Qorxu içində Qaçiş azərbaycanın susdurulmuş səsləri



Yüklə 385,59 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix26.09.2017
ölçüsü385,59 Kb.
#2175
1   2   3   4   5   6   7   8   9   10   ...   18

19

cəhdinə işarə edir

[11]

.” 


Siyasi motivli həbslər

 

Beş jurnalist, bir media işçisi və bir bloqçu hal-hazırda müvəqqəti saxlama məntəqəsində 



ifadə azadlığı hüquqlarını icra etməklə bağlı ittihamlarla mühakimə olunmağı gözləyir. Bakıda 

yerləşən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) məlumatına görə, 2012-

ci ilin 13 mart tarixində dörd jurnalist həbs olunmuşdur: Vuqar Qonağov, Zaur Quliyev və Zaur 

Mustafayev, müvafiq olaraq Xəyal TV-nin icraçı direktoru, baş redaktoru və reklam işləri üzrə 

redaktoru; və Poliqon İnformasiya Agentliyinin müxbiri Cəmil Məmmədli. Həbslərin 2012-ci il 1 

mart tarixində Quba şəhərində baş vermiş etiraz aksiyası ilə əlaqədardır

[12]



İranın “Sahar” televiziyasının azərbaycanlı müxbiri Anar Bayramlı üzərində heroin aşkarladığını 



iddia edilərək polis tərəfindən 2012-ci il fevral ayında evində həbs edildikdən sonra narkotik 

vasitə saxlamaq ittihamı ilə təqsirli bilinərək hələ də həbsdə saxlanmaqdadır. RATİ-yə görə, 

Bayramlı “Sahar” televiziyasının Azərbaycan dilində yayımladığı xəbərlər buraxılışında 

Azərbaycan hakimiyyətini tənqid etməsi səbəbilə hədəfə çevrilmişdir

[13]

. “Sahar” televiziyasının 



sürücüsü Ramil Dadaşov da eyni gün bu hesabatın dərc edilməsi müddətində qeyri-müəyyən 

olaraq qalmış ittihamlarla həbs olunmuşdur

[14]



Bloqçu və insan hüquqları müdafiəçisi Teleh Xasməmmədov 2011-ci ilin noyabr ayında həbs 



edildikdən sonra xuliqanlıq və dövlət nümayəndəsinə fiziki hücum etmə ittihamları ilə həbsdə 

saxlanılır. “Qanun və Hüquqlar 2010” insan hüquqları qrupunun sədri cənab Xasməmmədovun 

fikrincə, o, bloqçuluq və insan hüquqları ilə bağlı fəaliyyətləri səbəbilə hədəfə alınmışdır

[15]


“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 2011-ci il oktyabr ayında həbs olunduqdan sonra 

rüşvət alma ittihamı ilə həbsdə saxlanılır. İttihamlar millət vəkili Gülər Əhmədovanın şikayətinə 

əsaslanır. Zeynallı Əhmədovanın iddialarını inkar edərək ittihamların siyasi motivli olduğunu 

təkid edir

[16]


. Zeynallının həbsindən öncəki aylarda “Xural” qəzeti, defamasiya ilə bağlı çoxsaylı 

məhkəmə prosesləri və qəzetin öhdəliklərinin əlindən alınması daxil olmaqla artan təzyiqlə 

üzləşmişdir. Sərhədsiz Reportyorlar Təşkilatı Zeynallının prezident Əliyevə yönələn kəskin 

tənqidləri nəticəsində hədəf alındığına inanır

[17]



Son illərdə ifadə azadlığını icra etdiyi üçün həbs edilmiş şəxslər, 2010-cu ilin sentyabr ayında 



ABTQ-nin Azərbaycana birgə missiyası zamanı hələ həbsdə olmuş redaktor Eynulla Fətullayev 

və bloqçu və gənc fəallar Adnan Hacızadə və Emin Millinin timsalında çox vaxt cəza müddətləri 

[11]   https://wcd.coe.int/ViewDoc.jsp?id=1839497

[12]   http://www.irfs.az/content/view/8290/28/lang,en/

[13]   http://www.irfs.az/content/view/8137/lang,az/

[14]   http://en.rsf.org/azerbaijan-journalists-pay-the-price-as-azeri-21-02-2012,41916.html

[15]   http://www.irfs.az/content/view/8224/28/lang,eng/ and http://www.irfs.az/content/view/7711/28/lang,eng/

[16]   Preventiv Cavab Qrupu,  Əvəz Zeynallının həbsi ilə bağlı Hesabat, 11 yanvar 2011-ci il 

[17]   http://en.rsf.org/azerbaidjan-newspaper-hounded-editor-jailed-04-11-2011,41345.html



20

20

başa çatmadan azadlığa buraxılmışdır. Lakin bu halların heç birində ədalət bərqərar olmamışdır, 



belə ki azadlığa buraxılma şərtləri keçmiş məhbusların reputasiyalarına kölgə salan və xaricə 

səfərlər, yaxud dövlət strukturlarında işləmək üçün maneələr yaradacaq cinayət keçmişi ilə baş-

başa qoymuşdur. 

Azərbaycanın siyasi məhbuslar məsələsi xüsusi məruzəçi Christoph Strässer-ə Azərbaycanda 

siyasi məhbuslar məsələsini araşdırmaq tapşırığının verildiyi AŞ-də getdikcə daha çox diqqət 

cəlb edən araşdırma mövzusuna çevrilmişdir. Bu günədək Azərbaycanın hakim strukturları 

Strässerlə əməkdaşlıq etməmiş, onun mandatı çərçivəsində tələb olunan hesabatın 

hazırlanması üçün faktaraşdırıcı səyahət həyata keçirmək məqsədilə ölkəyə səfər etməsi 

üçün viza müraciətləri rədd edilmişdir. Strässerə viza verilməməsi nəticəsində PACE Hüquqi 

Məsələlər və İnsan Hüquqları Komitəsi 2012-ci il 26 yanvar tarixində Strazburq şəhərində 

vəziyyətlə bağlı iclas çağırmışdır. Strässer ölkədə təxminən 70 siyasi məhbusun işini araşdırır

[18]


Belə bir yayğın fikir mövcuddur ki, siyasi motivli ittihamlarla həbs olunmuşlar 2012-ci ilin 

mayında keçiriləcək Avroviziya mahnı Müsabiqəsindən əvvəl mühakimə edilməyəcəklər, belə 

ki onlar siyasi məhbuslar siyahısını daha da uzadacaqları üçün hökumətə mənfi təsir göstərə 

bilər. 

xarici jurnalistlər üçün səyahət məhdudiyyətləri 

ABTQ-nin 2010-cu ilin sentyabr ayında Azərbaycana təşkil etdiyi birgə missiyadan sonra 

hakimiyyət orqanları xarici jurnalistlərin ölkəyə səfər edib burada işləmə imkanlarını 

məhdudlaşdırmaq üçün davamlı olaraq hüquqi müddəalardan istifadə etmişdir. 

Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinin müxbiri Michael Ludwig 2011-ci ilin 

iyul ayında Naxçıvana gəlişi zamanı yerli hakimiyyət tərəfindən təzyiqlə üzləşmişdir. Xarici 

İşlər Nazirliyinin xüsusi mətbuat akkreditasiyası verməsinə baxmayaraq, Naxçıvanın hakim 

qurumları ilkin olaraq onun işləməsinə icazə verməkdən imtina etmiş, daha sonra isə ancaq 

hökumət nümayəndəsinin müşayiəti ilə səyahət etməsinə razılıq vermişdir. Bu isə onun 

müstəqil şəkildə müsahibələr götürməsinə və mövzusunu araşdırmasına mane olurdu

[19]



Həmçinin 2011-ci ilin iyul ayında Rusiyanın “İzvestiya” qəzetinin müxbiri Yuri Sneqriyevin 



Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazmış olduğu və hökumətin onun erməni perspektivlərini 

nümayiş etdirdiyini iddia etdiyi iki məqaləsi əsasında Azərbaycana daxil olması qadağan 

edilmişdir. 

2011-ci ilin iyununda “Bloomberg” şirkətinin foto-jurnalisti Diana Markosyanın soyadının erməni 

soyadına bənzəməsi səbəbilə aeroportda Azərbaycana daxil olmasına icazə verilməmişdir. 

2011-ci ilin may ayında “Exo Moskvı” radio stansiyasının redaktor müavini Sergey Buntmanın 

tanınmamış Dağlıq Qarabağ Respublikasının rəhbərləri ilə aparmış olduğu müsahibəsindən 

sonra Azərbaycana daxil olması qadağan edilmişdir

[20]

. 2011-ci ilin aprelində “New York Times” 



qəzetinin müxbiri Sərhədsiz Reportyorlar Təşkilatına bildirmişdir ki, ona, ancaq ölkə ilə bağlı 

[18]   http://www.rferl.org/content/azerbaijan_continues_refuses_visa_to_council_of_europe_official/24456379.html

[19]   http://en.rsf.org/azerbaidjan-authorities-in-lawless-nakhchivan-03-08-2011,40668.html

[20]   http://en.rsf.org/armenie-foreign-reporters-barred-from-06-07-2011,40610.html




Yüklə 385,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə