Qrup: 302 Fənn: Mülki hüquq-2 Kafedra


Oyunlar və mərclərin keçirilməsi



Yüklə 107,84 Kb.
səhifə8/8
tarix31.12.2021
ölçüsü107,84 Kb.
#81494
1   2   3   4   5   6   7   8
Mülki hüquq 2

Oyunlar və mərclərin keçirilməsi

Oyunlar insan məişətinin mühüm fenomenlərindən biridir. Oyun insanın elə fəaliyyətidir ki, bu fəaliyyətin mənasl və dəyəri onun özündə deyil, məhz oyun prosesində ortaya çıxır. Oyunların nəticəsi cəmiyyət üçün maddiləşmiş nəticələrlə ifadə olunmur. Qanunvericilik oyunlarının təsnifatını aparmamışdır. Rüfət Göyüşov oyunların məntiqi təsnifini belə vermişdir:



  • İntellektual oyunlar və ya prestijli oyunlar(kim, nə, harda), idman yarışları. həmin oyunlann nəticəsi oyunçulann bacarıq, qabiliyyət və digər şəxsi keyfiyyətlərindən asılıdır; buraya hər şeydən əvvəl, idman oyunlan (məsələn, şaşki, şahmat və digər oyunlar) daxildir. Bu növ oyunlarda təsadüf elementi az rol (minimum səviyyədə) oynayır.

  • Kommerisiya oyunları. Təsadüfilik elementi olsa da, oyunçulann bacanğı vacib rol oynayır.Məsələn, bric (İngiltərədə və Amerikada geniş yayılmış oyun), preferans (kart oyunlarından biri) və s. Kommersiya oyunlarına aiddir.

  • Həvəskar(azart oyunları) təsadüfilik elementi o qədər böyükdür ki, oyunçuların şəxsi keyfiyyətləri (bacarığı, qabiliyyəti və s.) oyunların nəticəsinə praktiki olaraq təsir edə bilmir; bu növ oyunlann nəticəsini qabaqcadan müəyyənləşdirmək qeyri-mümkündür;təsadüfilik onların başlıca və əsas elementi sayılır

Mərc dedikdə elə bir müqavilə başa düşülür ki, bu müqaviləyə görə tərəflər (iştirakçılar) müəyyən bir halın mövcud olması barədə bir-biri ilə zidd mövqedə dayanırlar, yəni tərəflərdən biri həmin halın mövcudluğunu təsdiq, digəri isə inkar edir; mərci o şəxs odur ki, onun verdiyi proqnoz düz çıxsın. Oyunların və mərclərin keçirilməsi MM-nin 1083-1086-cı maddəlıri ilə tənzimlənir. Oyunlardan və mərclərdən yaranan natural öhdəliklər müəyyən hüquqi nəticələrə səbəb olur:

• oyun təşkilatçısı onun tərəfindən oyun və mərc prosesində könüllü verilmiş ödənişi geri tələb edə bilməz (MM-in 1085.1-ci maddəsi); əgər oyun təşkilatçısı könüllü surətdə borcunu ödəmişsə, sonradan ödədiyini geri tələb edərsə, onun məhkəmə qaydasında verdiyi iddia təmin olunmayacaqdır;

• oyunda və ya mərcdə uduzulan məbləği ödəmək məqsədi ilə oyunçu və ya mərc gələn mövcud borcun etirafına dair müqavilə imzalayarsa və ya qiymətli kağız verərsə, həmin müqavilə və qiymətli kağız hüquqi əhəmiyyətə malik olmayaraq, reallaşdırıla bilməz (MM-in 1085.2-ci maddəsi).

Nəticə:

Birtərəfli əqdlərdən əmələ gələn öhdəliklərin Mülki Məcəllə ilə tənzimlənməsi böyük əhəmiyyət kəsb edir. Belə ki, bəzən öhdəliklərin lazımi səviyyədə və ya vaxtında icra edilməməsi aylarla, hətta illərlə davam edən məhkəmə mübahisələrinə səbəb olur. Bu baxımdan öhdəliklər və onların icrası barədə vətəndaşlarımızın müəyyən qədər məlumatlı olması çox önəmlidir.Öhdəlik münasibətlərinin iştirakçıları hüqüq və vəzifələrini həyata keçirərkən vicdanlılıq pirsiplərinin tələblərinə əməl etməli, müqavilənin şərtlərini pozmamalı və məhkəmə mübahisələrinə səbəb ola biləcək hərəkətlərə yol verməməlidirlər. Amma bununla belə, təcrübədə öhdəliyin icra edilməməsi hallarına da rast gəlinir. Bu, o deməkdir ki, öhdəliyin icrası pozulur və ya lazımınca icra edilmir.



İstifadə olunan ədəbiyyat və mənbə siyahısı:

  • Rüfət Göyüşov. Mülki hüquq. Xüsusi hissə

  • Rüfət Göyüşov.Mülki hüquq ümumi hissə

  • Sabir Allahverdiyev. Mülki hüquq. Xüsusi hissə

  • Azərbaycan Respublikasının Mülki Məcəlləsinin kommentariyası

  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi

  • https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://unec.edu.az/application/uploads/2015/07/MULKI-HUQUQ.pdf&ved=2ahUKEwi1nsufoNn0AhVdQ_EDHfd-DRAQFnoECAMQAQ&usg=AOvVaw3ErfWPUy_VLx_96i-hWhdU

  • https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://justice.gov.az/categories/164&ved=2ahUKEwjtx9iooNn0AhV_RPEDHXoYAToQFnoECA0QAQ&usg=AOvVaw1CuaH-XiCRXl_LAn2R0n0v

Yüklə 107,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə