Qаz хiDMƏTİ İŞÇİSİNİn sоrğu kitаbi



Yüklə 12,82 Mb.
Pdf görüntüsü
səhifə22/147
tarix07.06.2022
ölçüsü12,82 Mb.
#88954
1   ...   18   19   20   21   22   23   24   25   ...   147
504511415-Qaz-Xidməti-Işcisinin-Sorğu-Kitabı-2013

 
 
Sahənin 
uzunluğu, km 
Qa
z k
əm
ərind
ə 

zyiq 
p
, kqq/s
m
2
Va
xt
t
, d
əqiq
ə 
Kran, m=0,4 
Kran, m=0,6 


74 
Mаgistrаl qаz kəmərləri üzərində qurаşdırılmаsı 
vаcib оlаn qаz qurğulаrı
Təsnifаtı və təyinаtındаn аsılı оlаrаq mаgistrаl qаz kəmərləri 
üzərində хətti bаğlаyıcı qurğulаr, ölçü qоvşаqlаrı, kоmprеssоr 
stаnsiyаlаrı, qаz-pаylаyıcı stаnsiyаlаr, yеrаltı qаz аnbаrlаrı, polad qaz 
kəmərlərinin kоrrоziyаdаn mühafizə еdilməsi üçün kаtоd stаnsiyаlаrı, 
drеnаj qurğulаrı və rаbitə sistеmi inşа еdilir. Mаgistrаl qаz 
kəmərlərinin uzunluğu bоyu, kəmər üzərindəki qurğulаrın təsnifаtındаn 
аsılı оlаrаq mühаfizə zоlаqlаrının gözlənilməsi mütləq vаcibdir. 
Mаgistrаl qаz kəmərlərinin mühafizə zonası
“Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri 
Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası 
Nazirlər Kabinetinin 21 iyun 1999-cu il, 103 saylı Qərarına əsasən 
boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına 
normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq 
məqsədi ilə mühafizə zonası təyin edilir:

boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti 
xətlərlə
50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. 
Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru 
kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 
25 metrdən keçən torpaq sahəsi mühafizə zonası
 
üçün 
ayrılmalıdır; 

çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin 
orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq 
sahəsi mühafizə zonası üçün ayrılmalıdır; 

kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı 
qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta 
oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi 
mühafizə zonası
 
üçün ayrılmalıdır;

boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun 
dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar 
xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır;

kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft 
və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza 
vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində 


75 
göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m 
olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində 
olmalıdır;

baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, 
çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz 
məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə 
körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft 
məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən 
obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə 
hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır.
Boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, 
torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən 
alınmır, Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd 
təsərrüfatı və s. işlər üçün istifadə edilir. Boru kəmərlərinin mühafizə 
zonalarında, kənd təsərrüfatı tarla işlərinin suvarma və yığım işlərinin 
başlanması haqqında, torpaq istifadəçiləri mülkiyyətçilər və icarəçilər 
tərəfindən, boru kəmərlərini istismar edən hüquqi şəxslər əvvəlcədən 
məlumatlandırılmalıdırlar. Boru kəmərlərinin mühafizə zonalarında, 
onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun 
yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin 
aparılması qadağandır:
a) hər hansı tikinti və ya quraşdırma işləri;
b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, 
gübrə və materialların yığılması, ot və samanların taya vurulması, 
heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq 
və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və 
yığılması;
c) 
boru 
kəmərlərinin 
üstündən və yanından keçidlərin 
düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və 
mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan 
salınması;
ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma 
sistemlərinin quraşdırılması;
d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin 
düzləndirmə işləri;
e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən 
nümunə götürülməsi məqsədi ilə geoloji-seysmik, geodeziya və 
başqa axtarış işləri.


76 
Boru kəmərlərinin mühafizə zonasında
 
iş aparılmasına yazılı 
şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərlərinin 
mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru 
kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru 
kəmərlərini istismar edən Dövlət Neft Şirkətinin yerli orqanları 
tərəfindən təyin edilir və müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar 
Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir.
Boru kəmərlərinin texniki vəziyyəti ilə əlaqədar, baş verə biləcək 
qəzaların qarşısını almaq üçün, təmir işlərinin aparılması tələb 
olunduğu halda, boru kəmərlərini istismar edən hüquqi şəxslər, Dövlət 
Neft Şirkəti, onun yerli orqanları tərəfindən, torpaq istifadəçilərinə, 
mülkiyyətçilərinə və icarəçilərinə əvvəlcədən bildirməklə, magistral 
boru kəmərlərinin layihələndirilməsi qaydaları və tikinti normalarında 
verilmiş boru kəmərlərinin mərkəzi oxundan şəhər və digər yaşayış 
məntəqələrinə qədər olan ərazilərdə müvəqqəti olaraq (təmirin sonuna 
qədər), minimal məsafələrlə məhdudlaşdırılmasına ixtiyar verilir. 
Çoxsaylı qarışıq boru kəmərlərində göstərilən məsafə kənar boru 
kəmərlərinin orta xəttindən təyin edilir. Boru kəmərlərinin mühafizə 
zonalarında
 
onların normal istismarını pozan və yaxud boru 
kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin 
görülməsinə yol verilmir, o cümlədən:

nəzarət ölçü məntəqələrinin, göstərici və sınaq nişanlarının 
yerlərinin dəyişdirilməsi, üstlərinin örtülməsi və sındırılması;

xidmət olunmayan gücləndirici rabitə kabelləri məntəqələri 
qapaqlarının, doqqazlarının və qapılarının armatur xətti qovşağı 
çəpərinin, katod və drenaj mühafizəsi stansiyasının, xətti və baxış 
quyularının, başqa xətti qurğuların açılması, kranların və 
siyirtmələrin açılıb bağlanması, rabitə, elektrik təchizatı və 
telemexanika vasitələrinin açılması və bağlanması;

hər cür zibilxanaların yaradılması, turşu məhlulunun, duzların və 
qələvilərin tökülməsi 

boru 
kəmərlərini 
dağılmalardan 
qoruyan, 
sahilbərkitmə 
tikintilərinin, su buraxıcı qurğularının, torpaq və başqa tikililərin 
(qurğuların) və ona bitişik olan sahənin dağıdılması;

lövbərin salınması, salınmış lövbərlərlə, zəncirlərlə, dərinlik 
ölçənlərlə, balıq toru və trallarla keçmək, dərinləşdirmə və 
torpaqqazma işləri aparmaq;


77 

od yandırmaq və hər hansı açıq və bağlı od mənbələri 
yerləşdirmək. 

Yüklə 12,82 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə