Qriqori Petrov a ğ zanbaqlar



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix08.08.2023
ölçüsü1,13 Mb.
#120427
1   2   3   4   5   6   7   8   9   ...   23
ag-zanbaqlar-olkesi-az Mir.az

2
Qəhrəmanlar və kütlə 
Bir sıra ölkələrdə müşahidə edilən böyük dağıntılar, dəhşətli 
sarsıntılar və bir sıra başqa ölkələrin timsalında gerçəkləşən 
həyatın düşünülmüş şəkildə harmoniyaya uyğunlaşması kimi 
işıqlı örnəklər yalnız o dövləti idarə edən zəka sahiblərinə: 
nazirlərə, krallara və ya parlament deputatlarına aid deyildir. 
Bütün bu hadisələr həm də, xalqın arasından çıxmış, aşağıdakı 
kimi qruplaşdırıla bilən hər bir insana və vətəndaşa aiddir: 
-
 
Kişilər və qadınlar;
-
 
Yaşlılar və gənclər;
-
 
Şəhərlilər və kəndlilər;
-
 
Başını işlədənlər və qabarlı əlləriylə əməyə qatla-
şanlar.
Ölkələrin gücü və ya zəifliyi, xalqların çiçəklənməsi və ya 
solması yalnız ölkə hakiminin ədalətli və ya zalım olmasından 
asılı deyil. Hakimlər - xeyirxah və xəbis, qəhrəman və ya alçaq 
olmasından asılı olmayaraq - həmişə öz xalqının içindən çıxır, 
onunla bir olur. Onlar - xalq ruhunun əksidir. Onlar - öz xalqının 
törəməsidir. Onlar həmişə öz xalqları 
11 


kimi olurlar. Ona görə də, çoxdan deyilən bu söz doğrudur ki, 
istənilən xalqın hakimiyyəti və hakimi özünə layiq olur. 
Yetərincə başa düşülməməsi təəssüf doğuran bu həqiqəti 
incələmək və sübut etmək üçün, icazə verin sizə, bir köhnə 
fəlsəfi-tarixi mübahisəni xatırladım. 
Sual: Xalqların tarixini kim yaradır? Dövlətin və bü-
tün insanlığın həyatındakı böyük hadisələri kim hərəkətə 
gətirir? Onlara kim istiqamət verir? Bütün bunları ayrı-
ayrı şəxslərmi gerçəkləşdirir, yoxsa bu, ingilis mütəfəkkiri 
Karleylin adlandırdığı kimi, qəhrəmanların işidir? Bəlkə 
bunları bütün xalqın birgə səyiylə, xalq kütləsinin coşqun 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə