QəRİbov asəF ƏZİzov anar



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə17/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   112
Beynelxalq ticaret emeliyyatlari

 
 
 
  
                                                     
 
 
 
 
 
 
 
 
 
 



 
I FƏSİL. Beynəlxalq münasibətlər sistemində  
xarici ticarətin yeri və rolu 
1.1. Dövlətin xarici ticarət siyasəti və beynəlxalq 
ticarətin təşkili 
 
Xarici  ticarət  siyasəti  dövlət  tədbirləri  sistemi  olub, 
xarici  iqtisadi  fəaliyyətin  tənzimlənməsinə  yönəlməklə,  maddi 
istehsalın  strukturunda,  iqtisadiyyatın  idarə  edilməsində  baş 
verən real prosesləri əks etdirir. Xarici ticarət siyasətinin bütün 
tarixi  əsas  iki  istiqamətin  -  fritrederçilik  (liberallaşma)  və 
proteksionizmin mübarizəsi nəticəsində yaranmışdır.
 
Müharibədən sonrakı dövrdə dağılan iqtisadiyyatın bər-
pa  edilməsi  prosesi  gedərkən,  xarici  ticarət  siyasətində  başlıca 
istiqamət  proteksionizm  (himayədarlıq)  olmuşdur.  Bu  isə 
dünya təsərrüfatında o dövrün iqtisadi inkişaf tələblərinə tam-
amilə  cavab  verirdi.  Göstərilən  xətt  o  vaxtlarda  hakim  olan 
Keyns nəzəriyyəsinə əsaslanırdı. Dünya təsərrüfatının artımı və 
möhkəmlənməsi ilə əlaqədar olaraq geniş, qeyri-məhdud xarici 
iqtisadi  əlaqələrə  tələbat  artdı.  Ona  görə  də,  proteksionizm 
tədricən liberallaşma ilə əvəz olundu.
 
Müharibədən sonra iqtisadi yenidənqurma eyni zaman-
da  beynəlxalq  ticarətə  də  şamil  edildi.  Onun  mühüm  əlaməti 
dəqiq  təşkilati  struktura  malik  dünya  ticarəti  yaratmaq  və 
tədricən  liberalizm  prinsiplərinə  keçmək  idi.  80-90-cı  illərdə 
beynəlxalq ticarətin təşkilində qarşıya çıxan məsələləri xarakte-
rizə  edərkən  fransız  tədqiqatçısı  M.Pebro  yazırdı:  «Sadəlövh 
sərbəst  ticarətlə  zərif  proteksionizm  arasında  bərabərlik  axta-
rıb  tapılmalıdır.  Bu  bərabərlik  eyni  zamanda  dünya  iqtisadiy-
yatının qlobal tərəqqisi üçün daha əlverişlidir, eyni zamanda o 
daha çox sərbəst ticarətə üz çevirmişdir». 
Bu  əlamətlərin  reallaşmasını  1947-ci  ildə  ABŞ-ın  razı-
lığı ilə yaradılmış QATT (Ticarət və Tariflər üzrə Baş Saziş) öz 


10 
 
üzərinə götürmüşdür. O vaxtlar bu müqaviləyə 23 dövlət imza 
atmışdılarsa, indi dünyanın 150-dən çox dövləti onun üzvüdür. 
QATT-ın  fəaliyyəti  beynəlxalq  ticarətin  liberallaş-
masına, gömrük və digər məhdudiyyətlərin aradan qaldırılma-
sına  yönəldilmişdir.  QATT  çərçivəsində  danışıqlar  aparılması 
tədricən idxal  tariflərinin  azalmasına səbəb olmuşdur.  Belə ki, 
danışıqlar  nəticəsində  50-ci  illərin  axırında  razılığa  əsasən 
tariflər  25-30%  azaldılmışdır.  Danışıqların  sonrakı  mərhələlə-
rində  (1967-1972)  tariflər  daha  36%  aşağı  salındı.  Uruqvay 
görüşləri  (1985-1988)  prinsipial  əhəmiyyətə  malikdir.  Burada 
107  dövlət  iştirak  edirdi.  Bu  görüşlərdə  (danışıqlarda)  daha 
açıq və maneəsiz xarici ticarət üçün şərait yaradan xarici ticarət 
liberalizm  prinsipləri  qəbul  olundu.  Bu  prinsiplərdən:  ədalətli 
rəqabət  üçün  Şərait  yaratmaq,  dempinqlə  mübarizə;  diskrimi-
nasiya  tədbirlərinin  qadağan  edilməsi;  kəmiyyət  məhdudiy-
yətlərinin aradan qaldırılması, inkişaf etməkdə olan ölkələrdən 
sənaye  mallarının  xüsusi  ixrac  rejiminin  formalaşmasını 
göstərmək olar. 
Uruqvay danışıqları Vyana Konvesiyası (1980) tərəfin-
dən  elan  edilmiş  şərt  və  standartları  təsdiq  etdi.  Xarici  ticarət 
qiymətlərində  idxal  vergilərini  6-8%-ə  qədər  azaldanlara  tica-
rətdə daha əlverişli rejim imkanı vermək şərti işlənib hazırlan-
dı.  Digər  tərəfdən,  intellektual  mülkiyyət  hüquqlarını  qoruyan 
qaydalar  haqqında  razılıq  əldə  edildi.  Uruqvay  danışıqlarında 
ABŞ, Qərbi Avropa və  Cənub-Şərqi Asiya dövlətləri arasında 
kənd təsərrüfatı mallarının ticarət şərtləri haqqında olan kəskin 
ziddiyyətlər  əsasən  həll  olundu.  Ticarət  və  Tariflər  haqqında 
Baş  Şura  (QATT-TTBS)  bütün  iştirakçı  dövlətlərə  kənd 
təsərrüfatı  məhsullarının  ixracını  birbaşa  maliyyələşdirməkdən 
imtina etməyi tövsiyə etdi. 
SSRİ QATT-ın fəaliyyətində iştirak etmirdi, lakin 80-cı 
illərin sonunda onlara yaxınlaşmaq haqqında addımlar atıldı və 
1990-cı  ildə  SSRİ  QATT-da  müşahidəçi  statusu  aldı.  Hal-


11 
 
hazırda Azərbaycan Beynəlxalq Ticarət Təşkilatının üzvlüyünə 
daxil  olmağa  hazırlaşır.  Bu  təşkilata  daxil  olma  dünya 
təsərrüfatına  daxil  olmanın  mühüm  şərtidir.  ÜTT-yə  daxil 
olmanın  əsas  şərti  gömrük  tarifləri  dərəcələrinin  əhəmiyyətli 
dərəcədə  azaldılması  və  xarici  ticarət  subsidiyalarının  ləğv 
edilməsidir. ÜTT üzvlüyünün bir çox üstünlükləri vardır. 
Son  illərdə  beynəlxalq  ticarətdə  razılaşdırılmış  prinsip-
lərdən  istifadə  edilməsi  nəticəsində  dünya  ixracında  emaledici 
sənaye məhsullarının xüsusi çəkisi artaraq 60%-ə, xidmətlər, o 
cümlədən informasiya  24%-ə çatmış, bununla bərabər ixracda 
yanacaq-xammalın  xüsusi  çəkisi  10%-ə  enmişdir.  Ticarət  mü-
qavilələri  istehsal  kooperasiyası,  elmi-texniki  əməkdaşlıqla 
qarşılıqlı əlaqədə inkişaf edir. 
Hal-hazırda  beynəlxalq  ticarət  ayrı-ayrı  əmtəə  bazarla-
rının qarşılıqlı əlaqəsi əsasında fəaliyyət göstərir. Dünya bazarı 
məhsul  (əmtəə)  növlərinə  görə  seqmentlərə  bölünmüşdür. 
Əmtəə  bazarlarından  hər  biri  oliqopolistik  (oliqopoliya  – 
bazardakı  satıcıların  bir-birinin  hərəkətlərini  qiymətləndirdik-
ləri  vəziyyətdir)  struktur  kimi  formalaşır  və  bir  neçə  iri 
istehsalçı  firmalar  hakim  mövqe  tutur.  Bu  strukturlar  beynəl-
xalq  əmtəə  müqavilələri  ilə  idarə  olunurlar.  Bununla  birlikdə 
hər bir bazar digər bazarlarla qarşılıqlı əlaqəyə və təsirə malik-
dirlər və rəqabət  münasibətləri əsasında ümumi  dünya məkanı 
yaradırlar. 
Dünya ictimaiyyəti dünya ticarətinin rəqabət xarakterini 
saxlamaq üçün bütün mövcud imkanlardan istifadə edir, bu isə 
ticarətin  inkişafına  səbəb  olmaqla,  iqtisadi  inkişaf  tempinin 
sürətlənməsinə bilavasitə təsir göstərir. 
Dünya  bazarı  mürəkkəb  struktura  malikdir.  Lakin  onu 
iki  iri  struktura  bölmək  olar.  Birinci  struktur  institusional-
təşkilati  prinsiplə  əlaqədardır.  Burada  bazar  proseslərini  idarə 
etmək üçün institutlar formalaşır və beynəlxalq təşkilatlar mü-
hüm  rol oynayır.  İkinci  səviyyə daha mühümdür və bu bazar-


12 
 
ların  məhsullara  görə  və  ayrı-ayrı  məhsulların  istehlak  xüsu-
siyyətlərinə görə fərqlənirlər. Bu meyara görə iri əmtəə növlə-
rinə görə bazarlar aşağıdakı kimi təsnifləşdirilir: 
1) yanacaq-energetika və xammal; 
2) maşın və avadanlıqlar; 
3) metallar, kimya, meşə materialları; 
4) kənd təsərrüfatı xammalı və ərzaq məhsulları; 
5) geniş istehlak edilən sənaye malları. 
Göstərilən  mal  qrupları  istər  istehsal  texnologiyasına, 
istərsə də istehlak təyinatına görə, bir-birindən əhəmiyyətli də-
rəcədə  fərqlənirlər.  Yanacaq-energetika  və  xammal  bazarı  bir 
sıra  mühüm  xüsusiyyətlərinə  görə  xarakterizə  olunurlar:  bu 
məhsulların  istehsal şərtləri məhduddur və  demək olar ki,  tək-
rar  istehsal  olunmur  və  kapital  tutumludur,  istehlak  nöqteyi-
nəzərindən onun məhsulları hər bir istehsal-təsərrüfat fəaliyyəti 
üçün əsas təşkil edirlər,  belə ki,  yanacaq və ilkin  xammal  hər 
bir məhsul istehsalının əsasını təşkil edir.  
 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə