KIġI - Yazdım, əcəb elədim. Pulumu verməsən lap Bı Mı Tı –ya da
yazacağam.
KAPITAN ADIGÖZƏLOV - Demək, mənimlə prinsipə girmisən. Pulunu verirlər,
ancaq götürmək istəmirsən. Şəxsən mənim özümün verməyimi tələb edirsən.
İndi ki, belə oldu, verməyəcəyəm! A kişi, sənin xaraban yoxdu? Nə veribsən, ala
bilmirsən? Çıx get də kəndinə! Yıxılıb bura ki, beyni silkələnib guya, qolu-qıçı
sınıb, qırılıb. Ay sən öləsən!... İndi ki belədi, deyirəm sənə, oğlumu əzib
şil-küt eləmisən. Vəhşinin biri! O incə-mincə uşaq idi. Get gör nə hala salmısan
yazığı.
Bu vaxta qədər mən abırıma salıb dinmirdim, şikayət etmirdim. İndi ki, belə
oldu... gözlə özünü. Ya sənə verən Allah, ya mənə verən... (Əsəbi halda çıxıb
gedir.)
TIBB BACISI - (Əlində iri bir şpris gəlir.) Uzanın, iynənizin vaxtı keçir.
KIġI - Of... yenə o zəhrimar?.. (Dinməzcə yerinə uzanır.)
Tibb bacısı onun yanına iynə vurur.
KiĢi ağrıdan uguldayır.
TIBB BACISI - (İynənin yerini ovxalayaraq.) Bir az dözün, ağrı indi ötüb keçəcək.
KIġI - Ah, haçan qurtaracağam bu ağrı-acılardan?.. Nə oldu, cənab nazir
cavab vermədi? Deyirdin bəs bütün yazdıqlarım bir dəqiqə sonra onun stolunun
üstə olacaq.
TIBB BACISI - Hələ ki , bir cavab yoxdu. (Gedir.)
ONU NCU FRAQMENT
MÜSTƏNTIQ - (Daxil olur.) Hə, vətəndaş, məsələ yavaş-yavaş aydın olur.
KIġI - (Sevincək.) Deyirəm də, hər halda dünyada haqq-ədalət var.
MÜSTƏNTIQ - Bəs necə?.. Cinayət yerdə qala bilməz. Deməli, siz kapitan
Adıgözəlovun oğlunu döyüb yalandan gəlib özünüzü yıxmısınız bura ki, guya o
döyüb sizi, sümüklərinizi qırıb, nə bilim, daha nə edib... Mən sizin sənədləriniz
tanış oldum. Orda elə bir ciddi xəta qeyd edilməyib, ancaq kapitan Adıgözəlovun
oğluna ekspert həkimlərin verdiyi arayışa görə... (Qovluqdan bir kağız çıxardıb
oxuyur.) arayışa görə... siz onun iki qabırğasını qırmısınız, beyin sümüyünü
qırmısınız, elə vurmusunuz ki, yazığı, beş litrə qədər... (Duruxur.) yox, bu yəqin
səhv düşüb, üç olsun, üç litrə qədər qan itirib, bir gözü, bir qulağı, bir burnu
17
zədələnib.
Bütün bunları əldə əsas tutaraq məhkəmə cinayət Məcəlləsilə sizi təqsirli hesab
edib və sizə qarşı qəti həbs cəza tədbiri tətbiq olunması məsələsini irəli sürüb,
lakin hal-hazırda xəstəxanada yatdığınızı nəzərə alaraq bunu siz burdan
çıxdıqdan sonra həyata keçirtməyi qərara alıb. Vəssalam, şüt tamam. Belə-belə
işlər, vətəndaş Atakişiyev Balakişi Qarakişi oğlu...
KIġI - Nə?! Siz nə danışırsınız? Qozumu yeyənlər qıraqda qalacaq,
türməyə mən gedəcəyəm?
Heç belə iş olar?
Tibb bacısı kiçik padnosda dərman gətirir.
MÜSTƏNTIQ - (Tibb bacısına.) Mən gedirəm. Bu xəstəni xüsusi nəzarətdə saxlayın.
Qaçıb - eləməsin. Məhkəmə ona həbs qəti imkan tədbiri görüb. Əks təqdirdə
cavabdeh sizin xəstəxananız olacaqdır. (Grdir.)
TIBB BACISI - Görürsüz, siz bizim başımıza nə oyunlar gətirirsiniz?.. İndi gərək
mən sizin yanınızdan ayrılmayım ki, qaçıb - eləməyəsiniz.
MÜSTƏNTIQ - (Qayıdıb gəlir.) Narahat olmayın, sizin işinizi indi mən
yüngülləşdirəcəyəm. Tez mənə bir kəndir tapıb gətirin.
TIBB BACISI - (Təəccüblə.) Kəndir?
MÜSTƏNTIQ - Hə, hə, kəndir. Bu kişinin əl-qolunu sarıqlamaq lazımdı. Sizə də
etibar eləyə bilmirəm. Qadın xeylağının ürəyi yumşaq olur, kişi sizə dil tökər,
pəncərədən də varsa onu qaşırdarsınız.
Tibb bacısı dinməzcə gedir.
KIġI - (Sarsılmış halda.) Ay müstəntiq, siz nə danışırsınız, bu ayaqla,
bu qol-qıçla mən hara qaça bilərəm ki? Bir də ki, mən nə üşün qaçmalıyam
axı? Mən onların qozunu yeməmişəm ki, onlar yeyib mənim qozumu. Məni necə
həbs edə bilərlər? Mən... mən... respublika prokuroruna yazacağam, nədi onun
adı, heyf ki, adını bilmirəm. Bu işdə mənim günahım yoxdu, vallah, mənim
günahım yoxdu.
Tibb bacısı kəndir tapıb gətirir. KiĢinin əl-qolunu bağlayaraq özünü də
çarpayıya sarıqlamaqda müstəntiqə kömək edir.
(Daha bərkdən.) Siz necə insanlarsınız? Deyirəm, bu işdə mənim günahım
yoxdu, heç kim inanmır. Qozumu yeyənlər öz keyfindədir, amma görün mənim
başıma nə oyunlar gətirirsiniz. Yox, yox, mən dünyasında bu haqsızlığı yerdə
qoya bilmərəm.
MÜSTƏNTIQ - Hə, nə istəyirsiniz edin, hara istəyirsiniz yazın – indi söz azadlığıdır.
18
Mən isə daha arxayınca gedə bilərəm. (Üst-başını səliqəyə salıb gedir.)
KIġI - Mən yazacağam, mütləq yazacağam, lap o Bı Mı Tı –ya qədəp.
TIBB BACISI - (Əsəbi.) Ee, siz nə təhər adamsınız? İndi nəyinizisə yeyiblər deyə
aləmi çaxnaşdırırsınız. Durub burdan BMT-yə yazacaqsınız ki, qozumu yeyiblər?
Heç utanmırsınız, a kişi?
O Amerikadakıları da rahat oturmağa qoymayacaqsınız? Sizin kimiləridi də,
dövlətimizi hər yerdə hörmətdən salanlar. Xalqın o boyda Qarabağ dərdi var,
buna bir əlac qıla bilmirlər. Bu da deyir qozumu yeyiblər, qozumu yeyiblər...
KIġI - (Hirsindən özünü güclə saxlayır.) Eh, qız uşağısan, indi mən sənə
nə deyim? Əgər sənin bir şeyini yesəydilər, vallahi, dünyanı dağıdardın.
Dövlətin, xalqın qeyrıətini çəkən olub mənim üçün. Sən mənim halıma yan.
Qozumu yedilər, pulumu da vermədilər, üstəlik özümü də döyüb xəstəxanaya
saldılar. Müstəntiq də gəlib həbs hökmü oxuyur. Əl-qolumu da çarpayıya
sarıqlayır ki, birdən qaçıb – eləyərəm. Sən də gündə bir qəbz yazıb gətirirsən -
borcun bu qədər, borcun bu qədər... Cöngəni də satdırdım, o da ödəmir. Bəs
sonra nə olacaq?
TIBB BACISI - Ee, mən nə bilim nə olacaq. Yaşlı kişisən, ağlını itirməyəydin.
(Gedir.)
ON BIRINCI FRAQMENT
BIBIOĞLU - (Gəlir.) Eh, dayıoğlu... işləri yaman qarışdırmısan... (Kişini
çarpayıya sarıqlanmış halda görüncə böyük bir heyrətlə.) Bay... bu nədi belə?
Kim sarıqlayıb səni bura?
KIġI - Müstəntiqin hoqqasıdı. Mənə həbs hökmü oxuyub. Özümü də
bura sarıqlayıb ki, birdən qaçıb çıxaram aradan.
BIBIOĞLU - Yox, bunların işi lap ağ oldu... Böyük cinayətkarları heç belə
sarıqlamırlar. (Kəndiri açmağa çlalışır.)
KIġI - Toxunma. Bunu da bir bəhanə edəcəklər. Görək axırı nə olur?
BIBIOĞLU - Nə olasıdı ki? Sözümə qulaq asmadın, sənə yüz dəfə dedim ki,
getmə bu işin dalınca. İndi müstəntiq məni qapıda görüb heç bilirsən nə dedi?
(Müstəntiqi yamsılayırmış kimi.) “Kapitan Adıgözəlovun ekspertdən aldığı rəyi
məhkəməyə ötürməliyəm. Amma bir neçə gün gözləyə bilərəm.” Bilirsən də, bu
nə deməkdir.
KIġI - (Fikrə gedir.) Beş-on dənə qoyunum var. Yəni deyirsən onları da
satdırıb bu müstəntiqin ağzını yumaq?
19
BIBIOĞLU - Başqa çarəmiz yoxdu. Iş məhkəməyə getsə, iki o qədər qoyun
lazım olacaq.
KIġI - (Az qalır ulasın.) Ufff... bu nə bəla idi düşdüm, Allah?.. Qonşuya
rast gəldiyim günə, metroya girdiyim günə daş düşəydi, daş, qara bir daş...
Tibb bacısı əlində yenə telefon gəlir.
(Telefonu qulağına tutub əsəbi halda, bərkdən.) Əlooo! Nə olub?
ARVAD - Mən soruşmalıyam səndən, nə təhəri oldu? Canını qurtara bildin?
Görüm qıçın sınaydı sənin, metroya girdiyin yerdə, qatarın altına düşəydin...
KIġI - Ay arvad, bayquş kimi ulama. Vəziyyət gərgindi. Belə getsə,
xəstəxanadan çıxan kimi tutacaqlar məni.
ARVAD - Nə? Nə dedin? Başa düşə bilmirəm, sən orda nə qələtlər eləmisən
ki, əl çəkmək istəmirlər səndən.
KIġI - Heç bir qələt-zad eləməmişəm. Sadəcə, axmaq bir işə
düşmüşəm. Pul lazımdı. Qoyunları da satdır.
ARVAD - Nə?.. a kişi, sən nə danışırsan? Bəs qoyunları sənin üçün ehsanlıq
saxlamamışdıq? Sabah yıxılıb ölsən bəs üstündə nə kəsəcəyik? Bəlkə deyirsən
üstündə heç ehsan-zad verməyək? El içində rüsvay, zəlil olaq? Adamlar
gəlsinlər ehsan yeməyə, biz də deyək ki, üzr istəyirik, ehsan verə bilmirik, ona
görə ki, rəhmətlik kişi ehsanlıq qoyunları satdırıb puluna Bakıda veyillənib,
metroda gəzib keyf eləyib özüyçün...
KIġI - (Elə hirslənir ki, bağlandığı qatlama çarpayı ilə ayağa qalxır.)
Tfuuu, sənin zatına lənət!! Mən nə haydayam, bu nə hayda, nə hayda! Arvaddı
ki, arvad. Elə bilir pulları havaya sovurmaqdan ötrü ürəyim gedir. Sən
görmürsənmi ki, cöngəni, qoyunları ədalət yolunda qurban verirəm. Eyibi yox,
təzə cöngə də almaq olar, qoyun-quzu da almaq olar. Ancaq haqq-ədalətin
bərpası, təntənəsi hələm-hələm ələ düşən deyil. Heç məni də təzədən tapmaq
olmaz.
Bibioğlu onu sakitləĢdirir, yerinə uzadır.
Səhnə qaranlıqlaĢır.
Yenə təcili-yardım maĢınının sirenası, miqalkası.
KIġININ SƏSI - Görəsən indi hansı yazığın qozunu yeyib özünü də döyüblər?
Qardaş, sən də möhkəm dayan, sən də bir yandan giriş. Biz bu qanmazlara
qandırmalıyıq ki, azad, müstəqil dövlət qurmuşuqsa, belə dövlətdə heç kim heç
20
kimə təcavüz etməli deyil, heç kim heç kimin qozunu yeməli deyil. Eşidirsıənmi
məni, qardaş? Möhkəm dayan!..
Sirena uzaqlaĢır, lap uzaqlardan eĢidilir. Lakin miqalka səhnəni iĢıqlandırıb-
söndürməkdə davam edir.
ON IKINCI FRAQMENT
KiĢi yenə Tibb bacısına nə isə diqtə edir.
Bibioğlu KiĢi ilə nə barədəsə mübahisə aparır.
Müstəntiq KiĢini sorğu-suala tutur.
KiĢi telefonda danıĢır. Hərdən əsəbi halda əl-qol atır, kiməsə nəsə baĢa
salmağa çalıĢır.
Bütün cəhdləri sanki boĢa gedir, ufuldayıb çarpayıya çökür, baĢını əllərilə
tutaraq oturub qalır.
Bütün bu lal səhnəni KiĢinin səsi müĢaiət edir.
KIġININ SƏSI -Bakı bahalı şəhər imiş. Pul çatdıra bılmırəm. Cöngənin pulu,
qoyunların pulu haqqın qələbəsi üçün kifayət etmir. Ona-buna zəng edirəm,
ağız açıram, bopcuna pul əldə etmək istəyirəm. Pul yoxdur. Olanlar da vermək
istəmirlər. Elə bilirlər ki, öz keyfim üçün istəyirəm. Daha yazıqlar bilmırlər ki,
Bı-Mı-Tı-dan tutmuş respublıka prokurorluğuna qədər müraciət edirəm,
yalvarıram, yaxarıram, günahsız olduğumu sübuta çalışıram. Bir faydası yoxdur.
Elə bil dənizə daş atırsan, cavab verən yoxdu, halımı başa düşən yoxdu ki,
yoxdu.
Kim bilir, bəlkə də lənətə gəlmiş bu tibb bacısının faksıdı, maksıdı düz işkləmir,
heç yana heç nə gedib çıxmır. Bəlkə də o məni aldadıb dolayıb. Yoxsa hər
halda insan taleyinə cavabdeh bu vəzifəli adamlar bu qədər laqeydlik
göstərməzdilər. Kim bilir...
QaranlıqlaĢır.
21
ON ÜÇÜ NCÜ FRAQMENT
Xəstəxana çarpayısı həbsxana çarpayısı ilə əvəz olunur.
KiĢi çarpayıda oturub əlində bir neçə qoz atıb-tutur.
KIġI - (Yarım sərsəm halda.) Ay qozum, qozum, gözəl, şəkər qozum,
yağlı qozum, dadlı qozum, səni yedilər, yedilər səni, yedilər, pulunu da
vermədilər... pulunu vermədilər, məni döydülər, döydülər məni, söydülər, sonra
da bura atdılar... İndi nə edək, nə edək, ay gözəl, şəkər qozum, yağlı
qozum,dadlı qozum... (Sərxoş kimi gəzişir.) Səsimə səs verən yox... cöngə də
getdi, qoyunlar da getdi, pullar da getdi. Oğlumun toyuna cöngə lazımdı, öləndə
ehsanıma qoyun lazımdı. Ay qozum, qozum mənim...
SƏS - Müttəhim Atakişiyev Balakişi Qarakişi oğlu, ziyarətçiniz var.
KiĢi təəccüblə səsə qulaq asır.
Elə bu an kapitan Adıgözəlovun arvadı və oğlu kamerada görünür.
Qulağına musiqi səsi gəlir. Bu həmin musiqidir ki, kapitan Adıgözəlovun
qapısına gedərkən içəridə səslənirdi.
KiĢi duruxub qalıb. Sanki özünü yenə kapitan Adıgözəlovun qapısı ağzında
hiss edir.
KAPITAN ADIGÖZƏLOVUN ARVADI – Qardaş,bağışla bizi. Mənə hər şey aydın oldu.
Sənin günahın yoxmuş. Lənətə ğəlmiş ərim edibmiş hər işi. Doğrudan da sənin
qozunu yeyib pulunu verməyibmiş. Üstəlik oğlum da səni döyüb şil-küt edib.
Bağışla, bağışla sən Allah bizi. Qovdum onu evdən. Əvvəl-axır baş verməliydi bu
iş bir gün.
Oğluma da, görürsən ki, heç nə olmayıb. Yalandan gedib ekspertdən rəy alıb ki,
guya sən onu döyüb qol-qabırğasını qırmısan. Ərizəmizi geri götürmüşük. Bu
gün-sabah səni azad edəcəklər. Çıxıb gedərsən evinizə.
KAPITAN ADIGÖZƏLOVUN OĞLU – Ancaq bizi bağışla, dayı. Sonradan başa düşdüm
ki, səndə heç bir təqsir yox imiş. Mən də özümdən çıxdım, qızışdım, bir-iki
dənə ilişdirdim sənə. Xəstəxanaya düşdün. Eşitmişik hamısını. Evində nə varsa
satdırıb xərcini ödəmisən. Buyuyr. (Bir zərf uzadır.)
Sənə dəymiş bütün maddi ziyan bizlikdi. Mənəvi ziyana görə isə dönə-dönə üzr
istəyirik. (Dönə-dönəbaş əyir.)
22
KiĢi özünü itirmiĢ halda çaĢqın-çaĢqın baxa-baxa qalıb.
KAPITAN ADIGÖZƏLOVUN ARVADI – (Təbəssümlə.) Amma öz aramızdı, əla
qozunuz varmış ha...
Ərim smenşikin adına götürdüyü qozları heç kimə verməyib evə gətirmişdi.
Özümüzü saxlaya bilməyib yedik o qozları. Çox dadlı qozlar imiş. Nə olar, o
qozlardan bir on kilo gətir bacına. Bu da pulu, bəri başdan verirəm. Artıqlaması
ilə. Ünvanı da ki, daha özün bilirsən.
KiĢi yenə çaĢqın-çaĢqın baxır. Gördüklərinə, eĢitdiklərinə inana bilmir. Sanki
bilə bilmir yuxu görür, ya onu qara basır.
Yenə təyyarə uğultusu. BaĢını səsə doğru qaldırır. Uğultu get-gedə yaxınlaĢır.
Bir də görür ki, kamerada özündən baĢqa heç kim yoxdur. Əlindəki pul zərfi
də yoxa çıxıb. Təəccübindən çiyinlərini çəkir.
Təyyarə sanki lap onun baĢı üstündən keçir.
KIġI - (Qeyri-adi bir tərzdə əllərini təyyarənin ardınca uzadaraq.) Hara
uçur bu adamlar görəsən belə?.. (Qışqırır.) Ehe-he-heeey! Hara uçsanız, hansı
şəhərə getsəniz də, metroya minməyin ha!.. Məni eşidirsinizmi? Metroya
minməyin ha! Metroya minməyin! Metroya minməyin! Metroya
minməyin...
KiĢinin səsi əks-səda verir.
UzaqlaĢan təyyarənin səsi elə bil göy gurultusuna çevrilir. Külək səsi, yağıĢ
səsi tədricən qaranlıqlaĢan səhnəni bürüyür.
Bütün səslər içində KiĢinin harayı hələ də eĢidilməkdədir:
“Metroya minməyin! Metroya minməyin ha!..”
S O N
Füzuli YAVƏR
ser.f.yaver@mail.ru
Dostları ilə paylaş: |