KIġI - Düz eşitdiniz, düppədüz. Yeyib də, şeyimi, qozumu.
KAPITAN ADIGÖZƏLOVUN ARVADI - Nə isə... inana bilmirəm. Çoxmu incidiniz?
KIġI - Əlbəttə ki incidim. Kəndçiliyimdən istifadə edib başlayır qozumu yeməyə.
Ən çox da ona görə incidim ki, təkcə özü yemədi, smenşikinə də pay
götürdü. Lap görməmiş kimi, ac qurd kimi daraşmışdı.
KAPITAN ADIGÖZƏLOVUN ARVADI - Aman Allah, mən elə əvvəldən kişilər haqda
yaxşı fikirdə deyildim. Xətrinizə dəyməsin, bunun sizə aidiyyatı yoxdu. Belə bir
ərim olduğu üçün xəcalət çəkirəm.
KIġI
- Elə mən də xəcalət çəkirəm. Əriniz mənə məxsus olan şeyi yeməsəydi heç
vaxt bu qapıya gəlməzdim.
KAPITAN ADIGÖZƏLOVUN ARVADI - Özü də iyrənc bir şeyi.
KIġI - İyrənc niyə? Mənim şeyim, yəni qozum gül kimiydi. Şəhərə gəlməmişdən
əvvəl təmiz olsun deyə paraşoklu suda yumuşdum, yaxşı görünsün deyə lap
kükürdləmişdim də.
KAPITAN ADIGÖZƏLOVUN ARVADI - Utanmırsınız? Bunun danıçığına bir bax!
Kişilər hamısı bir bezin qırığı imişlər, elə siz də. Öz şeyinizi gedib məhrəm
adamlarınıza tərifləyərsiniz. Ağrıyan başımı bir az da ağrıtmayın. Yaxşı, indi
mən nə etməliyəm sizin üçün?
KIġI - Ziyanı ödəməlisiniz.
KAPITAN ADIGÖZƏLOVUN ARVADI - Xeyr! Elə şey yoxdu! Özü yeyib, zəhmət
çəkib özü də ödəsin. Oğlum! (Geri dönüb oğlunu səsləyir.) Ay oğul, bir bura
gəl.
KAPITAN ADIGÖZƏLOVUN OĞLU - (Əlində bülöv daşı və mətbəx bıçağı bir-birinə
sürtə-sürtə gəlir.) Eh, ay ana, görmürsən əlimdə işim var.
KAPITAN ADIGÖZƏLOVUN ARVADI - Atan bir qayda olaraq doldşıq işlərdən əl
çəkmir. Ancaq bu dəfə lap uzağa gedib. Bu adamın harasınısa yeyib. Başımı
itirmişəm daha. Bildiyim bircə budur ki, burda mənlik bir iş yoxdu.
KAPITAN ADIGÖZƏLOVUN OĞLU - Atam nəyini yeyib?
KIġI - Qozumu.
KAPITAN ADIGÖZƏLOVUN OĞLU - Necə yəni qozunu?
(Dartınıb dimdik durur.)
KIġI - Bunun necəsi olmur ki, yedi də, vəssalam, şüttamam.
KAPITAN ADIGÖZƏLOVUN OĞLU - Belə... tamam, yerli-dibli?
8
KIġI - Yox, bir kilo səkkiz yüz qramını.
KAPITAN ADIGÖZƏLOVUN OĞLU - Ay oğrəş!
(Qışqırır.) Sənin həngamən nə
boydadı ki, atam da onun iki kilosunu yeyə?!
KIġI - Oğraş sənin atandı ki, sənin kimi oğlu var.
(Qıçqırır.) Nədi, deyirsən indi
yalan söyləyirəm? Yeməyib?
KAPITAN ADIGÖZƏLOVUN OĞLU - (Bülöv daşını anasına uzadır.) Sən bu daşı
saxla. (Bıçağı irəli tutub kişinin üstünə gedir.)
Qoy mən bu yaramazın dərsini verim!
KAPITAN ADIGÖZƏLOVUN ARVADI - Oğul! Sən nə etmək istəyirsən? Dəli
olmusan, nədi? (Oğlunun qolundan tutub dartır.)
