Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   2   3   4   5   6   7   8   9   ...   32

Dələvir,  Xozu,  Mağaraçıq,  Seldağılan,  Ağüzüm,  Baş-Şörəyel,  Balıqlı,  Təpəköy,  Düz  kənd, 

Qımılı, Oxçoğlu, Oğuz, Qaraxan və başqa kəndlərində gördüyü, şahidi olduğu hadisələri, yurdun 

gözəlliklərini,  xalqın  adət-ənənəsini,  ağrı  –acılarını  qələmə  almışdır.  Cahannamələrinin  birində 

oxuyuruq: 

 

Tarixi min üç yüz on dörd sənədə



Seyhat etdim, gəzdim diyar qürbəti. 

İbtida Hoqamda oldum sakinət

Sizə agah edim hər məlumatı.  

 

Burada göstərilən hicri 1314-cü il, miladi tarixlə 1897-ci ilə uyğundur. Deməli, aşıq 1897-



ci ildə Hoqamda olmuşdur.   

Aşıq Şenlik ilk sevgisinin uğursuzluğundan sonra Hürü adlı bir qızla evlənmişdir. Onun iki 

oğlu-Qasım,  İsgəndər, üç qızı  –Hənifə, Gülənaz, Gülxanım dünyaya  gəlmişdir. Şenliyin  böyük 

oğlu Qasım da aşıq olmuş, 1954-cü ildə vəfat  etmişdir. Qasımın oğlu Yılmaz Şenlik babasının 

ədəbi  irsinin  kamil  bilicisidir.Yılmaz  Şenlik  Qarsda  yaşayan  məşhur  aşıqlardan  sayılır. 

Yaradıcılığından əldə olunan örnəklər onun Aşıq Şenlik ənənələrini məharətlə davam etdirdiyini 

göstərir: 

 

Ay aydındı gəlimmi, 



Ay qız , məsməli gəlin? 

Daş-divarı dəlimmi, 

Qurban kəsməli gəlin! 

 

Aşığın həyatının qaranlıq tərəflərini, ən çox da son dövrlərini öyrənmək üçün  yaradıclığı 



yetərincə  material  verir.  Bu  baxımdan  onun  “Kağız  “və  “Bağışla  məni”rədifli  qoşmaları  ciddi 

maraq  doğurur.  Hər  iki  qoşmada  aşığın  qocalıq  dövründə  keçirdiyi  sarsıntılar,  ağrılı-acılı 

dəqiqələri, atalıq qayğısı və övlad məhəbbəti bədii şəkildə ümumiləşdirilmişdir. 

“Kağız” rədifli qoşması aşığın oğlu Qasımla Suxara kəndinin ağası Yusif ağa arasında olan 

anlaşılmazlıqla  bağlı  deyilmişdir.  Qış  günlərinin  birində  Yusif  ağa  Qasımı  güllə  ilə  vurub 

yaralayır. Aşıq Şenlik həmin şeiri yazıb oğlu İsgəndərlə Şəvşət elində yaşayan dostu Molla Ziya 

və Yeksan ağaya göndərir: 

 

Gəl səni göndərim Şəvşət elinə



Qəryeyi-Qüçendə əylən qal, kağız. 

Tənəzzül eyləyib istiqbalinə, 

Get Arif ustaya təzim qıl, kağız. 

 

 



Molla Ziyaynan etmişik ilqar

İgid ilqarını eyləməz inkar, 

Şiddətli şaxtadı,ixtiyarlıq var, 

De ki, zalım  dağlar vermir yol, kağız. 

 

Aşıq dövrünün  xeyirxah şəxslərinə -Arif ustaya, Əhsən ağaya, Molla Talıba, Molla Ziyaya  



olan rəğbətini bildirməklə yanaşı,  düşdüyü ağır vəziyyətdən çıxmaq üçün kömək istəyir. Burada 


aşığın ictimai  kədəri də seçilir. “Zalım dağlar vermir yol”deməklə aşıq Yusif ağa kimi zalımın 

törətdiyi cinayəti tənqid edərək dostlarından kömək istəmişdir: 

 

 

 



 

 

Şenlik der, səbəbsiz sağalmaz yara



İlaç Allahdandı,qul edər çarə, 

Yaralı Qasımı o loğmanlara, 

Allaha amanat tapşır gəl, kağız. 

 

Aşığın sədaqətli dostlarının köməyi sayəsində oğlu Qasım şəfa tapır. Lakin çox keçmir ki, 



ailənin sevinci kədərə bürünür. 

Qasım  atasının  səfərdə  olmasında  istifadə  edərək,Yusif  ağadan  intiqamını  alır.  Yusif 

ağanın oğlu Yunisi biyardan qayıdarkən güllə ilə vurub öldürür. Oğlu Qasımın tutulması  Aşıq 

Şenliyi  çox  kədərləndirir.  Uzun  müddət  divanxanalarda  ayaq  döyür.  Vilayət  xanı  İsmayıl 

Vəzirova müraciətlə söylədiyi “Bağışla məni” rədifli qoşmasında oxuyuruq: 

 

Familyan Vəzirov vilayət xanı, 



Şərəfi Hatəmsən səxavət kanı, 

Yeri, göyü, ərşi, kürşü rəhmanı, 

Xəlq edib düzənə, bağışla məni 

 

Aşıq  Şenliyin  ömrünün  son  günləri,  ölümü  haqqında    mətbuat  səhifələrində  mübahisəli 



fikirlər  vardır.  Bu  barədə  folklorşünas  Ə.Axundov  yazır:  “Aşıq  Şenlik  Ermənistanın  Gümrü 

rayonunun  Çobankərə  kəndinə  gəlmiş,  ölənə  kimi  orada  qalmış,  XIX  əsrin  ikinci  yarısında  80 

yaşında  ikən  orada  vəfat  etmişdir”.  Bu  fikir  dəqiqləşmə  tələb  edir.  Çünki  Çobankərə  kəndi 

Gümrü  (indiki  Kumayri)  rayonunda  deyil,  keçmiş  Zəngibasar  (indiki  Masis)  rayonunun 

ərazisindədir. Tarixi mənbələrdə göstərilir ki, əsrin əvvəllərində Çobankərə kəndində 2411 tatar 

(azərbaycanlı-Q.V.) yaşamışdır. 

Doğrudur,  Aşıq  Şenlik  Çobankərə  kəndində  dəfələrlə  olmuşdur.  Aşıq  İsgəndər  

Ağbabalıdan  yazıya  aldığımız  “Aşıq  Şenliyin  Çobankərə  səfəri”  adlı  kiçik  həcmli  ibrətamiz 

rəvayətdən  göründüyü  kimi  aşıq  tez-tez    Çobankərə  kəndinə  toy  məclislərinə  dəvət  olunarmış, 

lakin Şenliyin Çobankərədə yaşayıb, orada  da ölməsi fikri doğru deyildir. 

Aşıq  Şenlik  heç  bir  sənət  həmkarlarına  nəsib  olmayan  tərzdə  faciəli  şəkildə  dünyadan 

köçmüşdür. Aşıq özününü humanist ideyaları ilə, demək olar ki, bütün Qafqazda sənətsevərlərin 

rəğbətini qazanmışdı. Onun sənət şöhrəti ilə saysız pərəstişkarı olduğuna baxmayaraq bədxahları 

da yox deyildi. Çünki Şenlik həmişə aşıq sənətinin saflığı keşiyində dayanmış, bu sənətə kamil 

yiyələnməyən,  “mərifət  elmində    dolu  olmayan”  lara  qarşı  həmişə  barışmaz  olmuş,  ənənəyə 

uyğun olaraq saz-söz yarışında  çoxlarını məğlub edib, sazını əlindən  almışdı. Aşığın ölümü ilə 

bağlı  Aşıq  İsgəndər  Ağbabalının    söylədikləri  maraq  dogurur:  “Aşıq  Şenliyin  şöhrəti  ellərə 

yayılmışdı.  Şəyirdləri  saz  məclislərində    həmişə  onun  şeirlərini  oxuyardılar,  yüksək  mənsəbli 

şəxslər toy məclisini aparmaq üçün  Aşıq Şenliyi dəvət edərdilər. 

Aşığı  İrəvanlı  Mehdixan  toy  məclisinə  dəvət  edir.  Mehdixan  aşıqları,  onların  sənətini 

sevən, həmişə saz-söz məclisləri təşkil edən bir şəxs olub. Deyilənə görə, onun təşkil etdiyi saz-

söz məclisində qırxa yaxın usta aşıqlar deyişərlərmiş... Aşıq Şenliyin bağlamalarına  cavab verə 

bilməyən  aşıqlar  ona  düşmən  kəsilirlər.  Saz-söz  meydanında  məğlub  olmuş  aşıqlar  Şənliyin  

çayına vədəli zəhər qatırlar”. 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə