MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə1/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
  1   2   3   4   5   6   7   8   9   ...   49


MƏMMƏD ADİLOV
AZƏRBAYCAN
PALEOQRAFİYASI
BAKI – 2009
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU
MƏMMƏD ADİLOV


AZƏRBAYCAN
PALEOQRAFİYASI
BAKI – ELM – 2009
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi
şurasının 25 sentyabr 2009-cu il tarixli 8 №-li iclasının qərarı ilə nəşr edilir
Elmi redaktoru:
          Paşa Kərimov
filologiya elmləri namizədi
Kompüter icraçıları:
Suad Əhmədov, 
Nuranə Salmanova
Məmməd Adilov. Azərbaycan paleoqrafiyası. Bakı: Elm, 2009, 224 s.


Giriş
Azərbaycan əlyazmalarının və onların qorunub-saxlandığı Əlyazmalar İnstitutunun maraqlı
tarixi vardır. 
Azərbaycan alimləri, ədibləri və mütəfəkkirləri bütün orta əsrlər ərzində türk (əsasən Azər-
baycan),  ərəb və fars dillərində fundamental elmi və əsrarəngiz bədii əsərlər yazmaqla
bütövlükdə dünyanın sivilizasiya xəzinəsinin zənginləşdirilməsində misilsiz rol oynamış, bəşər
fikrinin humanist meyarlarının ortaya qoyulmasına öz xüsusi xidmətlərini göstərmişlər. 
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev cənabları Yeni 2001-ci il, yeni əsr və
üçüncü minillik münasibəti ilə Azərbaycan xalqına 29  dekabr 2000-ci il tarixli müraciətində
Azərbaycan xalqının, Azərbaycan ziyalılarının sivilizasiya qarşısında tarixi xidmətlərini yüksək
qiymətləndirərək demişdir:  “İkinci minilliyin tarixi əyani surətdə göstərir ki,  Azərbaycan xalqı
dünya mədəniyyətində öz dəst-xətti ilə seçilən xalqlardandır. Keçən iki min il ərzində bəşər si-
vilizasiyasının ayrılmaz hissəsi kimi azərbaycanlılar dünya mədəniyyəti xəzinəsinə sanballı
töhfələr vermişlər.  Bizim əcdadlarımız ibtidai insanın mədəniyyət sahəsində əldə etdiyi bütün
nailiyyətlərdən faydalanaraq,  özünəməxsus zəngin mədəni-mənəvi irs yaratmışlar.  Bunu istər
Azərbaycan ərazisində arxeoloci qazıntılar nəticəsində tapılmış abidələr,  istərsə də bu günü-
müzə qədər gəlib çatmış şifahi xalq ədəbiyyatı və yazılı ədəbi irsimiz sübut edir”.
Azərbaycan müsəlman kitablarının yaradılmasında, dünyanın müxtəlif elm və mədəniyyət
mərkəzlərindən Azərbaycana zəngin kitab kolleksiyası daşınmasında, bütün orta əsrlər ərzin-
də,  eləcə də yeni tarixi dövrdə milli yazılı abidələrimizin qorunub-saxlanmasında ilk növbədə
Azərbaycan ziyalılarının rolu əvəzsiz olmuşdur. 
XX əsrin 20-30-cu illərində əlyazmalar və ərəb qrafikasında yazılmış başqa mənbələr
feodalizmin və kapitalizmin qalığı adı altında məhv edilərkən,  13-14  əsr ərzində yazılmış və
toplanmış abidələrin mütləq əksər hissəsi vulqar sosialogizm şüarları altında tarmar edilərkən
Azərbaycanın qabaqcıl ziyalıları bunun qarşısını almaq üçün tədbir görmüş, 1924-cü ildə on-
ların təşəbbüsü ilə                            I Ümumazərbaycan Ölkəşünaslıq Qurultayında əlyazma kitab-
larının, sənədlərin və köhnə çap kitablarının biryerə toplanması və ayrıca kitabxanada saxlan-
ması haqqında qərar qəbul edilmiş,  bu iş 1929-cu ildən daha intensiv həyata keçirilməyə
başlamışdır. Toplanmış abidələr əvvəlcə ovaxtkı Azərbaycanı Öyrənmə və Tətəbbö Jəmiyyə-
tində kitabxana şəklində mühafizə edilmış, sonralar müxtəlif vaxtlarda Nizami adına Ədəbiyyat
İnstitutunun nəzdində, Akademiyanın Rəyasət Heyətinin nəzdində (Şərq Əlyazmaları Sektoru
kimi) və Nizami adına Azərbaycan Ədəbiyyatı Tarixi Muzeyində saxlanmışdır [64, c.7, s.5-9].     
1950-ci ildə materialların sayının artdığını,  onların saxlanması üçün xüsusi mühafizə və
iqlim reciminin vacibliyini görən Azərbaycan [Milli] Elmlər Akademiyası təşəbbüs qaldırmış və
Azərbaycan SSRİ Nazirlər Soveti ayrıca bir müəssisə kimi Azərbaycan SSR EA Respublika
Əlyazmalar Fondu (RƏF)  yaradılması haqqında qərar qəbul etmişdir [Bu barədə daha geniş
bax: 64, c.7, s.10-22]. Ziddiyyətli bir məqam diqqəti cəlb edir. Belə ki, 1950-ci ildə Stalin hələ
sağ idi,  müharibədən sonrakı dövrün repressiya dalğası yenicə sovuşmuşdu,  ancaq bu
dalğanın hər an yenidən coşacağı Domokl qılıncı kimi havadan asılmışdı.  Belə bir şəraitdə
hansısa yeni bir akademik müəssisənin yaradılması Moskvada deyil, respublika daxilində həll
edilirdi.  Bundan 30  il sonra,  1980-ci illərdə artıq mövcud olan bir müəssisənin bazasında
yenidənqurma işlərinin aparılması məsələsi ortaya çıxanda isə məlum oldu ki, daha bunların


həyata keçirilməsi Kremlsiz həll edilə bilməz! 
1950-ci ildən sonra RƏF-in kolleksiyası ildən-ilə zənginləşməyə, onun elmi kadr potensialı
güclənməyə və fəaliyyət dairəsi genişlənməyə başlamışdı.  80-ci illərdə artıq RƏF öz
fəaliyyətində Akademiyanın institutlarından geri qalmır, əslində akademik elmi-tədqiqat institutu
kimi işləyirdi. Bunu nəzərə alan Akademiya və institut rəhbərliyi RƏF-in instituta çevrilməsinə
çalışır,  «perestroyka»  adı altında əslində respublikalardakı ayrı-ayrı müəssisələri ləğv etməyi
üstün tutan Moskva isə sadəcə olaraq «Respublika Əlyazmalar Fondu»  adının Əlyazmalar
İnstitutu ilə əvəzlənməsinə belə razı olmurdu. Yalnız bir neçə illik cəhddən sonra, 1986-cı ildə
Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Heydər Əliyev
cənablarının yaxından iştirakı və köməyi sayəsində SSRİ Nazirlər Sovetinin 28 oktyabr tarixli
2162 r №-li Sərəncamı, bir müddət sonra Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-
cı il tarixli 398  r №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4  dekabr 1986-cı il
tarixli 22/3  №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu
təsis edilmiş,  nəhayət,  1996-cı ilin oktyabr ayında Respublika Prezidentinin ayrıca bir Sə-
rəncamı ilə Əlyazmalar İnstitutuna dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin
adı verilmişdir.
Hazırda Əlyazmalar İnstitutu dünyanın ən zəngin Şərq əlyazmaları və arxiv materialları
toplanmış mərkəzlərindən biridir. Onun kolleksiyasında ümumi sayı 60 mindən artıq olan müx-
təlif səciyyəli materiallar saxlanılır.  Bunlar 12  minə yaxın əlyazma kitabını (hər kitabda orta
hesabla 3-4  əsər yazıldığını nəzərə alsaq,  40  mindən yuxarı əlyazma əsərini),  1000-ə yaxın
tarixi-arxeoqrafik sənədi, XIX əsrin ikinci yarısı – XX əsrin birinci yarısı (Səməd Vurğuna qədər) 
32  Azərbaycan mədəniyyət xadiminin 20  minə qədər saxlama vahidini əhatə edən şəxsi
arxivlərini, 10 mindən artıq litoqrafik (daşbasma) və əski çap kitablarını, təxminən 2700 köhnə
dövri mətbuat materialını,  foto- və kserosurətləri,  mikrofilmləri,  həmçinin əlyazmaşünaslığın
müxtəlif sahələrinə dair müasir kitabları əhatə edir. 12 əsrlik bir dövrə aid olan Azərbaycan və
digər Müsəlman Şərqi ölkələrinin türk,  ərəb və fars dillərində yazılmış abidələri institutda
yaradılmış xüsusi iqlim şəraiti olan xəzinələrdə mühafizə edilir. İnstitutun əsas fəaliyyəti bu abi-
dələrin mühafizə şəraitinin müasirləşdirilməsi, onların müntəzəm dezinfeksiya, gigiyena və bər-
pası məsələlərinin həlli,  abidələrin kataloqlaşdırılması və sistemləşdirilməsi,  onların tədqiq
edilməsi və nəşr etdirilərək elmi tədavülə və müasir nəsillərə çatdırılması ilə bağlıdır. 
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
bütövlükdə Azərbaycan xalqının yeganə əlyazmalar mərkəzidir. 
2002-ci il oktyabrın 24-də “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsinin  fotofaksimilesinin
Əlyazmalar İnstitutuna təqdimatı zamanı Ümummilli Liderimiz Heydər Əliyev demişdir: 
“Müstəqillik illərində biz əslində milli-mədəni irsimizi,  tariximizi,  milli sənətimizi bir daha təhlil
edərək, onu ideoloci buxovlardan və qadağalardan xilas edirik…  Xalqımızın hər bir övladı öz
tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa
başlayır və sözsüz ki, bununla fəxr edir”.
Azərbaycan əlyazmalarının öyrənilməsi və nəşr etdirilib müasir nəsillərə çatdırılması
Azərbaycan əlyazmaşünaslarının qarşısında duran ən aktual və vacib məsələlərdən biridir. 
Bunun üçün isə abidələrin tədqiqi ilə bağlı elmi axtarışları genişləndirmək tələb olunur.  
Azərbaycan xalqı qədim türk mədəniyyətinin varislərindən biri, Qafqaz Albaniyası, Manna, 
Midiya və Aturpatakan mədəniyyətlərinin isə birbaşa varisidir.  Bununla belə,  müasir elm
Azərbaycan müsəlman mədəniyyəti ilə daha çox maraqlanır,  islam epoxasının abidələrini
öyrənməyə üstünlük verir. 
Azərbaycan müsəlman mədəniyyətinin kökləri VII əsrə gedib çıxır.  Həmin əsrin ikinci


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə