Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə72/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
1   ...   68   69   70   71   72   73   74   75   ...   80
9d0bbb435db57b64859584c8e160a485

www.vivo-book.com 
144 
içəri ötürməkçün kənara çəkiləndə qoca növbəti zərbəni 
endirdi. Toppuz yenə də onun sərt, elastik kəlləsinə dəydi.
– Galano, qabağa dur görüm, – qoca dedi. – Hünərin 
var, bir az da qabağa gəl!
Həvədiş irəli cumdu, çənələrini geniş aralayıb qənimətə 
hücum çəkdi və dişlərini şaqqıldatdı. Şaqqıltını eşidəndə 
qoca cağ əlini bacardığı qədər hündürə qaldırıb toppuzu 
yenə onun təpəsinə endirdi. Bu dəfə zərbə düz beynindən 
tutdu. Qoca eyni yerə bir zərbə də tutuzdurdu. Galano 
çətinliklə qopartdığı ət parçası da ağzında, yavaş-yavaş 
aralanıb gözdən itdi. 
Qoca ətrafa nəzər salıb gözlədi ki, görsün ziyankarlar 
geri qayıdacaqmı. Əvvəl heç nə gözə dəymirdi, amma sonra 
qayığın ətrafında birinin vurnuxduğunu gördü; o birinin
üzgəcindənsə yaxın həndəvərdə heç bir əsər-əlamət yox idi. 
“Onları öldürə biləcəyimi heç ağlıma gətirməzdim, – 
qoca düşündü. – Cavan vaxtlarımda, əlbəttə, bunu fərz edə 
bilərdim. Amma ikisini də bərk əzişdirib şil-küt elədim, heç 
qiyamətəcən özlərinə gələ bilməzlər. Hərgah toppuzu ikiəlli 


www.vivo-book.com 
145 
tuta bilsəydim, bu qoca vaxtımda da öhdələrindən 
gələrdim”.
İndi o, öz balığına baxmaq belə istəmirdi. Yaxşı bilirdi 
ki, balığın yarısı yoxa çıxıbdır. Qocanın başı yırtıcılarla 
vuruşa elə qarışmışdı ki, heç günəşin nə vaxt batdığını da 
görməmişdi. 
– Havanın qaralmağına bir şey qalmayıb, bir azdan 
yəqin ki, Havananın çıraqları yanacaq. Əgər gündoğana 
tərəf çox meyllənmiş olsam, təzə kurortlardan birinin işığını 
görərəm. 
“Elə bilirəm ki, yolu düz gəlmişəm, – o düşündü, – 
mən sahildən çox aralıda ola bilmərəm. Yəqin, qəsəbə 
camaatı da məndən nigaran deyil. Olsa-olsa, bircə oğlan 
narahat qalacaq. Amma o məndən tam arxayındır! Bir də 
yaşlı balıqçılar təşvişə düşə bilərlər. Elə cavanlar da
başqaları da. Şəhərimiz yaxşıdır, elə camaatımız da pis 
deyil”. 
Qoca daha öz balığı ilə söhbət edə bilmirdi, çünki 
ziyankarlar onu didişdirib eybəcər hala salmışdı. Birdən 
ağlına təzə bir fikir gəldi.



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə