə də Azərbaycan Respublikası prezidentinin fərmanı ilə özəlləşdirmə paylarının dövriyyə
müddəti daha 1 il 5 aya qədər, konkret olaraq 2002-ci ilin 1 yanvarınadək uzadıldı (sonradan bu 
müddət daha 2 il uzadıldı). Bu ərəfədə ikinci dövlət özəlləşdirmə proqramı və özəllşdirmə haqqında 
yeni Qanun  qəbul olundu.
Konseptial əsasların və qanunvericilik bazasının formalaşması və həyata keçirilməsi  baxımından  
Azərbaycanda aparılan özəlləşdirmə prosesini əhəmiyyətlilik dərəcəsinə görə 3 mərhələyə bölmək 
olar:
Hazırlıq mərhələsi - 1996-cı ilə qədər olan dövrü xarakterizə edir və ilkin özəlləşdirmə adlanır. Bu 
mərhələdə özələşdirmənin konseptual əsaslarının yaradılması ilə yanaşı bu proses praktiki olaraq 
sərnişin nəqliyyatında taksilərin və avtobusların  dövlətsizləşdirilməsi və ticarət şəbəkəsinin 
kommersiyalaş-dırılması istiqamətində sınaqdan keçirildi. Konseptual istiqamətdə əsas müzakirələr  
həm hökumət və həm də parlamentdə aparırdı. Məhz həmin müzakirələrin nəticəsi olaraq hazırlıq 
mərhələsində dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Qanun və Dövlət  Proqramı qəbul 
olunmuş və bu prosesin hüqüqi bazasının əsasları yaradılmışdır.
Birinci mərhələ 1995-98-ci illərdə  Azərbaycan Respublikasında  dövlət mülkiyyətinin 
özəlləşdirilməsinin Dövlət Proqramınının reallaşdırılmasını xarakterizə edir. Bu mərhələdə
özəlləşdirmənin normativ bazasının yaradılması ilə onun kompleks hüquqi bazasının 
formalaşdırılması prosesi başa çatdırılmışdır. Həmin dövr kiçik müəssisələrin sürətli 
özəlləşdirilməsi, orta və iri müəssisələrin isə korporasiyalaşdırılması ilə xarakterizə olunur. 
Özəlləşdirmə paylarının 1996-cı il 1 yanvarınadək doğulan bütün ölkə vətəndaşlarına pulsuz olaraq 
paylanması da bu mərhələyə təsadüf edir. Özəlləşdirmənin 2002-ci ilə qədər olan yekunlarını 
kəmiyyət mustəvisində qiymətləndirərkən əsas üstünlük bu mərhələnin payına düşür.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə