TIBB BACISI - Mən sizə telefon təşkil edərəm. Ancaq gərək danışıq pulunu da
xərclərin üstə əlavə edək.
KIġI - Eyibi yox, gətir telefonu. Daha manat qovan yer deyil.
Tibb bacısı gedir.
KIġI - (Yenə zarıyır.) Of canım... ölürəm, ölürəm...
BIBIOĞLU - Çox ağrıyır?
KIġI - Heç dözə bilirəm ki. Zarafat deyil, beynim silkələnib, qolum
qırılıb, ayaq sümüyüm çatlayıb. Köpəkoğlu quduz it kimi cumdu üstümə, neçə
dəfə qaldırıb çırpdı məni pilləkanların betonuna. Hələ yaxşı ki, qonşular yığışıb
gəldilər səs-küyə. Bir təhər araladılar quduz iti məndən.
TIBB BACISI -
(Əlində cib telefonu gəlir.) Buyurun, danışın, nə qədər istəyirsiniz.
Ancaq qoy sistemi yığışdırım daha. (Sistemi onun qolundan açıb kənara qoyur,
çıxıb gedir.)
KIġI -
(Bir təhər dikəlir, yastığa söykənib oturur. Bibioğlunun nömrə
yığıb verdiyi telefonu qulağına tutur.) Əloo...
Səhnənin digər küncündə əlində telefon dəstəyi tutmuĢ ARVAD iĢıqlanır.
Arvad... Bilirsən də vəziyyəti.xəstəxanalıq olmuşam. Hələ bir həftə, on gün
yatmalıyam burda. Sən evi, uşaqları tək qoyub gəlib-eləmə buralara.
Cöngəni satdır, tez pulu göndər. Balnisiyanın xərcini ödəməliyəm.
ARVAD -
(Əsəbi.) Eee... a kişi, bu nə işdi başına gətirmicən? Höcətliyindən
heç vaxt əl çəkmirsən də. Indi mən nə edim? Mən cöngə satanam? Bir də ki, o
cöngəni biz axı kiçik oğlumuzun toyuna saxlamışdıq.
KIġI -
(Hirslənir.) Ay tünbətünün qızı! Məni cin atına mindirmə. Indi mən
toy hayındayam? Sənə deyirəm ki, işə düşmüşəm, balnisiyada canımla
əlləşirəm, pul lazımdı mənə. Özün sata bilmirsən, heç olmasa qonşuya satdır,
pulunu göndər. (Telefonun düyməsini basaraq Bibioğluna.) Gördün arvadın
hikkəsini? Görüm səni lənətə gələsən, ay arvad!
ALTINCI FRAQMENT
Tibb bacısı yanında bir nəfər kiĢi içəri girir.
11
TIBB BACISI - Dayıcan, polisdən müstəntiq gəlib, sizi görmək istəyir.
(Gedir.)
KIġI - Eh, mənim nəyimi görəcək ki?
MÜSTƏNTIQ - Vətəndaş, sizi kim bu hala salıb?
KIġI - Kim olasıdı? Sizin o kapitan Adıgözəlovun oğlu.
MÜSTƏNTIQ -Kapitan Adıgözəlovun oğlu niyə sizi bu hala salıbdı?
KIġI -Atası qozumu yemişdi, mən də getmişdim pulumu istəməyə...
MÜSTƏNTIQ - (Heyrətlə.) Nəyini yemişdi?..
KIġI - (
Bərrkdən, heca-heca.) Qo-zu-mu! Qozumu. Gözlərini niyə
bərəldirsən, olanı deyirəm də...
MÜSTƏNTIQ -Necə yəni... siz indi, deyirsiz, nədi o, qozsuz qalıbsız?
KIġI - Yox, səkkiz kilo iki yüz qramı qalır.
MÜSTƏNTIQ -
(Yuxudan ayılmaq istəyirmiş kimi başını silkələyir.) başa düşmədim,
deyirsiz, kapitan yarısını yeyib , hələ səkkiz kilosu da qalır?
KIġI - Nədi, inanmırsan?
(Yenə bərkdən.) Düppədüz səkkiz kilo iki yüz
qramı qalır. Öz tərəzimlə şəkmişəm. Əvvəl on kilo idi, düppədüz on kilo.
MÜSTƏNTIQ -
(Ağzı açıla qalır.) On kilo?... Siz onu niyə çəkirdiniz? Yəni, olurmu
belə, adam durur, bir şeyini çəkir? Olmaya ürəyinizə dammışdı ki, nə vaxtsa
bununn bir qədərini itirəcəksiniz. Ona görə də çəkirdiniz ki, nə qədəri gedib?
KIġI -A kişi, sən nəyə işarə vurursan?.. Mən qoz deyirəm, qoz, qoz,
girdəkan. Başa düş, kapitan Adıgözəlov yedi qozumu. Düz bir kilo səkkiz yüz
qramını. Mən də pulumu istədim. Bazar qiymətilə, yəni üç manat səksən
qəpiyimi. Oğlu da döyüb məni bu hala saldı.
MÜSTƏNTIQ -İnana bilmirəm, adam gedir polisdən pul istəyir. Demək, qurd ürəyi
yemisənmiş... Belə kişilər də olurmuş. (Başını yırğalaya-yırğalaya çıxıb gedir.)
BIBIOĞLU - Eh, dayıoğlu, mən belə görürəm ki, işlər get-gedə cəncələ düşəcək.
Gəlib-gedəcəklər, sorğu-suallar , izahatlar, nə bilim, daha nələr...
TIBB BACISI -
(Gəlir.) Kapitan Adıgözəlov buyurub.
(Gedir.)
KAPITAN ADIGÖZƏLOV -
(Əsəbi halda içəri girir.) A kişi, sən nə abırsız
adamsanmış! Bu nə biabırçılıqdı çıxartmısan?! Məni rüsvay eləmisən. Utanıb
yerə girsənə! Gedibsən evimə, arvadıma deyibsən ki, ərin mənim qozumu yeyib.
Tfu səni! Həyasızın biri, həyasız!
12