Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə23/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   19   20   21   22   23   24   25   26   ...   243

M.F.Axundov   tezliklə   anlayır   ki,   kütlələrin   avamlığına   görə 

ərəb əlifbasını islah etməklə onun nöqsanlarından yaxa qurtarmaq 

olmaz, onu yeni əlifba ilə əvəz etmək lazımdır. Ə.Haqverdiyev bu 

cəhəti nəzərə alaraq qeyd edir ki, Mirzə Fətəli belə bir əlifba tərtib 

edərkən təkcə Azərbaycan dilini deyil, fars dilini də nəzərə almış, 

hətta sükun üçün də əlamət düzəltmişdir.

Məlumdur   ki,   M.F.Axundov   yeni   əlifbanı   həyata   keçirmək 

üçün çox çalışmış, hətta İstambula getmiş, lakin heç yerdə ona 

kömək edən olmamışdır. İstambulda əvvəlcə yeni əlifbaya hüsn-

rəğbət göstərilirsə də, Ə.Haqverdiyev yazır ki, İran vəziri-muxtarı 

Hüseynəli xanın çirkin rolu nəticəsində əlifba rədd edilir.

Hüseynəli xanın Axundova qarşı gizli ədavəti var imiş və ona 

elə gəlirmiş ki, M.F.Axundovun komediyalarında fars xalqının ləya-

qəti təhqir olunur. Bu ədavətdən xəbəri olmayan M.F.Axundov İs-

tambulda Hüseynəli xanın evində qalır: «Hüseynəli xan bir tərəfdən 

Axundovu   evində   saxlayıb   ona   hər   cür   hörmət   edirdi,   o   biri 

tərəfdən isə Türkiyə nazirini və Maarif Nazirliyinin elmi şurasının 

üzvlərini inandırırdı ki, Axundov dindən üz döndərib, kafirdir. Mirzə 

bundan xəbər tutan kimi dərhal Hüseynəli xanın evindən köçüb, 

başqa yerdə sakin oldu. O cənabın fitnəkarlığı nəticəsində elmi şura 

Axundovun əlifbasını ləğv etdi, Mirzə nəticəsiz geri qayıtdı».

18

Mirzə Fətəlinin və onun işini davam etdirənlərin arzusu yalnız 



ölkəmizdə sosialist  inqilabından sonra həyata keçdi və Ə.Haqverdi-

yevin obrazlı şəkildə dediyi kimi, «bu Qordiyev düyünü bir zərbə ilə 

parçalandı».

«…Təğyirçilərin zəhməti Azərbaycan cümhuriyyətində meyvə 

verib, buradan Şərq ölkələrinə yayılmaqdadır» - deyən yazıçı ərəb 

əlifbasının az keçmədən birdəfəlik atılacağını görüb sevinir, Mirzə 

Fətəlinin bu günü görmədiyinə təəssüflənir: «İndi Mirzənin vəfatın-

dan 50 il keçir. Əgər ona qəbirdən bir dəqiqəliyə baş qaldırıb ətrafa 

bir nəzər salmaq mümkün olsaydı, o vaxt cəmi arzularının həyata 

keçməsini,   yeritmək   istədiyi   və   yolunda   üqubətlər   çəkdiyi 

ideyalarının tətbiqini görüb, dərin bir nəfəs çəkib, həmişəlik rahat 

yatardı».

19

Sanki Ə.Haqverdiyev özü bu böyük sələfinin əvəzinə rahat və 



dərin bir nəfəs alaraq deyir: «İndi bizim, mədəniyyətə geniş yol 

18

  .                      . 



 

, 2-  


, 1957, 

.363-


Я Щ а г в е р д и й е в Сечилмиш ясярляри ъи ъилд

сящ


364.

19

  .                      . 



 

   


 

, «


Я Щ а г в е р д и й е в Мирзя Фятяли вя яряб ялифбасы Маариф 

», 1928,  3, 

.14.

ишчиси


№ сящ

68



açan sadə yeni əlifbamız vardır. Bu əlifba təkcə ərəb əlifbasına, heç 

vaxt türki olmamış bir əlifbaya görə yeni deyil, Orxon və Yenisey 

sahillərindəki   qayalar   üzərinə   həkk   olunmuş   əlifbaya   görə   də 

yenidir».



AZƏRBAYCAN DİLİNİN TƏDQİQİ VƏ ÖYRƏNİLMƏSİNƏ 

RƏHBƏRLİK

Ə.Haqverdiyev ədəbi dilimizin inkişafı üçün sovet dövründə 

geniş imkanlar yarandığını görür və sevinirdi. Lakin hələ sovet 

hakimiyyətinin ilk illərində də ədəbi dilin inkişafına mane olan bir 

sıra   çətinliklər   var   idi:   ərəb,   fars,   türk   dillərinin   mənfi   təsiri 

davam   etməkdə   idi;   Azərbaycan   ədəbi   dilinin   varlığına   şübhə 

edənlər də tapılırdı və s.

Ədəbi   dilin   inkişafına   mane   olan   çətinlikləri   aradan 

qaldırmaq   üçün   ciddi   müzakirələr   aparılır   və   onun   yaxın 

gələcəkdə hərtərəfli elmi tədqiqi üçün zəmin yaradılırdı. Hətta bu 

dövrdə Azərbaycan dilinin bəzi sahələrinə dair ilk elmi əsərlər də 

yazılmış və nəşr olunmuşdur. Prof. N.İ.Aşmarinin «Nuxa şəhəri 

türk  xalqı   şivələrinə   bir   nəzər»  (1926)    adlı  kitabı   dialektoloji 

tədqiqat sahəsində ilk qiymətli əsər idi.

Bütun   bu   işlərin   təşkilində   1923-cü   ildə   yaradılmış 

Azərbaycanı   Tədqiq   və   Tətəbbö   cəmiyyətinin   böyük   rolu 

olmuşdur.   Azərbaycan   dilini   öyrənən   türkoloji   yarımbölmə   ilk 

illərdə tarix-etnoqrafiya bölməsinin tərkibinə daxil idi. Bölməyə 

Ə.Haqverdiyev   sədrlik   edirdi.   Buradan   aydın   olur   ki, 

Ə.Haqverdiyev   Azərbaycan   dilinin   tədqiqi   və   öyrənilməsi   işinə 

bilavasitə   rəhbərlik   etmişdir.   Onun   bu   sahədəki   əməli   işini 

göstərən materiallar çoxdur. Bütün başqa mühüm işlərinə bax-

mayaraq, o, Tədqiq və Tətəbbö cəmiyyətinin fəal təşkilatçıların-

dan biri kimi, təşəbbüskar və işgüzar idi. Onun təşəbbüsü ilə 

V.A.Bartoldun,   İ.İ.Meşşaninovun,   N.İ.Aşmarinin   və   başqa 

görkəmli   alimlərin   Azərbaycana   dair   bir   sıra   qiymətli   əsərləri 

Azərbaycanda ilk dəfə nəşr olunmuşdur. Onun rəhbərliyi ilə prof. 

N.İ.Aşmarin tərəfindən ilk dəfə «Azərbaycan türk şivələri lüğətini 

tərtib etmək üçün toplanacaq materiallar haqqında düsturüləməl 

69



və   proqram»   hazırlanmış   və   1924-cü   ildə   nəşr   edilmişdir.   O 

yalnız   rəhbər   və   təşəbbüskar   olmaqla   qalmır,   azər-

baycanşünaslığa  dair  nəşrə hazırlanan əsərləri bir-bir   gözdən 

keçirir,   Azərbaycan   dili,   tarixi,   etnoqrafiyası   haqqında   bildiyi 

əlavə   məlumatlarla   həmin   əsərləri   zənginləşdirmək   üçün 

müəlliflərə məsləhətlər verir, yoldaşlıq köməyini əsirgəmirdi.

20

1924-cü   ildə   toplanmış   I   Ümumazərbaycan   ölkəşünaslıq 



qurultayının qətnaməsində dil məsələlərinə ayrıca, həm də bütün 

başqa   məsələlərdən   daha   çox   yer   verilmişdir.   Ə.Haqverdiyev 

qurultayda   tarix-etnoqrafiya   bölməsinin   fəaliyyəti   barədə 

məruzəsindən əlavə, onu düşündürən dil məsələləri barəsində 

də   çıxış   etmişdir.   Əbdürrəhim   bəy   Haqverdiyevin,   professor 

Aşmarinin və başqalarının məruzələrini dinləyərək, Azərbaycan 

dilinin   tədqiqi   məsələsini   müzakirə   edən   Azərbaycan   birinci 

ölkəşünaslıq qurultayı dilin ictimai funksiyası, Azərbaycan dilinin 

nəzəri və əməli cəhətdən islahı, yəni onun mövcud qanunlarının 

tədqiq   edilib   aşkara   çıxarılması   və   ədəbi   dil   normalarının 

müəyyənləşdirilməsi, ahəng qanunu, dilimizin sərfi və nəhvi qu-

ruluşuna dair elmi əsərlərin yazılması, istilah məsələləri və sair 

haqqında o dövr üçün bir sıra qiymətli tezislər irəli sürmüşdür ki, 

bunların bir qismi indi də öz əhəmiyyətini itirməmişdir.

21

2020


 

.  . .


 «

 

 



 

 

 



Проф Н И Ашмарин Нуха шящяри тцрк халгы шивяляриня бир 

»  


нязяр ясярин

 

 



 

 

 



 

дя Щагвердийевин бу ъцр кюмяйини ики дяфя 

:  

 

хатырлайыр Нуха диалек



 

тиндя со


 

йуг вя  тойуг  сюзляринин 

 

 

 



 

,   «


 

тяляффцзцндян данышаркян ялавя едир ки

бу сюзлярдян 

,  


 

 

 



икинъиси Ябдцррящимбяй Щагвердийевин мяня хя

 

бяр вердийи 



 

кими Гарабаьда тойух 



 

 

» (



.75). 

шяклиндя тяляффцз олунур сящ

Йеня 

щя

 



 

мин диалектдя саьсаьан 

 

 

сюзцнц Щагвердийевин мялуматына 



 

 



 

 

 



 

ясасян Гарабаь диалектиндяки тяляффцз тярзи иля мцгайися ет-

миш

 (

.165).



дир сящ

21

 



:   21-24  

 

 



 

 

Бах



сентйабр тарихиндя Бакуда ваге биринъи 

 

Цмумазярбайъан



юл

 

 



,

кяшцнаслыг

гурултайынын

гятнамяси  

 

   


 

Азярбайъан Тядгиг вя Тятяббю Ъямиййя  

, 1924,


ти Няшриййаты Бакы

 

.14-28.



сящ

22

 



 

 

 



 

 

-



Азярбайъаны Тядгиг вя Тятяббю Ъямиййятинин тарих

 

етнографийа бюлмяси



  11  

  1923-


 

 

 



нин

декабр


ъц ил тарихли иъласына 

.  . .


 

 

   



проф А И Самойлович сядрлик етмиш вя щя

 

 



мин иъласда бюлмянин 

 

 



 

 (



), 

етнографийа комиссийасы няздиндя тцрк Иран тат та

,

лыш кцрд  



,  

 

 



.  

-

 



 

 

ермяни удин вя Азярб ССР ин даьлыг яразисиндя йашайан 



 

 

 



 

 

-



халгларын

диллярини

тядгиг

едиб


юйрянян

лцьят дил 

 



.  . .



 

йарымбюлмяси йарадылмыш проф Н И Ашмарин йарымбюлмянин 

70



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə