Qaydalar əsasında qurmalıdır Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə26/31
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26668
növüQaydalar
1   ...   23   24   25   26   27   28   29   30   31

­  52 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

Yerli mətbuat səhifələrindən

VƏRƏSƏLİK MÜNASİBƏTLƏRİNDƏ

MƏCBURİ PAYIN ƏHƏMİYYƏTİ

İnsanlar gündəlik həyatlarında və ya ömürlərinin hansısa

dönəmində vərəsəlik hüququ ilə rastlaşırlar. İnsanların

bu  sahədə  anlayışlarının  kasad  olması  və  bu  sahədə

maarifləndirmə işinin o qədər də effektiv aparılmaması

vətəndaşlara  ciddi  problemlər  yaradır.  Praktikada

vərəsəlik  münasibətləri  ilə  bağlı  olan  ölümlə  və  ya

sağlamlığa ağır zərər vurma ilə nəticələnən işlərin sayı

heç də az deyildir. Ən ağrılı məqam odur ki, bu cinayətin

iştirakçıları yaxın qohumlar, ailə üzvləri olur.

Azərbaycan  Hüquq  İslahatları  Mərkəzi  (AHİM)  İctimai

Birliyinin  rəhbəri,  Vəkillər  Kollegiyasının  Rəyasət  Heyətinin  üzvü  Anar  Bağırov  hesab  edir  ki,

vərəsəlik  münasibətləri  ilə  bağlı  vətəndaşlar  arasında  olan  konfliktlərin,  anlaşılmazlıqların

yaranmasının əsas səbəblərindən biri də vətəndaşların vərəsəlik hüququnda olan məcburi pay

anlayışı barədə məlumatlı olmamalarıdır.

O qeyd edib ki, vərəsəlik ya vəsiyyətnamə üzrə, ya da qanun üzrə (şəxs vəsiyyətnamə qoymadıqda,

ya  o  etibarsız  hesab  edildikdə,  ya  da  vəsiyyətnamədə  təyin  edilən  vərəsə  vərəsəliyi  qəbul

etmədikdə) keçir.

“Çox  zaman  vətəndaşlar  elə  bilirlər  ki,  vəsiyyətnamədə  mirasın  kimə  və  ya  kimlərə  veriləcəyi

göstərilibsə, mirasın tamamı yalnız göstərilən şəxslərə çatmalıdır. Mübahisələr də əsas buradan

doğur. Bu fikir əslində kökündən yanlışdır. Çünki vəsiyyətnamə tərtib edilsə də, vəsiyyətnamədə

vərəsə kimi kimlərin göstərilməsindən asılı olmayaraq , miras qoyanın yaxınları, yəni onun qanuni

vərəsələri  mütləq  mirasdan  məcburi  pay  almaq  hüququna  malikdirlər.  Buradan  belə  qənaətə

gəlmək olar ki, məcburi pay bəzən miras qoyanın iradəsinin tam əksinə də alına bilər. Belə ki, miras

qoyan vəsiyyətnamədə mirasdan məcburi pay almaq hüququ olan şəxsi, ümumiyyətlə, vərəsəlik

hüququndan məhrum edərsə, onun bu vəsiyyət sərəncamı həmin şəxsi heç də mirasdan məcburi

pay almaq hüququndan məhrum etmir. Mülki qanunvericikdə göstərilir ki, vərəsə məcburi pay

almaq  hüququndan  vəsiyyətnamə  ilə  deyil,  yalnız  məhkəmə  tərəfindən  məhrum  edilə  bilər”,

Bağırov deyib.

Mirasdan məcburi pay almaq hüququna malik olan şəxslərin siyahısına gəldikdə isə, vəkil qeyd

edib  ki,  bu  şəxslərin  dairəsi,  Azərbaycan  Respublikasının  Sovet  dövründə  qüvvədə  olan  Mülki

Məcəlləsindən  fərqli  olaraq  hazırda  qüvvədə  olan  Mülki  Məcəllədə  əhəmiyyətli  dərəcədə

genişləndirilmişdir.  Belə  ki,  köhnə  qanunvericilikdə  ,  məcburi  pay  almaq  hüququna  malik  olan

şəxslərin sırasına, yalnız miras qoyanın yetkinlik yaşına çatmamış və ya əmək qabiliyyəti olmayan

uşaqları  (o  cümlədən,  övladlığa  götürülənlər),  əmək  qabiliyyətinə  malik  olmayan  əri  (arvadı),

valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar malik idilər.

“Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə miras qoyanın bütün uşaqları, valideynləri və

arvadı (əri) məcburi pay almaq hüququna malikdirlər. Lakin, qeyd etmək lazımdır ki, bu barədə

Mülki  Məcəllənin  müvafiq  maddəsində  çatışmazlıq  vardır.  Belə  ki,  elə  Mülki  Məcəllədə

göstərilmişdir ki, övladlığa götürülən övladlığa götürənin uşaqlarına, övladlığa götürən övladlığa

götürülənin valideynlərinə bərabər tutulur. Buna görə də praktikada övladlığa götürülənlərin və

övladlığa götürənlərin mirasdan məcburi pay almaq hüquqları təmin edilməlidir”, o vurğulayıb.

Bağırovun sözlərinə görə, mirasda məcburi pay, qanun üzrə vərəsəlik zamanı məcburi pay alana



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ III nömrə

­  53 ­

çatası  payın  yarısını  təşkil  edir.  Bu  o  deməkdir  ki,  əgər  miras  qoyanın  heç  bir  vəsiyyətnaməsi

olmadığı halda, miras kimlərə hansı miqdarda çatacaqdısa, vəsiyyətnamə olduğu zaman həmin

miqdarın yarısı onlara çatmalıdır.

O bildirib ki, qanunvericiliyə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini

vəsiyyət edə bilər. Belə halda mirasdan məcburi pay almaq hüququna malik olan vərəsə məcburi

payını almaqla yanaşı, miras əmlakın vəsiyyət edilməmiş hissəsindən qanun üzrə vərəsə kimi pay

almaq hüququna da malikdir

“Daha bir məqam məcburi pay almaq hüququ olan vərəsənin onu qəbul etməsindən imtinası ilə

bağlıdır. Belə ki, bu imtina heç də digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. İmtina

edənin payı vəsiyyət üzrə vərəsələrə keçir”, vəkil deyib.

Bağırov  bildirib  ki,  son  zamanlar  ekspertlər  Azərbaycanda  məcburi  payla  bağlı  qanunda

dəyişikliklər edilməsinə və ya onun ümumiyyətlə ləğv edilməsini təklif edirlər. Bunu da onunla

əsaslandırırlar ki, mirasda məcburi pay hüququnun tanınması ilə vəsiyyət etmə hüququ və vəsiyyət

edənin mülkiyyət hüquqları əsassız olaraq məhdudlaşdırılıb.

“Belə ki, mülki qanunvericiliyə əsasən mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka

(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə

dövlət tərəfindən tanınan və qorunan hüquqları nəzərdə tutulur.  2000‐ci ilədək qüvvədə olan

Mülki  Məcəllədə  yalnız  həddi‐buluğa  çatmayan,  əmək  qabiliyyəti  olmayan  və  himayədə  olan

vərəsələrin məcburi pay hüququ tanınırdı”, o deyib.

Vəkil qeyd edib ki, bu fikirdə olan ekspertlər köhnə qanunvericiliyin mövqeyini ədalətli hesab edir

və bildirirlər ki, hər bir qanuni vərəsə üçün istənilən halda, vərəsəlik zamanı onlara çatası payın

yarısı qədər olsa da, vərəsəlik hüququnun tanınması ədalətli yanaşma deyil.



http://az.trend.az/news/society/2191502.html

NİKAH LƏĞV EDİLƏRKƏN UŞAQLARIN HÜQUQ VƏ

MƏNAFELƏRİ NECƏ QORUNMALIDIR?

Son  dövrlərdə Azərbaycanda  boşanmaların  sayı  xeyli

artmışdır.  Əgər  son  əvvəlki  iki  ilin  statistikasına  nəzər

salsaq bunu açıq‐aydın görə bilərik. Belə ki, 2011‐ci ildə

respulikamızda 88145 nikah bağlanması, 10747 nikahın

isə ləğv edilməsi qeydə alınmışdır. 2012‐ci il ərzində isə

78480  nikahın  bağlanmış,  11182  nikah  isə  ləğv

edilmişdir. Nikahların ləğv edilməsi 25‐34 yaş həddində olan şəxslər arasında olması daha çox

müşahidə edilir.

Bakı  Hüquq  Mərkəzi  (BHM)  hüquq  şirkətinin  hüquq  məsləhətçisi  Pərviz  Zamanlı  bildirir  ki,

nikahların ləğv edilməsindən, hər bir halda, daha çox bu nikahdan doğulmuş azyaşlı uşaqlar əziyyət

çəkir. Valideyinlər arasında baş verən problemlər və erkən boşanmalar uşaqların psixoloji və əqli

inkişafına  təsirsiz  ötüşmür.  Hesab  edirik  ki,  ər‐arvad  arasında  nikah  ləğv  edilərkən  uşaqların

hüquq  və  mənafeləri  daha  üstün  olaraq  qorunmalı,  uşağın  hansı  valideyinin  yanında  qalması

məsələsinə  baxılarkən  ilk  öncə  uşağın  mənafeləri,  onun  hansı  valideyinlə  qalmasının  gələcək

inkişafına, tərbiyəsinə və s. hallara necə təsir göstərəcəyi mütləq nəzərə alınmalıdır.

"Elə bu hallardan da irəli gəlir ki, boşanmalar zamanı uşaqların kimin yanında qalması ilə bağlı

mübahisələr məhkəmə təcrübəsində ən çox rast gəlinən məsələlərdəndir", deyə hüquqşünas qeyd

edib.

Hüquqşünasın dediyinə görə, qanunvericilik müəyyən edir ki, valideynlər ayrı yaşadıqda uşaqların



yaşayış yeri  onların  razılığı  ilə  həll  edilir.  Nikah  məhkəmə  qaydasında  pozularkən,  ər‐arvad


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə