Qrup: 302 Fənn: Mülki hüquq-2 Kafedra


Əmlakın mülkiyyətə verilməsi ilə yaranan öhdəliklər



Yüklə 107,84 Kb.
səhifə3/8
tarix31.12.2021
ölçüsü107,84 Kb.
#81494
1   2   3   4   5   6   7   8
Mülki hüquq 2

Əmlakın mülkiyyətə verilməsi ilə yaranan öhdəliklər. Alqı-satqı, bağışlama, dəyişdirmə və.s

  • Əmlakın istifadəyə verilməsi ilə yaranan öhdəliklər. Kirayə, icarə, lizinq və.s

  • İşlərin görülməsi ilə yaranan öhdəliklər. Podrat və onun növləri

  • Xidmətlərin göstərilməsi ilə yaranan öhdəliklər. Daşıma, saxlama, sığorta

  • Birtərəfli hüquqa uyğun hərəkətlərdən yaranan öhdəliklər. Xüsusi mükafatlandırmanın açıq elan edilməsi, müsabiqə, oyun və mərclər

    Birtərəfli əqdlərdən(hərəkətlərdən) əmələ gələn öhdəliklərin anlayışı

    Mülki hüquqi öhdəliklərin əksər növləri müqavilərdən yaranır. Öhdəliklərin formalaşmasının bu qaydası inkişaf etmiş mülki dövriyyənin tələblərinə uyğundur. Bu əsaslarla əmələ gəlmə meyarına görə öhdəliklər iki qrupa bölürük:



    • Müqavilədən yaranan öhdəliklər

    • Müqavilədən kənar yaranan öhdəliklər

    Müqavilədən kənar yaranan öhdəliklər 3 qrupa bölünür :

    • Qanundan əmələ gələn öhdəliklər :özgə işlərini tapşırıqsız aparma, əsassız varlanma

    • Birtərəfli əqdlərdən əmələ gələn öhdəliklər. Xüsus mükafatlandırmanın açıq elan edilməsi, müsabiqə, oyun və mərclər

    • Delikt öhdəlikəri

    Birtərəfli əqdlər də öhdəlikıərin yaranma əsası kimi çıxış edir. Məsələn, televiziya ilə itmiş uşağını tapan şəxsə uşağın valideynləri tərəfindən mükafat verilməsi vədi barədə elan edilir. Bu hal mükafat təyin edən şəxsin itmiş uşağı onun valideynlərinə təhvil verən şəxsə mükafat vermək vəzifəsinin əmələ gəlməsinə səbəb olur. Bu halda atanın birtərəfli hərəkətindən (əqddən) xüsusi mükafatlandırma öhdəliyi yaranır. Ədəbi təşkilat ən yaxşı dram əsərini yazmağa görə priz vermək barəsində yerli mətbuatda açıq elan verir. Müsabiqə qalibi müəyyən edir və ona priz verir. Bu halda müsabiqə öhdəliyi yaranır. Bu öhdəlik ədəbi təşkilatın birtərəfli hərəkətindən yaranır. Televiziyada əyləncə verilişi verilir. Suallara düzgün cavab verən şəxsə hədiyyə verilir. Bu halda isə oyunlardan öhdəlik yaranır.

    Birtərəfli əqdlərdən əmələ gələn öhdəlik münasibətlərinin yaranması üçün əsas müəyyən hüquqi nəticənin əldə olunmasına yönələn əqd formasında olur.Bu öhdəliklərin bəzi xüsusiyyətləri var:



    • Şəxsin birtərəfli hərəkətlət etməsi hüquqi fakt kimi bir tərəf üçün hüquq, digər tərəf üçün vəzifə yaradır. Bunun nəticəsində öhdəlik hüquq münasibətləri əmələ gəlir. Bu cür hərəkətlərə misal olaraq mükafat verilməsi vədi, müsabiqə elan edilməsi, oyunların və mərclərin keçirilməsi təşkili və.s

    • Bu öhdəliklərin əmələ gəlməsinə əsas olan əqd şərti əqddir və təxirəsalıcı şərtlə bağlanan əqd növünə şamil edilir. Yəni həmin əqddə nəzərdə tutulan hüquq və vəzifələrin yaranması gələcəkdə gözlənilən və ya naməlum hərəkətlərdir.

    • Belə öhdəliklərdə bir tərəfin iradə ifadəsi yetərli olur. Bir tərəfin şəxsi təşəbbüskarlığına əsalanır. Məsələn, mükafatlandırma öhdəliyi mükafat təyin edən şəxsin müəyyən hərəkəti yerinə yetirən şəxsə mükafat vermək barədə açıq elan verilməsi, müsabiqə öhdəliyi müasbiqə təşkil edən şəxsin ən yaxşı işlərə görə priz təqdim etmək barədə açıq elan verməsi, oyunların və mərclərin keçirilməsi öhdəliyi isə oyun və mərclər keçirən şəxsin təşəbbüsü ilə əmələ gəlir. Həmin şəxslərin maraq və mənafeləri vardır ki, qarşı tərəf müəyyən hərəkətləri etsin.

    • . Öhdəlik münasibəti olduğu üçün iki tərəf çıxış edir: kreditor borclu. Yəni burda bir tərəfin hərəkətlərinin nəticəsi olaraq digər tərəfdə qarşılıqlı hüquq və vəzifələr yaranır. Bəzi müəlliflər bu öhdəliklərin subyektlərini təklif edən təklifi qəbul edən adlandırırlar. Təklif edən tərəf həmin tərəfdir ki, müəyyən şəxslər üçün şərtləri və bu şərtlərin yerinə yetirilməsi qaydasını müəyyənləşdirir. Həmçinin həmin şəxslərə müəyyənləşdirilən hərəkətlərin edilməsi müqabilində mükafat və ya haqq verir. Təklifi qəbul edən şəxs isə təklif olunan şərti qəbul edir və ona uyğun hərəkət edərək və qarşılığında mükafat və ya haqq almaq hüququ qazanır.

    Bəzən təklifi qəbul edən şəxslərin dairəsi dəqiq olaraq müəyyənləşdirmək olmur. Bəzi hallarda isə onların dairəsini əvvəlcədən müəyyənləşdirmək mümkündür. Məsələn:qapalı müsabiqə keçirilərkən işləri təqdim edən şəxslərin dairəsi konkretləşir.

    Beləliklə, bütün bunları ümumiləşdirsək, birtərəfli əqdlərdən əmələ gələn öhdəliklər dedikdə elə mülki hüquq münasibəti başa düşülür ki, bu münasibətə görə bir tərəf, yəni təklif edən əhatə dairəsi naməlum olan digər tərəf, yəni təklifi qəbul edən üçün həmin tərəfin hər hansı hərəkət etməsi müqabilində mükafat ödəmək vədi ilə açıq elan verir.




    Yüklə 107,84 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə