Traktorçu-maşinistin ixtisas xarakteristikası III dərəcəli traktorçu-maşinist



Yüklə 43,5 Kb.
tarix08.11.2018
ölçüsü43,5 Kb.
#79659

Traktorçu-maşinistin ixtisas xarakteristikası

 

1.III dərəcəli traktorçu-maşinist



 

Bacarmalıdır:

1.1. Traktor nəqliyyat və iki əsas marka (təkərli və tırtıllı) traktorların üzərində quraşdırılmış maşın-traktor aqreqatlarında işləri sərbəst yerinə yetirməyi, taxılyığan və hər hansı marka özüyeriyən xüsusi kombayından biri ilə aqrotexnikanın və istehsalın mütərəqqi texnologiyasının tələblərinə uyğun kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi və yığılması işlərini və onların keyfiyyətli yerinə yetirilməsinə nəzarət etməyi;

1.2. Maşın-traktor aqreqatlarının quraşdırılmasını;

1.3.Kənd təsərrüfatı maşınlarının işçi orqanlarının texnoloji nizamlamalarını yerinə yetirməyi; kənd təsərrüfatı maşınlarının işçi orqanlarını sazlamaq üçün köməkçi avadanlıq və alətlərdən istifadə etməyi;

1.4. İşlədiyi texnikada 1 №-li növbəli və vaxtaşırı texniki xidmət əməliyyatlarını sərbəst yerinə yetirməyi;

        1.5. II dərəcəli təmirçi-çilingər səviyyəsindən aşağı olmamaqla traktor və kənd təsərrüfatı maşınlarının təmirinə aid işləri, usta sazlayıcının, briqadirin və mexanikin rəhbərliyi altında vaxtaşırı 2 №-li və 3 №-li texniki xidmət əməliyyatlarını yerinə yetirməyi;

         1.6. İşlədiyi traktor və kənd təsərrüfatı maşınlarında sadə nasazlıqları sərbəst müəyyən etməyi və aradan qaldırmağı;

         1.7.Maşınqayırma çertyojlarını, sxemlərini və qrafiklərini oxumağı və maşınların istismarına dair təlimatlardan istifadə etməyi;

         1.8. Yerinə yetirilmiş işlərin həcminə görə yanacaq-sürtgü materiallarının məsrəfini və maşının işinin uçotuna görə ilkin sənədlərin (traktorçunun uçot və yol vərəqələri) tərtibatını;

         1.9. Yanacaq, sürtkü, rezin-texniki və digər istismar materiallarını qənaətlə sərf etməyi;

         1.10. Mexanikin və briqadirin rəhbərliyi altında texnikanı qüvvədə olan qaydalara uyğun saxlamağa hazırlamalı;

         1.11. İşləri əməyin mühafizəsi və təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi, istehsalat sanitariyası və gigiyenası və ətraf mühitin mühafizəsi qaydalarına riayət etməklə yerinə yetirməyi, bədbəxt hadisə baş verdikdə zərərçəkənə həkimə qədər ilk tibbi yardım göstərməyi;

 

Bilməlidir:

          1.12. Maşın-traktor aqreqatları ilə aqrotexnikanın və mütərəqqi texnologiyanın tələblərinə uyğun işin yerinə yetirilməsi qaydalarını, xüsusən, intensiv texnologiya ilə işin yerinə yetirilməsi üsullarını, torpağın məhsuldarlığının artırılma yolları və  vasitələrini;

         1.13. İki əsas markalı 30 KN (3 d.g) sinfinə qədər olan traktorların (təkərli və tırtıllı) quruluşunu, iş prinsipini və istismar nizamlamalarını, kənd təsərrüfatı maşınlarının quruluşunu, istismarını və texnoloji nizamlamalarını;

         1.14. Aqrotexniki işlərin yerinə yetirilməsi üçün maşın-traktor aqreqatlarının dəstələşdirmə qaydalarını;

         1.15. Yüklərin daşınmasını;

         1.16. Yerinə yetirdikləri mexanikləşdirilmiş işlərə görə istehsal normalarını  və yanacaq sürtgü materiallarının məsrəfini, mexanizatorların əmək haqqının ödənilməsini, yerinə yetirilmiş işlərin uçotunun əsaslarını;

         1.17. Təsərrüfatlarda, briqadalarda, mexanikləşdirilmiş dəstələrdə əməyin təşkilinin əsaslarını;

         1.18. Maşınların təmiri və texniki xidmət sisteminə dair əsas nizamnamələri, mexanika və materialşünaslığın əsaslarını;

         1.19. Nizamlama meydançalarında aqreqatları nizamlayıb sazlamaq üçün lazım olan alət və qurğuları və onlardan istifadə qaydalarını;

         1.20. Yanacaq-sürtgü və digər istismar materialları ilə davranmağı, traktorların, kombaynların, kənd təsərrüfatı maşınlarının saxlanma qaydasını;

         1.21. Traktorların və kənd təsərrüfatı maşınlarının istismarı prosesində araya çıxan əsas nasazlıqların əlamət və səbəblərini, onların aradan qaldırılma üsullarını;

         1.22. Yanacaq, sürtgü və digər istismar materiallarına qənaət tədbirlərini;

         1.23. Təbiətin mühafizəsinə dair qanunçuluqda əsas nizamnamələri;

         1.24. Traktorlarda və kənd təsərrüfatı maşınlarında işləyərkən yanğından mühafizə təhlükəsizliyi, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarını, istehsal sanitariyası, gigiyenası və həmçinin təsərrüfatda işlədiyi briqadanın (maşının) daxili nizam qaydalarını;

 

2.II dərəcəli Traktorçu-maşinist



(İxtisası üzrə iki ildən az olmayaraq fasiləsiz iş stajı olmalıdır.)

Bacarmalıdır:

          2.1. Bütün əsas marka traktorlarda və bu traktorlarla aqreqatlaşan maşınlarda, taxılyığan, xüsusi kombaynlarda və həmin zonanın təsərrüfatlarında olan stasionar taxıltəmizləyən, qurudan aqreqatları və kompleksləri daxil etməklə digər kənd təsərrüfatı maşınlarında sərbəst işləməyi;

         2.2. Təhlükəsizlik texnikası və yol hərəkəti qaydalarına riayət etməklə müxtəlif yol şəraitində nəqliyyat qatarlarını idarə etməyi;

         2.3. Traktor və kənd təsərrüfatı maşınlarının düyünlərini nizamlamaq və nəzarət əməliyyatlarını sərbəst yerinə yetirməyi;

         2.4. İxtisası III dərəcəli çilingər səviyyəsindən aşağı olmamaqla traktorların, kombaynların və digər mürəkkəb maşınların texniki xidmətinə və təmirinə dair işləri yerinə yetirməyi;

         2.5. Texnikaların saxlama qaydalarına uyğun olaraq, onların saxlamağa sərbəst hazırlanmasını və qoyulmasını;

         2.6. Əmək məhsuldarlığının artırılmasına, traktor işlərinin maya dəyərinin və yanacaq məsrəfinin azaldılmasına istiqamətləndirilmiş qabaqcıl metod və dəstləşdirmə üsullarını tətbiq etməyi və maşın-traktor parkından istifadəni;

         2.7. Heyvandarlıqda yemlərin hazırlanması və paylanması, heyvanların suvarılması və binanın təmizlənməsinə dair mexanikləşdirilmiş işləri yerinə yetirməyi.
Bilməlidir:

          2.8. Təsərrüfatda tətbiq olunan bütün tip traktorların kombaynların və stasionar taxıltəmizləyən, qurudan aqreqatlar və komplekslər də daxil olmaqla digər özüyeriyən və mürəkkəb kənd təsərüfatı maşınlarının təyinatını, quruluşunu, onlara xidməti və onların istismar qaydalarını;

         2.9. Traktor və kənd təsərrüfatı maşınlarında nasazlıqların aşkar edilməsini və aradan qaldırılma üsullarını, eləcə də onların əsas nizamlamalarını;

         2.10. Briqadada və bütünlüklə təsərrüfatda mexanikləşdirilmiş işlərinn planlaşdırma prinsipini;

         2.11. Traktor və kənd təsərrüfatı maşınlarının hissələrinin vaxtından əvvəl dağılmasının əsas səbəblərini;

         2.12. Maşın-traktor parkının texniki xidmətinə dair işlərin yerinə yütirilmə üsullarını, vaxtaşırlığını, həcmini və məzmununu;

         2.13. Texnika saxlamağa qoyulanda və maşın-traktor parkına texniki xidmət aparılanda təbiq olunan əsas texniki vasitələrdən istifadə qaydalarını;

         2.14. Yemlərin hazırlanması və paylanması, heyvanların suvarılması və binaların təmizlənməsi üçün istifadə olunan maşın və avadanlıqların quruluşunu, iş prinsipini və istifadə qaydalarını.

 

3. I dərəcəli Traktorçu-maşinist



(4 ildən az olmayaraq ixtisası üzrə iş stajı olmalıdır.)

Bacarmalıdır:

 3.1. Bütün marka traktorlarda, kombaynlarda, buldozerlərdə, qreyderlərdə, skeperlərdə, traktorun üzərində quraşdırılmış və çalovunun tutumu müxtəlif olan ekskavatorlarda və həmin zonanın təsərrüfatlarında olan stasionar maşın və qurğularda işləməyi;

3.2. Elektrik avadanlıqlarının cihazları, hidravlik sistemlər və mühərriklərin qida sistemləri də daxil olmaqla traktorların, kombaynların və digər kənd təsərrüfatı maşınlarının texniki istismarında bütün əməliyyatları sərbəst yerinə yetirməyi, ixtisası 4-cü dərəcə çilingər səviyyəsindən aşağı olmamaqla traktor və kombaynların aqreqat və düyünlərinin sınağında istifadə olunan avadanlıqlardan, nəzarət ölçü alətlərindən və diaqnostika cihazlarından istifadə etməyi;

         3.3. Ferma və heyvandarlıq komplekslərinin maşın və avadanlıqlarının texniki istismarını və quraşdırma, sökmə işlərini yerinə yetirməyi.


Bilməlidir:

 3.4. Traktorların, kombaynların asma buldozer avadanlıqlarının, qoşma skereperlərin və qreyderlərin, bütün kənd təsərrüfatı maşınlarının, traktorların üzərində quraşdırılan və çalovunun tutumu müxtəlif olan ekskavatorların quruluşunu və istismar qaydalarını, həmçinin heyvandarlıq və ferma komplekslərinin maşın və avadanlıqlarının quruluşunun əsas prinsipini, digər stasionar qurğuların işini;

         3.5. Maşın-traktor parkının xidmətində istifadə olunan texniki vəsaitlərin (texniki xidmət aqreqatları, avtosəyyar emalatxanalar, diaqnostika cihazları, yanacaq dolduran maşınlar) təyinatını və iş prinsipini;

         3.6. Usta sazlayıcının biliyi səviyyəsində maşın-traktor parkının texniki xidmətinin və təmirinin təşkilini;



         3.7. Texnikanın nizamlanması və sazlanmasında, təmir işlərində, aqreqat düyün və mexanizmlərin sınağında tətbiq olunan nəzarət-ölçü cihazları və avadanlıqlarının quruluşunu;

 

Qeyd: Yol hərəkəti haqqında qanunvericiliyi, yol hərəkəti qaydalarını və bu qaydaların pozulmasına görə inzibati məsuliyyəti, qəza hadisələri baş verdikdə texnika sürücülərinin düzgün davranışına aid qaydaları və bu hadisələr zamanı zədə almış şəxslərə ilk tibbi yardım (həkimdən əvvəl) göstərilməsinin üsullarını hər üç ixtisas dərəcəsinə aid olan traktorçu-maşinistlər bilməlidir.
Yüklə 43,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə