Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   2   3   4   5   6   7   8   9   10   ...   32

 

Həsən gəlirdi yoxuşdan, 

Kiçi çıxıb bərkdən-boşdan, 

Atı ürküb yolda quşdan

Qaldırın, qızlar, qaldırın. 

 

Həsən yorğun atı neylər,  



Bu dərdini kimə söylər. 

Mustafa iltimas eylər, 

Qaldırın, qızlar, qaldırın. 

 

Eyni hadisə ilə bağlı qoşmaya Aşıq Şenlik yaradıcılığında da rast gəlirik. Həmin şeirin bir 



bəndinə baxmaq yerinə düşərdi: 

 

Mən də gəlirdim Qarsın elindən , 



Əylənin yəhəri alım belindən, 

Kimi quyruğundan, kimi yalından, 

Dah deyiniz, qızlarım, dah deyiniz. 

 

Dollu Mustafanın gəraylısında bizim üçün maraqlı  cəhət Həsən adıdır. Fikrimizcə, Dollu 



Mustafa  gəraylını  şahidi  olduğu  hadisənin  təsiri  ilə  yaratmış  və  gəraylıda  Aşıq  Şenliyin 

təxəllüsünü  deyil,  əsil  adını  göstərməyi  vacib  bilmişdir.  Axı,  Aşıq  Şenliyin  əsil  adı  Həsəndir. 

Aşıq Şenliyin də eyni hadisə ilə bağlı  qoşma yaratması onu göstərir ki, hər iki sənətkar Borçalı 

aşıq mühtində və ətraf ərazilərdə nüfuzlu sənətkarlar olmuşlar. 

Hər  iki  ustad  aşığın  böyüklüyü  ondadır  ki,  baş  vermiş  hadisəni  bədii  özünəməxsusluqla 

(biri  gəraylı,  digəri  isə  qoşma  şəklində-Q.V.)  şeirə  gətiriblər.  Odur  ki,  Dollu  Mustafa 

gəraylısında  Həsənin  “bərkdən-boşdan”  çıxdığını,  xalq  içərisin  də  tanınmış  bir  şəxs  olduğunu 

söyləyir.  Yəni  hadisə  təsadüfi    bir  adamın  başına  yox,  məhz  Aşıq  Şenliyin  –Həsənin    başına 

gəlmişdir. Əks təqdirdə, Dollu Mustafa elə-belə Həsən adı çəkməzdi. Hər iki sənətkarın eyni bir 

hadisəni bədii şəkildə  təsvir etməsi bizə haqq verir deyək ki, bu sənətkarlar həm dost, həm də 

düşdükləri aşıq mühitində sənət ilgilərində olmuşlar. 

Aşıq  Şenlik  yalnız  Borçalı  mühitinin  aşıq  və  şairləri  ilə  deyil,  ətraflarda  yaşayan  ustad 

sənətkarlarla  da  görüşüb,  yaradıclıq  söhbətləri  aparmşdır.  Belə  qarşılamalardan  biri  də  Dədə 

Ələsgərlə  görüşü  olmuşdur.  El  sənətkarları  Ələsgərlə  Şenliyin  bir  neçə  dəfə    görüşdüklərini 

söyləyirlər. Hətta prof. M.H.Təhmasib naxçıvanlı Abdulla kişinin (Aşıq Şenliyin yaxın dostu və 

şəyirdi  olmuşdur)  xatirələrinə  əsaslanaraq  Aşıq  Şenliyin  Ələsgərlə  görüşdüyünü  qeyd  edir: 

“..Abdulla  kişi  söyləyir  ki,  o,  Şenliklə  yaxın  dost  olmuşdur....  Hətta  Göyçəli  Ələsgərlə  də 

görüşüb deyişdiyini  Abdulla kişi də təsdiq edir”. 

Aşıq  Ələsgərin  varislərindən  biri  onun  ədəbi  irsinin  tədqiqatçısı,  filologiya  elmləri 

namizədi  İ.Ələsgərov  bu  haqda  yazır:”  Şəyidlərinin  deməsinə  görə,  Aşıq  Ələsgər  Aşıq  Alıdan 

başqa, Çıldırlı Aşıq Şenliklə, Şəmkirli Aşıq  Hüseynlə, Tiflisli Aşıq Əsədullahla, Sisyanlı Dəllək 

Əvəzlə,  Göyçənin  Zod  kəndindən  olan  Molla  Tağı  oğlu  Məhəmmədlə  deyişmişdir,  lakin  Aşıq 

Şenlik və Dəllək Əvəzlə deyişməsindən  əldə heç nə qalmamışdır”. 

Türkiyə folklorşünası Nijat Birdoğanın bu məsələ ilə bağlı fikridə maraq  doğurur. Müəllif 

Aşıq Şenliyə həsr etdiyi məqaləsində  yazır: “Bugünkü  Van, Qars, Ərzurum  ətrafında  hər saz 

çalan  aşığın  dilində  üç  keçmiş  ad  əzbərdir.  Göyçəli  Aşıq  Ələsgər,  Tikmədaşlı  Aşıq  Qasım  və 




Çıldırlı  Aşıq  Şenlik.  Bütün  ruhu  və  ifadələri  ilə  xalqa  bağlı  bu  üç  aşıq  bu  gün  də  ətrafda 

yaşayanlara  görə  bütün  keçmiş  sənətkarlardan    qabaqdadır.  Onları  hətta  Sümmani  və  Aşıq 

Abbasdan  üstün  tuturlar.  Zaman  etibarı  ilə  bir-birinə  yaxın  olan  bu  üç  sənətkar  bir-birini 

tanımamışlar. Əsərləri isə tamamilə Azərbaycan dilindədir. Buna baxmayaraq, bu gün o yerlərdə 

gəzənlər Mudami, Hicrani,  İslam, Lütfi Cövlani və Dəryami kimi sənətkarlardan danışanlar bu 

üç aşığın adı çəkiləndə onların sayğı salamına durduqlarını aydın görərlər”. 

Göründüyü kimi Aşıq Şenlik ustad sənətkar  kimi ehtiramla anılır. Bizcə “zaman etibarilə 

bir-birinə yaxın olan bu üç sənətkar bir-birlərini tanımamışlar” fikri doğru deyil. Aşıq Şenlik və 

Aşıq  Ələsgər  XX  yüzilliyin  əvvəllərində  Ağbaba  mahalının  Qaranamaz  /Yeniyol/  kəndində 

görüşmüşlər.  Həmin  görüş  haqqında  Ağbabalı  Aşıq  İsgəndərdən  topladığımız  kiçik  həcmli 

materialı  olduğu  kimi  veririk:  “Əsrin  əvvəllərində  Ağbabanın  Qaranamz  kəndində  bir  Alı  ağa 

olub,Alı ağa öz bacısı oğlu Səfərin toyunu edirdi.Toyu keçirmək üçün aşıq çağırmaq lazım idi. 

Məsləhətləşirlər,  Çıldır  qəzasının  Suxara  kəndində  yaşayan  Aşıq  Şenliyi  toya  gətirirlər.  Toy 

başlayır. Belə qərara gəlirlər ki, Şenlik burada 5-6 gün qalıb oxusun. Elə bu vaxt Göllü kəndində 

Saqamoy  bəylərindən  Yəhya  bəyin  bir  qohumunun  da  toyu  olası  idi.  Orada  da  Göyçəli  Aşıq 

Ələsgərin adı çəkilir, amma özünü görməmişdilər. Bir ay qabaq Aşıq Ələsgərə məktub yazırlar. 

Məktub Aşıq Ələsgərə çatır. O da sevinir, deyir ki, atı minib  gedərəm, həm o yerləri gəzərəm, 

həm  də  məclis  keçirərəm.  Aşıq  Ələsgər  vədə  tamama  olanda  Qaranamaz  kəndinə  gəlir,  artıq 

Aşıq  Şənlik  üç  gün  idi  toy  keçirirdi.  Axşamüstü  idi.  Aşıq  Ələsgər  ehtiyat  edir,  fikirləşir: 

“Gedərəm  yolda  qaçaq-quldur  olar,  həm  də  nabələdəm:  bu  gecə  burda  qalıb  sabah  yola 

düşərəm”.  Amma  bilmirdi  ki,  bu  kənddə  hansı  millət  yaşayır.  Bu  halətdə  görürür  ki,  dörd-beş 

cavan oğlan gəlir. Qabaqda duran oğlandan xəbər alır: 

 

A bala, bu kənd hansı kənddi, burda kimlər yaşayır? 



Cavanlar görürlər ki, müsahibləri nabələddir, özünün də qoltuğunda sazı var. Deyirlər: 

 



Əmi, bura müsəlmanlıqdır. Bu kənd isə Qaranamaz kəndidir. 

 



Burada məni kim qonaq edər? 

Cavan  oğlanlar  qəsdən  Alı  ağanın  evini  salğa  verirlər.  Əgər  aşıqdırsa,  getsin,  Aşıq  Şenliklə 

görüşsün.  Odur  ki,  Aşıq  Ələsgəri  gətirirlər  Alı  ağanın  evinə.  Səsləyib  Alı  ağanı  çağırırlar.  Alı 

ağa Ələsgəri görüb şad olur, həm də fikirləşir ki, aşığı qəfil məclisə də aparmaq olmaz. Alı ağa 

arif adam idi. Aşıq Ələsgəri yoldan gəldiyi üçün əvvəlcə evinə aparır. Çay-çörək verdikdən sonra 

mətləbini  Aşıq  Ələsgərə  bildirir  və  onu  toyxanaya  dəvət  edir.  Aşıq  Ələsgərin  sazsız  məclisə 

gəldiyini görən Alı ağa təklif edir ki, “Aşıq, sazını da götür, toy damına gedək”. Aşıq Ələsgər 

deyir: 


 

Orada sənətkar varmı? 



Alı ağa: “Aşıq Şenliyi dəvət etmişik”!-deyir. 

Onda  Aşıq  Ələsgər  cavab  verir:  “Ustadlarda  adətdir,  sənətkar  sənətkarın  üstünə  sazla 

getməz, sazın burada qalması məsləhətdir”. 

Alı ağa Ələsgərlə toyxanaya gedir. Ələsgərin ədəb-ərkanla salam verməsindən Aşıq Şenlik 

anlayır  ki,  bu  boy-buxun,  qiyafə,  ədəb-ərkan  ancaq  Ələsgərdə  olar.  O  idi  ki,  qolunu  boynuna 

salıb deyir: Xoş gəlibsən, ustad Ələsgər. Sənin bu gəlişindən çox şad oldum, sinəmə üçcə xana 

söz gəldi. İcazə sizdən, deməsi bizdən. 

 

Ey böyük vəsfikar,böyük sənətkar, 



Qədəm qoydun bu diyara xoş gəldin. 

Səni gördüm mənim könlüm şad oldu

Qədəm qoydun bu diyara xoş gəldin. 



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə