Qrup: 302 Fənn: Mülki hüquq-2 Kafedra


Xüsusi mükafatlandırmanın açıq elan edilməsi



Yüklə 107,84 Kb.
səhifə5/8
tarix31.12.2021
ölçüsü107,84 Kb.
#81494
1   2   3   4   5   6   7   8
Mülki hüquq 2

Xüsusi mükafatlandırmanın açıq elan edilməsi

  • Müsabiqə

  • Oyunlar və mərclər

    Bir çox hüquq ədəbiyyatlarında birtərəfli əqdlərdən əmələ gələn öhdəliklərin növlərinin dairəsi məsələsi fərqlilik təşkil edir.Prof. Sabir Allahverdiyev bu öhdəliklərin növləri sırasına özgə işlərinin tapşırıqsız aparma öhdəliklərini də daxil etmişdir. Rüfət Göyüşov isə fikrini əsaslandırır ki, hal-hazırda qüvvədə olan məcəlləmizdə özgə işlərini tapşırıqsız aparma və əsassız varlanmadan yaranan öhdəliklər qanundan əmələ gələn öhdəliklər bölməsində yerləşdirilmişdir. Onun fikrincə mülki qanunvericiliyin bu cür yanaşması əsaslıdır. Çünki hər iki öhdəliyin eynilik təşkil edən əlamətləri var. Bu əlamətlərdən biri qeyd edilən öhdəliklər üzrə kreditorun hüquqlarının təmini üçün qanunun müdaxiləsinin lazımlı olduğunu göstərmək olar. Müsabiqə, oyun və mərclərin keçirilməsində yaranan öhdəliklər üzrə təşkilatçının mövqeyi, onun qəbul etdiyi qərarların üstünlüyü müəyyən edilməklə qarşı tərəfin məhkəməyə müraciəy etmək hüquqları məhdudlaşdırılır. Həmçinin xüsusi mükafatlandırma, müsabiqə, oyun və mərclərin keçirilməsi təşkilatçının iradəsinin nəticəsi olaraq yaranır və müəyyən hüquqi nəticə yaradır.

    Bu öhdəliklərin qanunvericilikdə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq hüquqi cəhətdən tanınır və mühafizə edilir. Bu onunla əlaqələndirilir ki, Mülki Məcəllənin 14.1 və 14.2-ci maddəsinə əsasən həmin öhdəliklər qanunda nəzərdə tutulmayan, lakin ona zidd olmayan və mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquq və vəzifələr doğuran əqdlərdən əmələ gəlir. Mülki qanunvericilik öhdəliklərin əmələ gəlməsini şərtləndirən bütün əqdlərin qəti siyahısını verə bilməz.




    Yüklə 107,84 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə