9
lisenziyaları əllərindən alınmış vəkillərin hüquqlarını bərpa etmək də daxil olmaqla, QHT-lər,
insan hüquqları müdafiəçiləri və vəkillərə təzyiqləri və onların işlərinə müdaxilələri dayandırmaq;
Məlumat azadlığı:
Qanunvericilik çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən məlumat sahibi
kimi öz maliyyə məlumatlarını ictimaiyyətə bildirməsini tələb etmək də daxil olmaqla “Məlumat əldə
etmək hüququ haqqında” Qanunu daha səmərəli şəkildə həyata keçirmək;
İnternetdə ifadə azadlığı:
• Etiraz aksiyalarının təşkilində iştirak edən sosial media istifadəçilərini hədəf alan tədbirlərin
dayandırılması da daxil olmaqla, internetdə ifadə azadlığına hörmət və onu müdafiə etmək;
• İnternet infrastrukturuna investisiya qoymaq və bütövlükdə ölkə ərazisində universal, münasib
tarifli və yüksək sürətli internetə çıxışın təmin edilməsi üçün çalışmaq;
Mediaya dövlət nəzarəti:
• BBC, Amerikanın Səsi və Azad Avropa/Azadlıq Radioları da daxil olmaqla xarici yayım
qurumlarının milli tezliklərdə yayınlanmasının qarşısını alan qadağanı aradan qaldırmaq;
• Beynəlxalq standartlara uyğun və lisenziyaların verilməsi üçün şəffaf prosedurlara malik,
müstəqil yayım tənzimləyici orqan yaratmaq;
• İctimaiyyətin marağında olan və hökümətin maraqlarını təmsil etməyən, əsas diqqəti Bakıdan
kənar rayonlara yönələn ictimai yayım xidmətinin inkişafını təşviq etmək;
• Dövlət reklamının ədalətli, obyektiv və şəffaf bölgüsü üçün şərait yaratmaq; və
• Redaksiya müstəqilliyi və redaksiya nizamnamələrinə dair təlimatlar, özünütənzimləyən
instrumentlər, plüralist və struktur media sahibkarlığı və iş şərtləri də daxil olmaqla uzunmüddətli
media islahatı strategiyası hazırlamaq üçün beynəlxalq standartlara uyğun müstəqil işçi qrupu
yaratmaq.
Bununla yanaşı, ABTQ beynəlxalq ictimaiyyəti, xüsusi ilə də Azərbaycanla mühüm iqtisadi,
sosial və siyasi əlaqələri olan dövlətləri regional və beynəlxalq səviyyədə, ikitərəfli kontekstdə
hər münasib fürsətdə Azərbaycanı ifadə azadlığı ilə bağlı götürdüyü öhdəliklərə görə cavabdeh
tutmağa çağırır. Müvafiq olaraq 2012-ci lin may və noyabr aylarında Bakıda keçiriləcək Avroviziya
Mahnı Müsabiqəsi və İnternet İdarəçiliyi Forumu bu cür əməkdaşlıq üçün əla fürsət olacaq.
ABTQ həmçinin bu sahədə qeyri-dövlət tərəflərinin, xüsusilə də Azərbaycanda əhəmiyyətli biznes
maraqları olan fərdi şəxs və şirkətlərin, ölkədə geniş pərəstişkar kütlələrinə malik müğənni, aktyor
və digər məşhur şəxslərin oynaya biləcəyi rolun əhəmiyyətini qeyd edir.
10
10
2010-cu ilin sentyabr ayında Azərbaycanda ifadə azadlığının təşviqi və müdafiəsi sahəsində
fəaliyyət göstərən beynəlxalq təşkilatlar koalisiyası - Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq
Qrupu (ABTQ) ölkəyə ifadə azadlığına dair birgə missiya təşkil etmişdi. Missiyanın nəticələri və
tövsiyələri İfadə
Azadlığına Hücum: Azərbaycanın Pisləşən Media Mühiti
[1]
. adlı hesabatda dərc
olundu. Missiyadan sonra Azərbaycanda ifadə azadlığı ilə bağlı vəziyyət daha da pisləşmişdir. Bu
hesabatda 2010-cu ilin sentyabrından 2012-ci ilin mart ayınadək ABTQ üçün narahatlıq doğuran
əsas sahələrlə bağlı yeniliklər verilib.
Azərbaycanda ifadə azadlığı ilə bağlı hazırkı vəziyyət ciddi narahatlığa əsas verir. Jurnalistlər,
bloqçular, siyasi və vətəndaş cəmiyyətinin fəalları, insan hüquqları müdafiəçiləri hakimiyyət
tərəfindən getdikcə daha çox təzyiq, hücum və müdaxiləyə məruz qalır. Jurnalistlərə qarşı zorakı
hücumlar davam etmiş, 2011-ci ilin noyabrında yazıçı-jurnalist Rafiq Tağının öldürülməsi isə bu
hücumların davamlı olaraq cəzasız qalması faktını bir daha diqqət mərkəzinə çıxarmışdır. Bu
cür halları açıq-aşkar lazımı şəkildə araşdıra və təqsirkarları təqib edə bilməməsinə baxmayaraq
hakimiyyət müxtəlif hüquqi bəhanələrlə tənqidçi jurnalistləri, bloqçu və fəalları həbs etməkdə
davam edir. İfadə azadlığı hüququnu icra etdikləri üçün həbs olunmuşların sıraları gündən-günə
artdığı bir müddətdə səslənən tənqidləri susdurmaq üçün zorakılığa əl atanlar hələ də cəzasız
qalmaqdadır.
Bu qanun pozuntularının artması nəticəsində ötən il yüzlərlə Azərbaycanlı hökumətin siyasi və
sosial siyasətlərinə qarşı etiraz səsini yüksəltmək üçün küçələrə çıxmışdır. Polis bu nümayişləri
dağıtmaq üçün hədsiz güc tətbiq etmiş, yüzlərlə etirazçı həbs olunmuşdur. Onların çoxuna
adekvat olmayan inzibati cəzalar kəsilmişdir. Aksiyaların təşkilində iştirak etmiş şəxslərə
daha sərt dərslər verilmişdir. Onlar etiraz nümayişləri və ya digər - hərbi xidmətdən yayınma
və ya seçkilərə müdaxilə etmə kimi əlaqəsiz, lakin siyasi motivli ittihamlarla təqsirli bilinərək
həbs edilmişdir. Bu şəxslərin müdafiəsində iştirak edən QHT-lər, insan hüquqları müdafiəçiləri
və vəkillər özləri də həmin vaxtdan hədəfə çevrilmişlər. Hakimiyyəti törədilən əməllərə görə
cavabdeh hesab etdikləri üçün onların ofisləri bağlanmış, işlərini itirmiş və ya digər təzyiq
formaları ilə üzləşmişlər.
Bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulan iki mühüm beynəlxalq tədbir (2012-ci ilin 22,
24 və 26 may tarixlərində baş tutacaq Avroviziya Mahnı Müsabiqəsi və 2012-ci ilin 6-9 noyabr
tarixində Bakıda keçiriləcək İnternet İdarəçiliyi Forumu) səbəbindən bu narahatlıqlar hazırda
xüsusi beynəlxalq əhəmiyyət daşıyır. Bu tədbirləri, xüsusilə də Avroviziya müsabiqəsini nəzərə
alaraq, Azərbaycan hökuməti beynəlxalq arenada Azərbaycanın müsbət imicini təbliğ etmək
üçün böyük səylə çalışır. Lakin ölkə daxilində hökumət, ifadə azadlığı və digər əsas azadlıqları
məhdudlaşdırmağa davam edir. Bu hesabatın əsas məqsədi bu tədbirlər öncəsi və daha uzun
müddət ərzində müsbət dəyişikliklərin sırasını genişləndirmək məqsədilə bu narahatlıq doğuran
məsələləri Azərbaycan hökuməti ilə beynəlxalq əməkdaşlıq üçün münasib bir zamanda işıq
üzünə çıxarmaqdır.
[1] http://www.article19.org/data/files/pdfs/publications/free-expression-under-attack.pdf
1. Giriş