KAPITAN ADIGÖZƏLOVUN OĞLU - Çəkil!
(Anasını geri itələyir.)
KIġI -
(Özünü sındırmadan döyüşçü vəziyyəti alır.) Hə, gəl, gəl görək o bıçaq
sənin qarnında olacaq, yoxsa mənim? Deyəsən, hələ bilmirsən mən kiməm.
KAPITAN ADIGÖZƏLOVUN ARVADI - Oğul!
(Qıçqırır.) Oğul! Dayan! Başımıza oyun
açarsan. Dayan deyirəm sənə! Nahaq dalaşırsan, günah atanda olub, o adamın
şeyini yeməyəydi.
Kapitan Adıgözəlovun oğlu ilə kiĢi süpürləĢir.
Kömək edin! Tez gəlin! Onlar bir-birini öldürəcəklər. Aman! Tez gəlin,
köməyə gəlin! (Arvadın qışqırığı dəhlizi bürüyür.)
KiĢi kapitan Adıgözəlobun oğlunun qolunu burub bıçağı havaya qaldırır,
bıçaq yerə düĢür. Səhnə qaranlıqlaĢır.
Qaranlıqda arvadın harayı davam edir. Toppultular, guppultular, “ah-uflar”
eĢidilir. Səsə qonĢular gəlir deyəsən.
- Ah, burda nə olub?
- Görmürsən öldürürlər bir-birlərini.
- Ayırın onları!
- Quduz it kimi boğuşurlar
- Aa... polisə zəng edin.
- Yazıq kişini leş uzatdı gedə. Heç olmasa təcili yardım çağırın, bəlkə
ölməyə.
Təcili yardım sirenası və miqalkası.
9
BEŞINCI FRAQMENT
ĠĢıqlaĢanda – xəstəxana. KiĢi baĢı, qolu-qıçı sarıqlı halda uzanıb. Bibioğlu
yanında oturub. Tibb bacısı qoĢulmuĢ sistemi nizamlayır. KiĢi zarıyır.
TIBB BACISI -Daha az qalıb, bir az da dözün.
(Bibioğluna.) Bir gözünüz burda
olsun. Nasazlıq hiss edən kimi məni səsləyin. (Gedir.)
KIġI - Ay Allah, bu nə iş idi gəldi başıma? Pulumu vermək əvəzinə döyüb
bu hala saldılar məni.
BIBIOĞLU - Eh, mən sənə demədimmi ki, getmə ora, sənə pul-zad verən
deyillər. Cəmi-cümlətanı dörd manatı qovurdun, indi gör neçə manata
çıxacaqsan burdan.
KIġI - Yastığın altına bax, medsestra qəbz yazıb verib. Bütün xərcləri
cəmləyib. Dərman pulu, müalicə pulu, nə bilim daha nə, nə...
BIBIOĞLU -
(Qəbzi götürüb baxır, heyrətdən fit çalır.) Düppədüz iki yüz doxsan
doqquz dollar. Özü də dollarla ha.
KIġI - Bu köhnə pulnan nə qədər eləyir?
BIBIOĞLU - Hardasa paşka yarıma yaxın.
KIġI - Oh... özü də deyir ki, pulu ödəməsən səni burdan buraxan deyilik.
Nə qədər artıq qalsan əlavə xərclər də üstə gələcək. Hələ əvvəlki borcun faizi...
Bəs deyirdilər xəstəxanalar pulsuz olub.
BIBIOĞLU - Eh, sən də nə qoyub nə axtarırsan?.. Bura özəldir... Bəs nə edək
indi? Bu qədər pulu hardan tapaq?
KIġI - Arvada zəng etmək lazımdı. Ipdə bir cöngə var, qoy onu satsın.
BIBIOĞLU - Dünən telefonla danışdım, əhvalatı söylədim. Amma pul barədə bir
söz demədim.
KIġI - Telefon olsaydı özüm danışardım. Başqasının sözünə məhəl qoyan
deyil.
Bir az öncə gəlib sistemi yoxlayan tibb bacısı bu söhbəti eĢidir.
10