Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə31/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   23   24   25   26   27   28   29   30   31

­  62 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

holland dənizçilərinin bu hərəkətlərinə haqq qazandırmaq istəyirdi. Lakin bu, yalnız mürəkkəb

beynəlxalq əlaqələri anlamaq üçün ilk cəhd idi. Bu sahədə əldə olunan əlavə biliklər “Müharibə

və sülh hüququ haqqında” fundamental oçerkin yazılması ilə nəticələndi.

Qrotsi uzun illər İspaniya ilə mübarizənin hüquqi carçısı olsa da, onun ideyalarının əksəriyyəti

məhz təbii hüquq nəzəriyyəsinə və 16‐cı əsr ispan katolik mütəfəkkirlərinin yazılarına söykənirdi.

Hüqo Qrotsi bu nəzəriyyələrin “yeni” təbii hüququn formalaşmasında böyük rol oynayan müasir

sintezini yaratmışdı. O, ilk dəfə olaraq bunu dini fərziyyələr sferasından çıxarmağa, siyasi və sosial

əsaslara yönləndirməyə çalışmışdı.

Qrotsi  ictimai  həyatda  şəxsiyyətin

üstünlüklərini  və  o  vaxta  qədər  heç  cür

fərqləndirilə  bilinməyən   “hüquq”  və

“qanun”  anlayışları  arasındakı  fərqləri

müəyyən etdi. Artıq “hüquq” adı altında

istənilən qanunvericiliyin əsası ola bilən,

fərdə  doğulduğu  andan  xas  olan  hüquq

anlaşılırdı.  Bundan  başqa,  Qrotsi  hesab

edirdi  ki, icma  (xalq)  öz  idarəetmə

formasını seçməkdə və ali hakimiyyətin

fəaliyyət sərhədlərini müəyyən etməkdə

tam hüquqa malikdir. “Xalq idarəetmənin

bu  və  ya  digər  formasını  seçməkdə

müstəqildir 

və 


bunu 

idarəetmə

formasının faydaları nöqteyi‐nəzərindən

deyil,  xalqın  iradə  ifadəsinin  həyata

keçirilməsi 

nöqteyi‐nəzərindən

qiymətləndirmək  lazımdır”.  Bu  ideyaların  keçmişdə  mövcud  olmasına  baxmayaraq,  onun

möhkəmləndirilməsində Qrotsinin fikirləri mükəmməl inqilabi xarakter daşımışdır.

Hollandiya və İspaniya arasında baş vermiş müharibənin birbaşa şahidi kimi Qrotsi müharibə və

sülh  anlayışlarını hüquqi  nöqteyi‐nəzərdən  qiymətləndirməyə  çalışmışdır.  Onun  fikrincə,

müharibə  təbii  hüquq  qaydalarına  tamamilə  ziddir.  Onun  üçün  “ədalətli  müharibə”  termini

prinsipial şəkildə əhəmiyyətli rol oynayırdı.

Hələ  çox  əvvəllər  belə  bir  fikir  mövcud  idi  ki,  müharibələr  həmişə  eyni  deyildir.  Ədalətli

müharibələr ənənəvi olaraq din uğrunda mübarizə adı altında təşkil olunan xaç yürüşləri hesab

edilirdi. Qrotsi isə təcrübəli biri kimi ədalətli müharibəni müdafiə məqsədilə aparılan müharibə,

yəni, öz dövlətinin ərazi bütövlüyü və vətəndaşların mülkiyyətinin qorunması naminə aparılan

müharibə  hesab  edirdi.  Qəsbkarlığa  istənilən  cəhd  ‐  ədalətsizlikdir.  Lakin  Qrotsi  inanırdı  ki,

müharibələr  sonradan  tərəflərin  zərər  və  qazancını  müəyyən  etmək  üçün  sülh  müqaviləsinin

bağlanması məqsədilə aparılır və müharibə deyil, yalnız sülh yolu ilə buna hüquqi cəhətdən yol

verilə bilər. Buna görə də Qrotsiyə görə sülh müharibənin sonu deyil, onun başlıca məqsədi idi.

Maraqlıdır ki, “sülh” kontekstində Qrotsi pasifizmin banisi kimi çıxış edir. Lakin onun gətirdiyi

yeniliklər hüquq tarixi ilə yanaşı, qərb insanının həyat və statusunu (vəziyyətini) da dəyişdirdi.




­  63 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

“Sualınıza vəkil cavab versin!” rubrikası

*

Sual 1: Mənim 6 il iş stajim var. Ali təhsilliyəm. Mən



noyabr  ayının  1‐dən  əmək  məzuniyyətindəyəm.

Mənim məzuniyyətim neçə gündür? Həmin ayda olan

bayram günlərinin pulu ödənilir? 1 sualım da var.

Qızımın doğum haqqında şəhadətnaməsində soyadı

“Həsənova” yazılıb. Biz ona milli soyad yəni, “Həsənli”

soyadını vermək istəyirik. Bunun üçün nə etməliyik?

Cavab: Azərbaycan  Respublikası Əmək  Məcəlləsinin

114‐cü maddəsinin 2‐ci hissəsinə görə işçilərə ödənişli

əsas  məzuniyyət  21  təqvim  günündən  az  olmayaraq

verilməlidir. Həmin maddənin 3‐cü hissəsində göstərilən işçilərə isə ödənişli əsas məzuniyyət 30

təqvim günü müddətində verilməlidir. Adı çəkilən Məcəllənin 116‐cı maddəsinin 1‐ci hissəsinə

görə  işçinin  beş  ildən  on  ilədək  əmək  stajı  olduqda,  ona  2  təqvim  günü  müddətində  əlavə

məzuniyyət verilir. Qeyd edək ki, Əmək Məcəlləsinin 114‐cü maddəsinin 6‐cı hissəsinə görə əmək

məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim

günlərinə  daxil  edilmir  və  ödənilmir. İkinci  sualınızla  bağlı  onu  qeyd  edək  ki,  Azərbaycan

Respublikasının Nazirlər Kabinetinin 79 nömrəli, 12 may 2011‐ci il tarixli Qərarı ilə təsdiq edilmiş

“Adın,  ata  adının  və  soyadın  verilməsi  və  dəyişdirilməsi  Qaydaları”nın  5.1‐ci  bəndinə  görə 18

yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni

nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata

keçirilir. Qaydaların 5.2‐ci bəndinə görə 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun

razılığı ilə dəyişdirilir. Qaydaların 5.3‐cü bəndinə görə soyadın sonluğuna dəyişiklik edilməsi ilə

əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. Qaydaların

5.4‐cü bəndinə görə soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri

və  ya  müvafiq  aktın  olduğu  yer  üzrə  qeydiyyat  şöbəsinə  və  ya  konsulluğa  verilir.  Müvafiq  akt

qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş

qeydiyyat  şöbəsində  və  ya  konsulluqda  olduqda,  soyadın  sonluğuna  dəyişiklik  orada  edilir  və

əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir.

Sual  2:  Mənim  3  sot  torpağım  var,  torpağın  sənədi  (“Kupça”sı)  də  var.  Orada  ev  tikmək

istəyirəm. Mən haradan və necə ev tikmək üçün sənəd ala bilərəm?

Cavab: Yeni qəbul olunmuş Şəhərsalma və Tikinti Məcəlləsində fərdi yaşayış evləri ilə bağlı icazə

icraatı deyil, məlumatlandırma icraatının tətbiqi nəzərdə tutulub. Belə ki, sözügedən Məcəllənin

80‐ci  maddəsində  qeyd  olunur  ki,  mərtəbələrinin  sayı  3‐dən,  hündürlüyü  12  metrdən  və

aşırımlarının  uzunluğu  6  metrdən  çox  olmayan  yaşayış  evlərinin  tikintisi  ilə  bağlı

məlumatlandırma  icraatı  həyata  keçirilir  və  onların  tikintisi  üçün  tikinti  layihəsinin  yalnız

memarlıq‐planlaşdırma  bölməsinin  hazırlanması  tələb  olunur.  Barəsində  məlumatlandırma

icraatının  tətbiq  edildiyi  yaşayış  evlərinin  tikintisinə  icazənin  alınması  tələb  olunmur.  Həmin

yaşayış evinin tikinti layihəsinin memarlıq‐planlaşdırma bölməsi müvafiq ərazidə qüvvədə olan

müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir.  Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti

niyyəti  barədə  yerli  icra  hakimiyyəti  orqanına  məlumat  verir  və  yaşayış  evinin  layihəsinin

memarlıq‐planlaşdırma  bölməsini  yuxarıda  qeyd  olunan  tələblərə  uyğunluğunun  yoxlanılması

üçün həmin orqana təqdim edir. Yerli icra hakimiyyəti orqanı tərəfindən 3 ay müddətində layihəyə




­  64 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

dair  irad  sifarişçiyə  təqdim  edilmədikdə,  sifarişçi  tikinti  işlərinə  başlaya  bilər.  Barəsində

məlumatlandırma icraatı tətbiq edilən yaşayış evinin tikinti layihəsinin memarlıq‐planlaşdırma

bölməsinə  uyğun  tikilməsinə  nəzarəti  müvafiq  icra  hakimiyyəti  orqanı  (Azərbaycan

Respublikasının Fövqəladə Hallar Nazirliyi) həyata keçirir.

Sual 3: Mən Qusar rayonunda qeydiyyatdayam. İstəyirəm Bakı qeydiyyatına düşüm. Bunun

üçün hansı sənədlər lazımdı və dövlət rüsumu tutulurmu?

Cavab:  “Yaşayış  yeri  və  olduğu  yer  üzrə  qeydiyyat  haqqında”  qanuna  görə,  yaşayış  yerini

dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata

alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal

qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi

haqqında”  Azərbaycan  Respublikası  Qanununa  müvafiq  olaraq  şəxsiyyət  vəsiqəsi  verməlidir.

Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə‐anketlə birlikdə aşağıdakı sənədləri

təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə

köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında

daşınmaz  əmlakın  dövlət  reyestrindən  çıxarış,  order,  icarə  və  ya  kirayə  müqaviləsi,  yaxud

Azərbaycan  Respublikası  qanunvericiliyində  nəzərdə  tutulmuş  başqa  sənəd)  və  ya  vətəndaşa

yaşayış sahəsi verən şəxsin ərizəsi.

Sual 4:  Əgər ailə boşanırsa, uşaqlar kimdə qalmalıdır?

Cavab: Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin 22.2.1‐ci  maddəsinə  görə  məhkəmə

boşanmadan  sonra  yetkinlik  yaşına  çatmayan  uşaqların  valideynlərindən  hansının  yanında

qaldığını  müəyyən  etməlidir.  Adıçəkilən  Məcəllənin  60.4‐cü  maddəsinə  görə  valideynlər  ayrı

yaşadıqda  uşaqların  yaşayış  yeri  onların  razılığı  ilə  həll  edilir.  Valideynlər  arasında  razılıq

olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları

(uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və

digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə

almaqla həll edir. Həmin Məcəllənin 52‐ci maddəsinə görə uşaq ailədə onun maraqlarına toxunan

istənilən  məsələnin  həlli  zamanı  öz  fikrini  bildirmək,  habelə  məhkəmə  istintaqı  və  inzibati

araşdırmaların  gedişində  dinlənilmək  hüququna  malikdir.  Onun  maraqlarına  zidd  olan  hallar

istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.

Məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır. Burada uşağın yaşından

çox şey asılıdır. Bir qayda olaraq, 14 yaşına çatmamış uşaqlar məhkəmə tərəfindən analarının

yanında saxlanılır. BMT Baş Məclisinin 1386 (XIV) nömrəli, 20 noyabr 1959‐cu il tarixli qətnaməsi

ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6‐cı prinsipinə görə azyaşlı uşaq müstəsna

hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi

və  inkişafı  ilə  məşğul  olmaq  imkanından  məhrum  olmasına  dəlalət  edən  hallar  başa  düşülür.

Məsələn,  ananın  psixi  xəstəliyi,  narkomaniya,  alkoqolizm  və  ağır  xəstəlikdən  əziyyət  çəkməsi,

uşaqla  qəddar  rəftara  yol  verməsi,  onlara  qarşı  psixi  və  fiziki  zor  tətbiq  etməsi,  valideynlik

hüquqlarından sui‐istifadə etməsi və s. Məhkəmə qeyd edilən müstəsna hallarda, uşaq atasının

yanında  saxlanıla  bilər.  On  yaşına  çatmış  uşaqların  valideynlərdən  hansının  yanında  qalması

məsələsi məhkəmə tərəfindən uşağın mənafelərindən çıxış edilərək və uşağın fikri mütləq nəzərə

alınaraq həll olunur. Bu halda, atanın, uşağın onun yanında qalması şansı müəyyən qədər artır.

Məhkəmə uşağın yaşını, onun hər iki valideynə, bacı və qardaşına bağlılığını, valideynlərin əxlaqi

və  digər  dəyərlərini,  valideynin  iş  rejimi  də  nəzərə  alınmaqla  onun  uşağı  tərbiyə  etməsinin

mümkünlüyünü,  valideynlərin  maddi  və  ailə  vəziyyətlərini  nəzərə  alır.  Qeyd  edək  ki,

valideynlərdən birinin maddi‐məişət şəraitinin yüksək olması özü‐özlüyündə uşağın onun yanında

qalmsı tələbinin təmini üçün ona mütləq və şərtsiz üstünlük vermir.




A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

­  65 ­



Sual 5:  Mənim bir yaxınım var, rayonda ailə qurduğu yerdə qeydiyyatdadır. Boşanmaq üçün

hansı rayon məhkəməsinə müraciət etsin?

Cavab: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1‐ci maddəsinə görə qanunla

başqa  hal  nəzərdə  tutulmamışdırsa,  iddia  cavabdehin  rəsmi  qeydə  alındığı  yerin  məhkəməsinə

verilir. Sözügedən  Məcəllənin  36.1‐ci  maddəsinə  görə  yaşayış  yeri  məlum  olmayan,  yaxud

Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə

görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Həmin Məcəllənin 36.5‐ci maddəsinə

görə iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə

cavabdehin  yaşadığı  yerə  getməyə  çətinlik  çəkdikdə  nikahın  pozulması  haqqındakı  iddialar

iddiaçının yaşadığı yerə görə verilə bilər.



Sual 6: Nikah müqaviləsinin şətləri nədir?

Cavab: Nikah  müqaviləsi və  onun  məzmunu  Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  38‐ci

maddəsində  təsbit  edilmişdir.  Həmin  maddəyə  görə  nikah  müqaviləsi  nikaha  daxil  olan  şəxslər

arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər‐arvadın əmlak hüquqlarını və

vəzifələrini  müəyyən  edən  sazişdir.  Nikah  müqaviləsi  ilə  ər‐arvad  birgə  mülkiyyətin  qanunla

müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı‐ayrı növlərinə və ya ər‐arvadın

hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Nikah müqaviləsi

ər‐arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər‐arvad nikah

müqaviləsində bir‐birinin qarşılıqlı saxlanması, bir‐birinin gəlirlərində iştirak üsulları, hər birinin

ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək

əmlakı və ər‐arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək

hüququna  malikdirlər.  Nikah  müqaviləsində  nəzərdə  tutulmuş  hüquq  və  vəzifələr  müəyyən

müddətlərlə məhdudlaşa bilər, müxtəlif şəraitin yaranıb‐yaranmamasından asılı ola bilər. Nikah

müqaviləsində  ər‐arvadın  hüquq  və  fəaliyyət  qabiliyyətini,  öz  hüquqlarının  müdafiəsi  üçün

məhkəməyə  müraciət  etmək  hüququnu,  uşaqlara  münasibətdə  hüquq  və  vəzifələrini,  eləcə  də

ər‐arvad  arasındakı  şəxsi  qeyri‐əmlak  münasibətlərini  tənzimləyən,  ehtiyacı  olan  və  əmək

qabiliyyəti  olmayan  ərinv(arvadın)  saxlanılması  üçün  vəsait  almaq  hüququnu  məhdudlaşdıran,

ər‐arvaddan  birini  çox  əlverişsiz  vəziyyətə  salan  və  ailə  qanunvericiliyinin  əsaslarına  zidd  olan

müddəalar nəzərdə tutula bilməz.



Sual 7: Övladım Türkiyədə anadan olmuşdur. Hal‐hazırda iki aylıqdır və mən onun üçün doğum

haqqında şəhadətnamə almaq istəyirəm. Bunun üçün hansı sənədlər lazımdır?

Cavab: Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

‐ valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;

­ valideynlərin nikah haqqında şəhadətnaməsi;

­ doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;

­ uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra

valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;

“Dövlət rüsumu haqqında” qanunun 13‐cü maddəsinə əsasən doğumun qeydə alınması və bu barədə

ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.



*‐ Rubrikada təqdim olunan suallar vəkil Dünyamin Novruzov tərəfindən cavablandırılmışdır.


Asudə

Qeyd: Bu rubrikada oxucularımızı vəkil Kamandar Nəsibovun öz asudə vaxtını necə

dəyərləndirməsi barədə məlumatlandıracağıq. Hörmətli vəkilimiz öz hobbisi ilə bağlı

balıqqulağı kolleksiyasının foto‐şəkillərini jurnalımızın oxucuları ilə bölüşmək qərarına

gəlmişdir.

­  66 ­



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

Şəkil 1: Adı “Jenneria pustulata”dır.

Ölçüsü 1,8‐2,7 sm‐dir. Meksika‐Peru

sahillərində, əsasən isti sularda rast gəlinir.

Şəkil 2: Filippin adalarının

simvollarindan biridir.

Şəkil 3: Adı “Papaina pulcherrima”dır.

Papua Yeni Qvineya ölkəsində Manus

adasında əsasən rast gəlinir. Ölçüsü 3,5 sm‐

dir. Yağışlı mövsümü bitdikdən sonra yaşıl

rəngi qəhvəyiyə çevrilir.

Şəkil 4: Adı “Thatcheria mirabilis”dir.

Yaponiya və Filippində rast gəlinir. Çox

müxtəlif formaları mövcuddur.

7‐12sm ölçüdə olur.


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

­  67 ­



Şəkil 5: Adı “Epitonium scalare”dir.

Tərcümədə “möcüzəli nərdivan” mənasını

daşıyır. Yaponiyada və Sakit Okeanın cənub‐

qərbində rast gəlinir. 60‐120 metr

dərinliklərdə olur. Ölçüsü 5‐7 sm‐dir.

Şəkil 6: Adı “Terebra maculate”dır. Tərcümədə

“xallı terebra” mənasını daşıyır. Ölçüsü 16‐25

sm‐dir. Əsasən tropik sularda (Hind və Sakit

okeanın kəsişdiyi yerlərdə) 10‐80 metr

dərinliklərdə  rast gəlinir.

Şəkil 7: Adı “Yepiskok mitrası”dır. Ölçüsü

13­18 sm‐dir. Hind və Sakit okeanlarında

35 metrə qədər dərinliklərdə rast gəlinir.

Şəkil 8: Adı “Gemmula unedo”dur. Çox böyük

ərazidə, Yaponiyadan Fars körfəzinə qədər

rast gəlinir. Ölçüsü 9 sm‐ə kimi olur.

Şəkil 9: Adı “Lambis crocata”dır. “Narıncı

lambis” mənasını verir. Hind və Sakit

okeanlarında 3‐30 metr dərinliyində rast

gəlinir. Ölçüsü 16‐20 sm olur.

Şəkil 10: Adı “Siratus alabaster”dir. Tayvan

və Filippində rast gəlinir. Ölçüsü 17‐22 sm‐

dir. 80‐150 metr dərinlikdə tapılır.


­  68 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

Şəkil 11:Adı “Symatium rubeculum”dur.

Tərcümədə “Qırmızımtıl triton” mənasını verir.

(Triton qədim yunan əsatirində yarı balıq, yarı

insan bədənli tanrıdır.). 4‐5,5 sm ölçülüdür.

Əsasən Hind və Sakit okeanlarında rast gəlinir.

Şəkil 12: Adı  “ Ctenocardia victor”dur. Sakit

Okeanın qərb hissəsində rast gəlinir. 100 metr

dərinliyə qədər olan ərazilərdə tapılır.

Ölçüsü 2,5 sm‐dir.

Şəkil 13: Adı “Tibia fusus”dur. Tərcümədə

“Tibiya oxu” mənasını verir. Ölçüsü 18‐31

sm­dir. Sakit okeanın cənub‐qərbində 4‐150

metr dərinliklərdə əsasən rast gəlinir.

Şəkil 14: Adı “Haustellum”dir. Ölçüsü 14‐18,5

sm‐dir. Hind və Sakit okeanda 5‐80 metr

dərinliklərdə rast gəlinir.

Şəkil 15: Adı “Cbicoreus palmarosae”dir.

Tərcümədə “Qızılgülün budağı” mənasını verir.

Ölçüsü 10 sm civarında olur. Əsasən Hind

okeanında ­ Filippin, Yeni Qvineya və Seylon

adalarında rast gəlinir.

Şəkil 16: Adı “Spondylus regius”dur. Tərcümədə

“Kral spondilyusu” mənasını verir. Ölçüsü 12‐

22,5 sm­dir. Sakit okeanın cənubunda 5‐50 metr

dərinlikdə rast gəlinir. Bu balıqqulağından

suvenirlərin hazırlanmasında istifadə edilir.

Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə