Qəşəm Vəliyev



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix07.07.2018
ölçüsü0,82 Mb.
#53656
1   2   3   4   5   6   7   8   9   ...   32

Bundan  sonra  Aşıq  Həsən  el  şənliklərində  məclislər  aparıb  Səfil  Şenlik  təxəlüsünü 

götürmüşdür”. 

Aşıq  İsgəndərin  ustadı  haqqında  söylədiyi  bu  fikir,  sözsüz,  Aşıq  Şenliyin  haqqında 

yaranmış  rəvayət  və  ya  dastan  parçasının  el-oba  arasında,  dildə-ağızda  dolaşan  nümunəsinin 

qalıqlarıdır.  Biz  üzü  Qurbanidən  tutmuş  çağdaş  ustad  aşıqlarımıza  qədər  hamısı  haqqında  belə 

söyləmələrə tez-tez rast gəlirik. 

Elə  əslində  aşıq  dastanlarının  əsasını  belə  rəvayətlər,  söyləmələr  təşkil    edir  desək, 

fikrimizcə, səhvə yol vermərik. 

Ustad-şagird ənənəsinə, ədəb-ərkanına Aşıq Şenliyin  keçdiyi mənalı  yaradıcılıq yolunda 

da  rast  gəlirik.  Şenliyin    istedadını,  sözə  -saza    olan  marağını  duyan  dayısı    İbrahim  kişi  onu 

ustad sorağıyla Borçalı mahalına gətirmişdir. 

Türkiyə alimi E.Aslan Aşıq Şenliyin saz-söz sənətinə yiyələnməsində klassik Azərbaycan 

aşıq yaradıcılığının rolunu ayrıca göstərir. “Bu aşıqlıq kültürünü Şenlik Azərbaycan aşıqlarından 

almışdır. Çünki bu dövrdə Anadoluda Şenliyə təsir edəcək bir aşıq yoxdu. Eyni zamanda dil və 

gelenlik baxımından onları özünə daha yaxın  buluyordu”. 

Alim öz fikrində haqlıdır. Bunu da deməliyik ki, onun Borçalı mahalına ustad  sorağı ilə 

gəlməsinin əsas səbəbi, hər şeydən əvvəl orada güclü aşıq mühitinin  olması ilə bağlıdır. 

 Qədim sənət ənənələri olan Borçalı aşıq  mühitinin  Qul Allahqulu (XVII yüzillik), Güllər 

Pəri (XIX yüzilliyin 1-ci yarısı), Dollu Mustafa (XIX yüzilliyin sonu XX yüzilliyin əvvəlləri) , 

Alxas  Ağa  (XIX  yüzilliyin  ortaları  -1916),  Dollu  Abuzər  (1856-1921),  Ağacan  (1875-1953), 

Xəstə Hasan, Aşıq Nuru (XIX yüzillik), Aşıq Hüseynxan (1896-1922), Şair Nəbi (1877-1945) və 

başqa  görkəmli  nümayəndələri  var  idi.  Bu  sənətkarların  yaradıcılığında    klassik    ənənələrin 

yüksək sənətkarlıqla inkişaf etdirilməsinə,yeniliyə güclü meyl duyulur. 

Qulu Allahqulu ustad –şagird ənənəsinin qorunub inkişaf etdirlməsini belə ifadə edir: 

 

Könül, qulluq eylə kamil ustada



Ustad görməyənin işi xam qaldı. 

 

Aşıq  Şenliyin  Borçalı  mahalının  məşhur  saz-söz  ustadı  Aşıq  Nurunun  yanında  sənətin 



sirlərinə  yiyələnməsi  təbii    hal  idi.  Aşıq  Şenliyin  improvizasiya  qabiliyyəti  söz  sənətinə    olan 

marağı Aşıq Nurunu fərəhləndirir. Şenlik altı ay ondan aşıqlığın sirlərini öyrənir. Qədimdən bəri 

zəngin  şifahi söz xəzinəmizi yaşadıb bu günümüzə çatdıran ustad-şagird ənənəsi yalnız ifaçılıq 

sənətini öyrədən bir məktəb olmamışdır. Bu, eyni zamanda sənəti gələcək nəslə çatdırmaq, ustad 

sənət- karların şöhrətini yaymaq üsulu idi.  Bu günümüzə qədər  yaşayan zəngin  aşıq  poeziyası, 

yüzlərcə xalq dastanları, müəyyən mənada ustad-şagird ənənəsinin bəhrəsidir. “Azərbaycan aşıq  

ədəbiyyatı” monoqrafiyasında bu məsələyə xüsusi bir fəsil ayıran prof.M.Həkimov haqlı olaraq 

yazır: “Ustad-şagird ənənəsi aşıq sənətini tarixən inkişaf etdirib yaşadan müqəddəs xalq məktəbi 

adlandırsaq səhv etmərik”. Belə bir məktəbi keçən Şenlik ustadı  Aşıq Nurunun sınağından alnı 

açıq çıxmışdır. 

Aşıq  Nuru  Borçalı  mahalının  Levis  kəndində  yaşamışdır.  Onun  şeirlərinin  çoxu  itib-

batmış, tam şəkildə qorunub saxlanılmamışdır. Bu ustad haqqında bilgili olan el sənətkarlarının 

söylədiklərinə  görə,  Aşıq  Nuru  ifaçılıq  sənətinə  yaxından  bələd  olan,  qədim  saz  havalarının  

peşəkar ifaçısı kimi tanınan xalq sənətkarı idi. 

Aşıq  Şenliyin  Aşıq  Nuru  ilə  görüş  səhnəsi  tarix  baxımdan  maraqlıdır.  Bu  haqda  türk 

folklorşünaslığında  bir-birindən  seçimli  bilgilər  verilir.  Aşıq  Şenlik  aşıqlığın  sirlərinə 

yiyələndikdən sonra Aşıq Nuruya sənət “imtahanı” verir. Aşıq Nuru ilə  deyişmədə Şenliyin aşıq 



sənətində  püxtələşdiyi  duyulur.  Bu  deyişmədə  Aşıq  Nuru,  Qurbani,  Molla  Xalis,  Urfani,  Aşıq 

Səfi,  Dəli  Temo,  Ustad  Polad  kimi  sənətkarların  aşıqlıq  qüdrətini  söyləməklə  yanaşı  öz  ustadı 

Xəstə Hasanı da unutmur: 

 

İçmişəm eşqin gönlündən həm oxuyam, həm yazam, 



Əlbət getməz böylə rüzgar, bir gün gələr xoş əyyam, 

Sənə min iki yüz doxsan, hesabı yox ki, sayam, 

Çox aşıqlar gəldi keçdi, Xəstə  Hasan yüzdə bir. 

 

Burada verilən “Sənə min iki yüz doxsan” tarixi bizim üçün  maraqlıdır. Bu tarixi miladi 



tarixə çevirdikdə 1873-cü ilə uyğun gəlir. Fikrimizcə, bu tarix Aşıq Şenliyin ustadı  Aşıq Nuru 

ilə görüşdüyü tarix sayıla bilər. Ancaq Ensər Aslan  həmin bənddə  bu tarixdən fərqli olaraq “İl 

min üç yüz on səkkiz” olduğunu göstərir. Bu isə miladi tarixlə  1901-ci ilə bərabərdir. Lakin bu 

tarix-1901-ci  il  məntiqi  baxımdan  düzgün  sayıla  bilməz.  Çünki  ustad-şagird  ənənəsinə  görə 

şagird  gəncliyində  ustadın  sınağından  çıxır.  Şenliyin  ustadı  Aşıq  Nurunun  1901-ci  ildə  artıq 

həyatda olmaması faktı da tarixin düzgün olmadığını  göstərir. 

Aşıq  Şenlik  ustadının  bütün  sözlərinə  bacarıqla  cavab  verir,  ilk  sınaqdan  Şenlik  üzüağ 

çıxır. Bu baxımdan Aşıq Nurunun  Şenlik  haqqında söylədiyi rəy də maraqlıdır: “Bu oğlan məni 

tərlətdi,  bu  çox  yaman  (yaxşı  mənasında-Q.V.)  bir  şair  olacaq”.  Bir  neçə  il  sonra  önündə 

əyilməyən bir şair qalmayacaq. Aşıq Şenliyin sonrakı fəaliyyəti, Borçalı aşıq mühitində yüksək 

mövqeyə, nüfuza bağlanan bütün ümidləri doğrultdu. 

Şenliyin  dünyagörüşünün  formalaşmasında,  şairlik  qüdrətinin  artmasında  Borçalı  aşıq 

mühitinin  rolu  əvəzsizdir.  O,  öncə  yaradıcılıq  ənənələri  üzərində  yüksəlmişdir.  Aşığın 

yaradıcılığında ustad-sənətkar Qul Allahqulunun poetik ənənələri aydın duyulur: 

 

Qul Allahquluyam, ay nəsib eylə, 



Şəçərdən baş verib, ay nə sib eylə, 

İsgəndər mülküdü, ay nəsib eylə, 

Nə Cəmşid padişah, nə də cam qaldı. 

 

Aşıq Şenlikdə: 



 

Güvənmə dünyada dövlətə, vara, 

Fani dünya bir insana qalmadı. 

Səddi İsgəndərə, Rüstəmi-Zala, 

Əli kimi ac aslana qalmadı. 

 

Aşıq  Şenlik  ustaddan  gələn  bu  deyim  tərzini  sadəcə  olaraq  təkrar  etməmiş,  ona  yaradıcı 



şəkildə  yanaşmışdır.  Aşığın  belə  şeirlərində  hökmdarların,  tarixi  şəxsiy  yətlərin,  sərkərdələrin 

adlarını tez-tez çəkməsi onun dünyagörüşcə elmli bir şəxs olduğunu göstərir. 

Ustaddan xeyir-dua aldıqdan sonra Şenlik ədəb-ərkanı, yüksək ifaçılıq mədəniyyəti ilə tez 

bir zamanda tanınır. O, yalnız Qars, Anadolu, Ərdəbil bölgələrində deyil, Qafqazın Azərbaycan 

türkləri yaşayan mahallarında da ağır yığnaqlı məclislər keçirir, toy məclislərində gənclərin xeyir 

işlərinin duaçısı olur. Borçalı, Ağbaba-Şörəyel mahalları aşığın qarış-qarış gəzdiyi oba-oymaqlar 

olmuşdur.  O,  Borçalı  mahalının,  Hoqam,  Xırtız,  Xosbiyə,  Azqur,  Sarvan,  Qəmərli,  Qasımlı, 

Hacılı,  Qasımlı,  Gorarxı,  Meçidli,  Arıxlı,  Saraçlı,  Ağbaba-Şörəyel  mahalının  Sultanabad, 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə