QəRİbov asəF ƏZİzov anar


Beynəlxalq ticarətdə ziddiyyətlərin əmələ



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə19/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   112
Beynelxalq ticaret emeliyyatlari

1.3.Beynəlxalq ticarətdə ziddiyyətlərin əmələ 
gəlməsinin səbəbləri və xüsusiyyətləri 
 
Müasir  beynəlxalq  ticarətdə  baş  verən  proseslər  o 
nəticəyə  gəlməyə  imkan  verir  ki,  onun  əsas  meyli  liberal-
laşmadır. Buna milli iqtisadiyyatın açıqlıq, gömrük tarifi dərə-
cələrinin  azaldılması,  kvotaların  və  digər  qeyri-tarif  tənzim-
lənmələrinin ləğv edilməsi, dünya bazarında rəqabət mübarizə-
sinin güclənməsi və s. təsir göstərir. 
Beynəlxalq ticarətin liberallaşmasının qloballığı müasir 
şəraitdə rəqabətin beynəlxalq xarakterli xüsusiyyətlərilə müəy-
yən  edilir.  Beynəlxalq  ticarətdə  müvəffəqiyyət  isə  beynəlxalq 
investisiyaların  cəlb  edilməsi  ilə  sıx  əlaqədədir.  Əksər  ölkələr 
xarici  investorlar  üçün  güzəştli  ticarət-investisiya  rejimi  təklif 
edirlər. 
Bəzən  xarici  ticarətin  liberallaşdırılması  birtərəfli  qay-
dada həyata keçirilir. Lakin, adətən əksər hallarda xarici ticarət 
qanunlarının uyğunlaşdırılması, iqtisadi partnyor (tərəfdaş) öl-
kələrdə  xarici  ticarətin  liberallaşdırılması  ilə  paralel  olaraq 
həyata keçirilir. Praktika göstərir ki, paralellikdə ən etibarlı tak-
tika danışıqlar yolu ilə razılığa gəlmək və qarşılıqlı güzəşt prin-
sipidir. Danışıqlar vasitəsilə liberallaşdırma birtərəfli liberalla-
şdırmaya nisbətən daha  sərfəlidir. Burada  əsas məqam ölkələ-
rin öz tərəfdaşlarına ikitərəfli əlaqələrin məqsədəuyğun olduğu-
nu sübut etməkdir. 
Beynəlxalq  ticarətdə  çoxtərəfli  liberallaşma  prosesi  ilə 
yanaşı  eyni  zamanda  bu  prosesə  əks  təsir  göstərən  protek-
sionizm meyli də müşahidə edilir. Bu meyl dərin siyasi-iqtisadi 
maraqların  olduğunu,  bütün  vasitələrlə  ölkə  istehsalçılarının 
hərtərəfli  müdafiə olunmalarının vacibliyini, iş  yerinin  saxlan-


17 
 
masını, milli əmtəələrin və sahələrin rəqabət qabiliyyətinin sax-
lamağa yardım etməyin vacibliyini sübut edir. Struktur siyasəti 
aparan ölkələrdə daha çox proteksionist siyasət aparılır, burada 
iqtisadi depressiya ilə yanaşı, idxal rəqabəti sürətlə artır. 
Beynəlxalq  praktika sübut  edir ki,  hər iki meyl  liberal-
laşma  (azad  ticarət)  və  proteksionizm  beynəlxalq  ticarətə  xas 
olan  cəhətlərdir.  Bu  meyllər  arasında  baş  verən  ziddiyyətlərin 
həll  edilməsinin  əsas  problemi  -  bunların  səmərəli  əlaqələn-
dirilməsidir.  Maraqlar  balansı  pozularkən,  səmərəli  əlaqələn-
dirmə ziddiyyətə çevrilir. 
Hər  hansı  ölkənin  milli  ticarət-iqtisadi,  sosial  maraq-
larının  digər  ölkə  tərəfindən  alçaldılması,  ticarət  münaqiş-
ələrinin,  «ticarət  müharibələri»nin  yaranmasına  səbəb  olur. 
Ticarət münaqişələrinin genişlənməsinə müxtəlif amillər: göm-
rük, ərazi,  qiymət,  sanitariya, ekoloji  və s. təsir  göstərir. Bey-
nəlxalq  ticarət-iqtisadi  münaqişələrinin  yaranmasının  mühüm 
səbəblərindən biri ABŞ-ın bir sıra qanunlarıdır, məsələn Xelis-
Berton federal qanunu Kubaya investisiya qoyan ölkələrə qarşı 
sanksiya qoymağı tələb edir. Bu qanun qəbul edildiyi vaxtdan 
(mart 1996-cı il) iki şirkət (Kanada və Meksika) bu sanksiya ilə 
cəzalandı, bir sıra digər xarici şirkətlər isə xəbərdarlıq məktubu 
aldılar.  Beynəlxalq  təşkilatların  təzyiqi  ilə  ABŞ  prezidenti 
B.KIinton  qanunun  bir  sıra  mühüm  maddələrini  dayandırdı. 
Lakin  bir  sıra  xarici  investorlar  bu  qanunla  qarşılaşmamağa 
çalışırlar. Beynəlxalq iqtisadi münasibətlərin inkişafına ABŞ-ın 
digər  federal  qanunu  -  D'Amato  qanunu  neqativ  təsir  göstərir. 
Bu qanun xarici kompaniyaların Livan və İranla ticarət-iqtisadi 
əlaqələrinə qarşı sanksiya tətbiq edirlər. 
Rusiyanın  «Qazpromu»  ilə  İran  arasında  1997-ci  ildə 
bağlanan  müqavilə  bu  qanunun  təsiri  altına  düşdü.  ABŞ-ın 
Konqresi  «Qazprom»dan  Amerika  kreditindən  imtina  etməyi 
tələb  etdi.  ABŞ  administrasiyası  Rusiya  kompaniyasını  sank-
siyalarla hədələdi.  Bunun nəticəsində  «Qazprom»  1995-ci  ildə 


18 
 
«Eksimbankla»  ABŞ  arasında  bağlanan  müqaviləni  ləğv  etdi. 
Bu müqavilə Rusiya şirkəti ilə İran arasında bağlanan müqavi-
ləyə kredit verilməsini nəzərdə tuturdu. 
«Ticarət müharibələri» - müasir beynəlxalq münasibət-
lərdə  daimi  «ənənədir».  Bu  istər  ayrı-ayrı  ölkələr,  istərsə  də 
digər  ticarət-iqtisadi  qruplar  üçün  xarakterikdir.  Belə  ki,  90-cı 
ilin ortalarında Atlantik okeanında treska balıqlarının tutulması 
ilə  əlaqədar  olaraq  İspaniya  ilə  Kanada  arasında  «balıq  müha-
ribəsi» baş verdi ki, bunun da nəticəsində istər siyasi, istərsə də 
birbaşa təsir tədbirlərindən istifadə edilməyə başlandı. 
Dünya  bazarında  rəqabətin  güclənməsi,  daxili  bazarın 
qorunması, əhalinin məşğulluğunun təmin edilməsi xarici döv-
lətləri  öz  istehsalçılarının  və  kommersantlarının  mənafeyini 
aktiv  surətdə  müdafiə  etməyi  tələb  edir,  eyni  zamanda  isə 
onları  siyasi-iqtisadi  münaqişələrə  girməyə  təhrik  edir.  Məhz 
ona  görə  də,  azad  ticarət  zonalarının,  gömrük  ittifaqlarının 
yaradılması dünya təsərrüfatının strukturunda əsaslı dəyişiklik-
lər  edilməsini  tələb  etmir.  Ölkələrin  iqtisadi  bloklarda  birləş-
məsi  heç  də  azad  ticarət  ideyalarının  reallaşmasında  mütləq 
tərəqqi əldə edilməsi və ya proteksionizm prinsipləri qarşısında 
məğlubiyyət  deyildir.  Məsələn,  gömrük  ittifaqı  azad  ticarətlə 
proteksionizm vəhdətliyi arasında ziddiyyət olduğunu göstərir. 
«Azad  ticarət»  və  ya  proteksionizm  dilemması  fəaliyyət 
göstərmir.  O,  xarici  ticarət  münasibətlərinin  digər  qütbünə 
keçirilir,  bunun  da  nəticəsində  qrup  dövlətlərin  üçüncü 
ölkələrlə  münasibətdə  iqtisadi  siyasəti  seçməkdə  qərar  qəbul 
edilməsini müəyyən edir. 
Məsələn,  1996-cı  ildə  Avropa  İttifaqı  ilə  Cənubi  Ame-
rika Ümumi Bazarına (MERKOSUR) daxil olan Braziliya ara-
sında bir neçə münaqişə baş vermişdir. Braziliya bir neçə dəfə 
Avropa İttifaqına idxal olunan toyuq və hindtoyuğu ətinin tarif 
dərəcəsinə  görə  öz  etirazını  bildirmişdir.  «Toyuq  problemi» 
eyni zamanda ABŞ və Çin arasında olan münasibətləri mürək-


19 
 
kəbləşdirdi.  Çin  hökuməti  qeyri-tarif  tənzimlənmələri  baxı-
mından  ABŞ-ın  10  ştatından  karantin  tədbirləri  ilə  əlaqədar 
toyuq əti idxalını qadağan etdi. 
Xarici-ticarət  iqtisadi  əlaqələr  sistemində  Avropa  İt-
tifaqı  ilə  ABŞ  arasında  dövri  olaraq  ticarət  müharibəsi  baş 
verir.  Belə  ki,  təxminən  üç  il  (1993-1997)  Avropa  İttifaqı  ilə 
ABŞ,  Latın  Amerikası  ölkələri  arasında  «banan  müharibəsi» 
baş verdi. 
Göstərilənlər baxımından bəzən ölkələr arasında əmələ 
gələn digər ziddiyyətlər, sonralar ticarət münaqişələrinə gətirib 
çıxarır. Müqabil tərəf isə öz növbəsində istehsalçılarını müda-
fiə etmək üçün inzibati tədbirlər – nəqliyyat növü və lazım olan 
əlavə sənədlərin tələb olunmasına, nəqliyyatın yüklənməsi şərt-
lərini, əmtəələrin növü və çeşidinə olan tələbləri, ciddi yoxlama 
– nəzarət sistemi tədbirlərini və s. tətbiq edirlər. 
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə